Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə2/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   145
Azf-277620

 
 
 
 
 
 
 
 



 
Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən 
başlıca amillərdəndir. 
Heydər Əliyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
Nitq mədəniyyəti, natiqlik sənəti sahəsində görkəmli tədqiqatçı, 
xeyirxah və nəcib insan, professor Ağamməd Abdullayevin ruhuna dərin 
ehtiramla. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



G Ġ R Ġ ġ 

 
Nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən 
biridir. Xalqımızın müstəqillik və suverenlik əldə etdiyi indiki dövrdə hərtərəfli 
inkişaf etmiş şəxslərin tərbiyə olunması tələbi dil mədəniyyətini də vacib məsələ 
kimi qarşıya qoyur. Azərbaycan dili hazırda sözün əsl mənasında dövlətimizin 
rəsmi dilidir, geniş və şəriksiz ictimai ünsiyyət vasitəsidir. Hər cür dəftərxana 
işləri, rəsmi sənədlər, mətbuat, radio və televiziya verilişləri və s. bu dildə aparılır. 
Xüsusən, radio və televiziya verilişlərində ayrı-ayrı ixtisas sahələrinə, müxtəlif dil 
duyumuna mənsub olan adamlar öz arzu və istəklərini, təklif və tövsiyələrini, 
xalqın ədəbiyyatı, tarixi, mədəniyyəti, dövlətimizin daxili və xarici siyasəti və s. 
ilə bağlı söhbətlərini öz ana dilində - Azərbaycan dilində şərh edir, söyləyirlər. 
Azərbaycan dili qrammatik quruluşuna görə türk dillərinin oğuz qrupuna 
daxil olan qədim və zəngin bir dildir. Hazırda Azərbaycanda və ondan xaricdə - 
İran, Rusiya, Gürcüstan, Orta Asiya, Avropa ölkələri və b. yerlərdə 40 milyondan 
artıq adam bu dildən ünsiyyət vasitəsi kimi istifadə edir. 
Azərbaycan dili sabit qrammatik quruluşa, zəngin söz və ifadə ehtiyatına, 
zərif səslənmə sisteminə malikdir. Elmi, siyasi, fəlsəfi fikirləri ifadə etmək, bədii, 
publisistik təfəkkürün gözəl nümunələrini yarada bilmək baxımından dilimizin 
imkanları başqa dillərlə müqayisədə xeyli genişdir. Bu dildə müasir elmi-texniki 
proqresin ən incə və mürəkkəb anlayışlarını ifadə etmək mümkündür. 
Azərbaycan dilinin gözəlliyi, zənginliyi tarixən alimlərin, yazıçıların, icti-
mai xadimlərin, səyyahların və başqalarının diqqətini cəlb etmişdir. Onların çoxu 
Azərbaycan dilini öyrənməyə, bu dildə danışmağa səy göstərmişdir.. Böyük rus 
şairi M.Y.Lermontov 1837-ci ildə məktublarının birində dostu S.X.Rayevskiyə 
yazırdı: “...dağlar aşdım, Şuşa, Quba və Şamaxıda oldum, Azərbaycan dilini 
öyrənməyə başladım. Bu dil burada, ümumiyyətlə Asiyada, fransız dilinin 
Avropada olduğu qədər zəruridir” (M.Y.Lermontov. Əsərləri, VI cild, M., 1957, 
s.440-441). 



XIX əsrin ortalarından başlayaraq Azərbaycan dili məktəblərdə elmi-
pedaqoji əsaslarla tədris olunmağa başlanmışdır. Milli ziyalılarımızdan A.Bakıxa-
nov, M.Ş.Vazeh, M.F.Axundov, M.Ə.Vəzirov, S.Ünsüzadə, A.O.Çernyayevski, 
S.Ə.Şirvani, F.Ağazadə, B.Çobanzadə, N.Nərimanov, S.S.Axundov və başqa 
zamanın onlarca qabaqcıl müəllimi, maarifçisi tərəfindən Azərbaycan dilinə dair 
dərslik, dərs vəsaiti, məqalə yazılıb çap olunmuşdur. Həmin əsərlərdən məktəblə-
rimizdə uzun müddət tədris vəsaiti kimi istifadə edilmişdir (bu barədə ətraflı 
məlumat almaq üçün bax: A.Abdullayev. Azərbaycan dilinin tədrisi tarixinə dair. 
Bakı, Azərtədrisnəşr, 1966). 
Sovet hakimiyyəti illərində Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı 
böyük işlər görülmüşdür. Dilimizin ayrı-ayrı sahələri (orfoqrafiya, orfoepiya, 
leksika, frazeologiya, sözyaradıcılığı, fonetika, morfologiya, sintaksis və s. 
sahələri) geniş, hərtərəfli tədqiq olunmuş, bu sahələrə aid monoqrafiyalar, dərs-
liklər, dərs vəsaitləri və məqalələr hazırlanıb nəşr edilmişdir. Lakin bütün bunlara 
baxmayaraq xalqımızın müstəqillik və suverenlik əldə etməsinə qədər, xüsusən, 
Sovet hakimiyyəti dövründə Azərbaycan dili formal şəkildə dövlət dili hesab 
edilmiş, dilimiz konstitusiyada təsbit edilən hüquqa, imtiyaza malik olmamışdır. 
Rəsmi tədbirlərdə, qurultaylarda, məclislərdə, dövlət idarələrində, əsasən, rus dili 
işlədilirdi. Bu dili yaxşı bilməyənlər məsul vəzifələrə təyin olunmurdu. Hətta 
Azərbaycan dili problemlərinə həsr edilən və müdafiə olunan dissertasiya əsərləri 
belə rus dili mütəxəssisinin müsbət rəyindən verdikdən sonra təsdiq olunurdu. 
Respublikamız yalnız dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilimiz 
həqiqi mənada, əməli şəkildə dövlət dili hüququnu qazandı. Müstəqil Azərbay-
canın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Yeni Konstitu-
siyasında Azərbaycan dili dövlət dili kini öz layiqli statusunu aldı. Burada (21-ci 
maddədə) göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir 
və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. 
Müstəqilliyimizin sonrakı illərində Respublika prezidenti H.Əliyev 
Azərbaycan dilinin Konstitusiya hüququnun həyata keçirilməsinə, onun inkişa-
fına, tətbiq dairəsinin genişləndirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. 



“Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil 
etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dillə səlis danışmalı və 
bu dili sevməlidir” (H.Əliyev). 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin 
təkmilləşdirilməsi haqqında”, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respubli-
kasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq 
edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanları bu qayğının 
parlaq təzahürü olmaqla, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən sayılan 
Azərbaycan dilinin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin 
cəmiyyətdə tətbiqi dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır. 
Belə bir şəraitdə kütlələrlə daima təmasda olan natiqlərin, xüsusən 
müəllimlərin üzərinə böyük vəzifələr düşür. Onlar əməli fəaliyyətində dildən yük-
sək səviyyədə istifadə etmək bacarıq və vərdişlərinə yiyələnməklə, bu keyfiyyəti 
gələcəyin qurucularına – gənclərə də aşılamalıdırlar. Bugünkü natiq dərin biliyə, 
hərtərəfli məlumata sahib olmaqla yanaşı, rəvan, aydın və cəlbedici, səfərbəredici 
bir dillə danışmağı da bacarmalıdır. Xalqın geniş əksəriyyətinin savadlı olduğu, 
yeni təfəkkür tərzinin formalaşdığı müasir dövrdə gözəl danışıq qabiliyyətinə 
yiyələnməyi zaman özü tələb edir, bu iş inkişafımızın ümumi ahəngi ilə bağlı 
olaraq indi daha böyük maraq doğurur. Cəmiyyət üzvlərini bir-birinə bağlayan 
həyat tərzi, şüur, düşüncə, mənəvi yaxınlaşma, dostlaşma, mehribanlıq və s. kimi 
yüksək milli keyfiyyətlər məhz indi nitqimizin düzgünlüyü və gözəlliyi qeydinə 
qalmağı həmişəkindən daha kəskin şəkildə qarşıya qoyur. Biz hər gün gözəl nitq 
nümunələrini – diktorların, aktyorların, həkimlərin, müəllimlərin, siyasətçilərin və 
başqalarının danışığını eşidirik. Təəssüf ki, bunlar azlıq təşkil edir, indiki dövr 
xalqın bütünlükdə yüksək nitq mədəniyyətinə yiyələnməsini tələb edir. Ona görə 
də müasir vətəndaş daim öz nitqinin zənginliyi və gözəlliyinin qeydinə qalmalı, 
onun geyimi, davranışı ilə yanaşı, nitqi də bugünkü yüksək səviyyəyə uyğun 
olmalıdır. İnsan gözəlliyindən bəhs edilərkən onun daxili və xarici aləminin bir-
birini tamamlaması ən zəruri bir amil kimi nəzərə alınır. Nitqin gözəlliyi insana 
xas olan digər gözəlliklər içərisində başlıca yer tutur. Yüksək nitq mədəniyyətinə 



sahib olmaq insanın şan-şöhrətini, ləyaqətini, izzət və hörmətini artıran 
amillərdəndir. 
Hal-hazırda ali məktəblərin çoxunda “Nitq mədəniyyətinin əsasları” adlı 
fənn tədris olunur. Bu fənnin tədris məqsədi tələbələrdə öz fikirlərini həm yazılı, 
həm də şifahi formada düzgün, aydın, məntiqi, yığcam, səlis, zəngin, canlı, sadə, 
anlaşıqlı bir şəkildə ifadə edə bilmək bacarıq və vərdişləri yaratmaqdır. Nitq və 
dil, dil və təfəkkür, nitq və nitq şəraiti, dil sisteminin normaları, üslub normaları, 
nitqin üslubi bütövlüyü, dilin leksik vahidlərindən yerində və məqsədəuyğun 
istifadəetmə bacarığı, nitqin etik normaları və s. bu fənnin predmetini təşkil edir. 
Fənnin tədrisi prosesində tələbələrə nitq mədəniyyəti haqqında məlumat 
verilməli, mədəni nitqə yiyələnməyin daha effektli, səmərəli üsul və vasitələri 
şərh olunmalı, onlardan düzgün istifadə yolları göstərilməlidir. Nitq mədəniyyəti 
problemi ilə bağlı çoxsaylı elmi-tədqiqat işləri aparılmasına baxmayaraq hələ də 
bu sahəyə dair mükəmməl bir dərslik hazırlanıb istifadəyə verilməmişdir. Bunun 
başlıca səbəblərindən biri istər yazılı, istərsə də şifahi ədəbi dilimizin normala-
rının dilin müasir inkişaf səviyyəsinə uyğun əsaslı şəkildə işlənməməsi, dəqiqləş-
dirilib təkmilləşdirilməməsidir. Bu, nitq mədəniyyətinin praktik cəhətdən işlən-
məsini və mənimsənilməsini çətinləşdirir. 
Ümumi mədəniyyətimizin ən vacib və aparıcı tərkib hissələrindən biri 
olan nitq mədəniyyəti bütün tədris müəssisələrində öyrədilməli, onun əsasları 
şagird və tələbələrə elmi şəkildə aşılanmalıdır. “...bu fənnin təkcə ali məktəblərdə 
deyil, bütün orta ixtisas və ümumtəhsil məktəblərində, xalq universitetlərində və 
başqa kütləvi auditoriyalarda tədris olunması xalqın nitq mədəniyyətinin yüksəl-
dilməsinə çox böyük təkan verə bilər” (17, 15). Belə bir ehtiyacı nəzərə alaraq 
“Nitq mədəniyyətinin əsasları” adı ilə həcmcə çox da böyük olmayan bu vəsaiti 
hazırlamağı məqsədəuyğun bildik. 
Məlum olduğu kimi, “nitq mədəniyyəti” anlayışı öz həcminə, əhatə 
dairəsinə görə olduqca genişdir. Bura mədəni nitqi şərtləndirən əsas amillər, nitq 
mədəniyyəti və ədəbi dil normaları, nitq mədəniyyəti və danışıq etikası, mədəni 
nitqin ictimai və sosial-iqtisadi inkişafdakı rolu, nitq mədəniyyətinə yiyələnməyin 


10 
yolları, üsulları və digər məsələlər daxildir. Bu vəsaitdə mədəni nitqin vacib
sayılan ən ümdə problemlərindən danışılır. Kitab üzərində işlənilərkən nitq 
mədəniyyəti və natiqlik məharəti məsələlərindən bəhs edən əsərlərdən yeri 
gəldikcə istifadə olunmuşdur. 
Vəsait qüsursuz da deyildir. Onun gələcəkdə təkmilləşəcəyinə kömək edə 
biləcək qeyd və təkliflərinə görə oxuculara əvvəlcədən razılığımı bildirirəm. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə