Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə9/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   145
Azf-277620

diksiyadır
. Diksiya latınca 
dictio 
sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun 
şəkildə tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı nitqin asan 
anlaşılmasına nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa 
düşülməsi, qavranılmasını o dərəcədə təmin edir.
Diksiyanın pozulması digər tələblərə əməl olunduqda belə (sözlər 
mənaya uyğun işlənildikdə, cümlədə söz sırası gözlənildikdə, cümlələrdə fikrə 
uyğun bağlılıq olduqda və s. hallarda) nitqi anlamağı çətinləşdirir. Bu cür 
danışıqda sözlər “ağızdan tökülür”, çox zaman sözün axırı, əvvəli aydın deyilmir, 
səslər qarışdırılır, bitişik şəkildə tələffüz olunur. Məsələn; 
bizəldi
(bizə gəldi), 
gətdi
(gətirdi), 
gə gedək
(gəl gedək), 
lazım təĢkilatlar 
(lazımi təşkilatlar), 
çəkĢə 
gələnlər
(çəkilişə gələnlər),
oagörə
(ona görə), 
sonsamitlə bitən
(sonu samitlə 
bitən), 
ümqrammatik
(ümumi qrammatik), 
sutiyada
(studiyada) və s. Bəzən 
düzgün tələffüz pis diksiya ilə təhrif olunur. 
Diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin 
anlaşılmasını bir qədər çətinləşdirir. Belə nitqi dinləyən gərginlik keçirir, tez 
yorulur, söhbətin mabədi ilə az maraqlanır, diqqətini başqa istiqamətə yönəldir. 


37 
Natiqlik praktikasında nitqin diksiya baxımından aydınlığı və düzgünlüyü 
böyük əhəmiyyət kəsb edir. Nəfəsi və səsi idarəetmə bacarığını təkmilləşdirmək, 
bu sahədə şivə qüsurlarını düzəltmək, dodaqların, dilin, çənənin süstlüyünü aradan 
qaldırmaq, səs, nəfəs üzərində kompleks çalışmalar aparmaqla aydın diksiyaya 
nail olmaq mümkündür. Auditoriya qarşısında çıxış edən natiq (mühazirəçi) 
nitqin səs mədəniyyətinə yiyələnməli, danışıq cihazından düzgün istifadə etməyi
bacarmalıdır
1
. Nitqin səs mədəniyyəti dedikdə bura artikulyasiya aparatının 
düzgün qurulması, səs və sözlərin dürüst tələffüz edilməsi, ünsiyyət şəraitinə görə 
səsin gücünün tənzimlənməsi, nitq sürətinin gözlənilməsi, intonasiyaya, ifadəliliyə 
əməl olunması, nitqi eşitmə qabiliyyətinin yaradılması və s. daxildir. Nitqin səs 
mədəniyyəti səs cihazı, onun funksiyasını normal şəkildə yerinə yetirməsi 
məsələsi ilə sıx bağlıdır. “Nəfəs, səs və s. anlayışlardan ibarət olan bu səs cihazı 
müəyyən qaydalar və vərdişlərin məcmusu vasitəsilə dili konkret ünsiyyət 
şəraitində reallaşdırır. Səs cihazı intonasiya, pauza, vurğu, orfoepiya, temp, ritm, 
tembr, mimika, hərəkət kimi anlayışlarla birləşib nitqin texnikası adlı bir sahəni 
təşkil edir. Həmin sahə nitq mədəniyyətinin əsas bölmələrindən biri olub şifahi 
nitqin daxili, səslənən tərəfinin ifadəlilik keyfiyyətinin yaranmasına xidmət edir” 
(14, 28). 
Diksiyanın pozulması səbəblərindən biri danışıq və ya oxu zamanı nəfəsin 
düzgün tənzim olunmamasıdır. Məlumdur ki, ağciyər tələffüz zamanı tələbata 
uyğun olaraq xaricə hava buraxır və bu hava ehtiyatının sərf edilməsi sözdən, 
cümlədən asılı olaraq müxtəlif ölçülü olur: nəfəsalmada hava ağciyərə adi ölçüdə, 
tədricən daxil olduğu halda, tələffüz zamanı ağciyərdən xaricə müxtəlif ölçülərdə 
buraxılır. Bəzən danışanlar tələffüz zamanı nəfəslərini lazımi ölçüdə sərt 
etmədiklərindən cümlənin sonuna yaxın hava ehtiyatı tükənir, danışan sanki 
boğulur, səsin gücü aşağı düşür. Bu o deməkdir ki, danışan cümlənin mənalı 
1
Nitq səslərinin yaranmasında iştirak edən üzvlərin məcmusu danışıq cihazı adlanır. Nəfəsalma ilə daxilə alınan 
hava səslərin yaranmasının maddi əsasını təşkil edir. Bu hava danışıq cihazı vasitəsilə səs törədə bilir. Nəfəsalma 
zamanı ağciyərə daxil olan hava bronxdan nəfəs borusuna, oradan da qırtlağa, qırtlaqdan udlağa (hülquma), 
hülqumdan da burun, ya da ağız boşluğuna keçərək bayıra çıxır. Səsin yaranmasında boğazda yerləşən səs 
tellərinin və ağız boşluğundakı dilin rolu böyükdür. Səslərin yaranmasında səs telləri, ön dişlər, damaq (yumşaq və 
sərt damaq), dilçək, udlaq iştirak edir. Bu üzvlərin səslərin yaranmasında bəzisi aktiv, bəzisi passiv iştirak edir. 
Aktiv danışıq üzvlərinə səs telləri, dil, dodaqlar, yumşaq damaq, dilçək (həmçinin alt çənə) daxildir. Ön dişlər, diş 
yuvaqları, bərk damaq səsin yaranmasında passiv iştirak edir. 


38 
hissələrində, təbii şəkildə ehtiyac olduğu yerdə nəfəsini dərmir, cümləni birnəfəsə 
deyir və ya oxuyur. Məsələn; 
Yaz gələndə bütün ağaclar kimi yasəmən də çiçək 
açardı. Onun açıq-bənövşəyi gülləri salxım-salxım olub sallanardı. 
Birinci 
cümlədə 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə