Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə10/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   145
Azf-277620

gələndə, kimi
, ikinci cümlədə isə
gülləri
sözlərindən sonra ani fasilə 
edilir, nəfəs alınır ki, bu da sözlərin, ifadələrin asan, aydın, həm də ahəngdar 
tələffüz olunmasını təmin edir. 
Aydın tələffüzdə danışıq üzvü kimi dişlərin də rolu böyükdür. “Dişlər 
ayrılıqda səslərin müxtəlifləşməsi üçün heç bir müstəqil vəzifəyə malik deyildir. 
Dişlər yalnız dil və dodaqlara köməkçi olaraq səslərin müxtəlifləşməsində iştirak 
edir. Məsələn; 
s, z
səslərinin əmələ gəlməsi üçün dişlər dilə
, f, v
səslərinin 
yaranması üçün dişlər alt damağa kömək edir” (16, s.31). Natiqin ağzında dişlərin 
normal vəziyyətdə olması bu səbəbdən xüsusi əhəmiyyət kəsb edir. Üst qabaq 
dişlərin olmaması və ya seyrəkliyi 
d, z, l, n, s, t 
kimi dil-diş samitlərinin 
tələffüzünü çətinləşdirir, səslər yarımçıq formalaşır, məna itir. 
Düzgün tələffüzdə, səslərin formalaşmasında çənələr, xüsusən alt çənə 
fəal iştirak edir. Alt çənənin enməsi və qalxması ilə ağız boşluğunun həcminin 
daralması və genişlənməsi nəticəsində müxtəlif səslər yaranır. Bəzən 
danışanlarda alt çənənin mühərrikliyinin zəifliyi tələffüzdə süstlüyə, ləngiməyə, 
ölüvaylığa səbəb olur. Deyilənlər yaxşı qavranılmır, dinləmə istənilən səviyyədə 
getmir. Belə hala yol verməmək üçün natiqin çənəsi, necə deyərlər, möhkəm 
olmalıdır. 
Aydın diksiyaya yiyələnmək üçün natiq müntəzəm şəkildə öz üzərində 
işləməlidir. Çalışmalıdır ki, nitqində sözlər düzgün tələffüz olunsun, aramla, 
tələsmədən danışa bilsin, səslər, xüsusən saitlər aydın eşidilsin. 
2. Nitqin yığcamlığı.
Nitqin yığcamlığı geniş anlayışdır. Burada 
yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə 
olunması nəzərdə tutulur. Böyük sənətkarlar yığcamlığın istedadla bağlı olduğunu 
göstərirlər. Kamil adamlar həmişə deyəcəklərini ölçüb-biçmiş, geniş mətləbləri 
yığcam şəkildə ifadə etməyə, başqalarının vaxtını almamağa, onları yormamağa 


39 
çalışmışlar. Klassiklərimiz nitqin yığcamlığına yüksək səviyyədə yanaşmışlar. 
Hələ vaxtilə böyük Nizami yazırdı: 
Sözün çoxsa əgər çalış az olsun, 
Yüz sözün yerində bir kəlmə qalsın. 
Sədi Şirazi də nitqin yığcamlığını vacib amil hesab etmişdir: 
Düşünüb, sonra de sözü müxtəsər, 
O qədər danışma “bəsdir” desinlər. 
Nitq həm də dəqiq olmalıdır. Bu, nitqdə yığcamlığı yaradır. Dəqiqlik 
sözün öz istinad nöqtəsi, yəni onun ifadə etdiyi məfhumla bağlandığı zaman 
mümkün olur. Bunun üçün danışanın, yazanın nitqin predmetinə yaxşı bələd 
olması, fikrə uyğun münasib sözlər, ifadələr işlədə bilməsi, çoxmənalı sözlər, 
omonim, sinonim, antonimlərdən yerində istifadə etməsi əsas şərtdir. Sözlər 
seçilərkən sözün mənası, emosional-ekspressiv rəngi, üslubi səciyyəsi, işlənmə 
dairəsi, qrammatik tərkibi də nəzərə alınmalıdır. 
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə 
olunmasıdır. Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır. 
Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz sözlərin, 
ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə 
dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox 
danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq” (İslamın prinsiplərindən). 
Sözlərin, ifadələrin lüzumsuz işlənməsi hallarına həm yazılı, həm də
şifahi nitqdə təsadüf etmək mümkündür. Məsələn, 
dəmir seyf, cədvəl şəkli çəkmək, 
taksi maşın, ağ pambıq, yaradıcı inşa, tələffüzdə səslərin düzgün deyilməməsi ,hər 
addım başı beş manat pul, gənc oğlan, pensiya pulu, birgə əməkdaşlıq, yazılı 
nitqlə orfoqrafiya və durğu işarələri qaydalarına əməl etmək 
kimi ifadələrdə 
dəmir, şəkil, maşın, birgə, pulu, ağ, yaradıcı, tələffüzdə, hər, yazılı nitqdə, pul, 


40 
gənc
sözlərini işlətməmək də olar. Yaxud: 
Məndə kitab oxumağa qarşı böyük 
həvəs var. Adamın ürəyi fərəh hissi ilə doludur. Yeganə yol havadan təyyarə və 
vertolyotla idi. Xüsusi hazırlığı olmayan adamlar burada çaşıb qalırdılar. Yanvar 
ayında istirahətə gedəcəyəm. 
Bu cümlələrin də birincisində 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə