Nitq mədəniyyətinin əsasları


praktik rassionalizm, paternalist icma



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə13/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   145
Azf-277620

: praktik rassionalizm, paternalist icma, 
obsolyut universal dəyərlər, difurkasiya (haçalanma), restepizasiya, develop-
mentarizm, abbeviatur təfəkkür, respondentlərin dispozisiyası, sinerqizm, 
sosial akkumilyasiya 
və s. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsərin, 


43 
məqalənin və sairin dilini akademizm xatirinə həm mənası, həm də tələffüzü çətin 
olan belə ifadələrlə, terminlərlə “zənginləşdirmək” fikrin ifadəsi, informasiyanın 
ötürülməsi baxımından məqbul sayılmır. Belə şərhetmə üsulundan daha çox fikir 
yoxsulluğunu və mənasızlığını pərdələmək üçün bir vasitə kimi istifadə olunur. 
Lakin bu heç də o demək deyildir ki, təmizlik və saflıq xatirinə elm, texnika, 
sosial və digər sahələrin inkişafı ilə bağlı son zamanlarda dilimizə keçmiş və ya 
dilimizdə yaranmış söz və terminlərdən imtina edilməlidir. Onların bir çoxu 
(məsələn; 
dəstək, bilgi, dəyərləndirmək, durum, anlam, dönüm, bölgə, öncə, olay, 
yetərsay, özəl, önəmli, açıqlamaq, öndəm, çeşidli və
s.) ifadə etdiyi məna, 
səslənmə, dilə, tələffüzə yatımlıq baxımından uyarlıdır, ünsiyyətdə geniş istifadə 
olunur. Lakin bununla belə son zamanlar illərlə işlətdiyimiz, hamı tərəfindən 
anlaşılan sözlərin ehtiyac olmadan başqa söz və ifadələrlə əvəz edilməsinə tez-tez 
təsadüf olunur. Məsələn; yaşam (həyat), mesaj (sifariş), yolçu (sərnişin), yapmaq 
(etmək), uçaq (təyyarə), yazar (yazıçı), oba (vətən), düzənləmək (keçirmək, təşkil 
etmək), toplantı (yığıncaq), baş yazar (baş redaktor), mutlu (xoşbəxt), yaşam 
təcrübəsi (həyat təcrübəsi), tanıtım keçirmək (təqdim etmək), yazıqlar ki, (təəssüf 
ki), təpki (təzyiq), mintalitet (ruh), öyrənci (şagird), qərarı əngəlləmək (qərara 
qarşı çıxmaq), bu günlərim (bu gün), sabahlarım (sabah), salamatçılıq 
(salamatlıq), xoşbəxtçilik (xoşbəxtlik), piyadaçı (piyada) və s. Bu və bu qəbildən 
olan digər sözlərin, ifadələrin uyarlı qarşılığı olduğu halda, dilə gətirilməsi bütün 
hallarda məqbul sayılmamalıdır. “Əlbəttə, biz dünya dillərindən, o sıradan qardaş
xalqın dilindən söz almağın əleyhinə deyilik. Onsuz da son 10-15 il ərzində 
Türkiyə türkcəsindən dilimizə keçmiş çoxlu sayda sözlər var ki, bu gün onları 
böyük məmnuniyyətlə işlədirik. “Öncə”, “öncül”, “öndər”, “özəl”, “özəllik”, 
“özəlləşdirmək”, “dönəm”, “çağdaş”, “yüzillik” kimi sözlər artıq dilimizdə 
vətəndaşlıq hüququ qazanmışdır. Lakin dildə mövcud olan sözü zorla başqa bir 
sözlə əvəz etmək bu dildən istifadə edənin arzusu və təşəbbüsü ilə başa gəlmir. 
Dil dəniz kimidir. Zaman keçdikcə o, öz-özünü təmizləyir, işləklik dairəsi 
daralmış sözləri arxaik fonda keçirir, yenilərini qəbul edir. Bu proses əksər 


44 
hallarda köhnəlmiş və yeni sözlərin bir müddət dildə paralel işlənməsindən sonra 
baş verir” (“Kredo”, 3 noyabr, 2007). 
Çox zaman bir sıra əşyanın (eləcə də hadisənin) dilimizdə uyarlı adı 
olduğui halda, o, alınma sözlərlə adlandırılır. Məsələn, xolodilnik (soyuducu), 
pılesos (tozsoran), lineyka (xətkeş), kley (yapışqan), krışa (dam), patalok (tavan), 
polka (rəf), sideniya (oturacaq), rubaşka (köynək), zajiqalka (alışqan), lyustra 
(qəndil, çılçıraq), slesar (çilingər), dokumemnt (sənəd), punkt (bənd), çaşka 
(fincan), port (liman), aeroport (hava limanı), komplekt (dəst), banka (bərni) və s. 
Artıq neçə ildir ki, xalqımız öz müstəqilliyini qoruyur, möhkəmləndirir. Dilimiz 
sözün həqiqi mənasında dövlət dili kimi fəaliyyət göstərir. Müəssisə, küçə, 
xiyaban və s. yerlər dilimizə məxsus sözlərlə, ifadələrlə adlandırılmışdır. Buna 
baxma-yaraq, danışıqda yenə də keçmiş adlar işlədilir. Məsələn: Nizami küçəsi – 
torqovli, hökümət evi – domsovet, 8-ci kilometr – vosmoy, Şamaxı yolu – 
Şamaxinka, 6-cı Mikrorayon – şestoy, dəniz limanı - morvağzal, M.Nağıyev 
adına xəstəxana – Semaşko, Zeynalabdin Tağıyev qəsəbəsi – Nasosnı və s. kimi 
adlandırılır. Bu cür ifadələr hər kəsin şəxsiyyətinə, millətinə təhqir kimi 
qiymətləndirilməlidir. 
Yeri gəlmişkən qeyd edək ki, əhalinin elita deyilən təbəqəsi rus dilində 
danışmağa üstünlük verir. Məmurların bəzisi öz dilində sərbəst danışmaqda 
çətinlik çəkir. Televiziya verilişlərində yarı Azərbaycan, yarı rusca danışanlara 
tez-tez təsadüf olunur. Restoranların, şadlıq evlərinin, mağazaların adları, 
reklamlar əcnəbi dildə yazılır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” 
Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan 
Respublikası prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanında göstərilir ki, 
zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) 
dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu 
sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və 
Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir Şəhərimizin reklam örtüyündə 
qanunun bu tələbinə lazımı dərəcədə əməl olunmaması millətin ən böyük sərvə-
tinə göstərilən bu sayğısızlıq, biganəlik hər bir kəsi ciddi şəkildə düşündürməlidir. 


45 
Hansı səbəbdən olur-olsun dilimizdə eyni mənanı verən sözün əvəzində alınmanın 
işlədilməsi dili korlamaqdır, onun gözəlliyini pozmaqdır, ümumiyyətlə, dilimizə 
biganəlikdir, hörmətsizlikdir. Əsrlərdən, nəsillərdən bizə gəlib çıxmış dilimizi, 
kəlmələrimizi qoruyub saxlamalı, unudulmasına, itməsinə yol verməməliyik. Bu 
məsələ ilə bağlı qədim bir Azərbaycan bayatısı yada düşür: 
Dilim-dilim, 
Kəs qovun dilim-dilim. 
Mən dilimdən vaz keçməm, 
Doğra, kəs dilim-dilim. 
Cəmiyyətin müxtəlif sahələrində baş verən yeniliklər, dünya ölkələri ilə 
əlaqələrin, münasibətlərin yaranması, genişlənməsi prosesində dilimizə başqa 
dillərdən çoxlu sayda söz və termin keçir ki, bunların əksəriyyəti aktiv işlənir, 
ünsiyyətə xidmət edir. Əcnəbi sözlərin dilə gətirilməsinin təbii və qanuna-
uyğunluğu ilə bağlı vaxtilə Həsən bəy Zərdabi demişdir: 
“...Dil elə bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, 
qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ 
gəldi və adətlər dəyişildi, təzə sözlərin qədri də günü-gündən artacaqdır. Belə 
sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə 
səbəb olurlar” 
(Q.Məhərrəmli. Mediyada işlənən alınma sözlər. Bakı, 2008, s. 4). 
Alınma sözlərin dilə, xüsusən, ekranlara, qəzet-jurnal səhifələrinə gətirilməsinə 
hədsiz tələbkarlıqla yanaşılmalı, bunun üçün xüsusi prinsiplər gözlənilməlidir. 
Əcnəbi söz və terminlərin işlədilməsi o zaman məqbul sayıla bilir ki, onun 
mənası əhalinin böyük hissəsi tərəfindən başa düşülsün, ikincisi də, həmin sözün 
qarşılığı dildə olmasın. B.Q.Belinski göstərir ki, qüvvədə olan iki sözdən (əcnəbi 
və ana dilinə məxsus sözlərdən) biri kimi əcnəbi sözü işlətmək sağlam ağılı və 
sağlam zövqü təhqir etmək deməkdir. Bəli, dilimizi sevməliyik, qorumalıyıq,
yaşatmalıyıq. İngilis dramaturqu C.Uebesterin söylədiyi bir fikir bu baxımdan


46 
xarakterikdir: “Varlığımı talan edin, bircə dilimə toxunmayın, çox keçməz yenə 
hər şeyi özümə qaytararam”. 
Ədəbi dilimizin mühafizəçiləri olan ziyalılar əcnəbi sözlərdən sui-
istifadəyə qarşı ardıcıl və prinsipial mübarizə aparmalıdırlar. 
3) Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır.
Bəziləri danışıq 
zamanı qurmaq istədikləri cümlələri tamamlaya bilmir zəruri sözləri tapmaqda 
çətinlik çəkirlər. Bu səbəbdən danışan yersiz fasilələr etmək məcburiyyətində 
qalır, mətnlə əlaqəsi olmayan sözlər, ifadələr işlətməli olur: 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə