Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə15/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   145
Azf-277620

4. Nitqin düzgünlüyü.
Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox 
zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik 
qaydalara əməl etməkdir. Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik 
qaydaları gözləmək kifayət deyildir. Qrammatikanı yaxşı bilən adamlardan 
elələrinə təsadüf edilir ki, onların nə yazdıqlarını oxumaq, nə də danışığını 
dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və qüsurlu olur. 
Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, 
ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Bunun üçün cümlələr 
məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər 
seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran 
vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır. Nitqin düzgünlüyü 
üçün başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin 
hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir. Reallıqdan uzaq, ona 
söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür.
Nitqə verilən tələblərdən biri də onun 
səmimiliyidir.
Natiq öz çıxışı ilə 
onu dinləyənləri inandıra, onların ürəyinə yol tapa bilməlidir. Bu o zaman 
mümkün olur ki, nitq həyat həqiqətləri, real hadisələr əsasında, qarşı tərəfin 
mənafeyinə uyğun qurulsun, onu razı salsın. Bu baxımdan ulu öndərimiz 
H.Əliyevin çıxışlarını, söhbətlərini nümunə kimi göstərmək olar. Dərin məntiqə, 
mənaya əsaslanan bu çıxışlar cazibəli, sadə, səmimi idi. O, xalqla onun öz dilində
danışardı. Çıxışlarında “xalq hər şeyi bilməlidir, xalqdan heç nəyi gizlətmək 
olmaz” kimi prinsipləri rəhbər tutaraq dinləyiciləri inandıra, qəlblərə yol tapa 
bilir, izahedici nitqi ilə insanları müstəqilliyimiz uğrunda mübarizə aparmağa, 
nailiyyətlər əldə etməyə səsləyir və buna nail olurdu. 
Nitqdə reallıqdan uzaqlaşma, əsasən, iki səbəbdən irəli gəlir: birincisi, 
mühazirəçinin bilərəkdən faktları, hadisələri, onların səbəb və nəticələrini təhrif 
olunmuş şəkildə şərh etməsi. Məsələn, məktəb direktorunun çıxışında mənim-


48 
səmənin yüksək faizlə göstərilməsi, layiq olmadan edilən təriflər, nöqsanların ört-
basdır edilməsi və ya onların səbəbinin bu işlə daha az əlaqəsi olan amillərlə 
bağlanması və s. nitqin düzgünlüyünə xələl gətirən hallardır. 
“Fikrimizcə, bu gün nitq mədəniyyətinin səviyyəsi, hər şeydən qabaq
ifadə olunan fikrin həqiqiliyi, doğru-düzgünlüyündən çox asılıdır. Əlbəttə, nitq 
mədəniyyəti baxımından ədəbi-tənqidi fikrin ifadə tərzi hər cəhətdən gözəl, 
nümunəvi olmalıdır. Lakin zahirən sığallı, hamar, axıcı, rəvan, sirayətedici nitq 
yalanı həqiqət adına ifadə edirsə, bu cür nitq mədəniyyəti səviyyədən uzaqdır” 
(17, 109). 
Nitqdə reallıqdan uzaqlaşmanın digər səbəbi danışanın nitq predmeti 
haqqında səthi məlumata sahib olmasıdır. Məsələn, müasir təlim texnologiyaları, 
onların məktəbdə tədrisinin mövcud problemlər (interaktiv, innovativ təlim və s.) 
barədə aydın təsəvvürü, ətraflı məlumatı olmayan rəhbər maarif işçisinin 
müəllimlər qarşısında çıxışı istənilən effekti verə bilmir. Yaxud ölkəmizin xarici 
siyasəti haqqında səthi məlumatı olan mühazirəçinin, icmalçının, şərhçinin və 
başqalarının çıxışı maraqsız olur, yaxşı dinlənilmir. 
Nümunəvi nitqin mühüm şərtlərindən biri də cümlələrin düzgün qurul-
masıdır. Bu cəhətdən natiqin nitqi başqalarından fərqlənməlidir. O, dinləyicilərlə 
ünsiyyətin bütün formalarında fikrini dolğun, sanballı, aydın və təsirli cümlələrlə 
ifadə etməyi bacarmalıdır. Danışıq prosesində yaxşı cümlə qurmaq məqsədilə 
fikirləşmək və nümunəvi cümlələr düzəltmək mümkün deyildir və buna ehtiyac da 
yoxdur. Belə bacarıq xüsusilə natiqlərdə möhkəm nitq vərdişinə çevrilməli, 
nəzərdə tutulan fikir özünəmüvafiq forma ilə verilməlidir. 
Natiqin nitqi, hər şeydən əvvəl, bədii təsvir vasitələri - sinonimlər, 
frazeoloji birləşmələr, atalar sözləri, zərbi-məsəllər, həkimanə sözlər, aforizmlər 
və s. ilə zəngin olmalıdır. Danışan bu vasitələrlə ən incə mətləbləri dinləyicilərinə 
çatdıra bilməlidir. Belə obrazlı ifadələr yerində, məqamında işləndikdə nitq 
xoşagəlimli olur, onun bədiiliyi, təsir gücü artır. 
Natiq öz cümlələrində 
şey, zad, uje, mejdu proçim
və s. kimi artıq sözlər 
işlətməkdən çəkinməlidir. Eləcə də 
deməli, haradasa, mənə belə gəlir, elə bil ki, 


49 
məsələ burasındadır ki, təbii ki, göründüyü kimi 
söz və ifadələr təkrar-təkrar 
işləndikdə nitq ağırlaşır, dinləyicinin diqqəti fikrin məzmunundan yayınır. Belə 
danışıq tərzi çox vaxt rişxəndə və gülüşə səbəb olur. Ədəbi dilin tənzimləyici və 
yayıcıları sayılan ziyalıların, xüsusən müəllimlərin nitqində bəzən bu cür 
qüsurlara yol verilməsi təəccüb və təəssüf doğurur. 
Auditoriyada, ictimai yerlərdə, rəsmi məclislərdə nitqin daha dəbdəbəli, 
təmtəraqlı olması üçün çox zaman qəlib xarakterli, çeynənmiş sözlərdən, 
cümlələrdən istifadə olunur. 
məqsədyönlü iş, görkəmli nailiyyətlər qazanmaq, 
yüksək əmək nümunələri göstərmək, yüksək nəticələrə nail olmaq, önəmli addım, 
təşkil etmək, diqqəti çəkən məsələ, qısa zaman kəşiyində, prizmadan baxmaq, 
dəstəkləmək, yeni münasibətlər müstəvisində, bu istiqamətdə fəaliyyət
və s. tipli
ifadələrin tez-tez işlədilməsi nitqə quruluq gətirir, onu canlılıqdan məhrum edir. 
Natiq nitqində həmin ifadələrin uyarlı qarşılığından istifadə olunmalıdır. 
Şifahi nitqin (eləcə də yazılı nitqin) qüsurlarından biri də cümlələrin 
məntiqi, qrammatik baxımdan düzgün qurulmamasıdır. Məsələn
, “Bu məqalə 
oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Onun sözünə baxıb, onun abidəsini 
qoydular. Xalq, əhali belə düşünürlər. Orada beş yüzdən artıq qocalarımız 
yaşayır; Tamaşalarımız çox yaxşı kiçikyaşlılar tərəfindən qarşılandı. Hər 
məntəqədə artıq səs verəcək seçiciləri gözləyirdilər; Çox təəssüf ki, bu xeyirxah 
işdə mən tək deyiləm 
və s. Radio və televiziya verilişlərinin dilindən alınmış bu 
cür qüsurlu cümlələrə bəzən natiqlərin, mühazirəçilərin, müəllimlərin nitqində də 
təsadüf etmək mümkündür. Natiq cümlə qurmaq bacarığının təkmilləşdirilməsi ilə 
bağlı müəyyən sistemlə, müntəzəm şəkildə iş aparmalı, həmin keyfiyyətə tam 
şəkildə yiyələnməlidir. Onun nitqində uzun, dolaşıq, təmtəraqlı cümlələrə yol 
verilməməli, fikirlər aydın, sadə şəkildə ifadə edilməlidir. Burada iş cümlələrin 
düzgün qurulması ilə bitmir. Həmin cümlələr həm də dinləyicini qane edəcək bir 
tərzdə söylənilməlidir. Bu zaman ədəbi tələffüz qaydaları gözlənilməli, normal 
diksiyaya, nitq fasiləsinə, tonuna, məntiqi vurğuya və sairəyə əməl olunmalıdır. 
Cümlə qurmaqla bağlı qüsurun bir səbəbi də nitqdə, xüsusən məruzə və 
mülahizələrdə həcmcə böyük cümlələrin işlədilməsidir, Belə cümlələr çox zaman 


50 
nitqi ağırlaşdırır, məzmunun dinləyiciyə çatmasını çətinləşdirir. Məlumdur ki, 
danışan öz fikrini təkcə sadə və ya mürəkkəb cümlələrlə ifadə edə bilməz. Fikrin 
hansı cümlə növü ilə ifadə olunması onun məzmunundan asılıdır. Mürəkkəb 
fikirlər, şübhəsiz ki, daha çox özünəuyğun forma ilə - mürəkkəb cümlələrlə 
deyilməli və ya yazılmalı, bu cümlələr fikrin məzmununa və məntiqinə uyğun 
qurulmalı, artıq, lüzumsuz sözlərə, ifadələrə, təkrarlara yol verilməməli, sözlərdən 
qənaətlə istifadə edilməlidir. Prof.A.Abdullayevin təbirincə desək, cümlələrdə 
sözlərin yeri dar, fikirlərin yeri isə geniş olmalıdır. 
5.

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə