Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə14/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   145
Azf-277620

əsas etibarilə
deməli, məsələn, türkün məsəli, zaddı, ən azı, ona görə ki, Ģeydi, beləliklə, adı 
nədir, adını sən de, hansı ki, haradasa, canım sənə desin, baxanda baxıb 
görürük k
i və s. Belə sözlər nitqi zibilləyir, onda qırıqlıq, uyğunsuzluq, rabitə-
sizlik əmələ gətirir, dinləyicilərdə xoşagəlməz bir duyğu və təəssürat yaradır. 
4) Jarqon sözlərin və ifadələrin işlədilməsi
(məsələn; znaçit, voobşe, tem 
bolli, mejdu proçim, niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl 
gətirir, onun keyfiyyətini aşağı salır. 
5) Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq 
məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, 
ifadələrə 
(anqırmaq, bağırmaq, soxuşdurmaq, xosunlaşmaq, donqullanmaq, 
burcutmaq, qatıqlamaq, qanmaq, tülkü, ayı, eşşək, qoduq, heyvərə, alçaq, tupoy, 
qanmaz, gəbərtmək, qırıldamaq, burnunu söxmaq, kəllən haqqı, çərənləmək, başı 
girməyən yerə bədənini soxmaq, hırıllamaq, hürkmək, xoruzlaşmaq
 
və s.) yer 
verilməməlidir. Belə sözlərlə ifadə olunan alçaldıcı ekspressiyanı ünvanlanan 
adamlar təhqir kimi qəbul edirlər. İctimai yerlərdə belə sözlərin işlədilməsi heç bir 
mənada xoş təsir bağışlamır. Təhsilin humanistləşdirilməsindən söhbət getdiyi 
indiki vaxtda xüsusən müəllimlərin nitqində şagird, tələbə və başqalarına qarşı 
vulqar xarakterli söz və ifadə işlədilməməlidir. Vulqarizmlər dili zibilləyir, 
onların nitqdən kənarlaşdırılması uğrunda həmişə ciddi iş aparılmalıdır. 
“Bəli, dil təmizlik sevir, gözəllik sevir. Bu gözəllik onun bütün təbiəti ilə 
bağlıdır, necə təmiz, sərin, bulaq suyu qayadan qaynayıb çıxır, elə də hər söz 
insanın ürəyindən gəlməlidir. Dilin bütün daxili gözəlliyini əks etməlidir. Belə 


47 
olmadıqda dil korlanır, kobudlaşır, mənasına xələl gəlir, daxili gözəlliyini itirir. 
Dil onu pozan, korlayan hallara isə ciddi müqavimət göstərir, onları rədd edir, 
insanın bədəni yad ünsürləri rədd edən kimi” (M.İbrahimov). 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə