Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə16/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   145
Azf-277620

Nitqin zənginliyi.
Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi
rəngarəngliyi və
 
çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın 
(yazanın) geniş söz ehtiyatına malik olmasıdır. İnsan təfəkkürünün hüdudu 
sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti 
nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən – 
sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcaz-
lardan, intonasiya, üslubi vasitələr və sairədən məharətlə istifadə etməyi bacarma-
lıdır. Müəyyən rabitəli mətndə nə qədər çox müxtəlif və təkrarlanmayan söz, ifadə 
və cümlə işlədilərsə, həmin nitq o qədər də zəngin olar, maraqla dinlənilər, yaxşı 
təsir bağışlayar, asan dərk olunar. Söz ehtiyatı zəngin olan, işlətdiyi hər söz və 
ifadənin mənasını yaxşı anlayan adam həmişə öz fikirlərini çətinlik çəkmədən 
sərbəst şəkildə ifadə edə bilir. Lüğətin zənginliyi məsələsi insanın məşğul olduğu 
işin xarakterindən, yaşadığı mühitdən, mütaliəsindən, dünyagörüşündən asılıdır. 
Görüş dairəsi və mütaliəsi geniş, savadı mükəmməl adamların söz ehtiyatı da 
zəngin olur. Belələri öz çıxışlarında (adi söhbətlərində də) dilimizin söz 
xəzinəsindən bacarıqla istifadə edirlər. Bu gün ali məktəb auditoriyalarında 
mühazirə oxuyan müəllimlərin bir çoxunun nitqi bu baxımdan nümunəvidir. 
Tələbələr onları maraqla dinləyir, nitqin ifadə tərzindən xüsusi zövq alırlar. 
Hər bir savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması 
qayğısına qalmalıdır. Bunun üçün ən səmərəli vasitə radio və televiziya veri-
lişlərini dinləmək və mütaliəni genişləndirməkdir. Diktor, aktyor, söz ustaları, 
natiqlərin və başqalarının danışıqlarını müntəzəm olaraq dinləmək, sözlərin, 


51 
ifadələrin, cümlələrin ifadə tərzinə diqqət yetirmək, nitqin bu baxımdan məziy-
yətlərini mənimsəmək yolu ilə lüğəti genişləndirmək və zənginləşdirmək olar. 
Lüğətin artırılması üçün digər və ən səmərəli yollardan biri də mütaliədir. 
Bədii, elmi-kütləvi, publisistik, fəlsəfi və s. əsərlərin müntəzəm şəkildə mütaliəsi 
söz ehtiyatının artırılmasına səbəb olur. Natiq (mühazirəçi, müəllim) nitqində 
mənası onun özü üçün naməlum və ya az məlum olan bir dənə də söz, termin 
işlətməməlidir. Əgər belə sözləri işlətməyə ehtiyac olarsa, onların mənası və geniş 
izahı ilə bağlı sorğu kitablarına – lüğətlərə, ensiklopediyalara və s. baxmaq, 
mühazirə mətnində müəyyən qeydlər aparmaq məsləhət görülür. 
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən bir də 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə