Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə24/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   145
Azf-277620

lampa`, sumka`, 
knopka`, Lado`qa, kukla`, vanna`, bomba`, kofta`, pipetka` 
kimi sözlər dilimizin 
tələffüz ahənginə uyğun işlədilir. 
Mürəkkəb sözlərin vurğusu daha geniş araşdırmalar tələb edir. Bu sözləri 
əmələ gətirən birinci söz müstəqil vurğusunu itirir, hər iki tərəf üçün ümumi olan 
vurğu ikinci sözün üzərində tələffüz olunur. Azərbaycan dilində mürəkkəb 
sözlərin əksəriyyəti bu qanuna tabe olur. Məsələn; 
alagö`z, qaraqa`ş, boyunbağı`, 


68 
qayınana`, ağcaqayı`n, ayaqqabı`, pambıqtəmizləmə`, Həsənoğlu`, yadelli`, 
bərabərhüquqlu`, səsvermə`
və s. Belə sözlərin bəzisində vurğu tərkibin birinci 
tərəfinin üzərinə düşür. Məsələn; 
Gö`yçay, Qara`bağ, A`ğsu, A`ğdaş, A`ğdam, 
sü`bçağı, dünya`görüşü, i`ldönümü
və s.
Birinci tərəfi saitlə bitib, ikinci tərəfi saitlə başlanan mürəkkəb xüsusi 
isimlərdə vurğu ikinci tərəfin üzərinə düşür. Belə tərkibdə birinci tərəfin son saiti 
ixtisarla olunur, tərkib qovuşmuş bir söz kimi deyilir. Məsələn; 
Molla Abbas – 
Mollabba`s, Mirzə Ələkbər – Mirzələkbə`r, Əli Əsgər – Ələsgə`r, Əli ağa – 
Əlağa` 
və b.
Mürəkkəb birləşmələrin bir qismində tərəflər öz vurğusunu saxlayır, iki 
vurğulu söz kimi tələffüz olunur. Bu hal özünü göstərir: 
1. Samitlə bitən sözə saitlə başlanan söz qoşulduqda. Məsələn; 
stolarxası, 
sututumu, ağızdolusu
və s.
2. Biri ləqəb, digəri insan adları bildirən sözlər. Məsələn
; Mirzə Fətəli
Şah İsmayıl, Molla Nəsrəddin, Nizami Gəncəvi
və b. 
3. Mənaca yaxın sözlərin təkrarı ilə yaranan mürəkkəb sözlərdə. Məsələn; 
dava-dərman, oğul-uşaq
və s.
4. Müxtəlif mənalı sözlərdən əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; 
alış-veriş, gecə-gündüz, dərə-təpə, ağız-burun
və s.
5. Eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; 
aşıq-
aşıq, daş-daş, top-top 
və s. 
Tərkibində

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə