Nitq mədəniyyətinin əsasları


əqli çox olan adamın sözü az olar; hər bir adam öz dilinin



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə4/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   145
Azf-277620

əqli çox olan adamın sözü az olar; hər bir adam öz dilinin 
altında gizlənir; danıĢanın özünə yox, sözünə daha çox diqqət et, ölç, biç 
sonra kəs; düĢün, daĢın, sonra danıĢ; anla, bil, sonra et və s.
Şərq dünyasının böyük alimi Əli ibn Sina (980-1037), şair və filosofları - 
Firdövsi (934-1024), Əbu Reyhan Biruni (973-1048), Mahmud Kaşqarlı (1029-
1126), Sədi Şirazi (1184-1291) və b. öz əsərlərində sözə yüksək qiymət vermiş, 
danışıq qabiliyyətinin, sözdən istifadə bacarığının insan ləyaqəti ilə üzvi bağlı 
olduğunu həkimanə sözlərlə, ifadələrlə oxucularına çatdırmışlar. Bu baxımdan 
Sədi Şirazinin fikirləri daha səciyyəvidir:
 
Nədir dil ağızda, ey ağlı olan? 
Hünər xəzinəsinə açardır – inan! 
 
Tələsik söyləmə sözünü bir dəm
Fikrini kamil de, gec olsa nə qəm... 
 
Əvvəl bir düşün, sonra dilə gəl, 
Divar tez yıxılar, olmasa təməl! 
 
Əbu Əli ibn Sina ritorika elmi, onun qanunauyğunluqları, söz sənəti, 
gözəl danışmağın insan cəmiyyətindəki rolu və s. ilə bağlı dəyərli fikirlər söylə-
mişdir. 
Azərbaycanda da natiqlik sənətinin yaranması tarixi qədimdir. Bu sənət 
xalqın ədəbi-estetik fikri ilə bağlı qədim və orta əsrlərdə yazıçı və şairlərin şərh, 


18 
risalə, təzkirə, bədii əsərlərində yaranmış, təşəkkül tapmış, həmin mənbələrdə 
sözün qüdrəti ilə bağlı dəyərli fikirlər söylənilmişdir. 
Azərbaycan şifahi xalq ədəbiyyatında söz, gözəl danışmaq qabiliyyəti 
bəşəriyyətin təməl daşı kimi qiymətləndirilmiş, xilqətin əzəlinin söz olduğu təlqin 
edilmişdir. Ulu əcdadlarımız sözün real gücünü, təbii qüdrətini həmişə yüksək 
dəyərləndirmişlər. Babalarımız bəşər tarixini obyektiv təhlil edərək belə bir nəti-
cəyə gəlmişlər ki, insan cismən yox olsa da, onu tarixdə yaşadan sözdür. Bizim 
çağdaş tariximiz sözün tarixidir. Hər hansı bir tarixi dövrü mənəvi aləmimiz, söz 
tariximizlə ölçür, qiymətləndiririk. Məsələn: Nizaminin dövrü, Füzulinin dövrü 
və s. Nizami dövründə yaşamış sərkərdələr, hökmdarlar ancaq Nizamiyə görə 
tanınır, yad edilirlər. Söz müqəddəs, sözü cilalayan ustad isə müqəddəslərin 
müqəddəsidir. Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid verir, 
ümid qırır. Söz var dağa çıxarar, söz var dağdan endirər. Söz bir olsa dağ 
yerindən oynayar. Söz həm məlhəmdir, həm də yara. Söz var gələr keçər, söz var 
dələr keçər. Antik dövrün böyük mütəfəkkiri, qüdrətli loğmanı Hippokrat 
demişdir ki, təbabət üç nəhəngin çiynində dayanır: bitki, bıçaq, söz. Min il bundan 
əvvəl böyük Firdovsi yazırdı: “Sözün qədrini bilin, həyatda ancaq söz yadigar 
qalır”. 
Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biri olan Nəsrəddin Tusi 
özünün “Əxlaqi-Nasiri”, “Abad-ül-mütəllimin” və digər əsərlərində sözün qüdrə-
tinə, natiqlik sənətinə yüksək qiymət vermişdir. O, gözəl nitqi millətin mədəniyyət 
göstəricilərindən biri sayırdı. N.Tusi göstərirdi ki, gözəl nitq üçün birinci 
növbədə dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyindən faydalanmaq
vərdişlərinin inkişaf etməsi, yəni həmin dildən istifadə edənlərin hazırlığı tələb 
olunur. O, nitq mədəniyyətinin əsas şərtləri olan düzgünlük, ifadəlilik və dəqiqliyə 
xüsusi fikir vermiş, dilin qayda-qanunlarına hamının eyni dərəcədə riayət etməsini 
zəruri saymışdır. Tusiyə görə, insan bu dünyanın əşrəfi, o böyük Allahın zərrəsi, 
təbiətin tərkib hissəsidir; onun dünyaya gəlməsində Ana və Təbiət Allahın 
buyruğu ilə əsas rol oynamışdır. Odur ki, Allahı, haqqı, həqiqəti dərk etməkdən 
ötrü bütün bilik mənbələrindən baş çıxarmağı və onlara sahib olmağı mütəfəkkir 


19 
alim fəzilət sayır. Bu fəzilətin insanda nitfədən (insan yarandığı gündən) malik 
olduğu isə ünsiyyətdir. İnsan öz-özü ilə də, Allahı ilə də, insanla da ünsiyyətdən 
çox böyük fərəh duyur, çünki o bütün bunları dərk etmiş, həqiqətə yaxınlaşmış, 
Allaha qovuşmuş olur. Məhz bu mənada insan dünyasında, o cümlədən, Tusi 
nəzəriyyəsində natiqlik müqəddəs sənət, söz söyləmək, danışmaq möcüzəvi 
qabiliyyət sayılır (49).
Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə yüksək 
qiymət verənlər çox olmuşdur. Ədəbi-tarixi mənbələrə görə, Fələki Şirvani, 
İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Əfzələddin Xaqani, Nizami Gəncəvi, 
Həsənoğlu, Nəsirəddin Tusi, Əbdülrəşid Bakuvi, İmadəddin Nəsimi, Məhəmməd 
Füzuli, Sahib Təbrizi, Molla Pənah Vaqif, Qətran Təbrizi, Şah İsmayıl Xətai, 
Marağalı Ədhəvi və b. böyük natiqlər olmuşlar. Onların yazdıqları bədii əsərlərdə 
natiqlik məharəti, nitq kamilliyi mədəniyyəti, nitqin təsir qüvvəsi, nitqdə forma və 
məzmun vəhdətinin gözlənilməsi və s. haqqında janrın verdiyi imkan ölçüsündə 
elmi-nəzəri fikir və mülahizələr söylənilmiş, söz sənətinə yüksək qiymət 
verilmişdir. 
Nizami sözün insan həyatında ecazkar qüvvəyə malik olduğunu, dünyanın 
gözünün ilk dəfə sözlə açılması ideyasını, fikirlərini qüdrətli poetik bir dillə 
tərənnüm etmişdir. “Sirlər xəzinəsi” əsərində şair sözlə bağlı “Sözün qüdrəti” adlı 
ayrıca fəsil vermiş, sözün şəninə ən ləyaqətli sözlər işlətmişdir: 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə