Nitq mədəniyyətinin əsasları


qayınana`,  ağcaqayı`n,  ayaqqabı`,  pambıqtəmizləmə`,  Həsənoğlu`,  yadelli`



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   19   20   21   22   23   24   25   26   ...   87

 
68 
qayınana`,  ağcaqayı`n,  ayaqqabı`,  pambıqtəmizləmə`,  Həsənoğlu`,  yadelli`, 
bərabərhüquqlu`,  səsvermə`  və  s.  Belə  sözlərin  bəzisində  vurğu  tərkibin  birinci 
tərəfinin  üzərinə  düşür.  Məsələn;  Gö`yçay,  Qara`bağ,  A`ğsu,  A`ğdaş,  A`ğdam, 
sü`bçağı, dünya`görüşü, i`ldönümü və s.  
Birinci  tərəfi  saitlə  bitib,  ikinci  tərəfi  saitlə  başlanan  mürəkkəb  xüsusi 
isimlərdə vurğu ikinci tərəfin üzərinə düşür. Belə tərkibdə birinci tərəfin son saiti 
ixtisarla  olunur,  tərkib  qovuşmuş  bir  söz  kimi  deyilir.  Məsələn;  Molla  Abbas  – 
Mollabba`s,  Mirzə  Ələkbər  –  Mirzələkbə`r,  Əli  Əsgər  –  Ələsgə`r,  Əli  ağa  – 
Əlağa` və b.  
Mürəkkəb  birləşmələrin  bir  qismində  tərəflər  öz  vurğusunu  saxlayır,  iki 
vurğulu söz kimi tələffüz olunur. Bu hal özünü göstərir: 
1. Samitlə bitən sözə saitlə başlanan söz qoşulduqda. Məsələn; stolarxası, 
sututumu, ağızdolusu və s.  
2.  Biri  ləqəb,  digəri  insan  adları  bildirən  sözlər.  Məsələn;  Mirzə  Fətəli, 
Şah İsmayıl, Molla Nəsrəddin, Nizami Gəncəvi və b. 
3. Mənaca yaxın sözlərin təkrarı ilə yaranan mürəkkəb sözlərdə. Məsələn; 
dava-dərman, oğul-uşaq və s.  
4.  Müxtəlif  mənalı  sözlərdən  əmələ  gələn  mürəkkəb  sözlərdə.  Məsələn; 
alış-veriş, gecə-gündüz, dərə-təpə, ağız-burun və s.  
5. Eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; aşıq-
aşıq, daş-daş, top-top və s. 
Tərkibində qeyri sözü  olan sifətlərdə söz vurğusu qeyrı sözünün üzərinə 
düşür. Məsələn; qe`yri-adi, qe`yri-qanuni, qe`yri-kafi, qe`yri-rəsmi və s.  
Mürəkkəb  sual  və  qeyri-müəyyən  əvəzliklər    qovuşuq  halında  bir  vurğu 
ilə deyilir. Məsələn; nə vaxt? , nə zaman?, nə cür?, heç kim, heç kəs, heç biri, hər 
kəs və s.  
Ədəbi  tələffüzdən  uzaqlaşma  bəzən  mürəkkəb  sözlərin  də  deyilişində 
özünü göstərir. Bu bir-birinə əks olan iki vəziyyətdə müşahidə olunur 
1.Birləşdirici  vurğuya  malik  olan  mürəkkəb  sözlərdə  vurğu  düzgün 
olmayaraq  ikinci  tərəfin  üzərində  deyilir:  Gö`yçay,  A`ğdaş,  A`ğsu,  i`ldönümü, 


 
69 
cansağlığı  əvəzinə  Göyça`y,  Ağda`ş,  Ağsu`,  ildönümü`,  cansağlığı`  tələffüz 
olunur. 
2.
 
Mürəkkəb  sözü  təşkil  edən  birləşmənin  ikinci  tərəfində  deyilməli 
olan  vurğu  birinci  tərəfdə  tələffüz  edilir.  Məsələn;    be`şillik,  sə`svermə, 
ə`lyazması, ila`nbalığı, aya`qqabı, ya`delli, bərabə`rhüquqlu və s. 
Vurğu  ilə  bağlı  qüsurlar  nitqin  ümumi  ahənginə,  intonasiyasına  hiss 
ediləcək  dərəcədə  naqislik  gətirir,  onun  təsir  gücünü  müəyyən  qədər  zəiflədir. 
Danışıq  və  oxuda  intonasiya  qaydalarına  yerli-yerində  əməl  olunub,  amma  bir 
sözün  vurğusu  düzgün,  vərdiş  etdiyimiz  şəkildə  tələffüz  edilmirsə,  belə  nitq 
dinləyicini, şübhəsiz ki, qane edə bilməz. Bu baxımdan söz vurğusu avazlaşmanın 
ən vacib ünsürü hesab edilməlidir. 
Mühazirəçi alınma söz və terminləri düzgün tələffüz etməyi bacarmalıdır. 
Xüsusən  natiqin  sözləri      kafe`dra,  sü`jet,  nəzə`riyyə,  şu`ra,  mü`xtəlif,  sı`ğorta 
kimi  tələffüz etməsi ilə heç cür razılaşmaq olmaz. Bu sahədə qüsura yol vermə-
mək  üçün  danışan  diktorlar,  nümunəvi  nitqi  olan  digər  adamları  dinləməli, 
alınmaların  deyilişinə  diqqət  verməli,  çətin  tələffüz  olunan  terminləri  qeyd  edib 
üzərində  vurğu  işarəsi  qoymalıdır.  Bunun  digər  yolu  mövcud  sorğu  kitabça-
larından istifadə etməkdir. Bu məqsədlə aşağıdakı vasitələrdən faydalanmaq olar. 
1. Azərbaycan dilinin orfoepiya sözlüyü, “Elm” nəşriyyatı, 1983. 
2.  Ə.Əfəndizadə.  Orfoqrafiya-orfoepiya  –  qrammatika  lüğəti.  “Maarıf”, 
1983. 
3. Vurğu lüğəti. Bakı, “Elm”, 1993. 
4.  N.Abdullayev  və  Z.Məmmədov.    Orfoqrafiya-orfoepiya  lüğəti.  Bakı, 
2003. 
5. Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti. Bakı, 2013. 
Məntiqi  vurğu.  Cümlənin    ayrı-ayrı  hissələri,  cümlə  üzvləri  kommu-
nikativ yüklənmə əsasında düzülür. Cümləni təşkil edən sözlərin hecaları vurğuya 
görə fərqləndiyi  kimi, cümlədəki müəyyən bir söz – kommunikativ yüklü söz də 
başqalarına nisbətən fərqli deyilir. Həmin söz danışanın məqsədini dinləyən və ya 
oxuyanın diqqətinə çatdıran bir fonetik vahid kimi çıxış edir. Bu cür  kəlmə və ya 


 
70 
söz  birləşmələrinin  digərlərinə  nisbətən  güclü  deyilişi,  nəzərə  çarpdırılması 
məntiqi  vurğunun  vasitəsilə  olur.  Məntiqi  vurğu  cümlədə  hər  dəfə  yeni  söz 
üzərində düşəndə xüsusi məna çaları əmələ gəlir. 
Məntiqi  vurğuya  riayət  etməyin  natiqin  ifadəli  oxusu,  danışığı,  mühazirə 
və söhbətlərində  praktik əhəmiyyəti böyükdür. Natiq bu vurğu vasitəsilə oxuduğu 
hər  hansı  bir  mətndə,  eləcə  də  ifadə  etdiyi  fikirdə  müəyyən  sferanı,  bir  tərəfi  - 
fikrin  ən  əhəmiyyətli  komponentini  ayırıb  xüsusi  tonla  dinləyiciyə  çatdırmağa 
çalışır. Məsələn; S.Rüstəmin “Təbrizim” şeirinin bir bəndinə nəzər salaq. 
 
                          Sənin çiçəyinə, gülünə qurban, 
                          Mənə qardaş deyən dilinə qurban. 
                          Vətəninə qurban, elinə qurban, 
                          Baxdıqca hüsnünə doymayır gözüm, 
                          Təbrizim, Təbrizim, gözəl Təbrizim. 
 
Bu  şeir  parçasının  bütün  sözlərini  eyni  tonla,  eyni  vurğu  ilə  oxumaq 
ifadəliliyi  təhrif  etmək,  şeirin  bədiiliyini    söndürməkdir.  Çünki  qurban  ifadəsi 
təkrar olunduğuna görə ondan əvvəlki kəlmə xüsusi vurğu ilə deyiləndə misranın 
bədiiliyi  artır,  məna  dinləyiciyə  daha  dəqiq  çatır,  eşidənin  hissi  coşur,  ürəyi 
riqqətə gəlir. Buna görə də həmin şeirdə fərqləndirilən sözləri nəzərə çarpacaq bir 
şəkildə tələffüz etmək və mənanı dinləyiciyə dəqiq çatdırmaq lazımdır ki, bu  da 
məntiqi vurğu vasitəsilə mümkün olur. Əgər birinci sətirdəki sənin, qurban, ikinci 
sətirdəki  mənə,  deyən  və  s.  sözləri  növbə  ilə  məntiqi  vurğu  altında  desək,  onda 
şeir  əvvəlki  təbiiliyini,  gözəlliyini  tam  itirər,  bu  bədii  parça  adi  söz  yığımı 
səviyyəsinə enər. 
Məntiqi  vurğu  nitqdə  məna  dəqiqliyi,  məqsədin  anlaşılması,  danışanın 
çatdırmaq istədiyi fikir deməkdir. Məsələn,  Bakıda sentyabrda havalar həmiĢə 
sakit  keçir. Burada hər bir sözü məntiqi vurğu altında tələffüz etməklə cümlənin 
müxtəlif  kəlmələrini mənaca başqalarından fərqləndirib,  diqqəti ona cəlb etmək 
olar. Belə  məqamlarda  hər bir  söz  mənalı  vahid  kimi  ümumi  cümlə  sintaqmında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə