Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   2   3   4   5   6   7   8   9   ...   87

 

XIX  əsrin  ortalarından  başlayaraq  Azərbaycan  dili  məktəblərdə  elmi-
pedaqoji əsaslarla tədris olunmağa başlanmışdır. Milli ziyalılarımızdan A.Bakıxa-
nov,  M.Ş.Vazeh,  M.F.Axundov,  M.Ə.Vəzirov,  S.Ünsüzadə,  A.O.Çernyayevski, 
S.Ə.Şirvani,  F.Ağazadə,  B.Çobanzadə,  N.Nərimanov,  S.S.Axundov  və  başqa 
zamanın onlarca  qabaqcıl müəllimi, maarifçisi tərəfindən Azərbaycan dilinə dair 
dərslik, dərs vəsaiti, məqalə yazılıb çap olunmuşdur. Həmin əsərlərdən məktəblə-
rimizdə  uzun  müddət  tədris  vəsaiti  kimi  istifadə  edilmişdir  (bu  barədə  ətraflı 
məlumat almaq üçün bax: A.Abdullayev. Azərbaycan dilinin tədrisi tarixinə dair. 
Bakı, Azərtədrisnəşr, 1966). 
Sovet hakimiyyəti illərində Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı 
böyük  işlər  görülmüşdür.  Dilimizin  ayrı-ayrı  sahələri  (orfoqrafiya,  orfoepiya, 
leksika,  frazeologiya,  sözyaradıcılığı,  fonetika,  morfologiya,  sintaksis  və  s. 
sahələri)  geniş,  hərtərəfli  tədqiq  olunmuş,  bu  sahələrə  aid  monoqrafiyalar,  dərs-
liklər, dərs vəsaitləri və məqalələr hazırlanıb nəşr edilmişdir. Lakin bütün bunlara 
baxmayaraq  xalqımızın  müstəqillik  və  suverenlik  əldə  etməsinə  qədər,  xüsusən, 
Sovet  hakimiyyəti  dövründə  Azərbaycan  dili  formal  şəkildə  dövlət  dili  hesab 
edilmiş, dilimiz konstitusiyada təsbit edilən hüquqa, imtiyaza  malik olmamışdır. 
Rəsmi tədbirlərdə, qurultaylarda, məclislərdə, dövlət idarələrində, əsasən, rus dili 
işlədilirdi.  Bu  dili  yaxşı  bilməyənlər  məsul  vəzifələrə  təyin  olunmurdu.  Hətta 
Azərbaycan dili problemlərinə həsr edilən və müdafiə olunan dissertasiya əsərləri 
belə rus dili mütəxəssisinin müsbət rəyindən verdikdən sonra təsdiq olunurdu. 
Respublikamız  yalnız dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilimiz 
həqiqi  mənada,  əməli  şəkildə  dövlət  dili  hüququnu  qazandı.  Müstəqil  Azərbay-
canın  1995-ci  ildə  ümumxalq  referendumunda  qəbul  edilmiş  Yeni  Konstitu-
siyasında Azərbaycan dili dövlət dili kini öz layiqli statusunu aldı. Burada (21-ci 
maddədə) göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir 
və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. 
Müstəqilliyimizin  sonrakı  illərində  Respublika  prezidenti  H.Əliyev 
Azərbaycan  dilinin  Konstitusiya  hüququnun  həyata  keçirilməsinə,  onun  inkişa-
fına,  tətbiq  dairəsinin  genişləndirilməsinə  xüsusi  diqqət  və  qayğı  göstərmişdir. 


 

“Bizim  birinci  nailiyyətimiz  o  olmalıdır  ki,  öz  dilimizi  Azərbaycanda  hakim  dil 
etməliyik. Hər bir azərbaycanlı  öz ana dilini bilməlidir, bu dillə səlis danışmalı və 
bu dili sevməlidir” (H.Əliyev). 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin 
təkmilləşdirilməsi  haqqında”,  2  yanvar  2003-cü  ildə  “Azərbaycan  Respubli-
kasında  dövlət  dili  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 
edilməsi  barədə  Azərbaycan  Respublikası  prezidentinin  fərmanları  bu  qayğının 
parlaq  təzahürü  olmaqla,  dövlət  müstəqilliyimizin  başlıca  rəmzlərindən  sayılan 
Azərbaycan  dilinin  öyrənilməsi,  elmi  tədqiqinin  fəallaşdırılması,  dilimizin 
cəmiyyətdə tətbiqi dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır. 
Belə  bir  şəraitdə  kütlələrlə  daima  təmasda  olan  natiqlərin,  xüsusən 
müəllimlərin üzərinə böyük vəzifələr düşür. Onlar əməli fəaliyyətində dildən yük-
sək səviyyədə istifadə etmək bacarıq və vərdişlərinə yiyələnməklə, bu keyfiyyəti 
gələcəyin qurucularına  – gənclərə də  aşılamalıdırlar. Bugünkü  natiq dərin  biliyə, 
hərtərəfli məlumata sahib olmaqla yanaşı, rəvan, aydın və cəlbedici, səfərbəredici 
bir  dillə  danışmağı  da  bacarmalıdır.  Xalqın  geniş  əksəriyyətinin  savadlı  olduğu, 
yeni  təfəkkür  tərzinin  formalaşdığı  müasir  dövrdə  gözəl  danışıq  qabiliyyətinə 
yiyələnməyi  zaman  özü  tələb  edir,  bu  iş  inkişafımızın  ümumi  ahəngi  ilə  bağlı 
olaraq  indi  daha  böyük  maraq  doğurur.  Cəmiyyət  üzvlərini  bir-birinə  bağlayan 
həyat tərzi, şüur, düşüncə, mənəvi yaxınlaşma, dostlaşma, mehribanlıq və s. kimi 
yüksək  milli  keyfiyyətlər  məhz  indi  nitqimizin  düzgünlüyü  və  gözəlliyi  qeydinə 
qalmağı həmişəkindən daha kəskin şəkildə qarşıya qoyur. Biz hər gün gözəl nitq 
nümunələrini – diktorların, aktyorların, həkimlərin, müəllimlərin, siyasətçilərin və 
başqalarının  danışığını  eşidirik.  Təəssüf  ki,  bunlar  azlıq  təşkil  edir,  indiki  dövr 
xalqın bütünlükdə yüksək nitq mədəniyyətinə yiyələnməsini tələb edir. Ona görə 
də  müasir  vətəndaş  daim  öz  nitqinin  zənginliyi  və  gözəlliyinin  qeydinə  qalmalı, 
onun  geyimi,  davranışı  ilə  yanaşı,  nitqi  də  bugünkü  yüksək  səviyyəyə  uyğun 
olmalıdır. İnsan gözəlliyindən bəhs edilərkən onun daxili və xarici aləminin bir-
birini tamamlaması  ən zəruri bir amil kimi nəzərə alınır. Nitqin gözəlliyi insana 
xas olan digər gözəlliklər içərisində başlıca yer tutur. Yüksək nitq mədəniyyətinə 


 

sahib  olmaq  insanın  şan-şöhrətini,  ləyaqətini,  izzət  və  hörmətini  artıran 
amillərdəndir. 
Hal-hazırda  ali  məktəblərin  çoxunda  “Nitq  mədəniyyətinin  əsasları”  adlı 
fənn tədris olunur. Bu fənnin tədris məqsədi tələbələrdə öz fikirlərini həm yazılı, 
həm də şifahi formada düzgün, aydın, məntiqi, yığcam, səlis, zəngin, canlı, sadə, 
anlaşıqlı  bir  şəkildə  ifadə  edə  bilmək  bacarıq  və  vərdişləri  yaratmaqdır.  Nitq  və 
dil, dil və təfəkkür, nitq və nitq şəraiti, dil sisteminin normaları, üslub normaları, 
nitqin  üslubi  bütövlüyü,  dilin  leksik  vahidlərindən  yerində  və  məqsədəuyğun 
istifadəetmə bacarığı, nitqin etik normaları və s. bu fənnin predmetini təşkil edir. 
Fənnin  tədrisi    prosesində  tələbələrə  nitq  mədəniyyəti  haqqında  məlumat 
verilməli,  mədəni  nitqə  yiyələnməyin  daha  effektli,  səmərəli  üsul  və  vasitələri 
şərh olunmalı, onlardan düzgün istifadə yolları göstərilməlidir. Nitq mədəniyyəti 
problemi  ilə  bağlı  çoxsaylı  elmi-tədqiqat  işləri  aparılmasına  baxmayaraq  hələ  də 
bu sahəyə dair mükəmməl bir dərslik hazırlanıb istifadəyə verilməmişdir. Bunun 
başlıca  səbəblərindən  biri  istər  yazılı,  istərsə  də  şifahi  ədəbi  dilimizin  normala-
rının dilin müasir inkişaf səviyyəsinə uyğun əsaslı şəkildə işlənməməsi, dəqiqləş-
dirilib  təkmilləşdirilməməsidir.  Bu, nitq  mədəniyyətinin praktik cəhətdən işlən-
məsini və mənimsənilməsini çətinləşdirir. 
Ümumi  mədəniyyətimizin  ən  vacib  və  aparıcı  tərkib  hissələrindən  biri 
olan  nitq  mədəniyyəti  bütün  tədris  müəssisələrində  öyrədilməli,  onun  əsasları 
şagird və tələbələrə elmi şəkildə aşılanmalıdır. “...bu fənnin təkcə ali məktəblərdə 
deyil, bütün orta ixtisas və ümumtəhsil məktəblərində, xalq universitetlərində və 
başqa kütləvi auditoriyalarda tədris olunması xalqın nitq mədəniyyətinin yüksəl-
dilməsinə  çox  böyük  təkan  verə  bilər”  (17,  15).  Belə  bir  ehtiyacı  nəzərə  alaraq 
“Nitq mədəniyyətinin  əsasları” adı ilə həcmcə çox da böyük olmayan bu vəsaiti 
hazırlamağı məqsədəuyğun bildik. 
Məlum  olduğu  kimi,  “nitq  mədəniyyəti”  anlayışı  öz  həcminə,  əhatə 
dairəsinə görə olduqca genişdir. Bura mədəni nitqi şərtləndirən əsas amillər,  nitq 
mədəniyyəti  və  ədəbi  dil  normaları,  nitq  mədəniyyəti  və  danışıq  etikası,  mədəni 
nitqin ictimai və sosial-iqtisadi inkişafdakı rolu, nitq mədəniyyətinə yiyələnməyin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə