Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   2   3   4   5   6   7   8   9   ...   87

 
15 
sənətin  fəlsəfəyə  münasibəti  və  s.  kimi  məsələləri  şərh  etmiş,  özünün  təsəvvür 
etdiyi ideal natiq surətini yaratmışdır. 
Üçüncü  traktatda  (“Natiq”  əsərində)  müəllifin  natiqlik  sənəti  barədə 
qiymətli fikirləri, mülahizələri söylənilmişdir: “Natiq olmaq üçün birinci və zəruri 
şərt təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər istedad insanın gözəlliyidirsə, bu 
gözəlliyin rəngi natiqlikdir”. “Ancaq müdrik adam həqiqi natiq ola bilər, ... kim 
gözəl danışırsa, o, bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə 
də müdrikdir” (52, 201). 
Siseron nitqinin süjet xətti, ifadə tərzi və məqamına görə işlədilən natiqlik 
priyomları  diqqəti  cəlb  edir.    Xatırladaq  ki,    yunan  dilini  gözəl  bildiyi  üçün 
Demosfenin  nitqlərində  ritorika  məktəblərində  təbliğ  olunan  “attika  üslubu”ndan 
geniş istifadə etmişdir. Siseron eyni sxemliliyi, demək olar ki, gözləmişdir: giriş, 
təhkiyə  və  fikri  təsdiq  edən  sübutlar,  faktlar,  nəticə.  Natiq  nitqinin  təhkiyə 
hissəsini  daha  təsirli,  daha  maraqlı  qurmağa  çalışmış,  yeri  gəldikcə  tarixi 
lətifələrdən,  haqqında  danışdığı  hadisələrdən,  atalar  sözü  və  xalq  məsəllərindən, 
bədii sual, xitab və nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir (30, 40). 
Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri də Mark Fabiy 
Kvintilian  (42-118)  olmuşdur.  O,  natiqlik  nəzəriyyəçisi  kimi  tanınmışdır.  Acdığı 
ritorika  məktəbi  ona  şöhrət  gətirmişdi.  Kvintilian    “Natiqlik  təhsili”  adlı    12 
kitabdan ibarət əsər yazmışdı. Həmin kitablarda natiqlik sənətinin elementləri və 
ritorikanın  mahiyyəti,  nitq  üzərində  işin  mərhələləri  (mövzunun  seçilməsi, 
yerləşdirilməsi,  yadda  saxlanılması,  nəqli,  aydın  tələffüzü),    natiqlik  sənətinə, 
natiqlərin fəaliyyətinə verilən tələblər və s. məsələlər şərh olunmuşdur. 
Kvintilian  natiqlik  sənətinə  yiyələnməyi  təhsilin  zirvəsi  hesab  edirdi.  O, 
bunu obrazlı şəkildə belə ifadə  edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik 
sənətinə isə təlimin  köməyi ilə yiyələnmək mümkündür” (55, 97). 
Qədim  Romada  natiqlik  sənətinə  böyük  maraq  göstərilirdi.  Adamlar 
məşhur söz ustalarının nitqini öyrənir, hətta çox halda əzbərləyirdilər. Danışanlar 
öz  fikirlərini  əsaslandırmaq  üçün  lazım  gəldikdə  natiqin  nitqindən  müəyyən 
parçaları nümunə kimi verir, ona istinad edirdilər. 


 
16 
Roma natiqlik sənətinin inkişafı üzün sürmür. Respublikanın süqutundan 
sonra natiqlik sənəti tənəzzülə doğru gedir. Diktatura, imperiya natiqliyin qarşısını 
alır, bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları 
təbliğ etmək vasitəsinə çevrilir. 
Natiqlik  sənətinin  tarixi  ilə  bağlı  eyni  vəziyyət  Rusiyada,  eləcə  də 
Azərbaycanda XVII, XVIII və XIX əsrlərə qədər davam etmişdir. 
Rusiyada natiqlik sənətinin inkişafı böyük alim, eyni zamanda mahir söz 
ustası  M.V.Lomonosovun  adı,  fəaliyyəti  ilə  bağlıdır.  O,  1748-ci  ildə    «Краткое 
руководство  краткоречи»  adlı  kitab  çap  etdirmişdir.  Bu  əsər  “Ritorika”nın 
əsasında  yazılmışdır.  Həmin  əsərdə  müdriklik  və  hazırcavablıq  natiqlik  sənəti 
üçün  başlıca  məziyyət  kimi  qiymətləndirilir.  Bu  keyfiyyətlərin  yaradılmasında 
natiqin  təbii  istedadı,  təcrübəsi,  dünyagörüşü,  elmi-nəzəri  hazırlığı,  mütaliəsi 
vacib  şərt  kimi    irəli  sürülür.  M.V.Lomonosova  görə,  natiq  dinləyicinin  hissiy-
yatına  təsir  etməlidir.  Bunun  üçün  o,  natiqliyin  təsirgöstərmə  vasitələrindən 
istifadə etməyi bacarmalıdır. 
Rus natiqlik sənətinin inkişafında XIX əsrdə yaşayıb-yaratmış yazıçıların, 
şairlərin,  filosofların,  siyasətçilərin,  din  xadimlərinin,  dilçi  alimlərin  və 
başqalarının da fəaliyyəti böyük olmuşdur. Ölkənin böyük şəhərlərində fəaliyyət 
göstərən  məhkəmələrdə  səslənən  nitqlər  də  rus  natiqlik  sənətinin  bu  dövrdə 
formalaşmasına  müsbət  təsir  göstərmişdir.  XIX  əsrin  60-cı  illərində  Rusiyada 
məhkəmə  islahatı  keçirilir.  Bu  islahata  əsasən,  məhkəmə  prosesində  iclasçıların 
iştirakı  təmin  olunur.  Məhkəmə  prosesi,  bir  növ,  demokratikləşdirilir.  Oradakı 
canlı  danışıq,  obrazlı  söylənilən  nitq  dövrün  məşhur  adamlarının  diqqətini  cəlb 
edir.  M.E.Saltıkov-Şedrin,  F.M.Dostoyevski,  A.P.Çexov  və  b.  tez-tez  məhkəmə 
salonlarına gedər, oradakı çıxışları dinləyərdilər. 
Natiqlik  sənətinə  qədim  mədəniyyət  tarixi  olan  Şərqdə  də  maraq 
yaranmış,  ritorika  elminə  insan  fəaliyyətinin  xüsusi  növü  kimi  yüksək  qiymət 
verilmişdir. 
Filosof,  siyasətçi,  qanunşünas,  böyük  islahatçı,  cəsur  sərkərdə,  islam 
dininin  banisi    Məhəmməd  Peyğəmbər  (ə.s.)  ədəb,  əxlaq,  iffət,  vicdan,  təvazö-


 
17 
karlıq,  təmizlik,  namuslu  olmaq  və  s.  insani  keyfiyyətlər  sırasında  natiqlik 
məharətinə  xüsusi  əhəmiyyət  vermiş,  göstərmişdir  ki,  natiqliyin  bəlağəti  bəzən 
cadu  və  sehr  təsiri  bağışlayır.  İnsanın  gözəlliyindən  biri  də  onun  aydın  və  gözəl 
danışmasıdır. 
İslamın  ikinci  böyük  şəxsiyyəti  olan  Həzrət  Əlinin  zəngin  irsində  təlim-
tərbiyə məsələləri ilə yanaşı, danışıq, onun etik qaydaları barədə ibrətamiz fikirlər 
söylənmişdir:  əqli  çox  olan  adamın    sözü  az  olar;  hər  bir  adam  öz  dilinin 
altında  gizlənir;  danıĢanın  özünə  yox,  sözünə  daha  çox  diqqət  et,  ölç,  biç 
sonra kəs; düĢün, daĢın, sonra danıĢ; anla, bil, sonra et və s.   
Şərq dünyasının böyük alimi Əli ibn Sina (980-1037), şair və filosofları - 
Firdövsi  (934-1024),  Əbu  Reyhan  Biruni  (973-1048),  Mahmud  Kaşqarlı  (1029-
1126), Sədi Şirazi  (1184-1291) və b. öz əsərlərində sözə yüksək qiymət vermiş, 
danışıq  qabiliyyətinin,  sözdən  istifadə  bacarığının  insan  ləyaqəti  ilə  üzvi  bağlı 
olduğunu  həkimanə  sözlərlə,  ifadələrlə  oxucularına  çatdırmışlar.  Bu  baxımdan 
Sədi Şirazinin fikirləri daha səciyyəvidir:  
 
                      Nədir dil ağızda, ey ağlı olan? 
                      Hünər xəzinəsinə açardır – inan! 
 
                      Tələsik söyləmə sözünü bir dəm, 
                      Fikrini kamil de, gec olsa nə qəm... 
 
                      Əvvəl bir düşün, sonra dilə gəl, 
                      Divar tez yıxılar, olmasa təməl! 
 
Əbu  Əli  ibn  Sina  ritorika  elmi,  onun  qanunauyğunluqları,  söz  sənəti, 
gözəl danışmağın insan cəmiyyətindəki rolu və s. ilə bağlı dəyərli fikirlər söylə-
mişdir. 
Azərbaycanda  da  natiqlik  sənətinin  yaranması  tarixi  qədimdir.  Bu  sənət 
xalqın ədəbi-estetik fikri ilə bağlı qədim və orta əsrlərdə yazıçı və şairlərin şərh, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə