Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   2   3   4   5   6   7   8   9   ...   87

 
10 
yolları,  üsulları  və  digər  məsələlər  daxildir.  Bu  vəsaitdə  mədəni  nitqin  vacib  
sayılan  ən  ümdə  problemlərindən  danışılır.  Kitab  üzərində  işlənilərkən  nitq 
mədəniyyəti  və  natiqlik  məharəti  məsələlərindən  bəhs  edən  əsərlərdən  yeri 
gəldikcə istifadə olunmuşdur. 
Vəsait qüsursuz da deyildir. Onun gələcəkdə təkmilləşəcəyinə kömək edə 
biləcək qeyd və təkliflərinə görə oxuculara əvvəlcədən razılığımı bildirirəm. 
                                                                                 
 
                                                                                                     Müəllif 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
11 
I  FƏSĠL 
NĠTQ MƏDƏNĠYYƏTĠNĠN TƏDQĠQĠ, ĠNKĠġAFI  
VƏ TƏBLĠĞĠ HAQQINDA 
 
Tarixi  qaynaqlardan  məlum  olur  ki,  lap  qədim  zamanlardan  məzmunlu, 
obrazlı,  aydın,  yığcam,  təsirli  nitqə  malik  olan  adamlar  cəmiyyət  tərəfindən 
həmişə  yüksək  qiymətləndirilmişdir.  Nitqin  gözəlliyi  və  ona  sahib  olmağın 
yolları, vasitələri böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur. 
Miladdan  əvvəl  Qədim  Misirdə,  Hindistanda,  Çində,  Babilistanda, 
Ərəbistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik 
sənətinin,  gözəl  nitqin,  fəsahətli  və  bəlağətli    danışığın,  nitq  mədəniyyətinin  əsl 
vətəni  qədim  Yunanıstan  olmuşdur.  Natiqlik  də  bir  elm  kimi  Yunanıstanda 
meydana gəlmiş, inkişaf etmişdir. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı 
mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi və s. ilə bağlı Afina 
şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə, yüksəlməyə başlayır. Ölkəni idarə 
edənlər  ideyalarını  müdafiə  etmək,  məqsədlərini  kütlələrə  çatdırmaq,  onları  öz 
arxasınca  aparmaq  məqsədilə  sözdən,  natiqlik  sənətindən  təsirli  və  kəsərli  silah 
kimi  istifadə  etməyə  çalışırdılar.  Eramızdan  əvvəl  VII-IV  əsrlərdə  fəaliyyət 
göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, 
Molon,  Kvintilian,  Demosfen,  Hipeorid,  Likurq,  Esxil,  Dinarx  və  b.  kimi 
görkəmli  natiqlik  yetirmişdir.  Həmin  məktəblərdə  dərs  deyən  Aristotel,  Qorqiy, 
Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, 
həm  də  praktik  şəkildə  öyrənənlərə  aşılamışlar.  Bu  dövrdə  natiqlik  sənətinin 
nəzəriyyəsindən  bəhs  edən  “Ritorika”
1
  elmi  də  yaranıq  və  kamil  bir  şəkildə 
inkişaf  edir.  Dövrün  tarixi  şəraitindən  qaynaqlanan  natiqlik  sənəti  bizim  eradan 
əvvəl  V  və  IV  əsrlərdə  özünün  çiçəklənmə  dövrünü  keçirir.  Tisiy,  İsokrat, 
Andokid, Hiperid, Esxin, Dinarx, Likurq, Demosfen, Qorki, Koraks, Aristotel və 
b.  həmin  dövrün  görkəmli  şəxsiyyətləri,  alimləri,  ən  başlıcası  isə  natiqləri 
                                                 
1
 Gözəl  danışıq (bəlağət), natiqlik sənəti, bədii nəsr haqqında elm mənasında işlənən ritorika (rhetorike) e.ə.V 
əsrdə Qədim Yunanıstanda yaranmış, III-II əsrlərdə orada, e.ə.I əsrdə Romada sistemə düşmüşdür. Aristotel, 
Siseron, Kvintilian ritorikanın görkəmli nəzəriyyəçiləri olmuşdur. Sonralar ritorika termini zahirən qəşəng, 
dəbdəbəli, lakin məzmun və dil cəhətdən zəif, bəsit əsərlər, nitq, sözçülük mənalarında işlənmişdir. 


 
12 
olmuşlar. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini 
yaratmışlar.  Qədim  yunan  ritorikası,  orada  işlədilən  terminlər  bu  gün  belə 
qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir. 
Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi 
rolu  olmuşdur.  Aristotel
1
 335-ci  ildə  “Ritorika”  adlı  əsərini  yazıb  natiqlik  sənət-
inin  elmi  əsaslarını  vermiş,  sənəti  insan  fəaliyyətinin  xüsusi  növü  kimi 
qiymətləndirmiş,  natiq  nitqinin  quruluşunu,  üslubunu,  orfoepiyasını,  ifadəlilik 
vasitələrini  və  s.  geniş  şəkildə  izah  etmişdir.  “Ritorika”  əsəri    üç  hissədən 
ibarətdir: 
a)
 
Nitqin tərtibi prinsipi; 
b)
 
Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət; 
c)
 
Nitqin texnikası, vasitələri və priyomları. 
Aristotel  nitqin üsluba,  məqsədə  və  şəraitə  uyğun qurulmasına  daha  çox 
fikir  verir  və  göstərirdi  ki,  üslubun  əsas  mahiyyəti  onun  aydınlığı  ilə  bağlıdır. 
Üslub  nitqin    predmetinə  uyğun  olmalıdır.  Aristotel  natiqin  məharətinin  beş 
cəhətini xüsusi qeyd edirdi. 
1.
 
Materialın icadı və onun hazırlanması. 
2.
 
Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması. 
3.
 
Həmin materialın öyrənilməsi və yadda saxlanılması. 
4.
 
Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi. 
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya,  emosiya və 
s. məsələlərin nəzərə alınması və onlara əməl olunması (30, 123). 
Aristotel  yaxşı  nitq  üçün  materialın  düzgün  seçilməsi,  planın  tutulması, 
onun  mükəmməl  öyrənilməsi,  söyləmə  zamanı  uyğun  üslubun  müəyyənləş-
dirilməsi,  orfoepik  və  intonasiya  qaydalarına  əməl  edilməsi,  emosiyaların 
özünəməxsus forma ilə verilməsini mühüm şərt sayırdı. 
                                                 
1
 Aristotel (Aristoteles) e.ə. 384-322 Qədim yunan filosofu və alimi. E.ə.367-ci ildə Afinaya gəlib Platonun şagirdi 
olmuş və 20 il Ploton akademiyasında iştirak etmişdir. E.ə.343-335-ci illərdə makedoniyalı İskəndərin tərbiyəçisi 
olmuşdur  (Makedoniya  çarı  Filippin  dəvəti  ilə).  E.ə.335-ci  ildə  yenidən  Afinaya  qayıtmış,  öz  məktəbini 
(Peripatetk)  yaratmışdır.  Dinə  qarşı  cinayətdə  təqsirləndirilən  Aristotel  təqibdən  qurtarmaq  üçün  Evbey  adasına 
qaçmış, bir ildən sonra vəfat etmişdir. K.Marks Aristoteli “qədim dünyanın böyük mütəfəkkiri”, onun təlimini isə 
qədim  yunan  fəlsəfəsinin  zirvəsi  hesab  etmişdir.  Geniş  və  çoxcəhətli  yaradıcılığa  malik  olan  Aristotel  məntiq, 
psixologiya,  təbiətşünaslıq,  etika,  siyasət,  tarix,  poeziya  və  ritorikaya  aid  əsərlər  (“Orqanon”,  “Fizika”, 
“Metafizika”, “Siyasət”, “Ritorika”, “Poetika”, “Məntiq”, “Böyük etika”, “Analitika”) yazmışdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə