Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   2   3   4   5   6   7   8   9   ...   87

 
13 
Qədim    Yunanıstanda  natiqlik  sənətinin  inkişafına  güclü  təsir  göstərən 
səbəblərdən  biri  də  Solon  qanunları  olmuşdur.  Bu  qanunlara  görə  hər  bir  afinalı 
məhkəmədə  öz hüququnu  müdafiə  etməyi  bacarmalı  idi  . Belə  bir  tələb  əsasında 
afinalılar  hüquqi  biliklərə  yiyələnməyə,  həm  də  öz  hüquqlarını  müdafiə  etmək 
üçün  aydın,  təsirli,  məntiqli,  sübutlu,  rabitəli  danışa  bilməyə  xüsusi  səy 
göstərirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyətindən ibarət 
olan  vətəndaş  aparırdı.  Kimin  müqəssir  olub-olmaması  əksəriyyətin  səs  verməsi 
yolu  ilə  müəyyənləşdirilirdi.  O  zaman  məhkəmədə  vəkillər  fəaliyyət  göstər-
mədiyindən  vətəndaşlara  loqoqraflar  kömək  edirdilər.  Loqoqraflar  hüquqi  təhsil 
almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və 
mahiyyəti  ilə  bağlı  nitqlər  yazırdılar.  İşi  məhkəməyə  düşən  afinalı  həmin  nitqi 
əzbərləyir  və    məhkəmə  prosesində  özünü  müdafiə  edirdi.  Lisi,  Hiperid,  Esxin, 
Trasimax,  Demosfen  öz  dövrlərinin  görkəmli  loqoqrafları,  natiqləri  olmuşlar. 
Bunlardan  Demosfen
1
  antik  natiqliyin  yaranması  və  inkişafında  xüsusi  rol 
oynamışdır.  Onun  natiqlik  sənətinə  yiyələnməsi  heç  də  asan  yolla  olmamışdır. 
Nitq  orqanları  qüsurlu  olan  Demosfen  (onun  dili  bir  qədər  pəltək  imiş,  q  səsini 
düzgün  tələffüz  etmir,  danışanda  yersiz  əl-qol  atır,  sağ  çiynini  tez-tez  çəkirmiş)  
sözləri  daha    aydın  ifadə  edə  bilmək  üçün  ağzına  xırda  daşlar  alaraq  dəniz 
kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək  üçün tavandan asılı 
cidanın altında durarmış. Səsini inkişaf etdirmək məqsədi ilə ucadan qışqırar, öz 
səsi  ilə  dalğaların  səsini  boğmağa  çalışarmış.  Uzunmüddətli  məşqlər  Demosfeni 
natiqlik  sənətinin  zirvəsinə  yüksəltdi.  Siseron  onun  haqqında  demişdir:  “Kim 
Demosfen olmaq istəmirsə, o natiq deyil”. 
Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı 
bir  sıra  əsərlər  yazmış,  bu  elmi  nəzəri  və  praktik  cəhətdən  şərh  etmiş,  faydalı 
fikirlər, mülahizələr söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı 
tələblərə əməl olunmalıdır: 1) materialın toplanması. 2) materialın məqsədəuyğun 
                                                 
1
 Demosfen (Demosthenes) e.ə. 384-cü ildə Afinada anadan olmuş, 322-ci ildə Kalavriyada vəfat etmişdir. qədim 
yunan natiqi və siyasi xadim olmuşdur. Demosfenə  aid edilən 61 nitq, 56 çıxış, 6 məktub qalmışdır. Demosfen  ilk 
nitqində  (e.ə.351)  II  Filippin  (Makedoniyalı  İskəndərin  atası)  Yunanıstanı  tabe  etmək  siyasətinə  Afinanın  passiv  
münasibətini tənid etmişdir. o zamandan Demosfen  yunanların Makedoniyaya  qarşı ittifaqının  yaranmasına  nail 
olmuşdur.  Latiya  uğrunda  gedən  döyüşdə  yunanların  məğlubiyyətindən  sonra  əsir  düşməmək  üçün  özünü 
zəhərləyib öldürmüşdür. Demosfenin yaradıcılığı dünya natiqlik mədəniyyətinin inkişafında mühüm mərhələdir. 


 
14 
söylənilməsi  üçün  planın  tərtibi.  3)  nitqin  məzmununun  öyrənilməsi,  mənim-
sənilməsi. 4) məzmunun dinləyicilər qarşısında söylənilməsi. 
Demosfenin  tələffüzü,  danışıq  tərzi  aydın,  anlaşıqlı  idi.  O,  özünün  dərin 
məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları və s. ilə 
dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz 
hakimlərini  ifşa  edir,  onları  ədalətli  olmağa,  düzgün  siyasət  yeritməyə  çağırırdı. 
Məhz  bu  keyfiyyətlərinə  görə  afinalılar  böyük  ehtiras  və  inamla  danışan 
Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər. 
Afina  şəhər  dövlətinin  tənəzzülü  ilə  bağlı  yunan  natiqlik  sənətində  də 
geriləmələr  baş  verir.  Gözəl  nitq  öz  siyasi  xarakterini  itirir,  canlı,  konkret 
şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə çevrilir. 
Yunan  natiqliyinin  tənəzzülündən  sonra  onun  mərkəzi  qədim  Romaya 
köçür. Roma demokratiyası üçün doğmatik deyil, günün tələblərinə cavab verən, 
canlı fəaliyyətdə olan natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma natiqlik sənətinin 
yaranması və inkişafına güclü təkan verirdi. 
Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər 
bəxş  etmişdir.  Katon  (b.e.ə.234-149),  Qrakxi  (b.e.ə.163-132),  Antoni  Mark 
(b.e.ə.83-30) kimi söz ustaları Roma natiqlik məktəbinin yetişdirmələri olmuşlar. 
Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, 
ritorika alimi, mütəfəkkir Mark Tullii Siseron (b.e.ə.106-43) xüsusilə fərqlənirdi
1

Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik 
haqqında”  və  “Natiq”  traktatlarını  yazmışdır.  Bu    üç  traktat  natiqlik  sənətinin 
tarixi,  üslubiyyat,  nitq  mədəniyyəti  məsələlərinin  nəzəri  və  praktik  şərhi 
baxımından  çox  əhəmiyyətlidir.  Bu  əsərlərdən  ikisində  (“Natiqlik  haqqında”, 
“Brut,  yaxud  məşhur  natiqlik  haqqında”)  Siseron  dövrün  məşhur  natiqləri    ilə 
aparılan  dialoqlarla  natiqlik  sənətinin  mahiyyəti,  onun  konkret  məsələləri,  bu 
                                                 
1
 Qədim Roma natiqi, vəkili, yazıçı və siyasi xadimi. Roma respublikalarının ideoloqu Siseron Mark Tullii özünün 
natiqlik istedadı sayəsində siyasi mübarizədə müvəffəqiyyət qazanmışdır. Sulla və Antoni əleyhinə çıxışlar etmiş, 
konsul  olarkən  (e.ə.63)  Kamilliananın  sui-qəsdinin  üstünü  açmışdı.  Siseronun  natiqlik  idealı  dinləyicini 
maraqlandıran,  inandıran  və  ardınca  yönəldə  bilən  bütün    vasitələrə  yiyələnməyi  nəzərdə  tuturdu.  Onun  58 
məhkəmə və siyasi nitqi, ritorikaya, fəlsəfəyə aid 19 traktatı, həmçinin bir çox məktubu latın danışıq dilinin abidəsi 
və  Romada  vətəndaş  müharibələrinə  dair  mənbə  kimi  saxlanılır.  Siseron  Avqustun  təqibləri  dövründə  həlak 
olmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə