Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   10   11   12   13   14   15   16   17   ...   87

 
41 
Qədim  Yunanıstanda  nitqin  yığcamlığına  xüsusi  əhəmiyyət  verilirdi. 
Plutarx  nitqin  gücündən  danışarkən  demişdir:  “Nitqin  gücü  az  sözlə  çox  şey 
söyləmək  bacarığıdır”.    Spartada  yeniyetmələrə  bir  neçə  sözlə  çox  şeyi  ifadə 
etmək,  cavablarda  dəqiq  və  müxtəsər  olmaq  öyrədilirdi  ki,  buna  “lakonik  nitq” 
deyilirdi.  Dövrün  əfsanəvi  qanunvericisi  sayılan  Likurq  söz  sikkəsini  pul  sikkə-
sindən  üstün  tuturdu.  O,  istəyirdi  ki,  bir  neçə  sadə  sözlə  çox  dərin  məna  ifadə 
olunsun. Likurqa görə uşaqlar uzun müddət dinməz dayanmağı öyrənsələr, dərin 
mənalı cavab verməyə alışarlar. Nitqin yığcamlığı ilə bağlı Qədim Yunanıstanda 
“lakonik danışıq” anlayışı da yarandı. Sonralar spartalılar nitqin bu cəhətini daha 
da  inkişaf  etdirirlər.  Makedoniya  çarı  Aleksandrın  atası  II  Filipp  bütün  Yuna-
nıstanı işğal etmək qərarına gələndə Sparta çarına məktub  göndərmişdi ki,  əgər 
müqavimətsiz  təslim  olmasanız  şəhərinizi  kotanla  şumlayacağam.  Öz  ultimatu-
muna cavab gözləyən Filipp, nəhayət, oradan bir məktub  alır və mətni görmədik-
də  heyrətlənir.  Bu  vaxt  ona  məktubda  yazılan  bircə  sözü  göstərirlər,  bu,  “əgər” 
sözü idi (55, 65).   
Yığcam  danışa  bilmək  insanda  çox  vacib  keyfiyyətlərdəndir.  Hər  kəs 
özünün və başqasının danışığına (eləcə də yazısına) bu cəhətdən tənqidi münasi-
bət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır. 
Nitqin  yığcamlığı,  lakonikliyi  natiqlik  praktikasında  xüsusi  rol  oynayır.  
Natiq  “sözə  sıxlıq,  fikirlərə  genişlik”  prinsipini  əsas  götürərək  geniş  mətləbləri 
yığcam  şəkildə,  həyati  faktlar,  nümunələr  əsasında  ən  zəruri  söz  və  ifadələr 
işlətməklə  dinləyicilərə  çatdırmağı  bacarmalıdır.  Xalq  şairi  S.Vurğun  trikotaj 
fabriki işçilərinin yığıncağında adamların yığcam, lakonik çıxışlarını dinlədikdən 
sonra demişdir:    “Mən sözə  çox  qısa və yığcam  danışan  bu  adamları dinlədikcə 
fərəhlənir  və  təəssüf  edirəm  ki,  bir  çoxlarının  vaxtı  sözçülüyə,  uzun  danışmağa 
sərf olunur. Axı, böyük arzuları, məqsədləri qısa sözlərlə də ifadə etmək olar” (39, 
256).  Xüsusən,  dərs  prosesində  müəllimin  uzun-uzadı  danışması  ilə  razılaşmaq 
olmaz.  Bu,  şagird  və  tələbələri  yorur,  onların  fikri  fəallığını  zəiflədir.  Belə 
müəllimlərin  şagirdləri,  tələbələri  digərləri  ilə  müqayisədə,  şübhəsiz  ki,  passiv 
olur, fikirlərini sərbəst ifadə etməkdə çətinlik çəkirlər. 


 
42 
3.  Nitqin  təmizliyi.  Mədəni  nitqə  verilən  əsas  tələblərdən  biri  də  onun 
təmizliyidir.  Bu  o  deməkdir  ki,  ədəbi  dilin  normalarına  uyğun  gəlməyən  dil 
vahidləri  (sözlər,  ifadələr,  frazeologizmlər,  cümlələr  və  s.)  nitqdə  işlədilmə-
məlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədə-
niyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır. 
Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır: 
1)  Nitqdə  məhəlli  dialektlərə,  yerli  şivələrə  məxsus  danışıq  tərzinə  yol 
verilməməlidir:     
Məlumdur  ki,  əhalinin  böyük  hissəsi    ədəbi  dildən,  müəyyən  qismi  isə 
dialekt  və  şivələrdən  istifadə  edir,  ayrı-ayrı  dialekt  şəraitində  yaşayanlar  sözləri 
həmin  yerin  danışıq  tərzinə  uyğun  işlədirlər.  Çox  halda  bu  danışıq  savadlı 
təbəqənin – ziyalıların da nitqində özünü büruzə verir. Məsələn; əyərlərim (əgər), 
hasannıxnan  (asanlıqla),  bajı  (bacı),  genə  (yenə),  getirib  (gətirib),    gəlmeg 
(gəlmək),  meytəp  (məktəb),  heysab  (hesab),  dərmən  (dərman),  manıt  (manat), 
qırıx  (qırx),  əmeg  (əmək),  münasibat  (münasibət),  təyyin  (təyin),  şikil  (şəkil), 
tənyarı  (təyyarə),  basarıq  (bacarıq),  nöş  (nə  üçün),  olacoux  (olacağıq),  qərdeş 
(qardaş), oxarta (o qədər), cıqqan (lap az), mını (bunu), yanı (yəni), deməginən, 
yumurtda,  incəvara,  qalxızmaq  və  s.      Bu  cür  dialektizmlərin,  şivə  sözlərinin 
işlənməsi nitqi korlayır, danışığa xələl  gətirir. 
2) Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir.  Bəzi hallarda natiqlər heç bir 
ehtiyac  olmadan  nitqlərini  çətin,  mənası  çoxları  üçün  aydın  olmayan  terminlərlə 
doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin kölgəsində itib-batır, 
mətləb dinləyici üçün aydın olmur. Son zamanlar kütləvi informasiya vasitələrinin 
–  radio  və  televiziya  verilişlərinin,  eləcə  də  müxtəlif  sahələr  üzrə  yazılmış 
dərsliklərin,  məqalələrin,  elmi  mətnlərin  dilində  ağırlaşma  müşahidə  olunur. 
Məsələn,  “Azərbaycan  qloballaşan  dünyada”  adlı  bir  jurnal  məqaləsində  belə 
sözlər,  terminlər,  ifadələr  işlənmişdir:  praktik  rassionalizm,  paternalist  icma, 
obsolyut universal dəyərlər, difurkasiya (haçalanma), restepizasiya, develop-
mentarizm,  abbeviatur  təfəkkür,  respondentlərin  dispozisiyası,  sinerqizm, 
sosial  akkumilyasiya  və  s.  Geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutulan  əsərin, 


 
43 
məqalənin və sairin dilini akademizm xatirinə həm mənası, həm də tələffüzü çətin 
olan  belə  ifadələrlə,  terminlərlə  “zənginləşdirmək”  fikrin  ifadəsi,  informasiyanın 
ötürülməsi baxımından məqbul sayılmır. Belə şərhetmə üsulundan daha çox fikir 
yoxsulluğunu və  mənasızlığını  pərdələmək üçün bir vasitə kimi istifadə olunur. 
Lakin  bu    heç  də  o  demək  deyildir  ki,  təmizlik  və  saflıq  xatirinə  elm,  texnika, 
sosial  və digər  sahələrin  inkişafı  ilə  bağlı  son  zamanlarda  dilimizə  keçmiş  və  ya 
dilimizdə  yaranmış  söz  və  terminlərdən  imtina  edilməlidir.  Onların  bir  çoxu 
(məsələn; dəstək, bilgi, dəyərləndirmək, durum, anlam, dönüm, bölgə, öncə, olay, 
yetərsay,  özəl,  önəmli,    açıqlamaq,  öndəm,  çeşidli  və  s.)  ifadə  etdiyi  məna, 
səslənmə, dilə, tələffüzə  yatımlıq  baxımından  uyarlıdır, ünsiyyətdə  geniş  istifadə 
olunur.  Lakin    bununla  belə  son  zamanlar  illərlə  işlətdiyimiz,  hamı  tərəfindən 
anlaşılan sözlərin ehtiyac olmadan başqa söz və ifadələrlə əvəz edilməsinə tez-tez 
təsadüf olunur. Məsələn; yaşam (həyat), mesaj (sifariş), yolçu (sərnişin), yapmaq 
(etmək), uçaq (təyyarə), yazar (yazıçı), oba (vətən), düzənləmək (keçirmək, təşkil 
etmək),  toplantı  (yığıncaq),  baş  yazar  (baş  redaktor),  mutlu  (xoşbəxt),  yaşam 
təcrübəsi (həyat təcrübəsi), tanıtım keçirmək (təqdim etmək), yazıqlar ki, (təəssüf 
ki),  təpki  (təzyiq),  mintalitet  (ruh),  öyrənci  (şagird),  qərarı  əngəlləmək  (qərara 
qarşı  çıxmaq),  bu  günlərim  (bu  gün),  sabahlarım  (sabah),  salamatçılıq 
(salamatlıq),  xoşbəxtçilik (xoşbəxtlik), piyadaçı (piyada) və s. Bu və bu qəbildən 
olan digər sözlərin, ifadələrin uyarlı qarşılığı olduğu halda, dilə gətirilməsi bütün 
hallarda məqbul sayılmamalıdır. “Əlbəttə, biz dünya dillərindən, o sıradan qardaş   
xalqın  dilindən  söz  almağın  əleyhinə  deyilik.  Onsuz  da  son  10-15  il  ərzində 
Türkiyə  türkcəsindən  dilimizə  keçmiş  çoxlu  sayda  sözlər  var  ki,  bu  gün  onları 
böyük  məmnuniyyətlə  işlədirik.  “Öncə”,  “öncül”,  “öndər”,  “özəl”,  “özəllik”, 
“özəlləşdirmək”,  “dönəm”,  “çağdaş”,  “yüzillik”  kimi  sözlər  artıq  dilimizdə 
vətəndaşlıq  hüququ  qazanmışdır.  Lakin  dildə  mövcud  olan  sözü  zorla  başqa  bir 
sözlə əvəz etmək  bu dildən istifadə edənin arzusu və təşəbbüsü ilə başa gəlmir. 
Dil  dəniz  kimidir.  Zaman  keçdikcə  o,  öz-özünü  təmizləyir,  işləklik  dairəsi 
daralmış  sözləri  arxaik  fonda  keçirir,  yenilərini  qəbul  edir.  Bu  proses  əksər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə