50
nitqi ağırlaşdırır, məzmunun dinləyiciyə çatmasını çətinləşdirir. Məlumdur ki,
danışan öz fikrini təkcə sadə və ya mürəkkəb cümlələrlə ifadə edə bilməz. Fikrin
hansı cümlə növü ilə ifadə olunması onun məzmunundan asılıdır. Mürəkkəb
fikirlər, şübhəsiz ki, daha çox özünəuyğun forma ilə - mürəkkəb cümlələrlə
deyilməli və ya yazılmalı, bu cümlələr fikrin məzmununa və məntiqinə uyğun
qurulmalı, artıq, lüzumsuz sözlərə, ifadələrə, təkrarlara yol verilməməli, sözlərdən
qənaətlə istifadə edilməlidir. Prof.A.Abdullayevin təbirincə desək, cümlələrdə
sözlərin yeri dar, fikirlərin yeri isə geniş olmalıdır.
5.
Nitqin zənginliyi. Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi,
rəngarəngliyi və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın
(yazanın) geniş söz ehtiyatına malik olmasıdır. İnsan təfəkkürünün hüdudu
sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti
nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən –
sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcaz-
lardan, intonasiya, üslubi vasitələr və sairədən məharətlə istifadə etməyi bacarma-
lıdır. Müəyyən rabitəli mətndə nə qədər çox müxtəlif və təkrarlanmayan söz, ifadə
və cümlə işlədilərsə, həmin nitq o qədər də zəngin olar, maraqla dinlənilər, yaxşı
təsir bağışlayar, asan dərk olunar. Söz ehtiyatı zəngin olan, işlətdiyi hər söz və
ifadənin mənasını yaxşı anlayan adam həmişə öz fikirlərini çətinlik çəkmədən
sərbəst şəkildə ifadə edə bilir. Lüğətin zənginliyi məsələsi insanın məşğul olduğu
işin xarakterindən, yaşadığı mühitdən, mütaliəsindən, dünyagörüşündən asılıdır.
Görüş dairəsi və mütaliəsi geniş, savadı mükəmməl adamların söz ehtiyatı da
zəngin olur. Belələri öz çıxışlarında (adi söhbətlərində də) dilimizin söz
xəzinəsindən bacarıqla istifadə edirlər. Bu gün ali məktəb auditoriyalarında
mühazirə oxuyan müəllimlərin bir çoxunun nitqi bu baxımdan nümunəvidir.
Tələbələr onları maraqla dinləyir, nitqin ifadə tərzindən xüsusi zövq alırlar.
Hər bir savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması
qayğısına qalmalıdır. Bunun üçün ən səmərəli vasitə radio və televiziya veri-
lişlərini dinləmək və mütaliəni genişləndirməkdir. Diktor, aktyor, söz ustaları,
natiqlərin və başqalarının danışıqlarını müntəzəm olaraq dinləmək, sözlərin,
51
ifadələrin, cümlələrin ifadə tərzinə diqqət yetirmək, nitqin bu baxımdan məziy-
yətlərini mənimsəmək yolu ilə lüğəti genişləndirmək və zənginləşdirmək olar.
Lüğətin artırılması üçün digər və ən səmərəli yollardan biri də mütaliədir.
Bədii, elmi-kütləvi, publisistik, fəlsəfi və s. əsərlərin müntəzəm şəkildə mütaliəsi
söz ehtiyatının artırılmasına səbəb olur. Natiq (mühazirəçi, müəllim) nitqində
mənası onun özü üçün naməlum və ya az məlum olan bir dənə də söz, termin
işlətməməlidir. Əgər belə sözləri işlətməyə ehtiyac olarsa, onların mənası və geniş
izahı ilə bağlı sorğu kitablarına – lüğətlərə, ensiklopediyalara və s. baxmaq,
mühazirə mətnində müəyyən qeydlər aparmaq məsləhət görülür.
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən bir də
intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət insanın
keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng
intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən (məntiqi
vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın
və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr
cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünə-
müvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkə-
zində saxlanılmalıdır.
Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən
dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ
yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla,
dinləyicini qane edəcək bir formada şərh edilsin.
Nitqin zənginliyindən danışarkən bu keyfiyyəti yaradan digər vasitələri –
dilin qrammatik və üslubi imkanlarından səmərəli şəkildə istifadə olunması,
danışanın intellektuallıq səviyyəsi, təfəkkürünün fəallığı və sairəni də nəzərə
almaq lazımdır.
7. Nitqin sadəliyi, təbiiliyi. “Dil nə qədər asan, sadə olsa, bir o qədər
gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı,
anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun,
mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi
52
mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə
vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri
təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə,
həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir
ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə
və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq
hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır.
Nitqin sadəliyinin pozulma hallarından biri sözçülük, ağır və uzun
cümlələr işlətmək, cümləpərdazlıq, yaxud ibarəpərdazlıqdır. Sözçülük, eyni fikrin
təkrar-təkrar ifadəsi daha geniş yayılmış nöqsandır. Məsələn, “Belə bir şöbənin
açılması təqdirəlayiqdir. Bu hadisə xüsusilə qeyd olunmalıdır. Bu çox müsbət hal
kimi qiymətləndirilməlidir. Biz buna çox yüksək qiymət veririk” və s. Natiq bəzən
öz “dərinliyini” nəzərə çarpdırmaq məqsədilə qondarma, təmtəraqlı söz və
ifadələr işlədir. Məsələn, səadət günəşinin şüaları; işıqlı və parlaq gələcək; öz
qəhrəmanlıqları ilə ölməzliyin zirvəsinə ucalan şəhidlər; qəhrəmanlar yurdunun
mərd övladları və s. kimi söz və ifadələr ola bilsin ki, nitqin digər üslubunda –
xüsusən bədii üslubunda işləndikdə yararlı sayıla bilər. Lakin mühazirəçinin
danışığında fikrə adekvat olmayan bu cür təmtəraqlı sözlər və ifadələrin işlədil-
məsi məqbul sayılmır. Belə ifadələr nitqə qeyri-ciddilik gətirir, marağı azaldır,
fikrin dinləyiciyə çatmasına mane olur.
Nitqin sadəlik və təbiiliyinin pozulması halları yazılı nitqdə özünü daha
çox göstərir. Yazan hər bir söz, ifadə, cümlə üzərində ayrıca düşünür, onu
dinləyici üçün maraqlı olsun deyə ifadəlilik vasitələri, atalar sözü, məsəlləri,
frazeoloji birləşmələr və sairədən istifadə edir. lakin burada da ifrata varmaq,
həmin ifadələrin həddindən çox işlədilməsi nitqi ağırlaşdırır, oxucunu yorur.
Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az
anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının
yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə ehtiyac olmadığı halda
terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir ki, bu nitqi bayağılaşdırır, onun
anlaşılmasını çətinləşdirir. Məhz belə bir yanaşmanın nəticəsində dilə ehtiyac
Dostları ilə paylaş: |