Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə20/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   60

 
42 
 
Əgər bir zərrəni yerindən dəbərtsən, 
Bundan bütün dünya başdan-ayağa zərər çəkər. 
 
Hərçənd onu da deyək ki, Ortaçağ müsəlman fəlsəfəsində dünyanın ağılla ölçülüb-biçilməsinə heyran 
olanların acığına deyilmiş sözlər də vardı. Sufizmin bir qolu olan Bektaşiliyin bir görkəmli dərvişindən 
soruşurlar ki, dünya niyə belə dağlı-dərəlidir, düzən deyil? Cavab verir: «Yahu, altı gündə yaradılmış 
dünya, işdə, belə olacaq da-a!» 
 
 
Tanrı qüdrətinin sərhədi varmı? 
 
Tanrı problemi ilə ilişgili və çoxlu dolaşığı olan məsələlərdən biri də «Tanrı və yoxluq» məsələsidir. 
İudaizmdə, Xristianlıqda, İslamda Tanrı qüdrətini bir də o göstərir ki, Tanrı yoxdan var edir. Hərçənd hələ 
əski Romada məntiqi qanun formulə edilmişdi: heç nədən bir şey olmaz. 
Bu məntiqin tərsi olaraq dediyimiz dinlər Tanrını dünyanı heçdən var edən və deməli, hər şeyi bacaran 
varlıq kimi öyürdülər. Ancaq dinlə bağlı fəlsəfi axtarışlarda bəzən bu inam işləmirdi və nəticədə bidət 
yaranırdı («bidət» ərəbcə yeniliklə bağlı sözdür, dində yenilik gətirib ehkamları pozan təriqətlərə deyilir). 
Neoplatonizmi Xristianlıqla birləşdirmək istəyənlər Tanrı ilə yan-yana Materiyanı da götürürdülər və 
anladırdılar ki, materiyanın yoxluğu (qaranlığı) tam yoxluq deyil, elə bir imkandır ki, gerçəkliyə çevrilməyə 
hazırdır. Böyük müsəlman filosofu əl-Qəzali isə söyləyirdi: bütünlükdə heçlik yoxdur, çünki heçlik olsaydı, 
deməli, Allah orada heç nə yapa bilməzdi, yəni Onun bacardığı yoxluğun sərhədlərinəcən uzanardı və bu 
sərhədlərdən o taya keçməzdi. Bu isə Allahın bacardıqlarının qabağına divar qoyub onu nələrisə edə 
bilməyən varlığa çeviriməkdir. 
Tanrının Mütləq Bacarığa malik olması çoxlu cavabsız suallar törədir. Bunu təkcə fəlsəfə tarixi göstərmir. 
Hətta uşaq şüurları da belə suallar ortaya çıxara bilər (yada salaq ki, fəlsəfi dəyəri olan uşaq suallarını özünə 
yığmış kitablar hazırlamaq, artıq, bəzi araşdırıcıların ağlına gəlmişdir).  
Bu yazını yazanların səkkiz yaşlı oğulları bir dəfə soruşmuşdu:  
 
- Mən Allah ola bilərəm? 
«Yox» cavabını eşidəndə sualını başqa cür vermişdi: 
- Allah da istəsə, mən Allah ola bilmərəm? 
 
Doğrudan da, dinin çərçivəsində qalaraq belə suallar vermək mümkündür: «Allah istəsə özünə tay Allah 
yarada bilərmi?» 
Əgər Allah Mütləq qüdrətə, bacarığa malikdirsə, istəsə, özünə tay, - başqa Allah yaratmağı bacarmalıdır. 
Və bunu qəbul edəndə yeni teoloji sual çıxır: «Elə isə niyə ikinci, üçüncü və s. Allahları yaratmamışdır»? İş 
burasındadır ki, bir teoloji ideyaya görə Allahın dünyanı və insanları yaratmasının bir səbəbi də o olmuşdur 
ki, O, Təkliyin sıfır, qapalı vəziyyətində qalmaq istəməmişdir. Ancaq belədirsə, niyə O, ünsiyyət üçün insan 
kimi biliyində, sevgisində, xasiyyətində çoxlu əyər-əskiyi olan məxluqu yaratmışdır? Ünsiyyət üçün düz 
olmazdımı birdəfəlik özünə tay Varlığı yaratsın? 
Məsələni başqa cür də çevirmək olar: Allah özünə tay yarada bilərsə, deməli, elə bir situasiya 
mümkündür ki, O özünü zəiflətsin, bu isə Onun Qüdrəti ideyası ilə bir araya sığışmır.  
Belə suallara cavab axtarmaq teoloji araşdırmaların üfüqlərini xeyli genişləndirir, hərçənd heç vaxt tam 
cavab tapılmır. 
 
 
Dünyadakı pisliklərə görə Tanrı məsuliyyət daşıyırmı? 


 
43 
 
Daha bir problem teodiseya problemidir. Bu söz yunanca «teo» (Tanrı), «diseya» (ədalət) sözlərinin 
birləşməsindən törəyib. Fəlsəfi anlamı «Tanrını təmizə çıxarmaq üçün sübutlar axtarışıdır». Bu termini 
belənçi mənada ilk dəfə alman filosofu Leybnits (XVIII yüzil) işlədib. 
Teodiseya hansı sualları əhatə edir? Gəlin buna baxaq. Bir çox dinlərdə Tanrı ən yaxşı sifətlərin, məsələn, 
Gözəlliyin, Rəhimliliyin, Ədalətin yiyəsi kimi verilir. Həm də deyilir ki, varlıq onun istəyindən, istəmindən 
qırağa çıxa bilməz. Bax, bu zaman soruşulur: deməli, dünyadakı pis əməllər, yaramazlıqlar da Tanrının 
işinin sonucudur?  
Kim desə ki, yox İblisdir səbəbkar, soruşmaq olar, niyə Allah İblisə icazə verib? 
Deməli, Tanrı həm yaxşılıqların, həm də pisliklərin müəllifidir? Əgər belədirsə, niyə pis iş görənlər 
Cəhənnəmdə cəza almalıdırlar? Axı, Tanrı irəlicədən onların qismətinə pisliyi yazıb. 
Teodiseya belə suallar qarşısında fəlsəfə ilə Tanrını «təmizə çıxarmağın» yollarını axtarır. 
Teodiseya Roma imperiyasında yaşamış böyük xristian filosofu Avqustinin fəlsəfəsində ayrıca yer 
tutmuşdu. Avqustin Platonu və Plotini «xristianlaşdırmışdı». Yəni demişdi ki, Plotinin dünya modelindəki 
Bircə elə xristianlığın dediyi bircə Tanrıdır. Nus (Ağıl) bu Tanrının şüurudur və Tanrı öz bilincindəki ilkin 
görklər biçimində, şəklində Kosmosdakı nəsnələri, olayları yaradıb. 
Maniçilər (atəşpərəstliklə bağlı dini-fəlsəfi axım, cərəyandır) hesab edirdilər ki, dünyada Yaxşının da, 
Pisin də öz yaradıcısı, yönətimçisi var. Yaxşınınkı Yaxşı Atadır, Pisinki Qaranlıq. Deməli, Maniyə görə, 
dünyada yaxşı kimi pis də substansionaldır. Deyiləndə ki, Pis də substansionaldır, bu o deməkdir ki, Pisin 
öz özülü, öz daşıyıcısı, yaradıcısı var. 
Avqustin görürdü ki, Pisi dünyada substansional saymaq Tanrını pisliklərə görə də «müəllif» saymağa 
gətirib çıxarır. Ona görə də bu filosof Pisdən substansionallığı belə alır. Bircə olan, ən qüdrətli olan Tanrı 
Yaxşını sonsuz dərinliklə özündə saxlayır. Yaxşı ondan aşıb-daşıb nurlanır, aşağı süzüldükcə varlıqların 
ayrı-ayrı qatlarını yaradır. İşığı Materiya qaranlığının harasına düşürsə, orada nələrsə yaranır. İşığı harada 
azalırsa, orada görünərlik azalır, qaranlıq çoxalır. İşığı tam çəkiləndə isə zülmət olur. Avqustin anladırdı ki, 
alaqaranlıq pisin artmasıdır, tam qaranlıq isə tam pislikdir. Tanrı ayrıca pisi yaratmır, xüsusi olaraq pisliklər 
etmir. Sadəcə, haradan öz nurunu çəkirsə, harada nuru azalırsa, orada da pisliklər artır. 
Beləliklə, Avqustin qurduğu bu teodiseya ilə dünyadakı pisliklərə görə cavabdehlikdən Tanrını 
qurtarırdı. 
Ancaq onu da deyək ki, Tanrı haqqında panteist baxışlarda teodiseya lap çətinləşir. Panteizm nədir? – 
onu açaq. Yunanca «pan» hamısı deməkdir, «Teo» isə Tanrıdır. Panteizm Tanrını gerçəkliyin hər nöqtəsində 
olan sayır. Panteizm Tanrını dünyaya immanent sayır («immanent» latınca aid, xas olan deməkdir). Ancaq 
elə fəlsəfi sistemlər də var ki, Tanrını dünyaya transendent sayır («transendent» latınca sərhədlərdən qırağa 
çıxan, o tayda olan deməkdir). Deməli, Tanrıya transendent varlıq kimi baxmaq onu dünyadan o tayda 
varolan saymaqdır. 
Panteizmin (bu da Tanrının bir Adı, bir anlamı) öz məntiqi var. Tanrı hər zərrəcik üçün yaradıcı 
gücdürsə, özüldürsə, deməli, onun içində olub onu yaratmalı, yönəltməlidir. Ancaq Tanrı necə olur ki, bir 
zərrənin içində ola-ola eyni anda saysız zərrələrin də hamısının içində olur? Cavab: onun üçün ki Tanrı 
nəsnəl deyil, laməkandır (məkansızdır). Əgər Tanrı nəsnə olsaydı, bir yerdə olanda başqa yerdə olmazdı. Və 
ya yaxın nöqtələrin hamısında belə olardı: özünün dürlü nöqtələriylə, məsələn, ayağı ilə bu nöqtədə, əli ilə 
başqa nöqtədə olardı.  
Ancaq bir şey var, əgər Tanrı deyək ki, əliylə bir nöqtəni tutursa, bu o demək deyil ki, Tanrı həmin 
nöqtədə bütünlüyü ilə olur. Panteizm isə söyləyir: Tanrının heç bir bədəni (gövdəsi) yoxdur. O tam 
nəsnəlsizlikdir, təmiz Ruhdur. Eni olmadığı üçün qırıntıları da yoxdur, çünki eni olanı kəsimlərə bölmək 
olar. Və Tanrı eyni anda saysız nöqtələrdə zərrələri yaradırsa, onların içində varlıqtörədici güc kimi 
bulunursa, bu o demək deyil ki, Özü də zərrələrə bölünüb, maddi zərrələrə paylanır. Tanrı Ruh olduğu 
üçün Bircə ola-ola bölünmədən, bütövlüyü ilə eyni anda bütün nöqtələrdə olur. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə