Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə21/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   60

 
44 
Vaxtı ilə «Parmenid» dialoqunda Platon bunu belə bir məsəllə anlatmışdı: gündüz açılanda çox şeyi 
əhatə edir. Gündüz bir ola-ola bölünmədən geniş məkanı tutur. Görünür, Ruh da belədir. 
Panteist düşüncəni Mahmud Şəbüstərinin bir deyimi çox güclü açır: səhraya çıxanda arifə ağac da deyir 
ki, mən haqqam. Yəni Allah ağacın içözündə mahiyyət kimi iştirak edir. 
Elə bu zaman panteizmə qarşı sual çıxır: deməli, O, pisliklərin də müəllifidir? 
Panteizm tərəfində durub, bu suala cavab vermək, teodiseya ilə məşğul olmaq çox çətindir.  
Hərçənd bir cavab var. Xristianlıqda deyilir: «Puti qospodni ne ispovedimı», İslamda isə bir «Allah bilir» 
kəlamı var. 
Bu deyimlərin arxasında duran hikmət: Allah sonsuzdursa, onun bildiklərinin, düzüb-qoşduqlarının son 
mənası, məqsədi bizim üçün bilinməzdir. Çünki bizim ağlımız sonsuzluğu qucaqlaya bilməz. Deməli, bu 
yerdə bizə pis görünən sonralar yaranacaq hansı yaxşılıqlar üçünsə təkan ola bilər. Ona görə də «Allah 
bilir». 
Bəlkə də panteizm tərəfdarı Tanrının pisliklərdə iştirak etdiyini qəbul edəndə «bunun hikməti Allahın 
sonsuz biliyindədir» söyləməklə Onu «təmizə çıxara bilər». 
 
 
Tanrını bilmək olarmı? 
 
Hər halda böyük Bizans filosofu Psevdo-Dionisi Ariopaqitdə bunun üçün əsaslar var. 
«Ariopaqit» Ariopaqın üzvü deməkdir. «Ariopaq» əski Afinada hakimlər şurası olub. Dionis Ariopaqit 
isə həm də İsus Xristosun apostolu (şagirdi) Pavel tərəfindən xristian edilmiş bilgin bir afinalının adıdır. 
Belə güman var ki, gürcü şahzadəsi Pyotr İver V-VI yüzillərdə traktatlarını Dionisi Ariopaqitin adından 
yazıb. Ancaq bu, son vaxtların gümanıdır, qabaqlar isə araşdırıcılar görmüşdülər ki, həmin traktat V-VI 
yüzillərdə yazılıb, deməli, I yüzildə yaşamış Dionisi Ariopaqitin qələmindən çıxa bilməz. Ona görə də 
həmin yazıların yazarı Psevdo (yəni guya ki) Dionisi Ariopaqit adlandırmışdı. 
Psevdo-Dionisinin qoyduğu problemlərdən biri Tanrını necə bilmək, Ona necə tərif, tanım vermək 
problemidir. Göstərir ki, bir yol katafatik yoldur. «Katafatik» yunanca təsdiqedici, doğrulayıcı deməkdir. 
Katafatik teologiya Tanrı haqqında əlamətləri (ən Gözəl, ən Ədalətli, ən Yaxşı və s.) təsdiq edə-edə Onu 
anladır. 
Psevdo-Dionisi Ariopaqit Tanrı haqqında apofatik (yəni inkaredici, danıcı) əlamətlər əsasında da söhbət 
aparmışdı. Məsələn, söyləyəndə ki, Tanrı nə gözəldir, nə eybəcərdir, nə ucadır, nə alçaqdır, nə yaxşıdır, nə 
pisdir, Psevdo-Dionissayağı apofatik teologiya qurulur. Belə inkarların hikməti odur ki, Tanrını dünyadakı 
hadisələrə xas «gözəllik», «ucalıq», «yaxşılıq» kimi anlayışlar əsasında bilmək olmaz. Tanrının sonsuzluğu 
bütün bu «adların» çərçivəsindən qırağa çıxır. Tanrı heç bir ada, anlayışa sığmır. Tanrı Absolyut olduğu 
üçün heç bir tutuşdurmaya gəlmir. 
Beləliklə, apofatik teologiya Tanrı haqqında gündəlik bilincin sadəlövh təsəvvürlərini vurub-dağıdırdı. 
İndi də teodiseya haqqında söylədiklərimizi qısa şəkildə bərkidək: fəlsəfə dinin verdiyi Tanrı obrazını 
dürlü adlarla, tanımlarla yozmağa çalışıb. Çalışıb ki, dünyanı necə qurduğunu, necə yönəltdiyini (idarə 
etdiyini) sübutlar dilində açıqlasın. Biz bunu Aristotelin, Plotinin, İbn Sinanın, Hegelin fəlsəfəsində gördük. 
Ancaq fəlsəfədə Tanrı ideyası bir çox dolaşıq məsələlər də doğurur. Məsələn, gördük ki, Tanrının varlığının 
bütün sübutları tam sübut ola bilmir və hətta idealist filosofların özləri də onlarda əyər-əskiklər tapırlar. 
 
 
Teodiseyanın əyər-əskikləri 
 
Tanrı anlayışı «dünyadakı pislikləri də o yaradıb?» sualına gətirib çıxarır. Bu məsələ Tanrıya inamı xeyli 
əngələ salır, ona görə də fəlsəfədə teodiseya yarandı ki, Tanrını həmin sual qarşısında «təmizə çıxarsın». 
Ancaq teodiseya sübutlarının heç biri əskiksiz deyil. 


 
45 
Götürək Avqustinin dediyini. Avqustin söyləyirdi ki, varlıqda pislik Tanrı nurunun çəkildiyi yerdə 
qaranlıq kimi yaranır, pisliyi Tanrı özü yaratmır. Ancaq onda belə soruşmaq olar: əgər Tanrı haradasa 
pisliyin olmasını istəmirsə, niyə oradan nurunu çəkir? Nə fərqi var pisliyi özün edəsən, ya pisliyin gəlməsi 
üçün «qapını» açasan. Hər halda fərq böyük deyil. 
Panteistlərdə, Psevdo-Dionisidə teodiseya üçün verilmiş əsaslar haqqında. Onlarda ideya təxminənə 
belədir: bizə pis kimi görünən bir şey, bəlkə də Tanrı sonsuzluğundakı məqsədləri («ssenarini») bilsəydik, 
hansı böyük yaxşılıqlarasa açılan yol kimi görünərdi.  
Burada da bir «amma» var. Bibliya, Quran Tanrının sonsuzluğunu qəbul etsələr də, hər halda bu 
sonsuzluğun xeyli gizliliyini açırlar və dünyadakı pisliklərin də pis, suç olmasını göstərirlər. Əgər 
pisliklərin Tanrı qatında qoyulmuş uca məqsədlərə qulluq etməsi varsa, onda gərək heç bir peyğəmbər 
«filan pislikləri, haram işləri etmə» deməsin, halbuki Bibliyanın, Quranın, Məhəmməd peyğəmbərin 
kəlamlarından çoxu insana pislikdən, haramdan qaçmaq üçün buyuruqlardır. 
Göründüyü kimi, Tanrı problemində də fəlsəfə xeyli dolaşığı çözməkdədir. Düzdür, hələ də tapmayıb, 
«Tanrı var!» doğrudur, yoxsa «Tanrı yoxdur!» doğrudur. Ancaq yenə, bu yoldakı düşünüş axtarışları, əbədi 
söhbətlər, çəkişmələr insanın düşüncə mədəniyyətini böyük yüksəklərə qaldırıb. 
 
 
 
İnsan 
 
Adi, gündəlik şüur insanda dərin gizlilərin olmasını az ağlına gətirir. Gündəlik şüurunda insan özündə 
də az gizli görür. Ona elə gəlir ki, içində nə varsa, hamısı onun özünə aydındır. Ancaq yetər ki, insan 
dünyasına xüsusi suallar verəsən və bu vaxt xeyli sirlərin olması ortaya çıxar. 
Sual verək. 
Ey Adəm oğlu, səndə hansı aləmlər var? Sən niyə belə və ya elə edirsən? Sən niyə belə və ya elə 
etməlisən?! Sən niyə və nə üçün yaşayırsan (həyatın mənası nədir)? Xoşbəxtliyi nədə axtarırsan, nədə 
axtarmalısan? Necə etsən, xoşbəxt olarsan? Sən niyə əxlaqlı olmalısan?  
Yox amma! Bu suallardan sonra da adi şüur gizliləri duymayacaq. Düşünəcək, nə var onlara cavab 
verməyə. Məndə hansı aləmlər var? Məndə, içimə baxanda gördüyüm aləmlər var, - düşüncələrim, 
duyğularım, bir də başqalarından gizlətdiklərim.  
Niyə belə edirəm? Filan şeyi istəyirəm, onun üçün də belə edirəm. Nə üçün yaşayıram? Uşaqlarım üçün 
yaşayıram və s.  
Ancaq fəlsəfə tarixi bu suallara o qədər biri-birinə uyuşmaz, ancaq hamısı da tutarlı, inandırıcı cavablar 
verir ki, onların arasına düşəndə gizliləri, sirləri də duymağa başlayırsan. 
Məsələn, Sokratın cavablarına baxaq.  
 
 
Sokrat insan haqqında 
 
İnsanlar biri-birindən yaxşı adam olmağı umurlar. İnsanlar var ki, gözəl qızı seçib evlənirlər və ya 
paltarın gözəlinə, evin gözəlinə daha çox pul verirlər. Ancaq onlardan soruşanda ki, «yaxşı Adam» nədir, 
«əsl insan» kimdir, «gözəllik» nədir? – aydın olur ki, həmin anlayışlar bu adamlarda ya doğru deyil, ya da 
yarımçıqdır, üzdən getmədir. Onda qəribə durum yaranır, «gözəlliyin» nə olduğunu bilməyən adam tapır, 
gözəl qadın hansıdır, gözəl paltar hansıdır. 
Sokrat öz çağının adamlarını onda suçlayırdı ki, siz nə olduğunu anlayışda bilmədiyiniz şeyləri edirsiniz 
və ya seçirsiniz. Məsələn, «igidlik» anlayışını öncə öyrənmədən igidlik etmək istəyirsiniz və s. Bu vəziyyətə 
görə də o, fəlsəfənin əsas işini insanlar üçün anlayışları tanımlamaqda, təyin etməkdə, aydınlaşdırmaqda 
görürdü. Hərçənd anlayışlarla məşğul olan Sokrat bunu da görürdü ki, hər anlayışın tanımını tapmaq 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə