Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə27/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   23   24   25   26   27   28   29   30   ...   130

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Gülşən AĞABƏY 
Nizami adına Ədəbiyyat İnstitutu 
gulshen_71@mail.ru
 
 
AZƏRBAYCAN SATİRİK POEZİYASININ  
TƏŞƏKKÜLÜ PROBLEMLƏRİ 
 
Açar sözlər: Azərbaycan, ədəbiyyat, satirik gülüş, poeziya, ənənə 
Key words: Azerbaijan, literature, sarcasm, poetry, tradition 
Ключевые  слова:  Азербайджан,  литература,  сатирический  смех, 
поэзия, традиция
 
 
XX  yüzildə Azərbaycan  xalqı  ədəbi,  bədii, milli-mənəvi  mədə-
niyyətimizə həm böyük ədəbiyyat, həm də bu ədəbiyyatı yeni bir mər-
hələyə  daşıyan  sənətkarlar  verdi.  Tarixən  poetik  düşüncə  tərzinə  (və 
həm də ifadə tərzinə!) üstünlük verən milli bədii düşüncə XIX yüzilin 
ortalarından başlayaraq poeziyada satirik, komik, ironik təsvir və ifadə 
stereotiplərinə  meyil  etməyə  başladı.  Az  müddətdən  sonra  xalqın  dü-
şüncəsində satirik-yumoristik təfəkkür tərzinin formalaşması bədii fik-
rin qarşısında yeni mərhələ açdı. Satiranın çox qısa bir zamanda bədii 
təfəkkürdə ictimai-siyasi hadisələri təsvir edən faktora çevrilməsi ədə-
biyyatın yeni axara düşməsinə nəinki imkan verir, hətta sonuna qədər 
davam  edən  bu  prosesdə  milli  şüurun  oyanmasında  və  formalaşma-
sında  tamamilə  yeni  bir  məzmunda  çıxış  edir.  Satirik  poeziyanın  ic-
timai, siyasi hadisələrə təsirində ədəbi, bədii fikrin və sənətkarın rolu 
artır.  M.Ə.Sabirlə  ədəbiyyatın  yüksək  ictimai-siyasi  ideallarla  nəfəs 
almasında  satiradan  maksimum  istifadənin  əsası  qoyulur.  Romantik 
Füzuli lirikasından satirik Sabir satiralarına qədər  gələn  yolda poezi-
yanın  keçdiyi  yolla  Sabirdən  sonrakı  poetik  mərhələ  məzmun  baxı-
mından  da  yeni  idealları  ifadə  edir.  Görkəmli  ədəbiyyatşünas  Y.Qa-
rayev poeziyanın M.Ə.Sabir mərhələsi haqqında yazır: “Lakin poezi-
yanın  Sabir  nəhri  ilə  tənqidi  realizmin  həmin  məcrası  artıq  dolub-
daşır. Bu məcradan kənarda artıq yeni tipli realizmin sahilləri və hən-
dəvəri görünür” (1, 45). 


M.Ə.Sabir  satirasının  təsir  gücü  onun  mahiyyətində,  ictimai 
funksionallığında, həyata nüfuzetməsində idi. Onun satirası da, məhz 
bu  amillərdən  güc  alır  və  “qoxumuş,  əskimiş  mühiti  idealına  uyğun-
laşdırmaq,  onun  nöqsanlarını  açıb  göstərməklə  bir  mühit,  başqa  bir 
aləm yaratmaq üçün çalışırdı” (2, 49). 
Ədəbiyyatın  ictimai  idealı  olaraq  xalqın  gələcəyini,  azadlığını 
ifadə  etməsi  vətəndaş-şair  tandemini,  istər-istəməz,  önə  çıxarır.  Bu 
prosesdə  ictimai-siyasi  satira  və  realist  təsvirlərin  başlıca  yer  tutması 
sənətin və sənətkarın həqiqi vəzifəsini müəyyən edir. M.Ə.Sabir sati-
rasının milli-estetik idealı yalnız müəyyən bir mərhələ ilə məhdudlaş-
mır, həm də özündən sonrakı satirik şeirin inkişaf yollarını müəyyən-
ləşdirir. Xalqın səadəti və vətənin  azadlığını bütün ideallardan  yuxarı 
tutan  vətəndaş-şair  şeiri  ictimai  hadisələrin  qiymətləndirilməsində, 
xalqın dərdlərinin təsvirində mütərəqqi mövqe tutan C.Məmmədqulu-
zadə yaradıcılığı, əslində yalnız bir ədəbi hadisə deyil, həm də ictimai-
siyasi  hadisələrin  bədii  ədəbiyyatda  inikasıdır.  Sənətin  və  sənətkarın 
həqiqi vəzifəsinin xalqa həqiqəti deməkdən ibarət olduğu bir zamanda 
hər iki məsləkdaş  bu vəzifəsinin öhdəsindən məharətlə  gəldilər, hətta 
xalqa həqiqəti deməyin cəsarət nümunəsi məktəbinin əsasını qoydular. 
Ədəbiyyatşünas  M.Əlioğlu  bu  dövrdə  ədəbiyyatın,  sənətkarın  vətən-
daşlıq  qürurundan  danışarkən  yazırdı:  “Sabirin  acı  kinayə,  şiddətli 
sarkazm  və  satirik  gülüşlə  meydana  çıxardığı  eybəcərlikləri  C.Məm-
mədquluzadə ciddi səpkidə kəskin tənqid atəşinə tutmuşdur.  
C.Məmmədquluzadə  Sabirdən  fərqli  olaraq  həyat  hadisələrinə 
və  ictimai  məsələlərə  münasibətində  daha  çox  siyasi  xadim  kimi  hə-
rəkət  etmişdir.  O,  nəsr  əsərlərində  olduğu  kimi,  məqalə  və  felyeton-
larında da xalqın azadlıq mübarizəsinə kömək edən fikirləri xüsusi bir 
aydınlıq və qətiyyətlə söyləmişdir (3, 133). 
Bu  dövrdə  xalqla  br  yerdə  olmaq,  həqiqəti  və  həyatda  görmək 
istədiyi  idealları  qələmə  almaq,  vətəndaş  kimi  yüksəlmək  Ü.Hacıbə-
yov, Ə.Haqverdiyev, Ə.Müznib, Ə.Qəmküsar, Ə.Nəzmi yaradıcılığın-
da daha qabarıq şəkildə üzə çıxır. Əslində bu dövrü ədəbiyyatımızda 
satira  mərhələsi,  yaxud  ədəbiyyata  və  sənətdə  vətəndaşlıq  epoxasının 
təşəkkülü dövrü də adlandırmaq olar. Ədəbiyyatla sənət sanki satirada
tənqidi  realizmdə  olduğu  kimi,  bu  qədər  bir-birinə  yaxın  olmamış  və 
biri digərini bu qədər reallıqla tamamlamamışdı. İlk dəfə olaraq, sati-
rada xalqın ictimai idealları, arzu və istəkləri bütün reallığı və kəskin-
liyi  ilə  əks  olunur.  Ədəbiyyat  ictimai  prosesləri  təsvir  etmək  gücünə 
malik olduğu kimi, həyat da ədəbiyyata yeni mövzular, ideyalar verir, 
ictimai  proseslərdə  onun  rolunun  artmasına  imkan  yaradırdı.  Satira 


təkcə ayrı-ayrı nöqsan və çatışmazlıqları tənqid etməklə kifayətlənmir, 
bütövlükdə həyatı realist təsvirə çalışır, mövcud ictimai-siyasi qurulu-
şa qarşı çıxırdı. Hətta poeziyadakı M.Ə.Sabir fenomeni ictimai-siyasi 
mübarizədə böyük təsir vasitəsi rolunda çıxış edirdi. 
Akademik İ.Həbibbəyli Sabir satirasının mahiyyətini çox doğru 
olaraq belə ifadə edir: “Mirzə Ələkbər Sabirin satirik şeirləri hər şey-
dən  əvvəl  Azərbaycan  xalqının  konkret  tarixi  şəraitdəki  ərzi-halının 
bədii  ifadəsindən  ibarətdir.  Yaşadığı  dövrün  Azərbaycan  üçün  yarat-
dığı  sosial-siyasi  çətinlikləri,  mənsub  olduğu  xalqın  əksəriyyətinin 
mədəni və ictimai geriliyindən doğan ciddi problemlər, mövhumat və 
cəhalət  əleyhinə  barışmaz  mübarizə,  qadın  azadlığı  məsələsi  Sabirin 
satira yaradıcılığının əsas mövzularını təşkil edir” (4, 114). 
Lakin  tarixən  satira  cəmiyyətin  müxtəlif  dövrlərində  eyni  təsir 
qüvvəsinə və arealına malik olmamışdır, onun cəmiyyətdəki dominant 
rolu  tarixin  və  ictimai-siyasi  proseslərin  mərhələləri  ilə  şərtləndiril-
mişdir.  Buna  görə  də  satiranın  tənqidi  pafosu,  gücü,  ya  “dişsizliyi” 
çox  zaman  konkret  zaman  və  məkanla  bağlı  olmuşdur.  Bu  cəhətdən 
ayrı-ayrı dövrlərdə satiranın hərəkət trayektoriyasının qabarma və çə-
kilmələrlə getdiyini müşahidə etmək mümkündür. XIX yüzil boyu rus 
ədəbiyyatında müşahidə edilən satirik qabarma Azərbaycan ədəbiyya-
tında da anoloji inkişaf yolu keçmişdir. Satiranın təşəkkülü prosesində 
onun  inkişafını  şərtləndirən  digər  amillər  də  vardır  ki,  bu  amillər 
Azəraycan ədəbiyyatının M.Ə.Sabirdən sonrakı inkişaf prosesinə əsas-
lı şəkildə təsir göstərmişdir. Bundan başqa demokratik cəmiyyətdə ya-
şayan  xalqlarla,  ağır  sosial-iqtisadi  və  müəyyən  siyasi  senzura  şə-
raitində yaşayan xalqların satirik düşüncə tərzi arasındakı fərqi də nə-
zərdən  qaçırmaq  olmaz.  Deməli,  satira  müəyyən  mənada  cəmiyyətin 
inkişaf qanunauyğunluğu olaraq təzahür edir və dövrü, mühiti doğru-
düzgün  əks  etdirməyə  yönəlir.  Lakin  bəzən  hakim  ideologiya  müəy-
yən müddətə olsa da, satiranın, ümumiyyətlə, ədəbiyyatın istiqamətini 
dəyişməyə,  yaxud  onu  istədiyi  səmtə  yönəltməyə  müvəffəq  olur.  XX 
yüzilin  20-ci  illərində  bolşevik  diktaturası  satiranın  istiqamətini  də-
yişmək  yolunda müəyyən addımlar  atdı. Əsrin əvvəllərində  yüksələn 
xətlə inkişaf edərək özünün M.Ə.Sabir və C.Məmmədquluzadə zirvə-
sinə  çatan satira siyasi  sistemin  dəyişməsilə  əlaqədar olaraq bir müd-
dət  özünün  tənəzzül  dövrünü  yaşayır,  daha  sonra  isə  yeni  və  özünə-
məxsus inkişaf yolu keçir.  
Bütün  dövrlərdə  olduğu  kimi,  iyirminci  illərdə  də  əsl  ədəbiy-
yatın əsas vəzifəsi həyatı obyektiv göstərmək, cəmiyyət və onun ayrı-
ayrı  problemlərilə  bağlı  zamanın  suallarına  aydın  cavab  vermək  ol-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə