Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə28/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   24   25   26   27   28   29   30   31   ...   130

muşdur. Lakin bu vəzifə yeni şəraitdə yeni siyasi şərtlər altında həyata 
keçirilirdi.  Bu  mərhələdə  satirik  M.Cəlildə  olduğu  kimi,  öz  qəlbinin 
səsinə qulaq asmaqdan daha çox, hakim ideologiyanın  diqtəsi  altında 
yazıb-yaratmağa  məhkum  olur.  Bu  mənada  20-ci  illərdən  başlayaraq 
satira yeni bir mərhələyə qədəm qoyur. XX yüzilin əvvəllərindən for-
malaşmağa başlayan ictimai satira M.Ə.Sabir  yaradıcılığında  ən  yük-
sək mərhələsinə çatsa da, 20-ci ildən sonrakı satirik poeziyaya birbaşa 
təsir  göstərmək  gücündə  olmur.  Hətta  M.Ə.Sabirlə  eyni  mərhələnin 
yaradıcılarından  olan  satiriklərin  yaradıcılığı  belə  fərqli  inkişaf  yolu 
keçir.  Tənqidi  realizm  nümayəndələrinin  yeni  mərhələdə  Sabir  satira 
ənənəsini davam etdirməməsinin obyektiv və subyektiv səbəbləri var-
dır.  
Birincisi,  hakim  ideologiya  realist  satiranın  əsasını  təşkil  edən 
(zülmə, əsarətə qarşı çıxmaq, mövcud ictimai quruluşu kökündən sar-
sıtmaq,  yaxud  dəyişmək)  problemlərinin  artıq  yeni  quruluşda  həll 
olunması görüntüsü yarada bilmişdi. 
İkincisi,  fəhlə-kəndli  inqilabı  adı  altında  dəyişən  ictimai-siyasi 
sistem ədəbiyyatı, eləcə də bütün mətbuatı hakim ideologiyanın rupo-
runa çevirmiş, arenadakı fikir plüralizminin qarşısı alındığı kimi, bədii 
ədəbiyyatda da “təsvir dəhlizi” müəyyən edilir və bu “dəhliz”dən kə-
nara çıxan sənətkarlar cəzalandırılır. 
Üçüncüsü, satiranın əzəli “hər bir inkar ideal naminə olmalıdır” 
– düsturu yerinə yetirilmir. Həyatda tənqid və ifşa hədəfləri olmadıq-
da, yaxud satirik hər hansı bir çərçivəyə salındıqda “inkar-ideal” prin-
sipi  pozulmuş  olur.  İdealdan  məhrum  edilən  sovet  satiriki  isə,  istər-
istəməz,  ifşa  hədəfləri  (ailə-məişət,  qoca-cavan  sevgisi,  ər-arvad  mü-
nasibətləri və s.) axtarmalı olur. N.V.Qoqol, S.Şedrin, C.Məmmədqu-
luzadə,  M.Ə.Sabirə  nisbətən  tamamilə  yeni  bir  tarixi  şəraitdə  davam 
etməliydi.  Bunu  bəzən  sovet  tənqidçiləri  realist  satirik  ənənənin  yeni 
tarixi şəraitdə novatorluqla inkişaf etdirilməsi kimi qəbul edirdi. Tən-
qidçi  İ.Kiselyov  satirada  novatorluq  probleminə  toxunaraq  yazırdı: 
“Sovet  komediyasının  novatorluğu  onunla  şərtlənir  ki,  əgər  Qoqol, 
Şedrin, Ostrovski satirası köhnə dünyanın ürəyindən vururdusa, sovet 
müəllifləri bizim həyatın müsbət tərəflərini, epoxanın öncül element-
lərini də göstərirlər” (5, 121). 
Sovet  satirasının  bütün  mahiyyəti  də  elə  burada  açılır;  satira 
ictimai nöqsanların tənqid və ifşasından daha çox yeni dövrün təsdiq 
pafosuna  hesablanmışdı.  Satiranın  qarşısında  qoyulan  çərçivə  realist 
satiradan  fərqli  olaraq  “sosialist”  ictimai  quruluşunu  möhkəmləndir-
məyə  xidmət  edir  və  bu  xüsusiyyət  onun  novatorluğu  hesab  olunur. 


Başqa sözlə desək, əslində satira “bütün ölüb gedənlərin kölgələr səl-
tənətinə yola saldığı və bununla yanaşı yeni həyatın müdaxiləsini tələb 
etdiyi halda (S.Şedrin), sovet satirası həyatı inqilabi inkişafda əks et-
dirməli,  yeniliyin  köhnəliyə  qarşı  mübarizəsinə  təsir  etməli,  cəmiy-
yətdə  kök  salmış  əksinqilabi  ünsürləri  ifşa  etməklə  yanaşı,  yeni  tipli 
müsbət  obrazlar  qalereyasının  da  yaradılmasını  şərtləndirməli  idi. 
Tənqidi-realist  satira ilə  sosialist  məzmunlu satiranın  xüsusiyyətlərini 
araşdıran  professor  B.Əhmədov  belə  bir  qənaətə  gəlməkdə  tamamilə 
haqlıdır ki: “...satirik poeziya  əvvəl olduğu kimi, Sabir ənənəsini da-
vam  və  inkişaf  etdirir.  Lakin  bu  təmayülün  reallaşması  üçün  təkcə 
realist  satiriklərin  (məs.  Ə.Nəzmi,  Ə.Razi,  Ə.Vahid  və  b.)  olması  ki-
fayət  etmir, həm  də  tipik  xarakterlər üçün tipik  şəraitin”  olması  prin-
sipi ilə şərtlənməsi lazım gəlir” (6, 215).  
Nəticədə,  hər  hansı  satirik  əsərdə  satirik  gülüşdən  başqa,  bir 
qrup  müsbət  obrazın  da  mənfi  xarakterlərin  ifşasında  fəal  iştirakı  ilə 
satirik  pafos  zəifləyir.  Bunlar  yeni  dövrdə  satiranın  tənəzzülünü  şərt-
ləndirən  ən  qabarıq  faktorlardır.  Lakin  ayrı-ayrı  janrlar  üzrə  satiranın 
inkişaf  yolundakı  xüsusiyyətlər  vardır  ki,  bunların  hər  biri  üzərində 
ayrıca dayanmaq lazım gəlir.  
Hər  şeydən  əvvəl,  sovet  mərhələsində  satiraya  nəzəri  baxışda 
kökündən  yanlışlıq hökm  sürür, satira,  gülüş  yalnız vaxtı keçmiş ha-
disələrə  şamil  edilirdi.  Marksist-leninçi  nəzəriyyəçilər  diqqəti,  məhz 
gülüşün  bu  əsas  xüsusiyyətinə  yönəltməklə  satiranın  inkişafına  təsir 
göstərirdilər. Satirik əsərlərə sosialist yanaşmada gülüş iki hissəyə ay-
rılır:  düşmən ünsürləri tamamilə “məhv etmək”, düşmən olmayanları 
isə “islah etmək” – həmin dövrdə gülüşdən bədii vasitə olaraq istifadə, 
əsasən, bu arqumentlər üzərində qərar tutur.  
Satiraya,  gülüşə  bu  sosialist-nəzəri,  metodoloji  yanaşmanın  nə-
ticəsi  olaraq  20-ci  illərdə  realist  satiriklərin  cəmləşdiyi  və  böyük  sa-
tirik ənənələr yaşadan satirik mətbuatın varlığına təhlükə yaranır. “So-
vet xalqının artan tələbləri” sayəsində partiya qərarları ilə tənzimlənən 
yeni məzmunlu və formalı ədəbiyyatın yaranmasında “təqdirəlayiq” iş 
görməyən  yeganə satirik dərgi “Molla Nəsrəddin”in 25 illik həyatına 
son  qoyulur.  Satirik  mətbuatdan  məhrum  olan  satira  istər  bir  ünsür, 
pafos və konflikt halında nəsr, dramaturgiya və poeziyada paralel ola-
raq çıxış edir.  
Azərbaycan  satirasının  yeni  dövrdə  təşəkkülü  problemlərində 
satirik  şeir  M.Ə.Sabir  zirvəsini  fəth  etməsə  də  yeni  mərhələsini  ya-
şayır. Doğrudur, Sabir zirvəsindən sonra satiranın bu duruma düşməsi 
satirik  düşüncə  tərzinin  tənəzzülü  anlamına  gələ  bilər.  Satirik  şeir 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə