janrları bu cür də təsnif etmək olar:
1) Məzmununa görə təyin edilən janrlar: minacat, nət, merac-
namə, saqinamə, bahariyyə, fəxriyyə, həcv, mərsiyə, təmsil, vücud-
namə, həvəsnamə, nəsihətnamə, hamamiyyə və s.
2) Formasına görə təyin edilən janrlar: qəzəl, qəsidə, qitə, təcnis
və s.
Füzuli əsərlərinin janr xüsusiyyətləri müəyyənləşdirilərkən on-
ların məzmun, forma, həcm və quruluş tipi nəzərə alınmalıdır. Bu za-
man həmin əsərlərin həm klassik bəlağət elmi, həm də dünya poetikası
tələbləri əsasında müvafiq şəkildə müəyyənləşdirilməlidir. Aydındır
ki, konkret bir ədəbi simanın yaradıcılığında hər hansı bir janrın tə-
yini, yəni növdaxili bölgü zamanı aparılan təsnifatda yeni bir növün
aşkarlanması və onun mövcudluğunun əsaslandırılması onu yaradan
şəxsiyyətin zənginliyindən xəbər verir. Çünki janrın mövcudluğu ilk
növbədə həqiqətin bədii dərkinin çoxcəhətliliyindən asılıdır. Tədqiqat
zamanı da, yeri gəldikcə, əvvəlcədən müəyyən edilmiş janrlara müna-
sibət bildirilməli, müəyyənləşdirilməsində mübahisə doğurmuş əsər-
lərin janrları haqqında mövcud nəzəri fikir araşdırılmalı və son yekun
nəticə əldə olunmalıdır.
Füzulinin bəzi əsərlərini tədqiqata cəlb edən mütəxəssislər janr-
lar üzrə təsnifat apararkən, mübahisəli nəticələrə gəlmiş, epik, xüsu-
silə də nəsr əsərlərinin öyrənilməsində janrlar üzrə bölgüdə yekdil rəy
əldə edə bilməmişlər. Belə ki, məktəb dərsliklərində poema kimi qeyd
olunan əsərlər ayrı-ayrı tədqiqatlarda başqa adlarla, məsələn: “Həft
cam” – saqinamə, “Bəngü Badə”, ”Söhbətül-əsmar” – təmsil kimi
göstərilmişdir. Nəsr əsərləri “Rindü Zahud”, “Səhhət və Mərəz”
münazirə, “Hədiqətüs-süəda” isə məqtəl kimi tədqiq olunmuşdur.
Ədəbiyyatşünas Abbas Hacıyev “Ədəbi növlər və janrlar” adlı
kitabında bu haqda belə yazır: “Forma həm holavarları, həm də sayaçı
sözlərini bayatılarla birləşdirir, məzmun isə fərqləndirir” (3, 6). Yaxud
dastan yaradıcılığında da aktiv istifadə edilən qoşma janrının əlamət-
ləri forma elementləri ilə təyin olunsa da, onun da daxilində məzmun-
ca fərqlənən gözəlləmə, ustadnamə, vücudnamə, qıfılbənd, varsağı və
s. kimi janrlar müəyyən edilir. Bu isə klassik ədəbiyyatda duran janr
və forma məsələsinin xalq ədəbiyyatı üçün də aktual olduğunu gös-
tərir.
Abbas Hacıyev qəsidələr haqqında yazır: “Qəsidənin ölçüsü və
quruluşu dəyişmir. ...münacat, nət, mədhiyyə, fəxriyyə və mərsiyyə
kimi növlərə ayrılır” (3, 17). Lakin Nizami Gəncəvinin və digər Azər-
baycan, eyni zamanda Şərq şairlərinin poemalarının girişində verilən
müxtəlif məzmunlu hissələrin, məsələn: münacat, nət, mədhiyyə,
yaxud fəxriyyə adlandırıldığı ilə dəfələrlə rastlaşırıq. Bu hissələr isə
heç də həmişə qəsidənin forma tələblərinə cavab vermir.
Müəllif adını öncə çəkdiyimiz kitabının başqa bir yerində belə
yazır: “Fəxriyyə – lirik növdür. Qəsidə, məsnəvi və qəzəl formasında
yazılır”, yaxud başqa yerdə “Mərsiyə – geniş yayılan, lakin özünün
xüsusi forması olmayan, qəsidə və məsnəvi, bəzən də qəzəl kimi
yazılan lirik şeir şəklidir” (3, 18). Daha qəribəsi isə odur ki, Füzulinin
“Hədiqətüs-süəda”sı və Vidadinin “Müsibətnamə”si də “bu janrın
təsirli nümunələri” adlandırılır. Göründüyü kimi, mövcud qarışıqlığı
hələ nəzərə almasaq, bu ana qədər öyrənilmiş saydığımız tək bir mər-
siyə bir səhifə yazıda eyni nəzəriyyəçinin fikirlərində həm şeir şəkli,
həm müstəqil janr, həm də qəsidənin növü kimi xarakterizə edilir. Bu
isə yenə də eyni problemi ortaya qoyur: janrın müəyyənləşdirilməsi
nəyə əsaslanmalıdır, forma tələblərinə, yoxsa məzmun mündəricəsinə?
Deməli, bu məsələlərin izaha ehtiyacı var.
Bu və ya buna oxşar məsələlərə “Azərbaycan ədəbiyyatının
tarixi poetikası” kitabının həmmüəllifləri də toxunmağa çalışmışlar.
Məsələn, AMEA-nın müxbir üzvü Azadə Rüstəmova yazır: “Yaxın və
Orta Şərqin ədəbiyyat nəzəriyyəsinə dair əsərlərdə (məsələn, Vahid
Təbrizinin XV əsr “Cəmi-müxtəsər” əsərində) qəzəldən bəhs edilsə
də, o, janr təsnifinə daxil edilməmişdir. Burada bədii nümunələrin növ
təqdimatı onların daşıdıqları məna, məzmun, mahiyyət və üstəgəl şəkil
xüsusiyyətlərinə görə deyil, əsasən misra düzülüşü və qafiyə sistemi
üzrə aparılırdı (4, 24).
Akademik Teymur Kərimli də ədəbiyyatşünaslığımızda mövcud
problemlərdən birinə – rübai-tuyuq məsələsinə toxunur: “Azərbaycan
ədəbiyyatşünaslığında uzun müddət tuyuqla rübai bir-birinə qarışdırıl-
mış, onların təsnifində vəzn əlamətləri nəzərə alınmadığına görə, biri
diğərinin adı ilə adlandırılmışdır” (4, 69). Göründüyü kimi, burada da
Şərq ənənəsinə uyğun olaraq janrın müəyyənləşdirilməsi forma ele-
mentlərinə əsaslanır.
AMEA-nın müxbir üzvü Nizami Cəfərov da ədəbiyyatşünas-
lığımızda mövcud olan janr və forma xüsusiyyətlərinin təyini məsə-
ləsinə toxunur. O, klassik janr standartlarını qorumaqla, yeni janr tə-
ləblərini ehtiyatla tətbiq etmək məsələsini irəli sürür. Bu məqamda
həm məzmun, həm də ifadə baxımından yanaşmanı zəruri sayır.
Müəyyənləşdirmədə özünü göstərən səhvləri isə zamanla əlaqələn-
dirir: “...Bir tərəfdə klassik ədəbi-bədii təfəkkürün milli ədəbi-bədii
təfəkkürə keçidini əks etdirən sənət mövcud olur, bir tərəfdə isə milli
ədəbi-bədii təfəkkürün nümunələri meydana çıxır; janr poetikası
problemini bu cür mühitdə həll etmək, şübhəsiz çətindir” (4, 155).
Prof. Nüşabə Araslı özünün “Nizaminin poetikası” adlı monoq-
rafiyasında şairin qəsidələrinə toxunarkən yazır: “Nizaminin bizə qə-
dər gəlib çatan qəsidələri mədhiyyə, fəxriyyə və fəlsəfi mündəricəsi
ilə seçilən bitkin nümunələrdir. Elə şairin epik irsində də biz onun
özünəqədərki qəsidə şeirinin müvəffəqiyyətlərindən bəhrələndiyini,
dini-rəsmi hissələrdəki ithaflarda və yeri düşdükcə söylənilən
fəxriyyə, mədhiyyə, mərsiyə səciyyəli parçalarda, bahariyyə, şitaiyyə,
xəzaniyyə və başqa təbiət təsvirlərinə həsr edilən misralarda özünə-
qədərki lirik irsin ən gözəl nailiyyətlərini öz humanist istəkləri ilə
ustalıqla birləşdirdiyini görürük” (5, 99).
Göründüyü kimi, Nüşabə xanım ehtiyatla şairin eyni məzmunlu,
lakin müxtəlif formalı əsərlərini ayırmağa cəhd edir. Burada yeganə
prinsip kimi forma, yəni qafiyə sistemi əsas götürülür. Buna rəğmən,
alim özü də hiss etdirir ki, müəllif tərəfindən çox vaxt ayrı-ayrı baş-
lıqlarla bütöv mətndən ayrılan, özünəməxsus həcmə malik bu hissələr
məsnəvi formasında olmasını və mənzum roman içərisinə daxil edil-
məsini istisna etməklə, o məzmuna malik digər əsərlərdən heç nə ilə
seçilmir.
Bu zaman bir problem də ortaya çıxır: Klassik İslam Şərqi tə-
ləbləri çərçivəsində qələmə alınan əsərlərin müasir dünyanın ədəbi-
nəzəri görüşləri çərçivəsində janrını müəyyən etmək. Buna mane olan
cəhətlərdən biri də terminologiyadır. Çox vaxt tərcümədə eyni məz-
munu ifadə edən terminlərlə ifadə olunma bədii əsərin yaradılma mü-
hitinə, dövrünə və müəllifinə nəzərən seçilir və məqbul sayılır. Bu isə
elmdə mücərrədliyə səbəb olur.
Məşhur yazıçı və nəzəriyyəçi Mir Cəlal Füzuli qəzəllərini möv-
zu və məzmununa görə də qruplaşdırır. Bu zaman qəsidə üçün mü-
vafiq sayılan meyar qəzələ də tətbiq olunur. Müəllif yazır: “Füzuli
qəzəllərini mövzu və məzmununa görə dörd yerə bölmək olar: 1.
Aşiqanə qəzəllər, 2. İctimai-fəlsəfi qəzəllər, 3. “Təcviri” qəzəllər, 4.
Münacat, nət ruhunda olan “rəsmi” qəzəllər (6, 115).
Dünyada vahid folklor prosesi, vahid dünya ədəbi prosesi kimi
anlayışların mövcud olduğu bir anda biz vahid ədəbi nəzəri prinsipləri
müəyyənləşdirməyə borcluyuq. Lakin vahid ədəbi növlərin müəyyən-
ləşdirilməsinə baxmayaraq, milli ədəiyyatlara tətbiq oluna biləcək vahid
janr tipologiyasının yaradılması hələ də həll olunmamış problemdir.
Belə ki, müasir dövrdə informasiya mübadiləsinin ən yüksək
inkişaf nöqtəsində olduğu bir zamanda müasir ədəbi prosesə nisbətdə
Dostları ilə paylaş: |