Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə58/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   54   55   56   57   58   59   60   61   ...   130

“Kommunist”  (4)  qəzetində  çap  edilən  “Şeyx  Sənan”  haqqında” 
sərlövhəli  böyük  həcimli  məqaləsində  geniş  bəhs  olunur.  “Şeyx 
Sənan”ı  hazırkı  ictimai  tərbiyə  nöqteyi-nəzərindən  cəmiyyət  üçün 
zərərli” hesab edən C.Cabbarlı məqaləsində əsasən Sənan obrazını çox 
ciddi ittiham edirdi. 
“Şeyx  Sənan”ın  mühakimə  edildiyi  bir  zamanda  dövri  mət-
buatda  ədibin  “İblis”  əsəri  haqqında  da  məqalələr,  resenziyalar  çap 
edilməkdə  idi.  “İblis”  (4),  “İblis”in  son  quruluşu”  (4),  “İblis”  və  s. 
məqalələrlə  yanaşı,  “Maarif  və  mədəniyyət”  jurnalında  (9,  14) 
A.Şaiqin  böyük həcmli  “Cavidin “İblis”nam  hailəsi  haqqında duyğu-
larım”  adlı  məqaləsi  nəşr  edilib.  Bitkin  bir  elmi  məqalə  təsiri  bağış-
layan  bu  məqalə  tədqiqatçıların  fikrincə,  “A.Şaiqi  həm  də  bir  təd-
qiqatçı kimi xarakterizə etməyə imkan verir” (10, 9).  
Müəllif  “İblis”i  bəşəri  mövzuda  qələmə  alınmış  bir  əsər  kimi 
yüksək qiymətləndirərək “Cavidin bütün  əsərləri içində “İblis” qədər 
həyati və realist bir əsər yoxdur zənn edirəm” – deməkdə zaman sübut 
etdi  ki,  nə  qədər  haqlı  imiş.  Çünki,  çox  böyük  tərbiyəvi  əhəmiyyəti 
olan əsərdə müəllif insanları iblis xislətindən uzaq olmağa səsləyərək 
yazırdı: “Cavidcə, həyat yaşamaq və yaşatmaqdan ibarətdir” (6).  
Bu  ədəbi-ictimai  mühakimələri  isə  bolşevik  diktaturasının  ədə-
biyyata  münasibətinin  qabarıq  təzahürü  kimi  qiymətləndirmək  olar. 
Çünki  əsərlərə  qiymət  vermədə  ədəbi  tənqid  öz  vəzifəsini  büs-bütün 
unudaraq  siyasi  yönümdə,  ideologiyanın  tələblərindən  çıxış  edərək, 
bolşevik  ruhda  dəyərləndirirdi.  Belə  olduqda  isə  bu  ədəbi  mühaki-
mələr  yazıçının  mühakiməsinə  çevrilirdi.  Odur  ki,  “Cavid  yaradıcılı-
ğına  münasibətdə  də  bu  ideologiyanın  tələblərindən  çıxış  etməyin 
getdikcə daha ciddi bir şəkil aldığı”, ədibə qarşı olan hücumları daha 
qorxulu və amansız edirdi. “İdeoloji meyillərdən yanaşma “buzu” 50-
60-cı illərin bir qədər demokratik mühitində belə əriməmişdir” (1, 76). 
Odur  ki,  cavidşünas  M.Cəfər  1960-cı  illərdə  belə  20-26-cı  illəri 
“Cavid  üçün  məfkurəvi  tərəddüd  dövrü”  (11,  138)  adlandıraraq  onu 
proletar inqilabının  əsl qayəsini “aydın dərk edə  bilməməkdə  günah-
landırırdı”. 
H.Cavid  yaradıcılığı  haqqında  dövri  mətbuatda  yazılan  mə-
qalələrlə  tanış  olarkən  bir  daha  bəlli  oldu  ki,  ədəbi  mühit  ədibi  nə 
qədər  tənqid  etsə  də  cəmiyyətdə,  ədəbiyyatda,  teatrda  onun  əvəz-
olunmaz  yeri  görünüb  və  bəzən  elə  onu  tənqid  edənlərin  özü  bunu 
etraf  etməli  olublar.  “Cavid  böyük  sənətkardır  bunu  kimsə  inkar  edə 
bilməz” (12). “Cavid kimi istedadlı sənətkarlar...” (13).  
Əlbəttə,  belə  bir  sənətkarın  qiymətini  tarix  verməlidir  və  verdi 


də.  Q.Məmmədli  demişdir:  “Cavid  haqqında  son  sözü  tarix  deyə-
cəkdir”  (8,  21).  Doğrudan  da,  H.Cavid  kimi  bəşəri  ideyaları  təbliğ 
edən, xalqına, millətinə sadiq qalan, onun azadlığı uğrunda canını belə 
fəda edən söz əhlinin layiqli qiymətini yalnız tarix verməyə qadirdir.  
“...tarixi və elmi həqiqət güzgüsündə yenidən görünməyə Cavid 
qədər  ehtiyacı  olan ikinci  böyük  ədəbi  simamız bəlkə  də  yoxdur” (8, 
6)  söyləyənlər  çox  haqlı  idilər.  Çünki  sosrealizmin  ideoloji  və  me-
todoloji  “prinsiplərini”  əsas  gətirərək  H.Cavid  qədər  haqsız  tənqidə 
məruz  qalan  böyük  ədəbi  simamız  bəlkə  də  yoxdur.  Bütün  həyatı  və 
yaradıcılığı  boyu  məttahlıqdan  çox  uzaq  olan:  “Mənim  təbiətimi 
bilirsiniz. Mən hamballığı,  xidmətkarlığı  çox sevirəm.  Fəqət... mənli-
yimi  satmaq,  əsir  olmaq  istəməm”  –  deyən  ədib  sona  kimi  əqidəsinə 
sadiq qalmaqla yanaşı, əsərlərində də, pedaqoji fəaliyyətində də gənc-
ləri  bu  istiqamətdə  tərbiyə  etdi.  Odur  ki,  özü  və  ailəsi  nə  qədər 
haqsızlıqlara məruz qalsa da, əzablara dücar olsa da daima heysiyyət 
və şəxsiyyətinə hörmətlə yanaşan ədib “inqilab epoxasının şairi” (14) 
ola bilmədi (əslində olmağa can atmadı).  
Baxmayaraq  ki,  sovet  dövründə  (xüsusən  də  37-ci  ildən  sonra) 
H.Cavidin yaradıcılıq nümunələri ümumtəhsil proqramlarından uzaq-
laşdırılaraq,  təlim  materialı  kimi  proqramlara  daxil  edilmədi.  Lakin 
zaman  sübut  etdi  ki,  ədibin  yaradıcılığı  və  şəxsiyyəti  “təlim-tərbiyə 
baxımından  hər  zaman  əhəmiyyətlidir,  aktualdır,  yenidir  və  ümum-
təhsil  məktəblərinin  “Ədəbiyyat”  proqramlarını  Hüseyn  Cavidsiz 
təsəvvür  etmək  çətindir”  –  fikrini  təkidlə  irəli  sürən  cavidşünas  alim 
Şəmistan Mikayılov çox haqlıdır (15, 4).  
Unutmayaq ki, xalqımızın həyat tərzi, tarixi, milli psixologiyası, 
mənəvi keyfiyyətləri, əxlaqi sifətləri, adət və ənənələri mətbuatımızda 
və  ədəbiyyatımızda  öz  ifadəsini  tapıb.  Ayrı-ayrı  dövrlərdə  yetişən 
gənclərin  xalqın  milli  mədəniyyəti,  mənəvi  keyfiyyəti  ilə  yaxından 
tanış olması üçün ən etibarlı mənbə, şübhəsiz ki, milli mətbuat və ədə-
biyyatdır. Ədəbiyyatşünas alim K.Talıbzadə demişdir: “Bədii fikirlə ic-
timai  həyat  tarixin  bütün  dövrlərində  paralel  inkişaf  edib  və  biri  digə-
rinə müxtəlif zamanlarda təkan verib. Nəticədə çoxsaylı düşüncə məh-
sulları, milli əxlaqi-mənəvi dəyərlər toplusu bizə miras qalıb” (16, 41). 
Ədəbiyyatın  çox  təsirli  təlim-tərbiyə  vasitəsi  olduğunu  nəzərə 
alsaq,  H.Cavid  yaradıcılığı  bu  (istər  dramaturgiyası,  istərsə  də  publi-
sistikası) cəhətdən daha zəngin material verir, – deməyə haqqımız var. 
Hələ  1915-ci  ildə  “Aşıq  söz”  qəzetində  çap  etdirdiyi  “Müharibə  və 
ədəbiyyat” məqaləsində “...əgər bir millətin fəlsəfə və ədəbiyyat kitab-
ları həssas, xəyalpərvər, laübali qələmlərlə yazılmışsa, şübhə yoq ki, o 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə