millət, o nəsil cərəyana qapılıb da həp o yolda hərəkət edər və müm-
kün deyil, aqıntıya qarşı bir dürlü külək çəkəməz” söyləyən ədib çox
haqlı idi.
Bu gün böyüməkdə olan gənclərin milli ruhda, milli zəmində
tərbiyə olunması başlıca vəzifələrdən biri kimi qarşıya qoyulduğu
zamanda H.Cavid yaradıcılığı çox aktualdır. Yuxarıda qeyd etdiyimiz
kimi bir daha vurğulamaq yerinə düşər ki, ədibin əsərlərində insanları
bəşəri ideyalara, sülhə, insanlığa, xeyirxahlığa, paklığa, vətənpərvər-
liyə, ədalətə, mübarizəyə səsləyən motivlər çoxdur və bu zəngin
irsinin metodoloji təbliğinə böyük ehtiyac var.
Bütün yuxarıda sadaladıqlarımız bir daha bizi əmin edir ki,
H.Cavid Azərbaycan bədii-ictimai fikir tarixində özünəməxsus yer
tutan, əsərlərində insanları humanistliyə, gözəlliyə, həqiqətsevərliyə,
əmin-amanlığa çağıran bir sənətkardır. Odur ki, “...pyesləri və fa-
ciələri səhnəmizi bəzəməkdə və cavan nəslimizi tərbiyələndirmək-
dədir” – (17) deməklə dövrün ədəbi tənqidçisi çox haqlı idi. Çünki,
ədib köhnə şüur və əxlaqı yıxaraq, yerin də “nurlu ağıl” səltənətini”
yaratmaq arzusunda idi. “Ana”, “Maral”, “Şeyx Sənan”, “Uçurum”
əsərləri ilə “bizim milli səhnədə tamamilə yeni üslubun-mənzum və
romantik teatrın təməl daşları qoyulurdu” (8, 9).
1920-28-cı illərdə fəaliyyətdə olan dövri mətbuatla tanışlıq bir
daha sübut edir ki, ədəbi tənqid H.Cavidə qarşı haqsız olsa da, onu bir
proletar yazarı etmək, hətta Leninə əsər yazmağa sövq etmək, arzusu
ilə onu tənqid atəşinə tuturdu. “Cavid bir “Şeyx Sənan” yazar, bir
“Uçurum” açar, bir “Afət” doğurar, bir “İblis” rəqs etdirər, bir “Pey-
ğəmbər” yaratmağa qeyrət edər. Bəlkə də şimdi bir Çingiz, yarın bir
İsgəndər, ertəsi gün bir Lenin diriltməyə can atacaqdır” (18, 29) – de-
yə şəstlə buna özünü və bütün ədəbi mühiti inandırmağa çalışan
H.Zeynallı sonradan özü də dərk etdi ki, Cavidi Lenin, Oktyabr,
İnqilab mövzusuna yaxınlaşdırmaqda çox yanılıb. Amma o zaman
ədəbi tənqidin “cığır-daş” adlandırdığı bəzi yazarların yaradıcılığında
“yeni yaradıcılıq metoduna dönüş” məhz 1925-26-cı illərdən sonra
yaranıb.
ƏDƏBİYYAT
1.
Əhmədov Bədirxan. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, 2 cild.
(Dərslik). Bakı, 2010.
2.
“Ədəbiyyat” qəzeti, 28 oktyabr 1956.
3.
“Kommunist” qəzeti, 12 yanvar, 16 yanvar, 8, 12 aprel 1925.
4.
“Kommunist” qəzeti, 6, 11 iyun 1922.
5.
“Azərbaycan” jurnalı, № 2, 1960.
6.
“Maarif və mədəniyyət” jurnalı, № 2, 1923.
7.
“Yeni fikir” qəzeti, 9 oktyabr 1923.
8.
Məmmədli Qulam. Cavid ömrü boyu. Bakı, 1982.
9.
“Maarif və mədəniyyət” jurnalı, № 2, 1925.
10.
Cavidşünaslıq I cild (araşdırmalar toplusu). Bakı, 2012.
11.
Məmməd Cəfər. Hüseyn Cavid. Bakı, 1960.
12.
“İnqilab və mədəniyyət” jurnalı, № 4-5, 1936.
13.
“Ədəbiyyat” qəzeti, 14 aprel 1936.
14.
“Ədəbiyyat” qəzeti, 14 mart 1936.
15.
Həsənova Sevil. Hüseyn Cavid yaradıcılığında tərbiyə məsələləri. Bakı,
2013.
16.
Talıbzadə Kamal. XX əsr Azərbaycan tənqidi. Bakı, 1966.
17.
“Yeni yol” qəzeti, 8 aprel 1925.
18.
“Ədəbi parçalar” jurnalı, № 1, may, 1926.
Sevil Hasanova
THE IDEOLOGICAL ATTITUDE
FOR HUSEYN JAVID IN THE YEARS OF 1920-1930
Summary
In those years there were a lot of articles dealing with H.Javid’s creative
work. Though he was invited for writings on ideological principles he refused this
proposal. In the 1920-1930s literary process in the methodological and ideological
relations were developing in accordance with the principles of socialist realism.
Those years H.Javid was one of the authors who was accused for his writings by
critics. The authors of such kind of articles mainly were critics M.Huseyn, A.Nazim,
H.Zeynally, M.Guliyev and others.
Cевиль Гасанова
ИДЕОЛОГИЧЕСКОЕ ОТНОШЕНИЕ
К Г.ДЖАВИДУ В 1920-1930-е ГОДЫ
Резюме
Именно в эти годы возрастает число статей и рецензий о творчестве
Г.Джавида. Ему не раз предлагали, чтобы он создавал произведения в
соствететвии с идеологическими установками времени, но писатель был далек
от этого. В 1920-1930-е годы литературный процесс в методологическом и
идеологическом отношении развивался в соответствии с принципами
социалистического реализма. Это был период, когда Г.Джавид наиболее часто
подвергался нападкам со стороны литературной критики. С обвинениями и
резкой критикой в адрес писателя выступали в основном М.Гусейн, А.Назим,
Х.Зейналлы, М.Гулиев.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1
Müasir Azərbaycan ədəbiyyatı
Tehran ƏLİŞANOĞLU
Filologiya üzrə elmlər doktoru
Nizami adına Ədəbiyyat İnstitutu
tehran2006@yandex.ru
MİR CƏLALIN GÜLÜŞÜ
Açar sözlər: inqilabi roman, Mir Cəlalın yumoru, tənqidi realizm ənənələri,
xalq gülüş mədəniyyəti, folklor realizmi
Key words: revolutionary novel, Mir Jalal’s humor, traditions of critical
realism, culture of folk smile, folklore realism
Ключевые слова: революционный роман, юмор Мир Джалала, тра-
диции критического реализма, культура народного смеха, фольклорный
реализм
“Mir Cəlalın yumoru” deyəndə çox zaman yazıçının gülən və
güldürən hekayələri yada düşür. Mən romanlarından söz açacağam.
Belə ki, ədib daha çox “hekayə ustası” kimi ad çıxarsa da, bədii ya-
radıcılığının əsasını, hər halda, romanları təşkil edir.
O da paradoksdur ki, Azərbaycan “inqilabi romanı”ndan danı-
şılarkən, adətən, eyni emblematik adlar sadalanır: Süleyman Rəhimov,
Əbülhəsən Ələkbərzadə, Mehdi Hüseyn, Mirzə İbrahimov... və Mir
Cəlalın adı bu sırada elə də qabarıq nəzərə çarpmır. Yalnız çox məş-
hur “Bir gəncin manifesti” yada düşür. Halbuki yazıçının sovet dönə-
mi “inqilabi həyatı”nı bütün mərhələləri ilə fiksə edən altı romanı var:
“Dirilən adam” (1934-1935), “Bir gəncin manifesti” (1938), “Açıq ki-
tab” (1941), “Təzə şəhər” (1948-1950), “Yolumuz hayanadır?” (1952-
1957), “Yaşıdlar” (1946-1963). Bir dəfə qələmi əlinə alan romançı
onu heç vaxt yerə qoymamışdır.
Əslində, səbəb aydındır; adı çəkilən romançıların hər birinin in-
qilabi həqiqətlərə münasibətdə özünəməxsusluğunu danmadan, deyək
ki: bu və ya digər dövrdə məhz o adlar, əsərlər qabarmış ki, ideolo-
Dostları ilə paylaş: |