Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə59/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   55   56   57   58   59   60   61   62   ...   130

millət, o nəsil cərəyana qapılıb da həp o yolda hərəkət edər və müm-
kün deyil, aqıntıya qarşı bir dürlü külək çəkəməz” söyləyən ədib çox 
haqlı idi.  
Bu  gün  böyüməkdə  olan  gənclərin  milli  ruhda,  milli  zəmində 
tərbiyə  olunması  başlıca  vəzifələrdən  biri  kimi  qarşıya  qoyulduğu 
zamanda H.Cavid yaradıcılığı çox aktualdır. Yuxarıda qeyd etdiyimiz 
kimi bir daha vurğulamaq yerinə düşər ki, ədibin əsərlərində insanları 
bəşəri  ideyalara,  sülhə,  insanlığa,  xeyirxahlığa,  paklığa,  vətənpərvər-
liyə,  ədalətə,  mübarizəyə  səsləyən  motivlər  çoxdur  və  bu  zəngin 
irsinin metodoloji təbliğinə böyük ehtiyac var. 
Bütün  yuxarıda  sadaladıqlarımız  bir  daha  bizi  əmin  edir  ki, 
H.Cavid  Azərbaycan  bədii-ictimai  fikir  tarixində  özünəməxsus  yer 
tutan,  əsərlərində  insanları  humanistliyə,  gözəlliyə,  həqiqətsevərliyə, 
əmin-amanlığa  çağıran  bir  sənətkardır.  Odur  ki,  “...pyesləri  və  fa-
ciələri  səhnəmizi  bəzəməkdə  və  cavan  nəslimizi  tərbiyələndirmək-
dədir”  –  (17)  deməklə  dövrün  ədəbi  tənqidçisi  çox  haqlı  idi.  Çünki, 
ədib  köhnə  şüur  və  əxlaqı  yıxaraq,  yerin  də  “nurlu  ağıl”  səltənətini” 
yaratmaq  arzusunda  idi.  “Ana”,  “Maral”,  “Şeyx  Sənan”,  “Uçurum” 
əsərləri  ilə  “bizim  milli  səhnədə  tamamilə  yeni  üslubun-mənzum  və 
romantik teatrın təməl daşları qoyulurdu” (8, 9). 
1920-28-cı  illərdə  fəaliyyətdə  olan  dövri  mətbuatla  tanışlıq  bir 
daha sübut edir ki, ədəbi tənqid H.Cavidə qarşı haqsız olsa da, onu bir 
proletar yazarı etmək, hətta Leninə əsər yazmağa sövq etmək, arzusu 
ilə  onu  tənqid  atəşinə  tuturdu.  “Cavid  bir  “Şeyx  Sənan”  yazar,  bir 
“Uçurum” açar, bir “Afət” doğurar, bir “İblis” rəqs etdirər, bir “Pey-
ğəmbər”  yaratmağa qeyrət  edər. Bəlkə də şimdi  bir Çingiz,  yarın bir 
İsgəndər, ertəsi gün bir Lenin diriltməyə can atacaqdır” (18, 29) – de-
yə  şəstlə  buna  özünü  və  bütün  ədəbi  mühiti  inandırmağa  çalışan 
H.Zeynallı  sonradan  özü  də  dərk  etdi  ki,  Cavidi  Lenin,  Oktyabr, 
İnqilab  mövzusuna  yaxınlaşdırmaqda  çox  yanılıb.  Amma  o  zaman 
ədəbi tənqidin “cığır-daş” adlandırdığı bəzi yazarların yaradıcılığında 
“yeni  yaradıcılıq  metoduna  dönüş”  məhz  1925-26-cı  illərdən  sonra 
yaranıb.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Əhmədov Bədirxan. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, 2 cild. 
(Dərslik). Bakı, 2010. 
2.
 
“Ədəbiyyat” qəzeti, 28 oktyabr 1956. 
3.
 
“Kommunist” qəzeti, 12 yanvar, 16 yanvar, 8, 12 aprel 1925. 
4.
 
“Kommunist” qəzeti, 6, 11 iyun 1922. 


5.
 
“Azərbaycan” jurnalı, № 2, 1960. 
6.
 
“Maarif və mədəniyyət” jurnalı, № 2, 1923. 
7.
 
“Yeni fikir” qəzeti, 9 oktyabr 1923. 
8.
 
Məmmədli Qulam. Cavid ömrü boyu. Bakı, 1982. 
9.
 
“Maarif və mədəniyyət” jurnalı, № 2, 1925. 
10.
 
Cavidşünaslıq I cild (araşdırmalar toplusu). Bakı, 2012. 
11.
 
Məmməd Cəfər. Hüseyn Cavid. Bakı, 1960. 
12.
 
“İnqilab və mədəniyyət” jurnalı, № 4-5, 1936. 
13.
 
“Ədəbiyyat” qəzeti, 14 aprel 1936. 
14.
 
“Ədəbiyyat” qəzeti, 14 mart 1936. 
15.
 
Həsənova  Sevil.  Hüseyn  Cavid  yaradıcılığında  tərbiyə  məsələləri.  Bakı, 
2013. 
16.
 
Talıbzadə Kamal. XX əsr Azərbaycan tənqidi. Bakı, 1966. 
17.
 
“Yeni yol” qəzeti, 8 aprel 1925. 
18.
 
“Ədəbi parçalar” jurnalı, № 1, may, 1926. 
 
Sevil Hasanova 
 
THE IDEOLOGICAL ATTITUDE  
FOR HUSEYN JAVID IN THE YEARS OF 1920-1930 
 
Summary 
 
In  those  years  there  were  a  lot  of  articles  dealing  with  H.Javid’s  creative 
work.  Though  he  was  invited  for  writings  on  ideological  principles  he  refused  this 
proposal.  In  the  1920-1930s  literary  process  in  the  methodological  and  ideological 
relations  were  developing  in  accordance  with  the  principles  of  socialist  realism. 
Those  years  H.Javid  was  one  of  the  authors  who  was  accused  for  his  writings  by 
critics. The authors of such kind of articles mainly were critics M.Huseyn, A.Nazim, 
H.Zeynally, M.Guliyev and others. 
 
Cевиль Гасанова 
 
ИДЕОЛОГИЧЕСКОЕ ОТНОШЕНИЕ  
К Г.ДЖАВИДУ В 1920-1930-е ГОДЫ 
 
Резюме 
 
Именно  в  эти  годы  возрастает  число  статей  и  рецензий  о  творчестве 
Г.Джавида.  Ему  не  раз  предлагали,  чтобы  он  создавал  произведения  в 
соствететвии с идеологическими установками времени, но писатель был далек 
от  этого.  В  1920-1930-е  годы  литературный  процесс  в  методологическом  и 
идеологическом  отношении  развивался  в  соответствии  с  принципами 
социалистического реализма. Это был период, когда Г.Джавид наиболее часто 
подвергался  нападкам  со  стороны  литературной  критики.  С  обвинениями  и 
резкой критикой в адрес писателя выступали в основном М.Гусейн, А.Назим, 
Х.Зейналлы, М.Гулиев. 
 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Müasir Azərbaycan ədəbiyyatı 
 
Tehran ƏLİŞANOĞLU 
Filologiya üzrə elmlər doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
tehran2006@yandex.ru
 
 
MİR CƏLALIN GÜLÜŞÜ
 
 
Açar sözlər: inqilabi roman, Mir Cəlalın yumoru, tənqidi realizm ənənələri, 
xalq gülüş mədəniyyəti, folklor realizmi 
Key  words:  revolutionary  novel,  Mir  Jalal’s  humor,  traditions  of  critical 
realism, culture of folk smile, folklore realism 
Ключевые  слова:  революционный  роман,  юмор  Мир  Джалала,  тра-
диции  критического  реализма,  культура  народного  смеха,  фольклорный 
реализм
 
 
“Mir  Cəlalın  yumoru”  deyəndə  çox  zaman  yazıçının  gülən  və 
güldürən  hekayələri  yada  düşür.  Mən  romanlarından  söz  açacağam. 
Belə  ki,  ədib  daha  çox  “hekayə  ustası”  kimi  ad  çıxarsa  da,  bədii  ya-
radıcılığının əsasını, hər halda, romanları təşkil edir.  
O  da  paradoksdur  ki,  Azərbaycan  “inqilabi  romanı”ndan  danı-
şılarkən, adətən, eyni emblematik adlar sadalanır: Süleyman Rəhimov, 
Əbülhəsən  Ələkbərzadə,  Mehdi  Hüseyn,  Mirzə  İbrahimov...  və  Mir 
Cəlalın  adı  bu sırada elə  də  qabarıq nəzərə  çarpmır. Yalnız çox məş-
hur “Bir gəncin manifesti” yada düşür. Halbuki yazıçının sovet dönə-
mi “inqilabi həyatı”nı bütün mərhələləri ilə fiksə edən altı romanı var: 
“Dirilən adam” (1934-1935), “Bir gəncin manifesti” (1938), “Açıq ki-
tab” (1941), “Təzə şəhər” (1948-1950), “Yolumuz hayanadır?” (1952-
1957),  “Yaşıdlar”  (1946-1963).  Bir  dəfə  qələmi  əlinə  alan  romançı 
onu heç vaxt yerə qoymamışdır.  
Əslində, səbəb aydındır; adı çəkilən romançıların hər birinin in-
qilabi həqiqətlərə münasibətdə özünəməxsusluğunu danmadan, deyək 
ki:  bu  və  ya  digər  dövrdə  məhz  o  adlar,  əsərlər  qabarmış  ki,  ideolo-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə