Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə56/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   52   53   54   55   56   57   58   59   ...   130

misallar göstərərək oxucular üçün aydınlaşdırmışdır. Qafiyə hərflərin-
dən başqa bu fəsildə  müəllif həmçinin ayrı bir başlıq altında rədif və 
hacib haqqında da yazmışdır.  
Müəllif  “Qafiyətül-kafiyə”  əsərinin  ikinci  fəslini  “Qafiyə  hərə-
kələri”  başlığı  ilə  adlandırmışdır.  Başlıqdan  da  göründüyü  kimi,  bu 
fəsil  qafiyə  hərəkələrinə  həsr  edilmişdir.  Şeirin  qafiyəsində  işlənən 
qafiyə  hərəkələrini  və  onların  işlənmə  şərtlərini  bilmək  vacibdir.  Qa-
fiyə  hərəkələri  bunlardır:  rəss,  işba,  tövcih,  məcra,  nəfaz.  Bu  fəsildə 
müəllif  hər  bir  qafiyə  hərəkəsindən  ayrıca  bəhs  etmiş,  hər  hərəkəyə 
aid misallar göstərmişdir.  
Əsərin  üçüncü  fəslinin  birinci  başlığı  “Rəvi  hərfi  və  onun 
növləri”dir.  Bu  fəsildə  müəllif  rəvi  hərfi  və  onun  növlərindən  bəhs 
etmişdir. Rəvi hərfinin iki növü vardır: müqəyyəd rəvi və mütləq rəvi. 
Kitabda  ayrı-ayrı  başlıqlar  altında  hər  iki  növ  izah  edilmişdir.  Həm-
çinin bu fəsildə müəllif rəvinin ləqəblərini də şərh etmişdir. Risalədə 
həm  fars,  həm  də  Azərbaycan  şeirində  işlənən  qafiyələrdə  olan  rəvi-
lərin növləri bütünlüklə tədqiq  edilmişdir. Mütləq və  müqəyyəd rəvi-
nin ləqəbləri ayrı-ayrılıqda verilmiş və hər birinə aid hər iki dildə, həm 
fars, həm də Azərbaycan dilində misallar göstərilmişdir.  
Əsərin  dördüncü  fəslində  müəllif  qafiyənin  növlərindən  bəhs 
etmişdir. Fəslin əvvəlində müəllif qeyd etmişdir: “Şeirdə qafiyə üçün 
müxtəlif  sözlər  intixab  edilə  bilər.  Bundan  ötrü  qafiyə  qanunlarının 
qoyduğu  məhdudiyyətdən  əlavə  əruz  qanunlarının  özünəməxsus  olan 
məhdudiyyətlərini  də  nəzərə  almaq  lazımdır”  (3,  138).  Bəzi  müəllif-
lərin “qafiyə hüdudu” adlandırdığı qafiyə növləri beşdir, onlar bunlar-
dır:  mütəradif  qafiyə,  mütəvatir  qafiyə,  mütədarik  qafiyə,  mütərakib 
qafiyə, mütəkavus qafiyə.  
Kitabın  sonuncu  –  beşinci  fəslində  müəllif  qafiyə  eyibləri  haq-
qında yazmış, həmçinin ləqəbsiz qafiyə növlərindən bəhs etmiş, zülqa-
fiyəteyn  və  zülqəvafi  şeirlər  haqqında  məlumat  vermişdir.  İlk  əvvəl 
qafiyə eyiblərindən bəhs edən müəllif bu haqda belə  yazmışdır: “Qa-
fiyə qanunlarının müxtəlif cəhətlərdən pozulması nəticəsində qafiyədə 
yaranan  nöqsanlara  qafiyə  eyibləri  (üyubi-qafiyə)  deyilir.  Onların 
növləri  çoxdur,  bəziləri  müəyyən  ləqəblə  məşhur  olubdur”  (3,  152). 
Bu fəsildə müəllif ayrı-ayrı başlıqlar altında sinad, iqva, ikfa, ita, itayi-
xəfi,  itayi-cəli,  şayqan  kimi  qafiyə  eyiblərindən  bəhs  etmiş  və  onları 
müvafiq  nümunələrlə  izah  etmişdir.  Ləqəbli  qafiyə  eyiblərini  izah 
etdikdən sonra müəllif ləqəbsiz qafiyə növlərindən bəhs edir.  
Əhmədağa  Əhmədov  “Qafiyətül-kafiyə”  əsərini  xatimə  ilə  ta-
mamlamışdır.  Xatimədə  müəllif  əsərin  müəllifinin  kim  olması,  əsəri 


hansı şəraitdə və vəziyyətdə yazdığını, əsərin yazılma səbəbini və ta-
mamlanma tarixini qeyd etmişdir. Həmçinin müəllif xatimədə kitabın 
daxilində  nümunə  kimi  verilən  şeirlərlə  bağlı  bu  sözləri  yazmışdır: 
Hər bir mətləbi bəyan edərkən ona aid misallar göstərməyə səy etdim 
ki, məqsəd tez və dürüst başa düşülsün. Bu misallar fars, ərəb və azəri 
dilində  müxtəlif  şairlərin  əsərlərindən  intixab  edilmiş  və  onların  sa-
hibləri də qeyd edilmişdir. Sahibinə işarə olunmayan beytlər isə müəl-
lifi məlum olmayan şeirlərdir. Baxılan mətləbə misal tapmayan halda 
müəllif özü həmin mətləbə aid beytlər tərtib etmiş və onların yanında 
“müəllif” əlaməti olan “m” işarəsi qoymuşdur” (3, 197). 
Qafiyətül-kafiyə” əsəri orta əsr üslubunda yazıldığına görə ədə-
biyyat  siyahısı  yoxdur.  Əsərin  daxilində  müəllif  qafiyə  elminin  ayrı-
ayrı  sahələrini  şərh  edərkən,  fikrini  əsaslandırmaq  üçün  böyük  alim-
lərə istinad etmişdir. Həmçinin müəyyən məsələlərdə özünün və digər 
müəlliflərin tutduğu mövqeyi şərh edərkən, biz onun hansı müəlliflərə 
müraciət etdiyini qismən də olsa görürük. Lakin müəllifin kitabda ad-
larını  çəkdiyi  müəlliflərdən  başqa,  adlarını  çəkmədiyi  bir  sıra  digər 
məşhur alimlərə və mənbələrə də müraciət etdiyini kitabdakı mətnlər-
dən anlamış oluruq. Bütün bunlar əsərin elmi dəyərini daha da artırır.  
Ə.Əhmədovun  “Qafiyətül-kafiyə”  əsəri  mövzu  etibarilə  olduqca 
dəyərli  əsərdir.  Müəllif  əsərdə  qafiyə  elminin  hər  sahəsinə  toxunmuş, 
imkanı daxilində öz biliklərini oxuculara çatdırmağa səy  göstərmişdir. 
Ümumiyyətlə, Ə.Əhmədov yaradıcılığı geniş tədqiq olunmalı, müəllifin 
bütün əsərləri və tərcümələri ayrı-ayrılıqda hər sahənin öz mütəxəssisi 
tərəfindən araşdırılmalı və qiymətləndirilməlidir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Каталог  тюркских  рукописей.  II  том  (Национальная  Академия  Наук 
Азербайджана  Институт  Рукописей  им.  Мухаммеда  Физули).  Баку, 
“Нурлан”, 2009. 
2.
 
Quliyev  Tərlan.  Anadilli  əruz  vəznli  şeirimizin  poetik  inkişaf  yolu.  Bakı, 
“Nurlan”, 2011. 
3.
 
Əhmədov Əhmədağa. Qafiyətül-kafiyə (əlyazma). Bakı, 1991. 
 
 
 
 
 
 
 
 


 
Lala Sultanova 
 
THE WORK “KAFIYATUL-KAFIYA”  
BY AHMEDAGA AHMEDOV 
 
Summary 
 
Ahmedaga  Ahmedov  is  one  of  the  enlighteners  of  Baku  XX  century. 
“Kafiyatul-kafiya”  is  one  of  the  most  productive  and  valuable  works  of  creativity 
Ahmedaga  Ahmedov.  “Kafiyatul-kafiya”,  as  suggests  the  name  of  the  work,  is 
dedicated to the science of rhyme. The book outlined the theoretical foundations of 
the  science  of  rhyme.  The  book  which  the  author  himself  called  “risale”  is  an 
important  source  for  gaining  knowledge  of  rhyme.  The  book  consists  of  dibache, 
preface, five chapters and khatima. 
 
Лала Султанова 
 
СОЧИНЕНИЕ «КАФИЯТУЛЬ-КАФИЯ»  
АХМЕДАГИ АХМЕДОВА 
 
Резюме 
 
Ахмедага Ахмедов – один из азербайджанских просветителей XX века. 
«Кафиятуль-кафия»  –  одно  из  ценнейших  сочинений  автора.  «Кафиятуль-
кафия», как и предполагает название произведения, посвящено науке о рифме. 
В  книге  изложены  теоретические  основы  науки  о  рифме.  Данный  труд, 
который сам автор называл  «рисале», является нужным источником знаний о 
рифме. Книга состоит из дибаче, предисловия, пяти глав и хатиме. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə