Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə44/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   40   41   42   43   44   45   46   47   ...   130

“Ələ  alsan  yazulur  ey  məhi-ənvar  kağıd,  dili-sevdazədəyi-aşiqə  bən-
zər  kağıd”,  “Sübhdəm  piçələrində  qəda  o  yerə  həzar,  bənzər  ol  müt-
ribə  kim,  ala  ələ  musiqar”  beytləri  ilə  başlayan  12  qəzəl  verilmişdir 
(184a-186a). Şairə aid başqa nəzm nümunələri isə bu şeir toplusunun 
193a səhifəsində verilmişdir. Burada Yəhya bəyin “Etməsəydim giryə 
ğəmi-fürsud  diyərdim  badəyə,  qılmasam  ah  atəşi-bidud  diyərdim 
sənə” və “Sən gəlüb açılmada gülşəndə virdi-tər gibi, bən gözüm ya-
şinə  qərq  olmaqda  neylufər  gibi”  beytləri  ilə  başlayan  iki  qəzəl  yer 
almaqdadır.  Qeyd  etmək  lazımdır  ki,  ikinci  qəzəl  təkrar  verilmiş  və 
cüngün  156b  səhifəsində  də  yer  almışdır  (193b).  Cüngün  195a-196b 
səhifələrində  isə  “Söhbəti-gül  xürrəm  eylər  bir-iki  gün  bülbüli-məc-
lisi-aralıqlar eylər əglənür, anlar güli”, “Rum ili sədrinə olduqda qə-
nizadə  yinə,  oldu  zindan  cəhanitəhnitə  amadə”  beytləri  ilə  başlayan 
daha  2  qəzəl  yer  alır  (195a-195b).  Cüngdə  daha  sonra  şairin  “Qalur 
gidər  bu  gönül  zülfi-yardən  gəlməz,  Səfayi-şami-təvin  ol  diyardən 
gəlməz”, “Dili-şeyda nola meyl eyləməzsə vəslü-cananə, Nə zəhmətlər 
çəkübdür  alışınca  dərdi-hicranə”,  “Olsa  pür  badeyi-dövlətlə  buna 
peymanə,  qətrəsin  virməyə  saqilərimiz  yaranə”,  “Tolaşub  kaküli-ən-
bərşekən  cananə,  Nə  qədər  xatiri-məcruhə  toqundu  şanə”,  “Yari  gö-
rüncə  qaldı  gönül  ərzi-haldən,  əl  dəgmədi  şikayətə  şükr  vüsaldən”, 
“Çoq  zamandır  möhnəti-hicründən  ağlar  ey  pəri,  yaşlıdur  nola 
ağrıdıysə gözüm mərdümləri”, “Səhər eylədi alınca ələ yar sağəri, bir 
zərrə  içrə  etdi  nihan  mehri-ənvəri”,  “Şol  rindi-badəkeş  ki,  baçında 
ola  səbu,  itməzsə  vəchi  var  cəmdir  ana  sərfəru”,  “Məsciddə  riyapi-
şələr itsün quryayi, meyxanəyə gəl kim, nə riya var, nə mərayi” beyt-
ləri  ilə  başlayan  9  qəzəli  verilmişdir.  Burada  da  cüngün  əvvəlində 
verilmiş qəzəllərdən biri təkrar qeyd edilmişdir (199a-202b). Cüngün 
223b səhifəsində verilmiş qəzəl təkrarən yazılmışdır (223b). Əlimizdə 
olan  imkanlardan  istifadə  edib  Yəhya  bəyə  aid  olan  onlarla  qəzəl 
haqqında məlumat toplayıb burada qeyd etməyə çalışdıq. Ümid edirik 
ki, bizim bu işimiz Yəhya bəyin “Divan”ının gələcəkdə daha mükəm-
məl bir şəkildə nəşr olunmasına yardımçı olacaqdır. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Сейфуллаева  Т.  «Хемсе»  тюркского  поэта  XVI  века  Йахйа  бека 
Дукагини в контексте «Хемсе». «Гилея: научный вестник» Киев, 2013, 
выпуск 72 (№ 5). 
2.
 
Çavuşoğlu M. Yahya bey. “Divan” (Tenkitli basım), İstanbul, 1977. 
3.
 
Karatay  F.E.  Topkapi  Sarayı  Müzesi  Türkçe  yazmalar  kataloqu,  İstanbul, 


1961, I c., 645 s., II c. 
4.
 
Milli Kütüphane Yazmalar Kataloğu Türkçe Divanlar, VI c., Ankara, 2001. 
5.
 
Türkiye yazmalar toplu kataloğu, Ankara, 1984, II c. 
6.
 
ƏYİ, Cüng, şifr A-298/2743. 
7.
 
ƏYİ, Cüng, şifr Б-2310/152. 
8.
 
ƏYİ, Cüng, şifr A-369/13918. 
9.
 
ƏYİ, Cüng, şifr Б-1160/7600. 
10.
 
ƏYİ, Cüng, şifr A-426/13375. 
 
Tunzala Seyfullaeva 
 
YAHYA BEY DUKAGINI’S POEMS  
IN MAGAZINES AND JUNG 
 
Summary 
  
The  article  refers  to  the  work  of  the  XVI  century  Turkish  poet  Yahya  bey 
Dukagini,  is  given  paleographic  description  of  his  poems  from  magazines  in  the 
Eastern catalogs of manuscripts, as well as some copies of certain passages from the 
works. In the process of research Jung stored at the Institute of Manuscripts named 
M.Fuzuli  of  ANAS  were  identified  samples  of  poems  belonging  Yahya  bey.  The 
article presents the scientific – paleographic features of Jungs, as well as information 
about the patterns of poetry, belonging to Yahya bey.
 
 
  
Тунзаля Сейфуллаева 
 
СТИХОТВОРЕНИЯ ЯХЬЯ БЕКА ДУКАГИНИ  
В ЖУРНАЛАХ И ДЖУНГАХ 
 
Резюме 
 
В  статье  освещается  творчество  турецкого  поэта  XVI  века  Яхья  бека 
Дукагини,  дается  палеографическое  описание  стихотворений  поэта  из  жур-
налов в восточных каталогах рукописей, а также некоторых копий определен-
ных  отрывков  из  произведений.  В  процессе  исследования  в  джунгах,  хран-
ящихся  в  Институте  рукописей  имени  М.Физули  НАНА,  были  выявлены  об-
разцы  стихотворений,  принадлежащих  Яхья  беку.  В  статье  представлены 
научно-палеографические  особенности  данных  джунгов,  а  также  сведения  об 
образцах стихов, принадлежащих Яхья беку.
 
 
 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Həcər SULTANOVA 
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
doktorant2011@yandex.com 
 
ŞƏRQDƏ İLK SÜNİ DİL YARADICISI MUHYİ 
 
Açar sözlər: Muhyi, dövrü, əsərləri, süni dil, mənaqib 
Key words: Muhyi, period, works,artificial language, menakıb 
Ключевые  слова:  Мухйи,  период, произведение, искусственный язык, 
менакыб
 
 
Səfəvi-Osmanlı münasibətlərinin kəskin ziddiyyətli şəkildə cərə-
yan  etdiyi  XVI  əsrin  tarixi  panoramasına  nəzər  yetirsək,  Avropaya 
meydan  oxuyan  Osmanlı  dövləti  üçün  şiəlikdən  ideoloji  bayraq  kimi 
istifadə edən, özlərini kəndlilərin, şəhər yoxsullarının, xırda sənətkar-
ların  müdafiəçisi  kimi  qələmə  verən  qızılbaşlar  böyük  təhlükə  mən-
bəyi  olaraq  cəmiyyətin  yenidən  qurulması  uğrunda  fəal  mübarizəyə 
başlamışdılar.  Azərbaycanda  və  Anadoluda  məskən  salmış  türkdilli 
tayfaları öz ideyaları ətrafında toplamağa müyəssər olan Səfəvilər ge-
niş xalq kütləsinin etimadını qazanmaqla çoxəsrlik zülmün və istibda-
dın  məhvi  naminə  siyasi  hakimiyyət  uğrunda  mübarizənin  yenilməz 
carçısı kimi  inadlı  müqavimət  nümayiş  etdirərək dərin böhran vəziy-
yətində olan, xırda mülklərə parçalanmış Ağqoyunlu dövlətinin tama-
milə  ləğvi  üçün  ardıcıl  yürüşlər  təşkil  edirdilər.  Səfəvilərin  Azərbay-
canı hakimiyyətləri altında birləşdirmək cəhdi, hakim dairələr tərəfin-
dən bidətçi məzhəb tərəfdarları olan qızılbaşlara qarşı istər Ağqoyun-
lu, istərsə də Osmanlı dövlətinin siyasi-iqtisadi mənafelərinin toqquş-
ması hərbi münaqişəyə meyil edən Səfəvilərin həm daxili, həm də dip-
lomatik  əlaqələrinin  inkişafına  sədd  çəkirdi.  Ağqoyunlular  üzərində 
parlaq  qələbədən  ilhamlanan  Səfəvilər  Osmanlı  dövlətinin  Qərbdəki 
düşmənləri  ilə  sıx  diplomatik  əlaqə  qurmağa  çalışaraq  bir  tərəfdən 
osmanlılarla açıq hərbi münaqişəyə meyil göstərməyərək zahirən Os-
manlı sultanları ilə sülh münasibətləri saxlayır, digər tərəfdən Avropa 
ölkələri ilə ticarət əlaqələrini sürətləndirərək, odlu silah ticarətini ge-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə