“Ələ alsan yazulur ey məhi-ənvar kağıd, dili-sevdazədəyi-aşiqə bən-
zər kağıd”, “Sübhdəm piçələrində qəda o yerə həzar, bənzər ol müt-
ribə kim, ala ələ musiqar” beytləri ilə başlayan 12 qəzəl verilmişdir
(184a-186a). Şairə aid başqa nəzm nümunələri isə bu şeir toplusunun
193a səhifəsində verilmişdir. Burada Yəhya bəyin “Etməsəydim giryə
ğəmi-fürsud diyərdim badəyə, qılmasam ah atəşi-bidud diyərdim
sənə” və “Sən gəlüb açılmada gülşəndə virdi-tər gibi, bən gözüm ya-
şinə qərq olmaqda neylufər gibi” beytləri ilə başlayan iki qəzəl yer
almaqdadır. Qeyd etmək lazımdır ki, ikinci qəzəl təkrar verilmiş və
cüngün 156b səhifəsində də yer almışdır (193b). Cüngün 195a-196b
səhifələrində isə “Söhbəti-gül xürrəm eylər bir-iki gün bülbüli-məc-
lisi-aralıqlar eylər əglənür, anlar güli”, “Rum ili sədrinə olduqda qə-
nizadə yinə, oldu zindan cəhanitəhnitə amadə” beytləri ilə başlayan
daha 2 qəzəl yer alır (195a-195b). Cüngdə daha sonra şairin “Qalur
gidər bu gönül zülfi-yardən gəlməz, Səfayi-şami-təvin ol diyardən
gəlməz”, “Dili-şeyda nola meyl eyləməzsə vəslü-cananə, Nə zəhmətlər
çəkübdür alışınca dərdi-hicranə”, “Olsa pür badeyi-dövlətlə buna
peymanə, qətrəsin virməyə saqilərimiz yaranə”, “Tolaşub kaküli-ən-
bərşekən cananə, Nə qədər xatiri-məcruhə toqundu şanə”, “Yari gö-
rüncə qaldı gönül ərzi-haldən, əl dəgmədi şikayətə şükr vüsaldən”,
“Çoq zamandır möhnəti-hicründən ağlar ey pəri, yaşlıdur nola
ağrıdıysə gözüm mərdümləri”, “Səhər eylədi alınca ələ yar sağəri, bir
zərrə içrə etdi nihan mehri-ənvəri”, “Şol rindi-badəkeş ki, baçında
ola səbu, itməzsə vəchi var cəmdir ana sərfəru”, “Məsciddə riyapi-
şələr itsün quryayi, meyxanəyə gəl kim, nə riya var, nə mərayi” beyt-
ləri ilə başlayan 9 qəzəli verilmişdir. Burada da cüngün əvvəlində
verilmiş qəzəllərdən biri təkrar qeyd edilmişdir (199a-202b). Cüngün
223b səhifəsində verilmiş qəzəl təkrarən yazılmışdır (223b). Əlimizdə
olan imkanlardan istifadə edib Yəhya bəyə aid olan onlarla qəzəl
haqqında məlumat toplayıb burada qeyd etməyə çalışdıq. Ümid edirik
ki, bizim bu işimiz Yəhya bəyin “Divan”ının gələcəkdə daha mükəm-
məl bir şəkildə nəşr olunmasına yardımçı olacaqdır.
ƏDƏBİYYAT
1.
Сейфуллаева Т. «Хемсе» тюркского поэта XVI века Йахйа бека
Дукагини в контексте «Хемсе». «Гилея: научный вестник» Киев, 2013,
выпуск 72 (№ 5).
2.
Çavuşoğlu M. Yahya bey. “Divan” (Tenkitli basım), İstanbul, 1977.
3.
Karatay F.E. Topkapi Sarayı Müzesi Türkçe yazmalar kataloqu, İstanbul,
1961, I c., 645 s., II c.
4.
Milli Kütüphane Yazmalar Kataloğu Türkçe Divanlar, VI c., Ankara, 2001.
5.
Türkiye yazmalar toplu kataloğu, Ankara, 1984, II c.
6.
ƏYİ, Cüng, şifr A-298/2743.
7.
ƏYİ, Cüng, şifr Б-2310/152.
8.
ƏYİ, Cüng, şifr A-369/13918.
9.
ƏYİ, Cüng, şifr Б-1160/7600.
10.
ƏYİ, Cüng, şifr A-426/13375.
Tunzala Seyfullaeva
YAHYA BEY DUKAGINI’S POEMS
IN MAGAZINES AND JUNG
Summary
The article refers to the work of the XVI century Turkish poet Yahya bey
Dukagini, is given paleographic description of his poems from magazines in the
Eastern catalogs of manuscripts, as well as some copies of certain passages from the
works. In the process of research Jung stored at the Institute of Manuscripts named
M.Fuzuli of ANAS were identified samples of poems belonging Yahya bey. The
article presents the scientific – paleographic features of Jungs, as well as information
about the patterns of poetry, belonging to Yahya bey.
Тунзаля Сейфуллаева
СТИХОТВОРЕНИЯ ЯХЬЯ БЕКА ДУКАГИНИ
В ЖУРНАЛАХ И ДЖУНГАХ
Резюме
В статье освещается творчество турецкого поэта XVI века Яхья бека
Дукагини, дается палеографическое описание стихотворений поэта из жур-
налов в восточных каталогах рукописей, а также некоторых копий определен-
ных отрывков из произведений. В процессе исследования в джунгах, хран-
ящихся в Институте рукописей имени М.Физули НАНА, были выявлены об-
разцы стихотворений, принадлежащих Яхья беку. В статье представлены
научно-палеографические особенности данных джунгов, а также сведения об
образцах стихов, принадлежащих Яхья беку.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1
Həcər SULTANOVA
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
doktorant2011@yandex.com
ŞƏRQDƏ İLK SÜNİ DİL YARADICISI MUHYİ
Açar sözlər: Muhyi, dövrü, əsərləri, süni dil, mənaqib
Key words: Muhyi, period, works,artificial language, menakıb
Ключевые слова: Мухйи, период, произведение, искусственный язык,
менакыб
Səfəvi-Osmanlı münasibətlərinin kəskin ziddiyyətli şəkildə cərə-
yan etdiyi XVI əsrin tarixi panoramasına nəzər yetirsək, Avropaya
meydan oxuyan Osmanlı dövləti üçün şiəlikdən ideoloji bayraq kimi
istifadə edən, özlərini kəndlilərin, şəhər yoxsullarının, xırda sənətkar-
ların müdafiəçisi kimi qələmə verən qızılbaşlar böyük təhlükə mən-
bəyi olaraq cəmiyyətin yenidən qurulması uğrunda fəal mübarizəyə
başlamışdılar. Azərbaycanda və Anadoluda məskən salmış türkdilli
tayfaları öz ideyaları ətrafında toplamağa müyəssər olan Səfəvilər ge-
niş xalq kütləsinin etimadını qazanmaqla çoxəsrlik zülmün və istibda-
dın məhvi naminə siyasi hakimiyyət uğrunda mübarizənin yenilməz
carçısı kimi inadlı müqavimət nümayiş etdirərək dərin böhran vəziy-
yətində olan, xırda mülklərə parçalanmış Ağqoyunlu dövlətinin tama-
milə ləğvi üçün ardıcıl yürüşlər təşkil edirdilər. Səfəvilərin Azərbay-
canı hakimiyyətləri altında birləşdirmək cəhdi, hakim dairələr tərəfin-
dən bidətçi məzhəb tərəfdarları olan qızılbaşlara qarşı istər Ağqoyun-
lu, istərsə də Osmanlı dövlətinin siyasi-iqtisadi mənafelərinin toqquş-
ması hərbi münaqişəyə meyil edən Səfəvilərin həm daxili, həm də dip-
lomatik əlaqələrinin inkişafına sədd çəkirdi. Ağqoyunlular üzərində
parlaq qələbədən ilhamlanan Səfəvilər Osmanlı dövlətinin Qərbdəki
düşmənləri ilə sıx diplomatik əlaqə qurmağa çalışaraq bir tərəfdən
osmanlılarla açıq hərbi münaqişəyə meyil göstərməyərək zahirən Os-
manlı sultanları ilə sülh münasibətləri saxlayır, digər tərəfdən Avropa
ölkələri ilə ticarət əlaqələrini sürətləndirərək, odlu silah ticarətini ge-
Dostları ilə paylaş: |