Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə52/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   48   49   50   51   52   53   54   55   ...   130

məlum  olmasa  da,  bu  fikirlərin  deyiliş  tərzi,  dil  və  üslub  formasına 
görə kimə aid olması təxmin edilmişdir. 
N.Qarayev  “Poetik  məclislər”  kitabında  Nakamın  təvəllüd  və 
ölüm  tarixini  1842-1906-cı  il  yazır  (2).  N.Qarayev  ədəbi  məclislər 
haqqında  “1880-cı  ildə  Ağdaşın  Zeynəddin  kəndindəki  mədrəsənin 
nəzdində də kiçik bir şeir məclisi təşkil edilmişdir” qənaətinə gəlir (2, 
17). Nakamın bu ədəbi məclisin üzvü olması haqda N.Qarayev  yazır: 
“Qarabağ  şüərasının  məcməi-təfsili-zill  üzrə  mövcudiyyət  bulmuş: 
Şuşa  qələsindən  raqim  tədris  etdiyi-mədrəseyi-islami  üç  sinifli 
vasiteyi-müsəlmani və rusi-təlim olunurdu” (1862-ci il) (2, 149-151). 
 
Nakamın dostu Qədir bəyə yazdığı həcv: 
 
Dami-təzvir qılıb türbeyi-Veysül Qərəni,  
Soymağa başlamısan, həm gələni, həm gedəni.  
 
Xaki-misqal ilə naşərh satırsan xalqə,  
Qoymusan aləmə sən imdi bu lənətləməni.  
 
Kimsə guş eyləməmiş, görməmiş əsla hərgiz
Dini dünyaya satan sən kimi bir goreşəni.  
 
Şübhə yoxdur atacaq duzəxə Allahü Qədir,  
Həm səni, həm sənə bu əmrdə fitva verəni.  
 
Lənbəran qəryəsinə gəlməyə vəd etmişdin,  
Aldadıb vədə xilaf etdi sənə nəfs edəni.  
 
Kəndini asim edüb bizləri məmnun etdin,  
Gəlmədin, yoxlamadın böylə gözəl ənciməni... 
 
Nakamın  Qədir  bəyə  göndərdiyi  həcvin  məzmunu  belədir: 
Sən və  mollalar Veysül  Qərəni  türbəsində  haqsızlığa  yol  verib, kələk 
və  hiyləbazlıq  edərək  həm  gələni,  həm  gedəni  soymağa  başlamısız. 
Torpağı heç bir şərh olmadan xalqa satırsız və buna görə də xalq sizə 
qarğış  edir.  Bəlkə  heç  kəs  sən  kimi  dini  dünyaya  satan  bir  goreşəni 
görməyib.  Buna  görə  heç  şübhə  yoxdur  ki,  Allahü  Qədir  həm  səni, 
həm  də  sənə  bu  əmrdə  fitva verəni  cəhənnəmə  atacaq.  Lənbəran qər-
yəsinə  gəlməyə  söz  vermişdin,  amma  bu  şəhvət  hissi  səni  aldatdı. 
Özünü günahkar  edib  bizləri bununla məmnun  etdin və bu cür gözəl 


məclisə  gəlmədin.  Yaxşı  ki,  rədd  etmisən,  doğru  danışmamısan,  belə 
ki, şeytan adamın xasiyyətini özünə möhür qoymusan. İncimə ki, səni 
şeytana  bənzətdim,  məni  üzürlü  hesab  edərsən,  əgər  insaf  etsən  ki, 
səni  buna  görə  xəbisə  deyil,  hansısa  nazik  incə  bədənli  heykələ  bən-
zətdim.  Çox acıyıb  bu qəmli  sözlərdən ibarət  hecalar  yazdığım üçün, 
çox  da  pərişan  olma,  əgər  sənə  Molla  Yusif  söyləyəni  izah  etsəm,  o 
zaman  durmayıb  gələrdin.  Boynuna  kəfəni  taxıb  yanımıza  gəlməsən, 
bu  kələyə  axırda  bir  əncam  çəkilər.  Sədrəddin  əfəndinin  Qədir 
əfəndiyə yazdığı şeirdə deyilir: 
 
Həcv qıldın bu itə, mən də sənə həcv etdim,  
Hürdürürlər, bu cahan içrə iti hürdürəni.  
 
Cümlə aləm edəcək seyr xüsumətdə,  
Görəcəkgi həşrdə bir yerdə iti, səni, məni.  
 
(Molla Yusif Qaradağlı həci Yusif əfəndiyə işarədir),  
 
İstədim bir neçə kim, mədh qılam şənindən, 
Bala əfəndi durub dutdu əliylə dəhəni.  
 
Dedi kim, söyləmə böhtan o kişi haqqında,  
Bihudə mədh qılıb anna səza olmayanı... 
 
Sədrəddin əfəndinin Qədir əfəndiyə yazdığı cavabın məzmu-
nu  belədir:  Sən  bu  iti  lağa  qoydun,  mən  də  səni  lağa  qoydum,  bu 
cahan  içrə  iti  hürdürəni,  hürdürərlər.  Qiyamət  günü  səni  də,  məni  də 
bir  yerdə görüb ədavətlə  cümlə  aləm  seyr edəcək (Bu misralar Molla 
Yusif  həci  Yusif  əfəndiyə  işarədir).  Sənin  şan-şöhrətindən  istədim 
tərif  edəm,  Bala  əfəndi  durub  əliylə  ağzımı  tutdu,  dedi  ki,  o  kişi 
haqqında  ona  layiq  olmayan  böhtanı  boş  yerə  izah  edib  söyləmə. 
Onun  iki  cöyzə  əmmaməsi  bizim  başımızı  böyüdüb,  amma  sən 
Ağdaşda  olan  tozu-torpağı  daşıdın  qoymadın.  Yadına  sal  ki,  kənddə 
bir  kərə  keyf,  nəşədə  Xosrov  adında  lovğa  adam  ki  vardı,  ondan 
yamanca qorxmuşdun.  
 
Qədir əfəndinin dostlarına cavabı:  
 
Ey bana eyib dutan xidməti Veysül Qərəni
Döksün Allah bu əql və bu kəmaliylə səni.  


 
Xadimin xidməti gər mə`siyət olsaydı həman, 
Saxlamazdı qapısında o rəsuli-mədəni.  
 
Xadimi var idi əlbəttə rəsulun neçə kəs,  
Zikri-tətvil olur etməglə vəqti keçəni.  
 
Dəftərə sığmayacaq bir-bir edərsəm təqrir,  
Bir də kim öyrədəcəkdir sizə siz bilməyəni?  
 
Bu həman Veysül Qərənidir ki, ibadətləri ilə
Eyləyib nuri-xuda ilə münəvvəri yəməni.  
 
Bu həman Veysdir, ol safi olub ruz cəza,  
Qurtarar pir neyçə min hicrimi, həm hicri məni... 
 
Qədir  əfəndinin  dostlarına  verdiyi  cavabın  məzmunu:  Ey 
mənə  eyib  dutan  xidməti  Veysül  Qərəni,  bu  ağıl,  kəmalla  Allah  səni 
öldürsün. Xidmətçinin xidməti  əgər  günah olsaydı,  qapısında o elmli 
elçini və ya Nəbini saxlamazdı. Bir qulluq edəni vardı, əlbəttə bir neçə 
kəs  duanı  uzatmaqla  vaxtını  keçirirdi.  Əgər  bəyan  etsəm  dəftərə 
sığmayacaq,  sizə  siz  bilməyəni  bir  də  kim  öyrədəcəkdir?  Bu  həman 
Veysül  Qərənidir  ki,  ibadətləri  nuri  Xuda  ilə  işıqlandırılmış,  o  nur 
parçası Yəmən ölkəsini işıqlandırmışdır. Bu ocaqların gücü yəni Mək-
kəyə  getmək,  hər  kəsi  qurtarır.  Bu  həman  Veysül  Qərənidir  ki,  bir 
dişinə  görə  hamı  dişin  çəkib,  ağzını  boş  qoyub.  Bizə  Həzrəti  Əli 
söyləyəni Həzrəti hərəmi İbni Həyyani rəvayət edib. Üveysdən alınan 
o  yağı  təmiz  edib  qəbrə  qoyulsa  belə,  surələr  bütün  bəd  dərdləri 
bədəndən  çıxarar.  Zalım  sən  onun  adını  topraq  qoymusan,  səni  də 
lənətə  gələsən  onu  ögrədəni  də.  Belə  ki,  mollaların  çörəyi,  nəzri 
sədəqə verənlərdən çıxır, boş çənəni kimdən almısan, hər kimin çətin 
əngəli  var,  bu  kəlam  peyğəmbərə  məxsusdur:  “sədəqə  verəni  Allahü 
kərim  bəladan  rədd  edəcək”.  Bəs  həqq  əhli  qapısında  müsavir  nə 
deməkdir?  Onu  söyləyəni  və  söylədəni  də  lənətə  gəlsin.  Belə  ki, 
yaradanla qul arasında ağa vasitədir. Allah onun xatirinə eyləyənə yol 
verər.  Odur  ki,  ey  xuda,  pirə  yalvarıb  yaxaran,  ehtiyacından  ötəri  isə 
çətinə düşənin dərdini yüngül eylə. Hacı Abdullahın Qədir əfəndiyə 
yazdığı şeirdə deyilir: 
 
 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə