Nizami adına ƏDƏBİyyat institutu


Həbib əfəndinin söylədikləri



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə54/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   50   51   52   53   54   55   56   57   ...   130

 
Həbib əfəndinin söylədikləri: 
 
… …. cənnət edən gözləri gər,  
Gözlərinə görkədib kim ki, görüb əhrəməni.  
 
Baxsın insaf ilə aləmə mən isəm gözləri kor,  
Həzrəti İsmayıl uran söyləyən ol vəqt məni.  
 
Bu müşairədə ortaya çıxan fikirlərdən belə nəticəyə gələ bilirik 
ki,  bu  həcvdə  həm  ağıllı  məsləhətlər,  həm  də  satirik  səhnələrin 
tərbiyəvi əhəmiyyəti vardır. Dostların bu məzəli cəvabları, fikrimizcə, 
istər islam tərəfdarları, istərsə də hər bir adam tərəfindən, Allahın qoy-
duğu qanunlara sadiq qalmalı, insanlardan rüşvət almamalı, yalan da-
nışmamalıdır.  Belə  ki,  xalqı  aldatmaq,  özlərini  ifşa  etmək  və  inamı 
itirmək  deməkdir.  İnsanlıq  hisslərinin  itməsi  isə  insan  təfəkkürünün 
doğru yoldan çıxmasına yol açır.  
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Mümtaz  Salman.  Arxiv  38,  F-23  (442),  F-24,  inventar  №  8234,  s.v.  512 
olan, Şəki şairləri (müxtəlif) № 223, 10 vərəq, “Müşairə” adlı dəftər. 
2.
 
Qarayev Nəsrəddin. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, “Nurlan”, 
2010. 
 
 
Shafiga Abdullayeva 
 
THE POETS OF SHEKI: MUSHAIRE 
 
Summary 
 
This article deals with the mushaire of poets from Shaki (preserved under the 
code Q-23 (442)). In this article is spoken about the friends' story gone to Agdash. It 
consists  of  10  sheets.  Ismi  Bey  Nukhulu,  Haji  Abdulla  Efendi,  Jenab  Sedreddin 
Efendi,  Jenab  Habib  Efendi,  Jenab  Sedreddin  Bey  and  Gadir  Bey  Efendi  also 
participated  in  this  meeting.  In  the  lampoon  the  friends  told  about  life  events  and 
different  interesting  thoughts.  The  target  point  of  the  friends  is  (Pichaqchili)  Gadir 
Bey Efendi. In the poems are also given satirical scenes. 
 
 
 
 


Шафига Абдуллаева 
 
ШЕКИНСКИЕ ПОЭТЫ: МУШАИРЕ 
 
Резюме 
         
В  статье  характеризуется  мушаире  «Шеки  шаирлери»  (Шекинские 
поэты) Q-23(442), описываются события, произошедшие с друзьями по дороге 
в  Агдаш,  собранные  в  мушаире  объемом  10  листов.  Участниками  меджлиса 
являются  Исми  бек  Нухулу,  Гаджи  Абдулла  эфенди,  джанаб  Хабиб  эфенди, 
джанаб Садраддин бек и Гадир бек эфенди. В памфлете  друзья касаются тем 
из жизненних ситуаций.  
Основной мишенью друзей является (Пычагчылы) Гадир бек эфенди. В 
стихотворении имеют место и сатирические сцены.
 
 
 
 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Lalə SULTANOVA 
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
sultanova-lala@mail.ru
 
 
ƏHMƏDAĞA ƏHMƏDOVUN  
“QAFİYƏTÜL-KAFİYƏ” ƏSƏRİ 
 
Açar  sözlər:  Əhmədağa  Əhmədov,  Qafiyətül-kafiyə,  qafiyə,  əruz  vəzni, 
klassik şairlər 
Key  words:  Ahmedaga  Ahmedov,  Gafiyatul-kafiya,  rhyme,  rhythm  of  aruz, 
classic poets 
Ключевые  слова:  Ахмедага  Ахмедов,  Гафиятуль-кафия,  рифма,  стих 
аруз, классические поэты
 
 
Əhmədağa Əhmədov XX əsr Bakı ziyalılarındandır. O, mütərəq-
qi  ziyalı,  böyük  intellekt  sahibi  kimi  öz  yaradıcılığı  ilə  milli  mədəni 
irsimizə böyük xidmətlər göstərmişdir. Uzun illər pedaqoji fəaliyyətlə 
məşğul  olan  Əhmədağa  müəllim  (ADNA,  nəzəri  mexanika  kafedra-
sının  müəllimi)  eyni  zamanda  filologiya,  ədəbiyyat,  şəriət  və  s.  elm-
lərə  biganə  qalmamış,  öz  geniş  biliklərindən  istifadə  edərək,  olduqca 
dəyərli  əsərlər  yaratmışdır.  Ərəb  və  fars  dillərini  mükəmməl  bilməsi, 
həmçinin  atası  Hacı  Əbdülkərim  Ağadan  aldığı  təhsil  onu  klassik 
ədəbiyyat  və  şəriət  mövzularında  kamil  bir  mütəxəssisə  çevirmişdi. 
Bir çox elmlərə  yiyələnən Ə.Əhmədovun çoxlu sayda müxtəlif sahə-
lərə həsr edilmiş əsərləri vardır. Məsələn, əruz vəzninin nəzəri əsasları 
haqqında  yazdığı  “Ərizətül-üruz”,  ərəb  dilinin  tədrisinə  həsr  etdiyi 
Ərəb  əlifbası”  və  farsca-azərbaycanca  mənzum  lüğət  olan  “Kəri-
miyyə”, İslam dininin əsaslarına aid yazdığı “İslamın əsasları”, şəriətə 
həsr  etdiyi  “İslam  əxlaqı”,  “Nikatül-Quran”,  “Əsrarül-Quran”,  “Dü-
rəfşan  kəlamlar”əsərləri  və  çox  sayda  digər  əsərləri  mövzu  etibarilə 
rəngarəngliyi ilə seçilir. Bu da Əhmədağa Əhmədovun hərtərəfli bilik 
sahibi olmasının göstəricisidir.  
Haqqında bəhs etmək istədiyimiz “Qafiyətül-kafiyə” əsəri Ə.Əh-
mədov  yaradıcılığının  son  dərəcə  dəyərli  nümunələrindən  biridir. 


Qafiyətül-kafiyə”  əsəri  adından  da  göründüyü  kimi,  qafiyə  elminə 
həsr  olunmuşdur.  Kitabda  qafiyə  elminin  nəzəri  əsasları  şərh  edil-
mişdir.  Müəllifin  özünün  risalə  adlandırdığı  bu  əsər  qafiyə  haqqında 
kifayət  qədər  öyrənmək  üçün  lazımi  bir  vəsaitdir.  Hətta  bu  kitabı 
qafiyə elmi haqqında dərslik kimi qəbul etmək daha düzgün olar. Bu-
nu  da  qeyd  edək  ki,  bir  elm  sahəsi  kimi  sırf  qafiyə  haqqında  günü-
müzə  qədər  dilimizdə  demək  olar  ki,  ayrıca  bir  kitab  yazılmamışdır. 
Bu faktor kitabın nə dərəcədə dəyərli olduğunu bir daha təsdiqləyir.  
Özündən  əvvəl  yazılmış  mənbələri  oxumuş  və  onlardan  bəhrə-
lənmiş  Ə.Əhmədov  klassik  şeir  haqqında,  yəni  əruz  vəzni  və  qafiyə 
elmi haqqında dəyərli fikirlər söyləmişdir. Şeiri və şairin yaradıcılığını 
düzgün qiymətləndirən Ə.Əhmədov gənc nəsil tərəfindən unudulan və 
bu  sahədə  yaşanan  savadsızlıq  ucbatından  təhrif  olunan  klassik  şeiri-
mizin incəliklərini şərh eədərək gələcək nəsillərə ötürməyi özünə borc 
bilmişdir.  
O,  ilk  əvvəl,  klassik  şeir  vəznimiz  olan  əruz  vəzni  haqqında 
1978-ci  ildə  “Ərizətül-üruz”  (“Əruzun  xüsusiyyətləri”)  əsərini  yaz-
mışdır.  Qeyd  edək  ki,  “Ərizətül-üruz”  əsəri  əruz  vəzni  haqqında 
yazılmış son dərəcə dəyərli əsərlərdən biridir. Tədqiqatçı bu irihəcmli 
əsərində  klassik  şeir  vəzni  haqqında  yiyələndiyi  bütün  biliklərini 
oxuculara  təqdim  etmişdir.  Müəllif  bu  kitabdan  sonra,  ömrünün  ahıl 
çağlarında qafiyə elmi haqqında “Qafiyətül-kafiyə” (“Qafiyə haqqında 
kifayət qədər”) adlı bir kitab da yazdı. Ə.Əhmədov “Qafiyətül-kafiyə” 
əsərini  kitabın  sonunda  qeyd  etdiyi  kimi,  1991-ci  ilin  oktaybr  ayının 
14-də  tamamlamışdır.  Əsər  əski  əlifba  ilə  Azərbaycan  dilində 
yazılmışdır.  Kitab  kiçikhəcmli  olsa  da,  əhatə  etdiyi  mövzu  olduqca 
geniş və əhəmiyyətlidir. 
XX əsrin sonlarında yazılmasına baxmayaraq, əsərin niyə məhz 
əski əlifba ilə yazılması maraq doğuran suallardandır. XX  əsrə qədər 
əski əlifba ilə yazılmış orijinal (şəxsən müəllifin özü tərəfindən yazıl-
mış)  və  katiblər  tərəfindən  üzü  köçürülmüş  kitablar  adi  bir  hal  idi. 
Lakin  Azərbaycanda  baş  verən  tarixi-siyasi  hadisələr  nəticəsində 
Azərbaycan əlifbası bir neçə dəfə dəyişdirilmişdir. Buna görə də, əski 
əlifba demək olar ki, işlənmirdi. Çox az sayda yazıçı və katiblər vardı 
ki, bu əlifbaya müraciət  edirdilər. Bunlar da, əsasən, XX əsrin  əvvəl-
lərində  çoxluq  təşkil  etmələrinə  baxmayaraq,  zaman  keçdikcə  azal-
mağa  başlamışdı.  Əlyazmalar  İnstitutunun  fondunda  saxlanılan  əski 
əlifba ilə yazılmış ən son əlyazmalar 60-cı illərə aiddir (1). 
XX əsrin sonlarında yazılmış “Qafiyətül-kafiyə” əsəri bu aspekt-
dən  də  orijinallığı  ilə  fərqlənir.  Əski  yazı  və  kitab  tərtib  etmək  qay-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə