Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə53/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   49   50   51   52   53   54   55   56   ...   130

Eylər ərvah veydə tələbi-istimdad,  
Rəf`edər dərdü qəm hər mərəzi-hər həzəni.  
 
Neçə alim ki, cəm` olmusunuz bir yerdə
Tərki edüb hüsni-zənni-bərki dutub suyi-zənni.  
 
Soruram pəs necə siz alimi naamilsiniz,  
Alimi ba əməlinin də oli hərzə suxəni.  
 
Bizim aləmdə gərəki zikr ola allahu rəsul,  
Rahi-həqqinin bu sifət ola gərəki rəhrəvəni.  
 
Bizim aləmdə gərəki alimi şirin kalamı,  
Və`z bəzminin ola tutiye-şəkər şikəni.  
 
Üləma layiqdir zati-rəsulillahın,  
Əmr edə əmr edəni, nəhy edə nəhy edəni.  
 
Alimin bəzminə huranü məlaik cəm`olur,  
Üləma söyləməsə ləğvi-heca məsxərəni... 
 
Bu şeirin məzmunu belədir: Əgər gözəl fikirləri tərk edib, pis 
xəyallara  qapılsanız,  Allah  hər  dərdi,  qəmi  o  ruhlardan  yardım  istə-
məklə aradan qaldırar. Sizdən soruşuram, neçə alım ki, bir yerdə top-
laşmısınız, deyin, alim ilə əməlində boş sözlər olarmı? Haqqın yolu ilə 
gedən, gərək Allaha dua etsin. Məclisdə  alimin gərək şirin  kəlamı  və 
dini  nəsihətləri  olsun.  Zati  rəsulillahın  alimlərinə  layiqdir  ki,  Allahın 
qadağan  etdiklərini  qadağan  edə,  onun  əmr  etdiklərini  əmr  edə,  əgər 
alim  ələ  salmağı  aradan  qaldırmazsa,  alimin  məclisinə  huri  mələklər 
toplanar.  Ustad  alimlər  cinsi  gərək  hansısa  o  səbəbi  zahir  edib,  xalqı 
özünə  qul  edə.  Boş  söz  söyləməyi  qadağan  edib,  ədəb  dərsi  oxuna. 
Cümlə bütün alimlər peyğəmbərlərin varisidir və peyğəmbərə məxsus 
olan  Həsən  də,  yada  salınıb  dua  edilməlidir.  Nə  idi,  hərə  başına  bir 
qövsərən papağını qoyub, ağzınızı çiyninizə atıb, söz söhbətlə iti go-
reşəni təşbeh edirsiniz? Bilin ki, aləm içində bu lənətləməni götürmək 
üçün  “eyn”  inizi  götürdüm,  gözünüzü  açdım  “ha”nın  yerinə  “ta” 
qoydum  (Taha-surəsi).  Yəni  sizin  gözlərinizi  açdım.  Bu  hiyləbazlıq 
deyil,  sərəncamdır.  Peyğəmbər  əmrini  bizə  hiylə  bilmə,  bilmək  istə-
yirsən əgər, bu xidməti bizim ağa təyin edib. Bizə fitva verəni öyrən-


mək  istəyirsən,  ey  cəhənnəmlik?  Allah  sənin  əcdadını  cəhənnəmlik 
edər, bizə bu xidməti İsmayıl Şirvan şahı tapşırıb.  
 
Nakamın yazdığı şeirdə deyilir: 
 
Gənci-əsrai-xüdayə o degilmi vaqif,  
Baği-rizvanın odur, huriye nazik bədəni.  
 
Ol degildirmi həmai-fələki şər`i-rəsul,  
Bizə səri-islamun odur lütflə sayəfəkəni.  
 
Nəşr olub aləmə nəvvar təriqət andan,  
Ol düzüb aləmə bu nəzmiylə silsiləni.  
 
Şəbi zülmatdə islamə siracü və hacc,  
Cümlə zikri budur, nəvvarəni, nəvvarəni.  
 
Bu yanan şamlar alışmışdır anın şəm`indən,  
Ol açıb cümlə təriq əhlinə bu dairəni.  
 
Nəqşibəndinin odur rövzəsinin sərv güli,  
Baği-irşadının odur laləvü nəsrin səməni... 
 
Nakamın yazdığı şeirin məzmunu: Aləmi nurlandıran bu təri-
qətin  yayılması  o  andan  bu  nəzmiylə,  bu  silsiləni  aləmə  yayıb, 
qaranlıq  gecədə  islama  məşəl  olan  həcci  yaradıb,  hamısının  duası 
nursaçanadır.  Bütün  yanan  işıqları  din  aləminə  o  açmışdır.  Bizə 
vətəni,  Veysin  qapısını,  sifətini  təsvir  edən  Veysə  xidmət  edənlərdir. 
Sənə  hansı  şeytan  bu  şübhəni  verib  ki,  o  ağsaqqalı  məsxərəyə  qoy-
musan? Sən  ərəb ocağını,  Veysi  ələ  saldın, düşmənçilik  vaxtı onlarla 
səni  görərik.  Onun  bəxti  ondadır  ki,  onu  böyük  etmisən.  O  zaman, 
Veys boynuna oddan kəfən taxacaq.  
 
Həbib əfəndinin yazdığı həcv: 
 
Xanəi-Kəbəni dağıtmağa gəlmişdi həman,  
Nə sifət teyri əbavil eylədi Əbrahimi?  
 
Etdin inkari-kəraməti vəli kafir səni,  
Səni and anda betər edəcək Allahu qəni.  


 
Çox təəccüb budu kim, mən` iti həcv eylədigim,  
Nə üçün salmış ola könlünə bərhəm zədəni?  
 
İt nəyindir ki, sən dutmusan anın tərəfin,  
Etmisən həcv dəxi səndə iti həcv edəni?.. 
 
Həbib əfəndinin yazdığı həcvin məzmunu: O, dağ quşu Kəbə 
xananı  dağıtmağa  gəlmişdir.  Əbrahimi  nə  sifət  əbavil  eylədi?  Sən 
Allahın kəramətini inkar etdiyin üçün sənə and içirəm ki, o anda Allah 
səni  bağışlamayacaq.  Qarmaqarışıqlıq  sənin  nə  üçün  könlünə  bu 
qadağan  edilmiş  iti  həcv  etməyi  salıb?  İt  sənin  nəyindi  ki,  onun 
tərəfini  tutmusan,  iti  həcv  etmisən?  Sözün  qısası  tula  olsa  da  bəyə 
oxşarlığı  var. O da köpək, acından  ölən  qotur  bir  itdir.  İt  ağdaşlının, 
sən  isə  Nuxanın  bir  bəyisən.  Nə  qohumluğu  çatır  ki  sənə,  belə  kəm-
hövsələsən?  Rəngi  ağ  olsaydı,  yenə  də  namusu  sənə  düşərdi  və 
təmizlikdə  sənə  oxşayardı.  Heyf  ki,  qızıl  itdi,  ötəni-keçəni  yaxın 
buraxmaz.  
 
Qədir əfəndinin cavabı:  
 
Mən iti həcv eylədim, ey gözüm, andan sizə nə,  
Göndəribsüz bənə çox xəsmilə vəhmü hədəni.  
 
Şəmməyi bilmişəm, ey bəg, nə üçün sızlamısan?  
Bilmişəm vəchini ol səndə olan inciməni.  
 
Bəg səg ilə bir olur vəzndə, həm qafiyədə,  
Neyləyim mən, böylə qoyub ona farsı qaidəni?  
 
Vədə verdim gedərəm yaxşı ki, qoymadı qəza,  
Gər qəza qoysa görərdim necə bir söyləməni.  
 
 Məzmunu: Düşmən kimi əsassız, əsli olmayan fikirlərlə hərbə-
zorba  göndərmisiz  ki,  mən  iti  həcv  eyləmişəm.  Ondan  sizə  nə?  Ey 
bəy, bir azca vergi almaq istəmişəm, ondan sizə nə? Mən neyləyim ki, 
farslara  aid  olan  üsuli,  yəni  ona  vəzndə  həm  qafiyədə,  itlə  bəgin  bir 
olması qaydasını qoyub, yüzünün surətindən incidiyini bilmişəm. Və-
də  verdim  ki,  gedərəm  yaxşı  ki,  qəza  qoymadı,  əgər  qəza  qoysaydı, 
mən də bu söyləməni görərdim.  


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə