Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə51/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   47   48   49   50   51   52   53   54   ...   130

 bəşəri 
↓  
 boyunduruq 
Din  
 mövhumat 
 cəhalət 
 
İnsan dünya ilə din  arasında qalaraq seçim edir. Hər ikisini bir 
arada  görməyin  qeyri-mümkünlüyünü  zənn  edərək,  vahid  istiqamətə 
doğru  yön  alır.  Bütün  bəşəri  mövqe  və  dini  yöntəmləri  gözdən 
keçirərək,  yalnız  birində  bərqərar  tutur.  Əslində  seçdiyi  istiqaməti 
doğru sayaraq irəliləyir.  Tamamilə dinə tabe olunca isə, öncə insani, 
daha  sonra  dünyəvi  meyarlar  tədricən  unudulur.  Nəticədə  meydana 
həyatını bütünlüklə şəriət hökmünə tabe etmiş bir mövhumatçı çıxır. 
İnsan mövzusu və ümumilikdə dünyəvilik  anlayışı Vazeh üslu-
bunun başlıca qayəsini göstərməyə xidmət etmişdir. Təsadüfi deyildir 
ki,  müdrik  şair  təlqinlərində  daim  bu  mövzunun  əhəmiyyətini  daha 
real  boyalarla  təsvir  etməyə  çalışmışdır.  “Hər  kəs  ki,  xeyri  öyrədər 
özgəyə, özü əməl eyləməz o, kor kimidir ki, əlində çıraq ola, özgələr 
onun  çırağı  ilə  yol  taparlar,  amma  özünə  bir  faydası  olmaz”  (4).  Bu 
sözlər bir daha Gəncəli müdrikin deyimlərinin təkcə ibrətamiz səpkidə 
deyil,  eləcə  də  nəticəvi  və  hansısa  çözümə  doğru  irəliləməkdə 
təkanverici  mövqeyini  açıqlamışdır.  Yaşam  susqunluğu  və  səssizliyi 
bir durğunluq kimi qəbul edir. Belə olduğu təqdirdə insan yenilsə də, 
təkrar-təkrar  hansısa  mübarizə  elementi  uğrunda  cəhdə  doğru  getmə-
lidir. 
Beləliklə,  aralarında  yeddi  əsr  fərq  olan  iki  gəncəli  müdrikin 
hikmət  dünyasına  qismən  nəzər  salaraq,  müvafiq  bənzərlik  və  eyniy-
yəti  çözməyə  çalışdıq.  Mövzu  seçimindəki  yaxınlığın  zaman  hüdu-
dundan  kənarda  qalması  reallığına  söykənərək  xatırlamaq  gərək  ki, 
Nizami  Gəncəvi  və  Mirzə  Şəfi  irsinin  həlledici  sayılan  aparıcı  ideya 
elementlərinin  eyniyyəti  inkaredilməzdir.  Bu  baxımdan  mahiyyətini 
itirmədən  istənilən  dövrün  tələb  və  qanunauyğunluqlarını  əks  etdir-
məklə  yaddaqalan  ibrətamiz  fikirlər  toplusu  hər  iki  mütəfəkkir  şairin 
zəngin yaradıcılıq meyarından xəbər verir. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Gəncəvi  Nizami.  “Yeddi  gözəl”.  “Elm”  nəşriyyatı,  Bakı-1983  (filoloji  tər-
cümə). 
2.
 
Vazeh Mirzə Şəfi. “Nəğmələr”. “Şərq-Qərb”, Bakı-2004. 


3.
 
Gəncəvi  Nizami.  “Xosrov  və  Şirin”.  “Elm”  nəşriyyatı,  Bakı-1981  (filoloji 
tərcümə). 
4.
 
Arzumanlı Vaqif. “Mirzə Şəfinin orijinal əsərlərinə dair yeni tapıntılar”. 
www.qarapapaqlar.borchali.net

 
 
Aynur Mirishli 
 
WISDOM OF NIZAMI GANJAVI AND MIND OF VAZEH 
 
Summary 
 
In the article “Wisdom of Nizami Ganjavi and mind of Vazeh” is researched 
the  ideological  directions  of  two  thinkers  of  Ganja.  Also  is  investigated  the  main 
moments of Renaissance of Azerbaijan literature and enlightenment periods. On the 
basis  of  aphorisms  of  Nizami  Ganjavi  and  Mirza  Shafi  systematic  researched  the 
notions  of  the  religious  and  secularization  too.  At  the  same  time,  comply  with 
current requirements, the concepts of religion and life was presented in the form of 
systems on the basis of aphorism of Nizami Ganjavi. 
  
 
Айнур Миришли 
 
ГЕНИЙ НИЗАМИ ГЯНДЖЕВИ И МУДРОСТЬ ВАЗЕХА 
 
Резюме 
 
В  статье  «Гений  Низами  Гянджеви  и  мудрость  Вазеха»  раскрыто 
идеологическое содержание двух великих гянджинских мыслителей. Также на 
материале  творчества обоих поэтов  показаны  моменты  общности  литературы 
эпохи  Возрождения  и  эпохи  Просвещения.  Одновременно  на  основе  афориз-
мов Низами Гянджеви в системной форме раскрыты его понятия о религии и 
жизни. 
 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Şəfiqə ABDULLAYEVA 
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
shafiqa153@mail.ru 
 
ŞƏKİ ŞAİRLƏRİ: MÜŞAİRƏ 
 
Açar sözlər: müşairə, həcv, məclis, məktub, kəlam 
Key words: mushaire, lampoon, meeting, letter, word 
Ключевые слова: мушаире, памфлет, меджлис, письмо, слова
 
 
AMEA  M.Füzuli  adına Əlyazmalar  İnstitutunda  qorunub  saxla-
nılan əlyazmalar içərisində Nakamla bağlı, Salman Mümtazın (arxiv 
38,  F-23  (442),  F-24,  inventar  №  8234,  saxlama  vahidi  512,  №  223) 
Şəki  şairləri  (müxtəlif)  sənədi  10  vərəqdən  ibarət  olub,  “Müşairə” 
adlı dəftərdir (1, 1). Müşairədə (şeirləşmə) sözügedən şəxslərin adları 
1-ci  vərəqin  əvvəlində  verilmişdir.  Müşairədə  yazılmış  ifadələr  təhrif 
edilmədən  göstərilmişdir:  Cənab  İsmi  bəy  Nuxulu,  Cənab  Sədrəddin 
əfəndi Gögçaylı; Cənab Həbib əfəndi Üçqıraqı; Cənab Hacı Abdullah 
Gögçaylı Mələk kənd sakini. Bu cənablar, “Lənbərana” səyahətə  ge-
dən zaman (Pıçaqçılı) cənab Qədir əfəndiyə təklif edirlər ki, o da bə-
rabər  olaraq  onlarla  getsin.  Qədir  əfəndi  üzür  götürərək  sabah  gələ-
cəyini  vəd  edir.  Sabah  nədənsə  gedə  bilmədigindən  aşağıdakı  şeiri 
yazıb Qədir əfəndiyə göndərir. 
Müşairədə  əsas  fikir  şairlərin  bir-birinə  qarşı  istehzalı  ifadələri 
və ya mənfi xüsusiyyətlərinə atmaca ilə, “zarafatla” verdikləri cavab-
dır. Həcv formasında yazılmış belə şeirlərin ictimai əhəmiyyəti az ol-
duğundan klassik yazıçılar həmişə realist satiranı bu cür həcvlərə qarşı 
qoyub, şeirdə ictimai məzmunu, xəlqiliyi, həyatiliyi qüvvətləndirməyə 
çalışmışlar. XIX-XX əsrlərdə Azərbaycan ədəbiyyatında həcvə maraq 
getdikcə azalmış və sovet dövründə tamamilə yox olmuş hesab olunsa 
da, bu şeir növü qorunub saxlanılmış, hətta bu günümüzdə də popul-
yar  olmuşdur.  Belə  ki,  müşairədəki  bu  şeirdə  yalnız  Qədir  əfəndinin 
cavabı  öz  adı  ilə  getmişdir.  Şeirin  hansı  şəxslər  tərəfindən  yazıldığı 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə