Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə49/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   45   46   47   48   49   50   51   52   ...   130

müdrikin  mənəvi  dünya  və  təfəkkür  prosesinin  bənzərliyindən  iba-
rətdir. 
Bildiyimiz kimi, İntibah dönəmi ilə xanlıq icra strukturuna ma-
lik  Gəncə  müxtəlif  tarixi-ictimai  proseslərin  cərəyan  etməsi,  istila  və 
yürüşlərə  məkan  olması,  eləcə  də  ədəbi  istiqmətdəki  uğurlu  irəlilə-
yişləri ilə hər zaman diqqət mərkəzində qərarlaşmışdır. Demək, hər iki 
həlledici dövr üçün əsas əhəmiyyət daşıyan amillər dini, dünyəvi me-
yarların tətbiqi, əsaslandırılması və nəticə etibarilə onların doğurduğu 
vacib, mütərəqqi ideyaların təbliği məqamlarıyla yadda qalır. 
Əgər  İntibah  dövrü  Gəncəsi  böyük  mütəfəkkir-alim  Nizami  ilə 
ilk növbədə ümumtürk mənəviyyatında, ümumilikdə isə, Şərq və Qərb 
mühitindəki  məşhurluğunda  müstəsna  rol  oynamışdısa,  belə  uğurlu 
göstərici  XIX  əsrin  xəttat,  müəllim,  ziyalı,  şairi  Mirzə  Şəfinin  tim-
salında  davam  etdirilmişdir.  Doğrudur,  Vazehin  “Xəmsə”  həcmində 
külliyyatı günümüzədək gəlib çatmasa da, yenə də ümumi prizmadan 
yanaşaraq,  ortaq  nəzəriyyə  elementlərinin  mahiyyətini  açmaq 
mümkündür. Yaxud da Azərbaycan  İntibahı  anlayışı, xüsusən də Ni-
zami  Gəncəvi  kimliyiylə  insani  yönümdə  təkmil  cəmiyyət,  idarəçilik, 
ictimai hüquq və tarazlıq kimi dünyəvi arqumentlər gətirmişdisə, XIX 
yüzilliyin  ədəbi  mühiti  də  birbaşa  maarifçilik  ideyalarının  formalaş-
masına mühit yaratmışdır. Başqa sözlə, daha çox klassik ədəbiyyat üs-
lubunun  davamçısı  olaraq  qiymətləndirilən  və  təsəvvüfi  təfəkkürün 
mahiyyətini  məxsusi  tərzdə  təqdim  edən  Mirzə  Şəfi  əslində  maarif-
çilik fəlsəfəsinin meydana çıxmasına zəmin hazırlamışdır. 
Mirzə  Şəfidə  yerində  söylənilmiş  sözə  sahib  olmaq,  həqiqi 
şairlik  pilləsinə  yüksəlmək  meyarları  dahi  Nizamidə  kəlmə,  onun 
dəyəri və hər nəzmə şeir səpkisindən baxılmaması məqamlarıyla yad-
da qalır. Başlıca tənqid hədəfi qafiyə xətrinə söz yığınından istifadənin 
mənasız məntiqinə yönlənmişdir. 
Nizami  Gəncəvidə  yetərincə  hünər,  dürüstlük,  mərdlik,  səxavət 
və  digər  anlayışlara  rast  gəlmək  mümkündür.  Hansı  ki,  dahi  şair  bu 
özəlliklərin icra və  yaşadılmasında böyük nəsihət toplusu sərgiləmiş-
dir. Ən önəmlisi, bu sadalanan xüsusiyyətlər bütünlükdə “Xəmsə” ni 
əhatə etdiyi halda, qətiyyən pərakəndə və yeknəsək məzmun yaratma-
mışdır.  Hətta  hər  hansı  bir  şahın  vəsfi  əsnasında  belə  hünər  məfhu-
muna  köklənib  bunu  ümumi  məcraya  məharətlə  yönləndirməyi  ba-
carmışdır: 
 
Hünər əhlini qədrini yalnız o adam bilər 
Ki, o, hünər haqqında çoxlu kitab oxumuş olsun. 


Hünəri qüsurdan seçməyən kimsədən, 
Hünər əhli xeyir görə bilməz (1, 34). 
 
Hünərin təqdim edilməsində Nizami təhlili daha  çox üstünlüyü 
bu  sahədə  anlayışı,  bilgisi  və  ya  təcürbəsi  olana  verir.  İlk  beytin 
anlamına  uyğun  şəkildə,  həm  şairin  məsləhəti  önə  çəkilir,  həm  də 
fəlsəfi  çalarda  kitab  oxuma  ifadəsinin  şərti  prinsipləri  göstərilir.  Belə 
ki,  əsas  məna  etibarilə  hünər  kitabının  oxunması  məqamı  Nizamini 
müasir ifadəylə desək, hətta maarifçi qismində ümumiləşdirirsə, digər 
anlamda,  belə  bir  kitab  hər  bir  hünər  və  cəsarət  sahibinin  həyat 
həqiqətləri timsalında qazandığı mənəvi təzahürlərinə olan işarəsidir. 
Vazehin  əldə  edilən  müdrik  kəlamlarına  əsasən  deyə  bilərik  ki, 
burada hünər anlayışı cəsarətə çağırışın fonunda istər orijinal fikirlər, 
istərsə də Nizami hikmətindən bəhrələnmələr vasitəsilə önə çəkilir: 
 
Kişisən, var isə səndə cəsarət
Olsun xislətində belə bir adət: 
Yaxşılıq edənə yaxşılıq eylə, 
Cavab ver yamana yamanlıq ilə. 
Türfə gözəlləri sevib duyarlar, 
Qəşəng gül yanağı sığallayarlar. 
Əkib becərərlər münbit tarlanı, 
Əzib öldürərlər əfi ilanı (2, 38-39). 
 
Gördüyümüz  kimi,  Mirzə  Şəfi  hünəri  artıq  cəsarət  qismində 
ümumiləşərək  müxtəlif  nəsihətlərin  sadalanması  ilə  yadda  qalır.  Cə-
sarətli  olmaq  ilk  növbədə  kişiyə  xas  özəllik  sayıldığından,  mərd  in-
sanın da yaxşılığı və yamanlığı cavabsız qoymaması, gözəlliyə qiymət 
verməsi,  eləcə  də  ilan  xislətinə  malik  rəzilləri  susdurması  həqiqət-
ləriylə təsvir edilir.  
Yenə də Nizamiyə üz tuturuq və İntibah dövrü dahisiylə ədəbiy-
yatımızın  maarifçilik  meyillərinin  yaranmasına  zəmin  olan  bir  dönə-
min  mütəfəkkiri  Mirzə  Şəfi  Vazehin  hikmət  dünyasındakı  oxşarlıq-
ların  xatırlanmasından  ötrü.  Mahiyyət  eyniliyi  əsasən  hər  iki  müdrik 
şairin  zəngin  dünyəvi  təfəkküründən  qaynaqlanması  yolu  ilə  yadda 
qalır: 
 
Xeyirxah olan himmətli adam,  
Yaxşılığı özünə peşə edər, (yaxşılıq)  
yaxşılıq gətirər, 


Elə yaşa ki, əgər sənə bir tikan batsa, 
Heç olmasa düşmənlərin tənəsinə məruz  
qalmayasan; 
Bu deməsin ki, səni bədbəxtlik basıb, 
O biri isə gülməsin ki, sənin mükafatın elə  
budur. 
Sənin əlindən bir kimsə tutmasa da, 
Heç olmasa qoy səni doyunca təpikləməsin. 
Sənin yaxşılığını (yoldaşlığını) yadında  
saxlayan kəs, 
Sənin bədbəxtliyinə sevinəndən yaxşıdır (1, 40). 
 
Nizaminin  yaradıcılığında  insana  xas  naqisliklərə  dini  nöqteyi-
nəzərdən  yanaşılmış  və  bu  çatışmazlıqların  humanistcəsinə  aradan 
qaldırılmasına üstünlük verilmişdir. Mirzə Şəfi müdrikliyində isə ək-
sinə, dinin aşıladığı bərabərliyi həyatda tapmayan müəllif sırf dünyəvi 
çalarlara  yönələrək,  hər  bir  insanı  çarəsizlikdən  qurtulmağa  səslə-
mişdir.  
Artıq  burada Mirzə  Şəfi hikməti daxili kinayə,  ədəbi  istehza və 
rişxəndə  çevrilir.  Təzadlar  vasitəsilə  fikrin  dolğun  ifadəsi  müdrik 
şairin  digər  bir  mənəvi  üsyanını  gerçəkləşdirir.  Əksliklərin  təbliği 
dövrə  uyğun  mövcud  situasiyaların  ən  kreativ  tənqidini  göstərir.  Be-
ləliklə,  Vazeh  irsindəki  ictimai-fəlsəfi  məzmunluğun  daha  bir  cəsarət 
nümayiş etdirməsinə şahid oluruq. Öz dönəmi üçün konkretləşdirdiyi 
və  gərəksiz  insanların  zaman-zaman  irəlidə  addımlamasını  rəhbər  tu-
taraq,  dahi  mütəfəkkir  yaşam  həqiqətlərində  həlledici  dəyişiklik  edir. 
Səslənişi  isə,  təbii  ki,  öncül  olmağa  layiq  şəxslərə  ünvanlanır.  Danı-
şılası yerdə susmağa, susulmalı məqamdasa danışmağa məcbur edilən 
şəxs  üçün  mənəvi  buxovlandırmadan  qurtulmaq  olduqca  çətindir. 
Bəlkə də  elə  yeganə çıxış  yolu  şairin  məsləhət  qismindəki xitabların-
dan ibarət idi.  
Təxminən  eyni  mahiyyət,  yaxud  fikir  xüsusiyyətlərinə  Nizami 
mifoloji  varlıq  və  heyvanların  qismində  aydınlıq  gətirmişdir.  Vazeh 
təqdimatındakı etirazlar ümumi məna və qayə etibarilə dahi şairin nə-
sihət motivli fikirləriylə səsləşir: 
 
Əjdaha ilə dostluq etmək olmaz
Çünki əjdaha özü adam yeyəndir. 
İt əgər yamaqlı xirqə də geysə, 
Öz it təbiətini unuda bilərmi? (1, 41). 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə