Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə43/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   39   40   41   42   43   44   45   46   ...   130

olan  qəzələ  Yəhya  bəy  tərəfindən  yazılmış  nəzirədir.  Maddeyi  tarix-
dən  çıxarılan  rəqəm  962-dir  və  bu  da  m.  1555-cı  ilə  uyğun  gəlir  (7, 
228a). Cüngdə Yəhya bəylə yanaşı Azəri, Aşıq Çələbi, Baqi, Vəhdəti, 
Zati,  Ətai,  Nəfi,  Riyazi,  Ruhi  Bağdadi,  Fəqani,  Sədi,  Füzuli,  Hafiz, 
Əttar, Xəyali, Xosrov Dəhləvi və s. kimi məşhur şairlərə aid nəzm nü-
munələri də yer almaqdadır. Bundan başqa bu cüngdə məşhur şairlərin 
şeirlərinin  qeyd  edilməsi  ilə  yanaşı,  həmin  dövrdə  yazılmış  müxtəlif 
məzmunlu  məktublar,  şəfaətnamələr  də  yer  almaqdadır  (7,  230a-
234a). Belə ki, cüngün 16a səhifəsində Yəhya bəyə aid “Zülfi-pürçinin 
qəmindən  didə  kim,  pürab  olur,  Hər  nə  bəhrə  kim,  düşə  bir  qətrəsi, 
kərdab  olur”  (7,  16a),  daha  sonra  cüngün  17a  səhifəsində  “Əssəla 
dustar  adətlə  açıldı  babi-eşq,  Eyləsün  can  söhbətin  cananilə  ərbabi-
eşq”  daha bir qəzəl  verilmişdir (7, 17a). Cüngün 29a səhifəsində isə 
şairin “Hər qətrəyi-eşkim ki, aqar qan arasında, lölö gibidir süccəyi-
mərcan arasında” beyti  ilə başlayan daha bir qəzəli  yer alır  (7, 29a). 
Cüngün 35a səhifəsində  “Sürərsən hər dəm ey dil  ruyi-yarə çöhrəyi-
zərdin, Diməzmi ol təbibi-canü-dil sana, nədür dərdin?” (7, 35a), 36a 
səhifəsində “Zülfün bağlandı dili-zəncirə hacət qalmadı, Qaldı uslan-
maqdan  ol  tədbirə  hacət  qalmadı”  və  “Şəbnəm  gibi  dil  qönçəyi-xən-
daninə düşdi, Yusif gibi can çahi-zənəxdanına düşdi” beytləri ilə baş-
layan  iki  qəzəl  (7,  36a),  42a  səhifəsində  “Gözüm  əsərdi  görüncə  o 
ləli-xəndanı, Nişanladım ləbini yarəsiylə cananı” və “Rast gəldim ya-
rə  bir  sərvi-dilaradır  gedər,  Payinə  üşşaq  düşmüş,  bir  təmaşadır  ge-
dər” (7, 42b) beytləri ilə başlayan daha iki qəzəl, cüngün 43a səhifə-
sində “Gül qüruri-hüsnlə almış ələ bid adını, Dinligüz şimdəngeri bül-
büllərin fəryadını” və “Şövq bir meydir nişati-əfza bənəm məstanəsi, 
Eşq bir gəncinədir gönlüm anun divanəsi” beytli iki qəzəl, 44a səhifə-
sində  “Məstanə  nigəhlə  bəni  bir  gəc  gələ  məst,  Məst  eylədi  təsir 
idərimiş nigəh məst ” və “Piranə sər nə hal isə  kam al bəhardən, Ar 
itmə,  istiareyi-şövq  it  həzardən”  beyti  ilə  başlayan  iki  qəzəl,  45a 
səhifəsində “Söz dildən bixəbərdir sanmanuz cananəyi, Şəmi yaqmaz-
mı ol atəş kim, yaqmaz pərvanəyi” beyti ilə başlayan bir qəzəl, 72b sə-
hifəsində  “Bari-ğəmin  xəm  eylədi  qəddim  o  ləm  gibi,  Axır  Ədəm 
vilayətinə Toğrulum gibi” və “Dila baru salə dəsti-mimmətlə irilməz-
mi,  Nəsimi  lütf  əsməzmi,  ol  nəhli-naz  əgilməzmi?”  beytləri  ilə  başla-
yan iki qəzəl, 87b səhifəsində “Cam bir hər çe səray olmuş ki, fərşi-
ləli-nab, Hücrədür billurdən şahi-həvayə hər hübab” və “Əğyari urub 
virməyə bazulərinə zəhmət, Öldirmək isə qəsdin şahım qoluna qüvvət” 
beytləri ilə  başlayan iki qəzəl  (7, 87b), cüngün 91a-91b səhifələrində 
şairin  “Arizi-ziyanə vermiş  xətti-müşkinin şərəf, aşiqi-miskinin aramı 


olubdur  bərtərəf  ”  və  “Bəyəm  rəh  bilməz  çəbi-tariqdə  tənha  gəlür, 
səndən  ey  mehrü  xəyalın  bana  bipərva  gəlür”  və  “Firqəti-şəbi-ahım 
ki, ol məşəl əfruz, qorqum budur adını şərri ola cəhansuz” beytləri ilə 
başlayan üç qəzəl (7, 92a-92b), 93a-97a səhifələrində 17 qəzəl yer alır 
(7).  Bu  cüngün  97a  vərəqində  Əbdülkərim  Əfəndinin  Yəhya  bəyə 
ünvanlanmış və nəzmə yaxın gözəl poetik, təşbehlərlə zəngin bir dillə 
yazılmış  məktubu  da  verilmişdir  (7,  97a).  Cüngün  140b  səhifəsində 
Ətayinin Yəhya bəyin “Nə adəmi-canları qurtulmadı qaldı bəlalərdə” 
misrası ilə başlayan qəzəlinə yazdığı təxmis, və Veysi əfəndinin Yəh-
ya bəyin “Ərzin cövri-cəfa isə yetər sultan” misrası ilə başlayan qəzə-
linə  yazdığı  müxəmməs  yer  alır  (7,  140a-140b).  Cüngün  141a-141b 
səhifələrində  isə  şairin  “Düşməz ol  şahə ki,  hərgah  idər  istiğna,  Gah 
olur aşiq şeydayə düşər istiğna”, “Tuti sifət ol cayə səbzi giyə cana, 
bir  söz  yeri  varmı  baqa  ayinəyə  cana”  və  “Bülbüli-şitar  teyi-güli-
xəndanı  güldürür,  təqlidi-zaqğ  kəbki-xərəmanı  güldürür”  beyti  ilə 
başlayan üç qəzəli yer alır (7, 141a-142a). Bundan başqa burada şairin 
“Nicə  əldən  düşürür  cam  sərvər  əncamı,  Guş  idən  nami-cəmü  sitü 
sədayi-camı”,  “Meymidir,  saqimidir  məsti-xərabı  anladan,  Sənmisən 
ya  eşqimi  mütrüb  rübabı  anladan”  (143b),  Cüngün  144b  vərəqində 
“Bəlki  azərdə  idə  payi-xəyali-yarı,  Kaş  kirpiklərim  olmasa  qələn-
dərvarı  təkrar  verilib”.  Cüngün  146a  səhifəsində  “Nani-xəşkilə  qə-
naət gibi bir dövlətmi var, Gənci-istiğna gibi bir guşeyi-rahətmi var” 
beytləri  ilə  başlayan  dörd  qəzəli  verilmişdir  (146a).  Yenə  də  şairin 
“Aram  idəməm  busü  günnar  eyləməyincə,  Sinəmdə  gəlüb  yar  qərar 
eyləməyincə” və “Sən gülüb açılmada gülşəndə virdi-tər gibi, bən gö-
züm  yaşinə  qərq  olmaqda  neylufər  gibi”  (156a)  və  “Muydən  incə 
miyan  dilrübadır  varisə,  yoq  dəhanində  nişan  sirrü-xudadır  varisə” 
beytləri ilə başlayan iki qəzəli yer alır (7, 156a, 157b). Bundan başqa 
burada  Yəhya  bəyiə  aid  olan  “Şöləyi-meylə  dönər  şəmi-firuzanə 
qədəh,  Şəm  ikən  yenə  idər  cünbüşi-pərvanə  qədəh”,  “Bu  aşubəmi, 
ləlinmidir  səhbamıdır  bais,  qiyamətmi  qopar,  ol  qaməti-balamıdır 
bais”,  “Acı  sözlər  niyyət  eylər  səndə  olmam  bihüzur,  çünki  eylər  ol 
zəbanilə  ol  ləblərdən  südur”,  “Sana  ey  aşiqi-murad  yar  olursa  gər 
murad,  ya  cəfa  ya  lütf,  əlbəttə,  olorsan  bir  murad”,  “Ləli-ləbinlə 
badeyi-nab  etdi  imtizac,  alışdı  bir-birisilə  iki  tür  məzac”,  “Xuni-
eşgündən  olupdur  bülbülün  hər  abi-sürx,  bağda  olsa  əcəbmi  hər  gül 
sirabi-sürx”, “Əksi-müjqaninlə ey dilbəri-şirin hərəkat, sanuram rux-
lərin irab qonulmuş ayat”, “Bira ayinə ilə isgəndər necə bənzər sana 
cana, sənün hər baqdığın mirat olur aləmnüma cana”, “Aşiqin alma-
ğə canın tir kim, canan atır, ol xodnənin üstünə biçarə aşiq can atır”, 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə