Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə39/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   35   36   37   38   39   40   41   42   ...   130

də yazdığı bir qəsidəsində şairin özünə inam hissinin nə qədər qüvvətli 
olduğu ortaya çıxır: 
 
İltifat et şühan ərbabına kim anlardır, 
Mədhi-şahanı-cəhan-bana verən ünvandır, 
Kim bilirdi şüəra olmasa gər sabıkda, 
Dəhrə dövlətlə gəlip yenə gedən sultanı 
Həşrə dək abı-həyatı-suhanı-Baqidir, 
Andırıp zində qılan namı-Süleyman Xanı. 
 
Nəfi  bəzən  o  qədər  qeyri-mütəvazi  olur  ki,  hətta  özünü  Hafiz 
(vəf.  1398),  Xəyyam  (vəf.  1313),  Urfi  (vəf.  1591),  Feyzii-Hindi 
(1547-1595),  Möhtəşəm  Kəşani  (vəf.  1588)  ilə  müqayisə  edir,  bəzən 
də onlardan üstün olduğunu yazır (2). 
Nəfi  ilə  eyni  dövrdə  yaşamış  digər  bir  həcv  şairi  isə  XIX  əsr 
Azərbaycan  ədəbiyyatının  ən  görkəmli  nümayəndələrindən  biri  olan 
Mirzə Mehdi Nacidir. Onun haqqında çox az məlumat olmasına bax-
mayaraq,  bu  mütərəqqi  şairin  Gəncədə  anadan  (doğum  tarixi  dəqiq 
deyil)  olduğunu,  sadəcə  şairliyi  ilə  deyil,  xəttatlığı  ilə  də  Gəncə, 
Qarabağ, Şirvan və Şəkidə istedadlı bir şəxs olaraq şöhrət qazandığını 
da  qaynaqlardan  öyrənirik.  Mirzə  Mehdi  Naci  haqqında  məlumata 
Seyid Əzim Şirvani “Əsərləri”nin III cildində (3), Firidun bəy Köçər-
linin  “Azərbaycan  ədəbiyyatı”  kitabında  (4),  Nəsrəddin  Qarayevin 
tərtib etdiyi “Poetik məclislər” monoqrafiyasında (5), M.Nemətovanın 
“İki  gəncəli  həkkak-xəttatın  işi  haqqında”  (6)  adlı  məqaləsində,  Ma-
kuli Pənahinin “Ədəbi məlumat cədvəlində” (7), “Türk əlyazmalar ka-
taloqunda” (8) və s. qaynaq və məxəzlərdə rast gəlmək olar.  
Firidun  bəy  Köçərli  “Azərbaycan  ədəbiyyatı”  kitabında  bir  sıra 
azərbaycanlı şair haqqında məlumat verərkən Nacini də unutmamışdır. 
Mirzə  Mehdi  Naci  haqqında  ilk  dəfə  nisbətən  geniş  məlumat  verən 
Firidun  bəy  onu  “Gəncə  şairlərinin  ən  müqtədiri  və  rəvantəblisi 
mərhum Mirzə Mehdi kimi tanıtmışdır (4, 180). Eyni zamanda tədqi-
qatçı  Nacinin  tam  tərcümeyi-halına  dair  lazımı  məlumat  toplaya 
bilmədiyi  üçün  təəssüfləndiyini  də  bildirmişdir.  Qaynaqlara  istinadən 
şairin  təqribən  h.1300-cü  ilin  20-ci  ilində  vəfat  etdiyini  qeyd  edən 
tədqiqatçı  Nacinin  nəqqaşlıqda,  təbiblikdə  və  şairlikdə  çox  məharətli 
olduğunu  bildirmişdir.  Mirzə  Mehdinin  qarabağlı  Abdulla  bəy  Asi, 
Xarrat  Qulu  Yusif,  Şamaxı  şairi  Hacı  Seyid  Əzim  və  Qazax  şairləri 
Mustafa  ağa  Nasir  və  İskəndər  ağa  (“şair”  təxəllüslü)  ilə  sıx  əlaqəsi 
olmuşdur. Firidun bəyin bildirdiyinə görə, Abdulla bəy Asinin Mehdi-


qulu xanın qızı Xurşidbanu həzrətlərinə yazdığı həcvə nəzm ilə cavab 
verənlərdən biri də  məhz Mirzə  Mehdi  Naci  olmuşdur. Hətta  Firidun 
bəy onun bəziləri tərəfindən məzhəbsiz, sufi, – deyə ittiham edildiyini, 
lakin  “şeiriyyatının  rəvan,  zərif,  güşadə”  (4,  180)  olduğunu  da  qeyd 
etmişdir. Daha sonra tədqiqatçı Mirzə Mehdinin qəzəllərindən bir ne-
çə  nümunə  vermişdir.  Hətta  onun  qəzəllərindən  birinin  Qasım  bəy 
Zakirin  təsiri  ilə  yazıldığını,  “fəsahət  və  lətafətdə  dəxi  Zakirin  kəla-
mından əskik” olmadığını vurğulamışdır (4, 181). Nacinin qəzəllərini 
Qasım bəy Zakirin, Həsən Qarabağinin, Seyid Şirvaninin qəzəlləri ilə 
eyni  səviyyədə  tutan  Firidun  bəy  onun  farsca  yazdığı  “Bahariyyatı-
Naci” əsərini tərifləyərək göylərə qaldırmışdır (4, 180-184). 
Məşədixanım Nemətova, iki Gəncə həkkak-xəttatının işi haqqın-
da  olan  məqaləsində  Nacinin  həkkaklıq  sənətini  tədqiq  etmişdir. 
M.Nemətova  onun  AMEA  Əlyazmalar  İnstitutunda  saxlanılan  “Di-
van”ı ilə yaxından tanış olmuş (6, 29), şairin həyatı ilə bağlı maraqlı 
məqamlardan birini üzə çıxarmışdır. Qeyd etdiyimiz kimi, Firidun bəy 
Köçərli  qəbir  daşındakı  yazıya  əsaslanaraq  Mirzə  Mehdinin  1882-ci 
ildə  yetmiş  yaşında  vəfat  etdiyini  bildirmişdir.  M.Nemətova  məqalə-
sində,  şairin  hələ  sağikən  özü  üçün  hazırladığı  qəbir  daşında  1880-ci 
ilin  iyun  ayında  vəfat  etdiyini  yazmışdır.  M.Nemətovanın  yazdığına 
görə,  şair  yetmiş  səkkiz  yaşında  vəfat  etmiş,  İmamzadə  qəbiristan-
lığında özü üçün hazırladığı türbədə dəfn edilmişdir (6, 29). M.Nemə-
tova Nacinin həkkak-xəttatlığını ilk dəfə tədqiq etmişdir. Hətta tədqi-
qatçı şairin hazırladığı qəbir daşlarından bir neçəsinin fotosurətini də 
vermişdi. M.Nemətova  Nacinin özünə, gəncəli Ələkbərə və Əli  bəyə 
hazırladığı qəbir daşları üzərində işlənmiş maraqlı ornament və gözəl 
xətt  nümunələrinin  olduğunu  da  qeyd  etmişdir  (6,  33).  M.Nemətova 
eyni  zamanda  “Qarabağnamə”  əsərinin  müəllifi  və  Mirzə  Mehdinin 
yaxın dostu Mirzə Adıgözəl bəy və onun oğlu Məmo ağanın da qəbir 
daşlarının şair tərəfindən zövqlə işləməsi barədə məlumat verir.  
Nacidən  fərqli  olaraq  Nəfinin  türkcə  və  farsca  divanı,  bir  də 
həcvlərinin  toplandığı  “Sihamı-qəza”  adlı  əsəri  mövcuddur.  “Sihamı-
qəza” Nəfinin məşhur həcvlərinin toplandığı əsərdir. Bu, Nəfinin ağır 
və  sərt  söyüşlər  işlətdiyinə  görə  bədii  qiyməti  verilməyən  əsəridir. 
Nəfinin  bu  əsərinin  əlyazma  nüsxələri  çox  azdır.  Tədqiqatçılar  şairin 
bu  əsərində əsasən atasına  yazdığı  mənzumə,  gürcü Məhməd paşaya, 
Kamankeş Əli paşaya, Əkməkçizadə Əhməd paşaya, Veysiyə, Neviza-
dəyə,  qəsidə,  tərkibbənd,  qitə  şəklində  yazılmış  həcviyyələrin  oldu-
ğunu qeyd edirlər. Bunlardan başqa, şairin digər nüfuzlu dövlət adam-
ları,  həmkarlarına  yazdığı  həcvlər də bu əsərdə  yer almışdır. Nəfinin 


həcv  etdiyi  həmkarlarından  Məntiqi,  Firsəti,  Nigar,  Nihan,  Bəhsi 
Kamil,  Qənizadə  Nadiri,  Ruhi,  İtri,  Riyazi,  Kafzadə  Faizi,  Azmizadə 
Haləti,  Məşrəbi  və  Nevizadə  Atayini  göstərmək  olar.  Beləcə  Nəfinin 
imkan  düşdükcə  həcv  etmədiyi,  acı  söz  söyləmədiyi  məşhur  şəxsin 
olmadığını söyləsək yanılmarıq.  
Nəfinin yuxarıda da qeyd etdiyimiz kimi həcvləri “Sihamı-qəza” 
əsərində  toplanmışdır.  Əsərin  İstanbul,  Ədirnə,  Ankara  və  Londonda 
nüsxələri  mövcuddur  (1,  130-141).  AMEA  Məhəmməd  Füzuli  adına 
Əlyazmalar  İnstitutunun  hazırladığı  Türk  Əlyazmaları  Kataloqunda 
isə  Mirzə  Mehdi  Nacinin  əsərlərinin  iki  əlyazma  nüsxəsindən  bəhs 
edilir  (8,  145-146).  Naci  tərkibbənd,  tərcibənd,  məsnəvi,  qəzəl  nəzm 
şəkilləri  ilə  həcvlər  yazmışdır.  Tədqiqatçılar  bəzən  “Sihamı-qəza” 
əsərinin Nəfiyə aid olub-olmaması haqqında şübhəyə düşürlər. Bunun 
ən əsas səbəbi isə şairin Divanı ilə həcvlərinin dil və üslub baxımın-
dan  tamamilə  bir-birindən  fərqlənməsidir.  Divanında  gördüyümüz  o 
təmiz, saf dil və üslubun yerini “Sihamı qəza”da olduqca kobud ifadə-
lər tutur. Eyni fikri  Naci üçün də söyləmək mümkündür. Belə ki, qə-
zəllərində  gördüyümüz  poetik  üslub,  Naci  həcvlərində  bəsit  məhəllə 
danışığına çevrilir. 
Saffəd  Sıdqı  Nəfinin  “Sihamı-qəza”  haqqında  hazırladığı  təd-
qiqatında  bu  əsəri  “divan  ədəbiyyatının  əzəli  və  əbədi  günahının  ya-
yılması” kimi təqdim edir (9, 23). 
Mətin Akkuş “Müxtəlif satirik şeirlərin də olduğu əsərin ittiham, 
həqarət  və  söyüşlə  əlaqəli  ifadələrlə  dolu  olması  onun  bədiiliyinə 
kölgə salır” (1, 103). 
Məhmət  Fuad  Köprülü  “Həcvlərində  ahəng  və  böyüklüyü  ilə 
böyük  şairin  əsəri  olduğunu  xatırladan  bir  neçə  şeir  istisna  olursa 
əsərin çox hissəsi çirkin, mənasız və çox vaxt söyüşdən ibarət olan qa-
ba və iyrənc mənzumələr təşkil edir. İnsan Nəfi kimi böyük şairin bu 
qədər bayağı və ibtidai şeirlər yazacağına inanmaq istəmir (1, 395). 
Turhan Tan (Samih Fəthi) “Nəfi qəsidələrində  bir ahəng pərisi, 
həcvlərində  sərxoş  və  söyüşkən  bir  qaldırım  sərsərisidir”  (10)  İsmail 
Həbib Səvüq “Onun həcvlərinin toplandığı “Sihamı-qəza” əsərinin bir 
çox mənzumələrini söyüşlə dolu olduğu üçün insan təkbaşına qalanda 
belə oxumağa çəkinir (11, 152). 
Karahan  “Bu  zərif  lətifələr  xaricində  “Sihamı-qəza”dakı  şeir-
lərin böyük qiyməti  yoxdur. Bəzən bu şeirlər  arasında da Nəfinin sə-
nətinin xüsusiyyətlərini əks etdirən parçalar olsa da bu azdır.” “Əsərin 
əlyazma nüsxələri də azdır. 4-5-dən çox deyil, bunlar da bir-birindən 
fərqlidir” (2, 10). 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə