Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə37/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   33   34   35   36   37   38   39   40   ...   130

Qəzəl  qadının  cəmiyyətdə  rolunun  mahiyyətini  onun  eşq-məhəbbət 
məzhəri  olmasında  görürdü.  Qəzəl  ilk  dəfə  qadın  və  təbiət  gözəl-
liklərini əsaslandırıb fəlsəfi şeirin təşəkkülünə yol açdı. Qəzəl məhəb-
bət  şeiri  olmaqla  qadının  cəmiyyətdə,  məfkurədə  yerini  yüksəltdi  ki, 
bunu başqa şeir növlərində görmürük. Qəzəl bu ədəbi-estetik təbiətinə 
görə məsnəviyə də nüfuz edir. Nizami «Xosrov və Şirin»də, «Leyli və 
Məcnun»da  qəzəli  formaca  məsnəvi  şəklində  versə  də  onun  ideya-
bədii təsvir sistemini saxlamışdır.  
Nizami qəzəllərində qadın gözəlliyi, onun camal və kamal incə-
liklərinin tərifi insanı heyran qoyur. 
 
Ya rəb, bu nə camaldır ki, onda Xutən ayı vardır, 
Zəqən quyusunda yüz Kənan Yusifi vardır. 
İki qaşının taqında günəş gizlənib
Gözəl sənəm üzündə Ədən yaqutu vardır. 
Sanasan ki, çəməndə bitmiş qızıl güldür, 
Həm düz sərv boyu, həm çəmən səhnəsi vardır (6, 24). 
 
Bu beytlərdə Nizami təbiəti, onun incə gözəlliklərini qadın surə-
tinə  köçürür.  Türk şeirinin  gözəllik  coğrafiyasında çin,  xutən, xəllux, 
çigil  gözəlləri,  ayı,  günəşi,  ətri,  bağı,  gülü  kimi  ad  və  sözlər  bədii 
meyar kimi  tez-tez işlənir. Bu qəzəl  parçasında  «Xutən ayı»,  «Kənan 
Yusifi», «zəqən quyusu», «iki qaş arasında günəş», «ədən yaqutu» Ni-
zami və türk şeirinin, fars dilində türk şeirinin başlıca bədii təsvir vasi-
təsidir. Aşağıdakı qəzəldə yaratdığı qadın surətində təbiət gözəllikləri-
ni görür: 
 
Göstər üzünü ki, gülzarı görmək istərəm
Mənə bax ki, qaniçən nərgizi görmək istərəm. 
Sənin visal bostanında bu, türfədir ki, mən, 
Bir tikan görməyim, gül və gülzar görmək istərəm. 
Sakit nə oturmusan, axır bir söz de, 
Ki sənin dür saçan ləlindən bir kəlam görmək istərəm (6, 19). 
 
Qədim  poeziya  yazarlarına  görə,  insan  vücudu  varlıq  aləminin 
ölçüsüdür. Bu fikri əksinə də yozanlar vardır. Yəni təbiət, varlıq insan 
vücudunun  ölçüsüdür.  Misal  üçün  XIII  əsrdə  Fəxrəddin  Həmədani-
İraqi  bir  qəzəlində  yazırdı:  «Üzündən  parlaq  ay  yaratdılar».  Nizami 
yazır: 
 


Orda ki sənsən, ay olmasın, 
Və o ki sənsən şəkər olmasın. 
O gecə ki, təzə ay çıxar, 
Dünyada heç kimə səhər olmasın (6, 40). 
 
Yəni sevgili xatun həm ay, həm şəkər, həm təzə ay, həm səhər-
dir.  Bu  təsvirlərlə  Nizami  qadını  əzəmətinə  görə  dünya,  varlıq  aləm-
ləri ilə eyniləşdirir. 
Nizami də, Nəsimi də insan əslini təbiətdə görürlər və müqayisə 
zamanı qadın varlığını əsas götürürlər. 
Qadın  orta  əsrlər qəzəl  şeirinin başlıca obrazı  və eşq-məhəbbət 
simvoludur. Onun təbiətlə başlıca müqayisə obyekti günəş, ay, ulduz-
lar, canlı bahar təbiəti – bağ, gülzar, gül, sərv, çinar və s. qadının bə-
dən üzvləri zəngin bənzətmələr aləmini təşkil edir. Bunun səbəbi odur 
ki,  təbiət  özü  də  qadın  –  anadır.  Ana  təbiətlə  qadın-ana  obrazlarının 
təsvirində  müqayisə  obyekti  olan  sözlərin  hamısı  simvolik  məna  da-
şıyır.  Təhlildə  bu  sözlərin  rəmzi  mənaları  açılanda  şeirin  məzmunu 
üzə çıxır. 
XI əsr Azərbaycan sufi-irfani şeirinin görkəmli nümayəndələrin-
dən Babakuhi Bakuvi bir beytdə deyir:  
 
Günəşdən məqsəd onun üzüdür bizə
Qara qıvrım saçı gecələrdir bu gün  
(7, 62 tərcümə bizimdir – Ç.S.). 
 
Üzdə günəş aydınlıq  və həqiqəti ifadə edir. Yəni günəş elm və 
həqiqətin göstəricisidir. Günəş-işığın mənbəyidir. Ərəblər ona «ziya», 
«nur»  deyirlər.  Buradan  «ziyalı»  sözü  yaranmışdır  ki,  mənası  alim, 
bilici, savadlı məfkurə sahibi deməkdir.  
İkinci misrada «qara qıvrım saç» gecənin işarəsi olmaqla, maddi 
aləmi ifadə edir. Yəni arif məşuqun üzündəki günəş onun cismani hə-
qiqətlərini aydınlaşdıran bilik, elmdir.  
Burada  ariflərin  təbliğ  etdikləri  «özünü  fani»  şüarına  işarə 
vardır.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Yusifov Yusif. Qədim Şərq tarixi. Bakı, “Şərq-Qərb”, 2007. 
2.
 
Kitabi-Dədə Qorqud. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1962. 
 


3.
 
İsa. Mehri və Vəfa. Bakı, “Nurlan”, 2005. 
4.
 
Nizami Gəncəvi. Xosrov və Şirin. Mətne elmi və enteqadi. Bakı, 1960. 
5.
 
Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə, 3-cü cild, Bakı, “Elm”, 2009. 
6.
 
Nizami Gəncəvi. Qəzəliyyat. Bakı, “Yazıçı”, 1981 (fars dilində). 
7.
 
Şeyx Əli Babakuhi. Divan, Şiraz, 1353. 
  
 
Chingiz Sasani 
 
FEMALE ADVENTURES IN THE WORK “MEHRI AND VAFA”  
BY ISA AND SIMILAR SUBJECS IN THE MASNAVIS  
(POEMS BASED ON THE DISTICH) OF BEFORE AND AFTER HIM 
 
Summary 
 
History of occurrence of the female adventures, its main sources, issue of use 
and  development  in  the  classic  Azerbaijani  literature  of  Middle  ages  and  folklore 
monuments  are  considered  in  the  paper.  “Mehri  and  Vafa”,  “Bakhtiyarname”, 
“Dastani-Ahmad Harami” and “Varga and Gulshah” by Yusif Maddah (14
th
 century) 
and eposes from the book of Dada Gorgud are analyzed in the comparison. 
 
 
Чингиз Сасани 
 
ПРИКЛЮЧЕНИЯ ЖЕНСКИХ ОБРАЗОВ В ПОЭМЕ ИСЫ  
«МЕХРИ И ВЕФА» И СХОЖИЕ СЮЖЕТЫ В МЕСНЕВИ  
ЕГО ПРЕДШЕСТВЕННИКОВ И ПОСЛЕДОВАТЕЛЕЙ 
 
Резюме 
 
В  статье  прослеживаются  история  зарождения  сюжета  с  женскими 
приключениями,  его  основные  источники,  рассматривается  развитие  этой 
темы в классической средневековой азербайджанской литературе и фольклор-
ных  памятниках.  Проводится  сравнительно-сопоставительный  анализ  поэм 
«Мехри и Вефе», «Бахтиярнаме», «Варга и Гюльшах» Юсифа Маддаха (XIV в) 
и дастанов из «Книги Деде Коркуда». 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə