Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə34/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   30   31   32   33   34   35   36   37   ...   130

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Çingiz SASANİ 
Filologiya üzrə fəlsəfə doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
 
İSANIN «MEHRİ VƏ VƏFA» ƏSƏRİNDƏ  
QADIN MACƏRALARI VƏ ONUN ÖZÜNDƏN QABAQ  
VƏ SONRAKI MƏSNƏVİLƏRDƏ OXŞAR SÜJETLƏRİ 
 
Açar sözlər: Mehri, Vəfa, Məğrib şahı, Sindibadnamə, Nizami, Leyli 
Key words: Mehri, Vafa, Ring of the West, Sindibadname, Nizami, Leyli 
Ключевые слова: Мехри, Вефа, шах Магриба, Синдибаднаме, Низами, 
Лейли
 
 
Bu mövzu XI-XII əsrlərdə Azərbaycan və Şərqin mədəni intibah 
hərəkatı  ilə  bir  vaxtda  yaranmağa,  ədəbi,  fəlsəfi  biçim  alaraq  öz  in-
kişafı  gedişində  bir  sıra  fikir  axınları,  əxilik,  sufi-panteistik  nəzəriy-
yələrlə ixtilata girərək ictimai-sosial və əxlaqi məzmun almışdır.  
Şərqdə  feodalizmin  inkişafı  qədim  elatlarda  davam  edən  ana 
şahlıq  üsul-idarəsinin,  ailə-ocaq  qaydalarının  son  qalıqlarını  da  silib 
atdı. Şəhərlərdə ticarət və sənətkarlığın genişlənməsi, siniflərin sürətli 
parçalanması və s. nə tək əmtəə bazarında, əxlaq, mənəviyyat aləmin-
də  də  özbaşınalıq,  həyatda  ümidsizlik,  insan  taleyinin  təsadüflərdən 
asılılığı,  xoşbəxt  həyat  axtarışı  ideyasını  doğururdu.  Köhnəliklə  ye-
nilik  arasında  mübarizənin  müxtəlif  siniflər  arasında  davamı  şifahi 
xalq  ədəbiyyatında  özünəməxsus  formalarda  nağıl,  süjetli  rəvayət, 
hekayətlər  toplusu,  dastanlar  formalaşdırırdı.  İntibahlar  dövrü  klassik 
ədəbiyyatlarına mövzu olan bu nağıl və rəvayətlər ümumiləşdirilmiş, 
sistemli, obrazlı, qol-budaqlı süjetlərə malik poemaların, məsnəvilərin 
yaranmasına  səbəb  olurdu.  İntibah  ədəbiyyatı  keçmiş  həyat  hadi-
sələrini nağıl-dastan bədii dil və üslublarında yeni nəslə çatdırırdı. Bu 
mənada intibah şeiri keçmiş ictimai həyatın güzgüsü olmaqla, özünün 
romantik təsvirləri, maraqlı, cazibədar dili ilə insanların gələcək həyat 
yollarını da işıqlandırırdı.  
Keçmişin  ictimai-mənəvi  yadigarlarından  biri  də  qadının  həyat 


macəralarıdır  ki,  «Mehri  və  Vəfa»  məsnəvisində  öz  ifadəsini  tap-
mışdır. Anaşahlıq dövrünün ən qədim yazılı abidələri olan Şumer das-
tanları  cəmiyyətdə  qadın-kişi  hakimiyyətinin  bölüşdürülməsi  prinsipi 
təbiət  qanunlarına  görə  həll  edilirdi.  Qadın  yaz-yayın,  kişi  payış-qış 
fəslinin  simvolu  idi.  Bu  fəsillərin  dəyişməsilə  hakimiyyətlər  də  dəyi-
şirdi.  Bu  hakimiyyət  sistemi  ən  qədim  orta  şərq  ictimai-ədəbi  məf-
kurəsində dərin izlər qoymuş, bir sıra nağıl-dastanların əsas mövzusu 
olmuşdur.  Bunun  qədim  folklor  abidələrindən  biri  Misirdə  yaranan 
«Osiris  və  İsida»  nağılıdır.  Şumer  dastanında  ölən-dirilən  təbiətin 
təmsilçiləri  ər-arvad,  «Osiris  və  İsida»da  iki  qardaşdırlar  (Osiris  və 
Set). Şumer dastanında İnanna və Dumuzi ər-arvaddırlar. Onlar növbə 
ilə  o dünyaya  gedir və  qayıdıb hakimiyyətlərini  davam  etdirirlər.  Za-
man və sülalələr dəyişdikcə bu dastan və nağılların da məzmunu, ob-
razları dəyişir, yeni variantları təşəkkül tapır. 
Bu nağıllarda qadın və kişi hakimləri qəribə sərgüzəştlər, həyat 
və  yaşam  macəraları,  qaçıb  gizlənmək,  allahdan  kömək  istəmək  səy-
ləri, ölüm qorxusu təqib edir. «Osiris nağılı»nda yaz allahı Osirisi qar-
daşı  Set  qəddarlıqla  öldürür.  Onun  qisasını  oğlu  Qor  alır  və  atasını 
yeraltı  aləmdən  allahların  köməyilə  yer  üzünə  qaytarmağa  nail  olur. 
Bu  nağıllarda  təkcə  qadınlar  deyil,  kişilər  də  təbiətin  sərt  və  mütləq 
qanunları qarşısında acizdir. Qaçıb gizlənmək həyat macəralarını daha 
da  mürəkkəbləşdirir  (1,  128-134,  229-232).  Belə  görünür  ki,  qədim 
miflərdə də qadın-kişi allahlar ictimai həyatın sərt qanunlarından azad 
deyillər. Bu hadisə vaxtaşırı onları hədələyir. Ər-arvad arasındakı mə-
həbbət  onların  yeganə  çıxış  yoludur.  Ərin  arvad  yerinə  və  ya  əksinə 
könüllü yeraltı aləmə getməsi mifik təfəkkürdə nadir humanist hadisə-
lərdəndir. Əri o dünyada əzab çəkən ilahə ayrılıq və həsrət əzablarına 
dözə bilməyib öz həyatını yoldaşına qurban verir, yeraltı aləmə gedib 
onu həyata qaytarır. Bu  şəkildə  öz həyatını  dosta qurban vermə  adəti 
məhəbbətin  xasiyyəti  və  mahiyyətilə  əlaqələnməyə  başlayır.  Saf  mə-
həbbət o qədər güclüdür ki, qəhrəman yeraltı aləmdə ölüm allahlarının 
qəddarcasına  can  almalarından  qorxmur,  canını  verərkən  inildəmir. 
Bunu özünə bir səadət bilir və bu yaxşılığına görə yenə yerüstü həyata 
qayıdacağına inanır. 
Beləliklə, qədim miflər insan, başlıca olaraq iki sevgilinin həyat 
macəraları  müstəvisində  humanizmin  ən  müqəddəs  nümunəsi  olan 
məhəbbət  ideyasını antik dövrə, oradan da orta  əsrlər bədii mədəniy-
yətinə  nəql  etdi.  Bunun  kiçik  iz-təsirini  Qorqud  kitabındakı  Dəli 
Domrul boyunda görə bilirik. Biz «Azərbaycan mədəni-ədəbi intibahı 
və  «Kitabi-Dədə  Qorqud»  adlı tədqiqatımızda bu barədə  geniş  danış-


mışıq.  Boyda  təsvir  olunur  ki,  əzrayıl  gəlib  Domrulun  canını  almaq 
istəyəndə, bərk müqavimətlə üzləşəndə ondan başqasının onun yerinə 
canını verməsini tələb edir. Domrul ata-anasından birinin onun yerinə 
can verməsini xahiş edəndə rədd cavabı alır və öz yoldaşına üz tutur. 
Xatun: «Mənim canım sənin canına qurban olsun» – deyə ərinin yeri-
nə ölməyə razılıq vermişdi (2, 90). Bu süjetin müxtəlif şəkilləri dünya 
ədəbiyyatlarında  işlənmişdir.  Elə  «Mehri  və  Vəfa»  məsnəvisində: 
«Bən  daxi…  Mehrə  fəda  qıldım  canı,  Anın  içün  ölmüşəm,  dirilmi-
şəm»  –  deyir  (3,  217).  Dost,  sevgili  yolunda  «ölüb  dirilmə»  hadisə-
sinin tarixi yenə qədim miflərə gedib çıxan bir ədəbi ənənədir ki, orta 
əsrlər məhəbbət şeirində dönə-dönə təkrar olunur.  
Dünya ədəbiyyatlarında bu mövzu tarixən mövcud olmuş, tarixi-
ictimai və dini şəraitlərdən asılı olaraq insan-həyat macəraları müxtəlif 
şəkil  almış,  əsasən  nağıl  şəklində  ibtidai  süjetləri  formalaşmağa  baş-
lamışdır.  
İsanın  «Mehri  və  Vəfa»  əsərində  qadın-kişi  macəraları  iki  şah-
zadə  ər-arvadın  ailə  həyatında  baş  versə  də  dərin  baxış  göstərir  ki, 
burada daha çox mənəvi-insani zorakılığa, təhqirə məruz qalan qadın-
dır.  Bu  macəraların  getdikcə  uzanması  və  mürəkkəbləşməsinə  səbəb 
bir  yandan  da  onların  sadəlövhlüyüdür.  Onlar  yalnız  təhqir  məngə-
nəsinə düşdükdə səhvlərini başa düşür və ondan çıxış yolu axtarırlar.  
Tarixi-ictimai  şərait  dəyişdikcə  belə  aşiqanə  əsərlərdə  qəhrə-
manların macəraları da ona uyğun dəyişir. Əsərdə macəraların səbəb-
karları başlıca olaraq cadugərlər, yoxsul ovçular, fitnəkar, aradüzəldən 
qarılar, sərraf, qalabəyi, mehtər, Məğrib şahı və başqa riyakar ictimai 
ünsürlərdir.  Şair  göstərmək  istəyir  ki,  ictimai  bəlalar  aşağı  təbəqə-
lərdən  tutmuş  şah  sarayına  qədər  bütün  cəmiyyəti  bürümüşdür.  Cə-
miyyət mənəvi xəstədir. Hər kəs öz mənafeyi üçün yaxşı-pis, rəva-na-
rəva bilmədən nə  bilirsə, onu da  edir.  Hiylə-məkr, təhqir və  təcavüz-
dən çəkinməyən bu ünsürlərin heç kimdən qorxusu yoxdur. Ən böyük 
ictimai  bəla  şəhvətpərəstlikdir.  Mehri  bu  şəhvət  adamlarının  əlində 
oyuncağa çevrilir. Onların amansız və həyasız sifətlərini görən Mehri 
onlara  yalan  vədlər  verir  və  daha  çox  şərab  içkisilə  onları  aldadır  və 
oradan  qaçır.  Belə  hallarda  şərab  onun  yeganə  köməkçisi  olur.  Buna 
bənzər  hadisə  Nizaminin  «Yeddi  gözəl»  əsərinin  birinci  nağılında 
təsvir olunur. Şah qonaqlarından birinin dilindən gözəllər şəhəri haq-
qında  ötəri  məlumat  aldıqdan  sonra  bir  qədər  qızıl-cəvahirat  götürüb 
soraq  ala-ala  həmin  şəhərin  kənarındakı  bir  bağa  gəlib  çıxır.  Meyvə-
lərdən doyunca yeyib bir ağac altında yatır. Axşamçağı musiqi səsinə 
oyanır. Görür ki,  bir dəstə pəri qızlar xalça ilə döşənmiş  yerdə şərab 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə