Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə32/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   28   29   30   31   32   33   34   35   ...   130

vahid  poetika  tələblərini  irəli  sürmək  mümkün  olsa  da,  klassik  dövrə 
münasibətdə  bunu  tətbiq  etmək  mümkün  deyil.  Lakin  janr,  forma, 
şəkil  və  poetik  quruluşda  eyniliklərin,  oxşarlıqların  və  uyğunluqların 
müəyyən  edilməsi  ilə  mümkün  qədər  bunu  asanlaşdırmaq,  vahid  ter-
minologiyanın yaradılmasına edilən cəhdlə mövcud anlaşılmazlıqların 
aradan qalxmasına nail olmaq mümkündür. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Hüseynov Rəfael. Məhsəti – necə varsa. Bakı, “Yazıçı”, 1989. 
2.
 
Nağısoylu  Möhsün.  A.Bakıxanovun  “Riyazül-qüds”  əsəri  klassik  tərcümə 
nümunəsi kimi. Bakı, “Nurlan”, 2006. 
3.
 
Hacıyev Abbas. Ədəbi növlər və janrlar. Bakı, ADPU, 1994. 
4.
 
Azərbaycan ədəbiyyatının tarixi poetikası. Bakı, “Elm”, 1989. 
5.
 
Araslı  Nüşabə.  Nizaminin  poetikası:  ədəbi  qaynaqlar  və  bədii  təsvir 
vasitələri. Bakı, “Elm”, 2004. 
6.
 
Mir Cəlal. Füzuli sənətkarlığı. II nəşr, Bakı, “Maarif”, 1994.  
 
Azizaga Najafzade 
 
GENRE, FORM AND THE PROBLEM OF GENRE FORM  
IN THE ARTISTIC WORKS OF MUHAMMAD FUZULI 
 
Summary 
 
The article deals with the problem of definition of genres and forms of some 
works  of  medieval  poets,  such  as  Fuzuli.  Some  classical  poetic  terms  of  Muslim 
East, such as munazira, maktal, shahrashub, saginame, ruhname, etc. have not been 
completely defined. They are referred both to genres, and kinds of genres and even 
to  the  main  theme  of  various  works  in  different  forms  of  Oriental  poetics.  Such 
forms  as  git’a,  muhammas,  masnavi,  etc.  are  sometimes  characterized  as  genres. 
And such genres as poem, novel, fable, etc. are used in parallel with them. We raise 
the issue of particular principle of definition of Oriental poetic genres. 
 
 
Азизага Наджафзаде 
 
ПРОБЛЕМА ЖАНРА, ФОРМЫ И ЖАНРОВОЙ ФОРМЫ  
В ХУДОЖЕСТВЕННЫХ ПРОИЗВЕДЕНИЯХ  
МУХАММЕДА ФИЗУЛИ 
 
Резюме 
 
В статье даются сведения относительно проблемы определения жанров 
и  форм  некоторых  произведений  таких  поэтов  средних  веков,  как  Физули. 
Акцентированы  такие  термины  классической  поэтики  мусульманского  Вос-


тока, как муназире, мактaль, шахрашуб, сагинаме, рухнаме и др., которые еще 
окончательно  не  определены.  Их  относят  и  к  жанрам,  и  к  разновидностям 
жанров, или даже к общей теме для произведений в разных формах восточной 
поэтики.  Такие  формы,  как  кыта,  мухаммас,  маснави  и  др.,  иногда  характе-
ризуются  как  жанры.  А  такие  жанры,  как  поэма,  роман,  басня  и  др.,  употре-
бляются параллельно с ними. В данном контексте поднят вопрос о конкретных 
принципах определения жанров восточной поэтики.   


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Orxan ARAS 
(Almaniya) 
oraras@aol.com
 
 
MƏHƏMMƏD ƏSƏD BƏYİN  
PUBLİSİSTİKASINDA ELMİLİK 
 
Açar sözlər: Əsəd bəy, jurnalistika, məqalə, yazı, oxucu, ədəbiyyat 
Key words: Asad Bey, journalism, article, writing, reader, literature 
Ключевые  слова:  Асад  бек,  журналистика,  статья,  текст,  читатель, 
литература
 
 
Məşhur  ingilis  şair  və  tənqidçisi  Mathev  Arnoldun  aşağıdakı 
fikirlərini media nümayəndələri özlərinə şüar ediblər: 
“Jurnalistika – ədəbiyyatın tələsik janrıdır”. 
Bu fikri Əsəd bəyin jurnalistlik fəaliyyətinə də şamil etmək olar. 
O, əslində qəzetlərə yazı hazırlayarkən sanki nəsr əsəri yazırdı. 
O, məqalələrində müsahibə, tənqid, təqdimat, bioqrafiya kimi bü-
tün janrlardan istifadə etdiyinin şahidi oluruq. 
Türk yazıçısı Şahmettin Kuzucular jurnalistlərin yazdıqları mə-
qalələr haqqında yazır: 
“Bir  həqiqəti  açıqlamaq,  bir  mövzuya  dair  fikir  və  düşüncələr 
irəli  sürmək,  ya  da  bir  tezisi  sübut  etmək,  dəstəkləmək  üçün  yazılan 
yazılara  məqalə  deyilir.  Məqalələr  hər  hansı  bir  mövzu  barədə  məlu-
mat  verməklə  yanaşı,  bir  fikir  və  ya  bir  mövzuya  aydınlıq  gətirmək, 
yeni  bir  fikir  və  düşüncəni  irəli  sürmək,  işlənilən  mövzu  ilə  bağlı 
aparılan  araşdırma  və  bu  araşdırmanın  nəticələrinə  görə  dəlillər  gös-
tərmək, bu yeni fikir və düşüncələri dəstəkləmək və isbat məqsədi ilə 
yazılan elmi qəzet və jurnal yazılarıdır” (1). 
Əsəd bəyin publisistik yazılarının hamısında bu meyarlar vardır. 
Onun  məqalələrində  izah  etdiyi  məsələni  dərindən  öyrəndiyini  və 
araşdırdığını asanlıqla görürük. 
Qəzet  yazıları  haqqında  araşdırma  aparan  yazıçı  Halil  İbrahim 
Arslanhan  bir  qəzet  yazısının  tərifini  aşağıdakı  başlıqlar  altında  ver-


mişdir. 
1. Gündəlik hadisələr və ya düşüncələrlə əlaqədar mövzular iş-
lənməlidir. 
2. Mövzular tərəfsiz qələmə alınmalıdır. 
3. Düşüncə ön planda olmalıdır. 
4. Mövzular çox dəyişik yönlərdən, detallara girmədən incələn-
məlidir. 
5. Yazılanlara oxucunu inandırma zəruriliyi yoxdur. 
6. Yazılanlar oxucunun diqqətini çəkməlidir. 
7.  Lətifələrdən,  hekayələrdən,  məsəl  və  atalar  sözündən  fayda-
lanmalıdır. 
8. Dili aydın, sadə, axıcı olmalıdır (2). 
Əsəd  bəy  qəzet  yazılarında  bu  qaydalardan  bəhrələnmiş,  çox 
sadə hekayələrdən istifadə edərək oxucunun diqqətini çəkməyi bacar-
mışdır.  Əgər  belə  olmasaydı,  21  yaşlı  bir  gəncin  əsərlərinin  xarici 
ölkələrdə bu qədər qısa zamanda tanınıb oxunması mümkün olmazdı. 
O, qəzet yazılarına elə bir möhür vurmuşdur ki, onun məqaləsini oxu-
yan, üslubundan yazının Əsəd bəyə aid olduğunu dərhal anlayırdı. 
Əsəd  bəy  hər  məqaləsində  mütləq  bir  rəvayət  və  ya  dastandan 
istifadə edirdi. Onun “Şota Rustaveli” və “Ziya Gökalp” adlı məqalə-
ləri  dediklərimizə  sübutdur.  O,  alman  oxucusuna  gürcü  şairini  tanıt-
mazdan əvvəl, həmin xalqın nağıl dünyasından söhbət açır: 
“Gürcüstanın  böyük  kraliçası  Tamara  Tiflisin  yaxınlığında  bir 
qala  inşa  etdirir  və  gecələrini  o  qalada  keçirməyə  başlayır.  Təbii  ki, 
hər gecə bir sevgili yanına almadan yatmaz. Tək kraliçaya sahib olan 
o şanslı sevgililərin səhər şəfəqi ilə birlikdə ömrünü sevimli kraliçası 
Tamaraya hədiyyə etmələri ayrı bir hüznlü hekayədir” (3). 
Göründüyü kimi, yazıçı oxucusunun xəyal dünyasını genişləndi-
rir,  onu  uzaq  diyarlardakı  tamam  ayrı  bir  dünyaya  aparır,  yəni  onu 
Avropanın soyuq, təklik dolu küçələrindən isti, “səhər şəfəqi” dolu bir 
eşq  məkanına  aparır.  Avropalı  oxucunun  bu  yazıçının  qələmindən 
çıxan yazını sonuna qədər oxumaması imkansızdır. 
Türk  alim  və  şairi  Ziya  Gökalpı  alman  ədəbiyyatçılarına  tanı-
darkən də eyni üsuldan istifadə edir: 
“Deyilənlərə  görə,  İslam  Peyğəmbəri  şairlər  üçün  cənnətdə  ən 
nadir  daşlarla  bəzədilmiş  bir  saray  hazırlayır  və  şair  ölüncə  də  onu 
yetmiş min mələk ağ qanadlarının üzərinə alaraq cənnətdəki o saraya 
aparır. 
Bilmirəm,  Şərqdə  izah  edilən  bu  hekayə  nə  qədər  doğrudur, 
amma  əgər  bu  deyilənlərdə  bir  az  həqiqət  varsa,  o  cənnətdəki  saraya 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə