Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə29/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   25   26   27   28   29   30   31   32   ...   130

realist-tənqidi satirik ənənəni davam etdirə bilməsə də, yeni məzmun-
lu satirik şeir ideya, təsvir və ifadə vasitələrinə görə dəyişir. Şübhəsiz, 
M.Ə.Sabir satirik şeir ənənəsi bütün zamanların satirikləri üçün br eta-
londur. Lakin bu etalon ondan sonrakı satirik ənənənin bütün mərhələ-
lərinə  şamil  edilə  bilməz.  Unutmaq  olmaz  ki,  M.Ə.Sabirdən  uzaqlaş-
dıqca onun sənətkarlığından yararlanmanın yolları və formaları da də-
yişir, yeni forma, yeni məzmun qazanır. Buna görə də yeni dövrün sa-
tirasını Sabir ənənəsindəki üzvi əlaqəni mövzu, üslub, ideya və məz-
mun baxımından axtarmaq düzgün olmazdı. Bu əlaqə və yaxınlığı, ilk 
öncə, satiranın sənətkarlıq xüsusiyyətində axtarmaq lazım gəlir. Çünki 
yeni dövr Sabir dövründən fərqləndiyi üçün fərqli yanaşma tələb edir-
di. Nə qədər qəribə də olsa, M.Ə.Sabirin müasiri Əli Nəzmi, M.S.Or-
dubadi, C.Cabbarlı satirası da öz əvvəlki kəskinliyini qoruyub saxlaya 
bilmir.  S.Mənsur,  Ə.Vahid  20-ci  illərdə  əvvəlki  ictimai  satira  ənənə-
sinin  davamçısı  kimi  çıxış  etsə  də,  mövzu  və  problematika  baxımın-
dan çərçivəyə salınmışdı. Doğrudur, bu çərçivədən kənara çıxan şeir-
lər də yox deyildi, lakin bu şeirlərin mətbuata çıxma imkanlarını məh-
dudlaşdırırdı.  Satirik  şeirin  start  heyətinə  qoşulan  S.Vurğun,  S.Rüs-
təm,  R.Rza,  M.Rahim,  R.Əhmədzadə,  R.Zəbioğlu,  H.Ziyanın  yaradı-
cılığında  satira  zəif  təsir  bağışlasa  da,  yeni  ifadə  vasitələri  və  yeni 
məzmun qazanır.  
Bütövlükdə götürdükdə, Azərbaycan ədəbiyyatının 20-80-ci illə-
rində  satira  statik  vəziyyətdə  qalmamış,  müəyyən  inkişaf  mərhələsi 
keçmiş, dövrün, zamanın xarakterini ifadə edən yeni satirik obrazlar, 
portretlər, xarakterlər yaradılmışdır.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Qarayev Y. Poeziya və nəsr. Bakı, “Yazıçı”, 1979. 
2.
 
Şaiq  A.  1905-ci  il  inqilabından  sonra  yetişmiş  ədəbiyyatımıza  bir  nəzər. 
“Maarif işçisi”, 1927, № 4. 
3.
 
Əlioğlu M. Məhəbbət və qəhrəmanlıq. Bakı, “Yazıçı”, 1979. 
4.
 
Həbibbəyli İ. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, “Nurlan”, 2007. 
5.
 
Киселев  И.  Конфликты  и  характеры.  Москва,  «Советский  писатель», 
1957. 
6.
 
Əhmədov  B.  Azərbaycan  satirasının  inkişaf  problemləri.  Bakı,  “Elm”, 
2000. 
 
 
 
 
 


Gulshan Aghabey 
 
 FORMATION PROBLEMS OF  
AZERBAIJANI SATIRICAL POETRY 
 
Summary 
 
In  the  article  is  analyzed  new  stage  of  development  of  satirical  poetry  after 
M.A.Sabir’s creation whose creativity is the peak of satirical poetry in Azerbaijani 
literature. The author is researched those problems and difficulties which in 1920-80 
years stood in front of representatives of satire who continued the traditions of Sabir, 
and  the  impact  of  these  problems  on  their  work.  It  shows  the  fact  that  the  duty  of 
satire  in  a  new  stage  was  incorrectly  stated  by  the  Soviet  theorists.  It  is  noted  that 
despite  the  obstacles  that  satire  encountered  passing  through  the  road  of  certain 
development it gains new form and content in a new stage. A new quality of satire in 
the  works  of  S.Mansur,  A.Nazmi,  A.Razi,  M.S.Ordubadi,  A.Vahid,  S.Vurgun, 
S.Rustam, R.Rza, R.Ahmedzadeh, R.Zabioglu, H.Ziya is noted.  
  
 
Гюльшен Агабей 
 
ПРОБЛЕМЫ ФОРМИРОВАНИЯ  
АЗЕРБАЙДЖАНСКОЙ САТИРИЧЕСКОЙ ПОЭЗИИ 
 
Резюме 
 
В  статье  рассматривается  новый  этап  в  развитии  сатирической  поэзии 
М.А.Сабира,  чье  творчество  является  вершиной  азербайджанской  сатири-
ческой литературы. Отмечаются трудности, стоявшие в 1920–80-е годы перед 
продолжателями традиций М.А.Сабира, а также их влияние на их творчество. 
Указаны  ошибки  советских  литературных  критиков  в  определении  основных 
задач,  стоявших  перед  сатирической  литературой  на  новом  этапе.  Подчер-
кивается, что несмотря все трудности и препятствия, с которыми сталкивалась 
сатира, она прошла определенный путь развития как по содержанию, так и по 
форме – на новом этапе. На основе творчества таких сатириков, как С.Мансур, 
А.Назми, А.Рази, С.Рустам, Р.Рза, Р.Ахмедзаде, Р.Забиоглы и др., исследованы 
новые аспекты и достижения в развитии сатирической поэзии.
 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Əzizağa NƏCƏFZADƏ 
Filologiya üzrə fəlsəfə doktoru 
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
azizaga.necefov@mail.ru
 
 
MƏHƏMMƏD FÜZULİNİN BƏDİİ ƏSƏRLƏRİNDƏ  
JANR, FORMA VƏ JANR FORMASI PROBLEMİ 
 
Açar sözlər: janr, forma, janr forması, əsərin məzmunu, əsərin mövzusu 
Key words:  genre,  form,  genre  form,  content  of  the  work,  theme  of  the 
work 
Ключевые слова: жанр, форма, жанровая форма, содержание произве-
дения, тема произведения
 
 
Janrların  tarixi  inkişafı  müasir  poetikanın  olduqca  mürəkkəb 
problemlərindən  hesab  olunur.  Bədii  əsərlərdə,  eyni  zamanda  Füzuli 
irsində də ədəbi janrları müəyyən edərkən, ilk növbədə yaradıcı şəxsin 
poetik təfəkkürünün  yaradıcılıq qanunauyğunluqlarını, daha sonra isə 
bədii əsərin forma elementlərini nəzərə almaq vacibdir. Bu məsələnin 
qoyuluşu isə eyni zamanda janrın müəyyənləşdirilməsinə milli, yoxsa 
bəşəri  kontekstdə,  müasir  elmin  tələbləri  və  ya  tarixi  dövr  kəsiyində 
baxılması problemini də həll etmək zərurətini irəli sürür. 
Janrların  məzmununa,  yəni  mündəricəsinə,  yoxsa  formasına  və 
xarici əlamətlərinə  görə  qruplaşdırılması, eyni zamanda, bu vaxta qə-
dər  müəyyənləşdirilməsi  çətinlik  törədən,  yaxud  təyinində  səhvə  yol 
verilmiş janr və janr formalarının aydınlaşdırılması ədəbiyyatşünaslıq 
qarşısında duran əsas problemlərdəndir. Bu zaman həm Avropa, həm 
də Yaxın  və  orta Şərq ədəbiyyatşünaslarının nəzəri fikirləri təsnifatın 
aparılması üçün əsas götürülməlidir. 
Məlumdur ki,  janr bədii  əsərlərin tipi, dünya xalqlarının, yaxud 
hər  hansı  bir  xalqın  ədəbiyyatı  tarixində  real  mövcud  olan,  hər  hansı 
bir  ənənəvi  terminlə  adlandırılan  növ  rəngarəngliyidir.  Janr  konkret 
ədəbi-bədii əsərin digər təkrarlanan oxşarı olan məntiqi quraşdırılmış 
modelidir. Janrı onun bu və  ya digər ədəbi növə mənsubiyyəti ilə və 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə