Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə25/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   21   22   23   24   25   26   27   28   ...   130

körpünün o biri tərəfidir və səkənəsinində çoxusu əcnəbi olduğundan 
içkiyə  əcnəbilərə  məmaniət  yox,  amma  müsəlmalara  həp  yasaqdır, 
kimsə ələzzahir içki içməz... 
Ünaz firqəsi büsbütün xanımlar üzüaçıq və hürdülər (azaddırlar 
–  L.Ə.),  amma  namünasib  bir  şey  yapmazlar.  Xilafşər  bir  iş  nəşət 
edərsə,  dövlət  çox  sıqı  tutar.  Amma  bəzilərinin  də  müxtəsər  bir  üz 
örtüyü vardır. Türkiyədə muze sənətinə tərəqqi verməyə çox təlaş və 
səy olunur” (4, 39-40). 
Göründüyü kimi, Türkiyə inqilabından (1908) az öncə yazılmış 
bu məktubla Cavid Q.Şərifzadəyə İstanbulun o zamankı ictimai-siyasi 
və mədəni həyatı haqqında məlumat verməklə  yanaşı, həmçinin onun 
4-5  il  əvvəlki  vəziyyəti  ilə  də  tanış  edir.  Öyrənirik  ki,  artıq  vəziyyət 
əvvəlki  vəziyyət  deyil,  İstanbul  ictimai-siyasi  həyatında  gərginlik 
əmələ  gəlib.  Hələ  XIX  əsrin  II  yarısından  fəaliyyətə  başlamış  gizli 
inqilabi təşkilatlar dövlətdə bir çaxnaşma yaradıb. İstanbul Hərbi Tibb 
Məktəbinin  kursantları  tərəfindən  “Osmanlı  birliyi”  (1889)  adlı  gizli 
inqilabi  təşkilatın  yaranması  və  bu  təşkilatın  Türkiyənin  digər  yerlə-
rində  yaranmış  özəklərinin  birləşməsi  nəticəsində  isə  1894-cü  ildə 
“İttihad və tərəqqi” partiyasının yaranması və fəaliyyəti (bu partiyanın 
nümayəndələri tarixə “Gənc türklər” adı ilə düşmüşlər – L.Ə.) 1908-ci 
il  Türkiyə  inqilabı  ilə  nəticələnmişdi.  Yəni  şairin  epistolyar  irsindən 
aydın  olur  ki,  onun  İstanbulda  yaşadığı  dörd-beş  il  Türkiyənin  ən 
“qaynar  və  mürəkkəb”  bir  dövrünə  düşüb.  “Barı  sər  keçidə  Bab-ali 
cəddəsinin  qarsısında  İzmir  otelində  13  gün  iqamət  edib,  dünkü  gün 
Validəxanada  bir  oda  qonuşdum  da,  təğyiri-məkan  etdim”  –  yazan 
Hüseyn  Cavid  ömrünün  dörd-beşini  İstanbulun  Validəxana  məhəllə-
sində  yaşayıb.  Məktublarında  adı  keçən  Validəxana  “Böyük  Validə-
xana”  məhəlləsində  yerləşir.  XII  əsr  türk  yapı  sənətinin  şah  əsər-
lərindən  və  İstanbulun  ən  böyük  binalarından  biri  olan  “Böyük  Vali-
dəxana  “Çaxmaqçılar  yoxuşunda...,  bu  yoxuşu  Sultan  hamamından 
Bəyazidə doğru çıxarkən sağ qoldadır” (5, 137). 
Onu da qeyd etmək lazımdır ki, “1875-1896-cı illərdə iranlıların 
nəşr  etdirdiyi  mühacir  İran  qəzeti  olan  “Əxtər”in  mətbəəsi  və  idarəsi 
də İstanbulda Validəxanada yerləşmişdi” (6, 13).  
İstanbuldan  Naxçıvana  yazdığı  məktubunda  Validəxanadan  və 
buranın sakinlərindən də geniş şəkildə bəhs edib: “Validəxanada sakin 
olanlar  həp  əcəmlər,  iranlılar  olduğundan  dövlət  nəzərində  o  qədər 
mötənabeh deyil, amma tişarılarda olan arqadaşların mənzillərində bir 
qəzetə,  yaxud  istiqlala  dair  bərəks  bir  söz  oxunması  və  qonuşulması 
pək mənun olub artıcaq mahalatdadır. Validəxanada iranlılıq nöqteyi-


nəzərincə  və  qarşıda  əcnəbilər  sakin  olduğu  cəhətə,  amma  hər  bir 
ehraranə qəzetlər gətirmək əcnəbi postaları təbəssütü ilə pək qolay və 
çox  asandır”  (4,  33-37).  Görünür  ki,  Validəxanada  yaşamaq  Cavid 
üçün  əlverişli  imiş.  O,  burada  Cənubi  Azərbaycan  inqilabçıları  ilə  – 
Mirzə  Məmmədəlixan,  Səid  Səlmasi,  Səvfətlə  görüşmüş,  yaxından 
əlaqə saxlamışdı.  
Türk  tаriхinin  böyük  simаlаrındаn,  “İttihаd  və  tərəqqi”nin  rəh-
bərlərindən  Ənvər  Pаşаnın  və  Аtаtürkün  silаhdаşlаrı  sırаsındа  öndə 
gələnlərdən biri olan Ömər Naci və Ziyа Göyаlpın “millətin şаhlаnmış 
imаnı”  kimi  gördüyü  Ömər  Nаci  bəyi  Hüseyn  Cаvidə  İstаnbuldа  zi-
yаrət etmək qismət olub. Cavidin İstanbulda tanıdığı, görüşdüyü Ömər 
Naci 36 yаşındа Kərkükdə şəhid edilib. Bir sözlə, Cаvidin İstаnbuldа 
görüşdüyü insanlar “gənc İrаn əhrаrının ən həmiyyət pərvərləri”, Cə-
nubi Аzərbаycаnın məşrutəçi fədailəriydi” (7). 
İlk  məktublarından  birində  “İstambula  gəlişinin  ilk  aylarında 
İran hürriyyətxanalarının mübarizəsindən bəhs edən ədib bir tamaşaya 
baxdığını  da  yazmışdı”  (5,  46)  ki,  bunlar,  Cаvidin  İstambulda  özünə 
“Qafqazlılardan  və  iranlılardan  ibarət  olan  bir  mühit  yaratdığını,  bu 
mühitdə  “mədəniyyət  və  hürriyyətin  qızğın  mübarizləri”  Hacı  Baba 
ağa, Ağa Zeynal Məmmədov, Məmmədəli Tərbiyyət, Səid Səlmasi və 
s. tanış olduğunu təsdiq edir.  
Bu mühitin və burada tanıdığı insanların H.Cavidə müsbət təsiri 
olmuşdu. Ümumiyyətlə, Cavidin İran məşrutəçiləri ilə olan görüşləri, 
münasibətləri onun həyatında dəyərli fakt kimi qiymətləndirilməlidir.  
Şairin məktublarında həm də onun burada yaşayarkən çox əziy-
yət  çəkməsi,  daima  maddi  sıxıntılar  içərisində  yaşaması  və  təhsil  al-
ması,  bütün  çətinliklərə  baxmayaraq  hər  zaman  ləyaqətlə  yaşaması, 
kimsəyə  əyilməməsi,  bəzən  pulla  tələbə  hazırlaşdıraraq  özü  öz  həya-
tını  təmin  etməsi  də  öz  əksini  tapıb.  Məktublarından  birində  yazır: 
“Sözün  ən qısası,  bəndəniz şimdilik  əlimdə olan 5-3 lirədən  yemiyə-
yemiyə  (daha  doğrusu  həftələrlə  pendir  əkməklə  qənaət  edərək)  kə-
mali  səfalətlə  artıra  bildiyim  cüzi  bir  məbləğlə  bir  kaç  ayda  kəndimi 
idarə  edə  bilərəm.  Yalnız  burası  bilinməli  ki,  həyatın  fəlasifeyi-
kəlbiyyun ki, yaşayışların kəlb yaşayışından təfrik olunmaz – həyatın-
dan pək fərqli deyil” (4, 34). 
Doğrudur, İstanbulda təhsil alan Cavidə müəyyən təşkilatlar və 
maarifpərvər insanlar, az da olsa, köməklik edib, lakin “özgələrə ehti-
yac hissi ilə” yaşamaq şairin o qədər də ürəyincə olmamış; “bəndənizi 
cocuqluğumdan  bəri  görmədiyim,  bilmədiyim,  sevmədiyim  və  sevə-
məyəcəyim o qorxunc, o müdhiş heçliyə... (dilənçilik) deyilən o quduz 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə