Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə40/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   36   37   38   39   40   41   42   43   ...   130

Şeyxülislam  Yəhyanın  bir  həcvində  Nəfiyə  kafir  deməyinə 
şairin verdiyi cavab divan şeirində çox məşhur həcv nümunəsi sayılır. 
Şeyxülislam Yəhyanın şeiri: 
 
Şimdi xeyli sühənvəran içrə
Nəfi manəndi var mı bir şair. 
Sözləri səbayi-müəlləqadır 
İmrül-Qeys kəndidür kafir. 
 
Nəfinin cavabı: 
 
Bizə kafir demiş müfti əfəndi, 
Tutalı bən ana diyəm müsəlman. 
Varulduqda yarın ruzı-cəzaya, 
İkimiz də çıxaruz anda yalan (1, 250). 
 
Əsasən divanında eyni zamanda da “Sihamı-qəza”nın bəzi nüs-
xələrində  olan  bu  qitə  ilə  Nəfi  həqiqətən  həcv  yazmaqdakı  ustalığını 
bir  daha  ortaya  qoymuşdur.  Ancaq  belə  nümunələr  olduqca  azdır. 
Şeirlərin  əksəriyyəti  isə  daha  çox  tənqid  etdiyi  insanların  qüruru  ilə 
oynayır, onların xarici görkəmlərinə tənə edir. Bu baxımdan onun Für-
sətini  həcv  etdiyi  qəsidəsi  tənqidçilərin  olduqca  etirazına  səbəb 
olmuşdur: 
 
Ana bənzərdi gər sürsə yüzinə zərbəçav iblis, 
Ana bənzərdi gər cinni olaydı kəhrüba-talat (1, 200). 
 
“Sihamı-qəza”da  “Dər  haqqı  Məhməd  Əli”  başlığı  ilə  yer  alan 
bir qitədə isə tənqid edilən şəxsin söyüldüyünün şahidi oluruq: 
 
Görmədim səncileyin rindi-cəhan-didə gidi
Birə nazük, birə axmaq, birə vadadə gidi. 
Sən də İtri gibi xarlıqda qalup gər şimdi
Taib olsan nicə olurdı birə varidə gidi (1, 247). 
 
Şir gürcü Məhməd Paşaya yazdığı “A köpək” rədifli həcvində də 
çox  təhqiramiz  sözlər  istifadə  edir,  tənqid  etdiyi  şəxsi  söyməkdən  də 
çəkinmir: 
 
 


Molla Sultana zıbıqçıbaşı da olsa əgər, 
Görünür bana yenə cariyədən kəm a köpək (1, 161). 
 
Nacinin, 
 
Neylədim sana Yusifi-xarrat köpək oğlu
Arxalığı tək köynəyi dörtqat köpək oğlu (12, 54b) və ya  
 
Arzıma quş qıl ey panbuq atanın balası,  
Qələt etdim bu sözi maliqanın balası .  
Kəbirin ya tulanın ya da omanın balası, 
Ayının, ya köpəyin, ya da çobanın balası (12, 72b). 
 
Nacinin  eyni  zamanda  simvollarla  yazdığı  həcvləri  də  vardır. 
Onun “Mığ-mığ”, “Şalaq” və s. rədifli həcvləri diqqət çəkir.  
 
Rəhm qıl canıma aman mığ-mığ,  
Ey səsi zurnadan yaman mığ-mığ. 
Nə qədər sordunuz hücum eyləyim , 
Qalmayubdur tenimdə can mığ-mığ (12, 36a) və ya  
Yenə gəldi bazara meyvələrin şahı şalaq. 
 
Kinayə  və  imadan  tutmuş  təhqir,  söyüşə  qədər  uzanan  Naci  və 
Nəfi həcvlərinin çoxundakı kobud ifadələr, bu əsərləri ədəbi nümunə 
kimi  dəyərləndirməyi  əngəlləyir.  Bütün  bunlara  baxmayaraq,  istər 
“Sihanı-qəza”, istərsə Naci  həcvləri  satirik şeirin gözəl  nümunələrin-
dən də xali deyildir. Bunlar şairlərin həcv ustalıqlarını sübut edən nü-
munələrdir.  
 
Nəzər xoş eylə bax hökmi-xudanı fəhm et, 
Nə buyurmuş bizə gör ayəti-hökmü Quran (12, 41a). 
 
Nacinin  ibrətamiz  misraları  onun  dərin  zəkaya  malik  olduğunu 
təsdiq edir. 
 
Yıxma bir qəlbi ki, Allah öz əli ilə tikmiş,  
Bu səbəbdən deyilübdür ona beytül-rəhman (12, 41b). 
Heç kəsə qalmayacaq mülki- Süleyman Naci (12, 71a).  
 
M.İbrahimov yazır: “Komik və satirik əsərlər bizdə orta əsrlər-


dən başlayaraq həcv formasında inkişaf etmişdir. Həcv, əsasən, geniş 
ictimai  mündəricəyə,  dərin  tənqidi,  öldürücü  xüsusiyyətə  malik  ol-
muşdur.  İndi  ictimai  məzmunlu  həcvi  söyüş  və  şəxsi  nifrətin  ifadəsi 
kimi  izah  etmək  halları  olduqca  yanlış  və  ədəbiyyat  tariximiz  üçün 
zərərlidir. Xeyir, həcvi ancaq bir adama qarşı şəxsi nifrət motivləri ilə 
izah  etmək  olmaz.  Ümumiyyətlə,  şərq  ədəbiyyatı,  bilxassə  Azərbay-
can ədəbiyyatının tarixi inkişaf şəraiti və xüsusiyyətləri gülüşün, sati-
ranın həcv şəklində meydana çıxmasına səbəb olmuşdur” (13, 15-16). 
Aydın  Abıyev  “Türk  ədəbiyyatında  satira”  monoqrafiyasında 
göstərdiyi kimi hər cür həcvi satirik şeirin təməlində, inkişafında ilkin 
mərhələ olaraq qəbul etmək çətindir” (14). Qaba ifadələr söyüş və təh-
qirlərlə  dolu  olan  sırf  şəxsi  maraqları  ifadə  edən  heç  bir  ümumiləş-
dirmə gücünə malik olmayan nümunələri böyük ədəbiyyata aid etmək 
düzgün olmazdı. Bununla belə əgər konkret həcvdə paxıllıq, bədxah-
lıq, nadanlıq, cəhalət, rüşvətxorluq, rəzalət, satqınlıq, ədalətsizlik kimi 
naqis  əməllər  pislənirsə,  belə  nümunələrin  ictimai  mahiyyətini  dan-
maq olmaz. Orta əsr şairlərinin yaradıcılığında daha çox ictimai təsir 
vasitəsi kimi diqqəti cəlb edən, mənfilikləri pisləyən, yeri gəldikcə la-
ğa qoyan həcvə münasibət  sonrakı  dövrlərdə heç də birmənalı olma-
mışdır.  Bir  çox  sənətkarların  özü  də  həcvi  az  qala  hədyan  saymış, 
ondan yalnız düşmənlərini sancmaqdan ötrü istifadə etməyə çalışmış-
dır.  Bu  baxımdan  XIX  əsrin  görkəmli  sənətkarı  Q.Zakirin  “yol  gedə 
bilməyəcək  əhli-vilayət  nədən”  misrası  ilə  başlayan  şeirlərindən  aşa-
ğıdakı misraları göstərmək olar:  
 
Həcvü-hədyan ilə ovqad keçirdin Zakir, 
Qorx o gündən olasan ta bəədəd (15, 44). 
 
Bütün  bunlara  baxmayaraq,  həcv  bir  janr  kimi  inkişaf  edərək 
özünün ən qüvvətli töhfələrini vermişdir. Nəfi və Nacinin həcv sahə-
sindəki müvəffəqiyyəti bunu bir daha sübut edir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Akkuş M. Nefi ve Siham-ı Kaza. Ankara, Akçağ yayınları, 1998. 
2.
 
Karahan A. Nefi Divanından Seçmeler. Ankara, Kültür Bakanlığı, 1992. 
3.
 
Şirvani  Seyid  Əzim.  Əsərləri.  III  cild.  Tərtib  edən:  Süleyman  Rüstəmov. 
Bakı, “Elm” nəşriyyatı, 1974. 
4.
 
Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. 2 cilddə, I cild. Transliterasiya 
edən: Ruqiyyə Qənbər qızı. Bakı, “Elm” nəşriyyatı, 1981. 
5.
 
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. “Nurlan”, Bakı, 2010. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə