Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə38/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   34   35   36   37   38   39   40   41   ...   130

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Lamiyə RƏHİMOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
lamia.75@mail.ru
 
 
DİVAN ƏDƏBİYYATININ İKİ HƏCV ŞAİRİ 
 
Açar sözlər: Divan, Naci, əlyazma, həcvlər, şairlər, Nəfi
 
Key words: Divan, Naji, manuscript, pamphlets, poets, Nefi 
Ключевые слова: Диван, Наджи, рукописи, памфлеты, поэты, Нефи
 
 
XVIII  əsr  klassik  türk  ədəbiyyatında  həcv  əsərlərinin  az  olma-
sına baxmayaraq, XIV və XV əsrdə didaktik əsərlərin arasında bəzən 
güldürücü hekayələrə, XVI  əsrdə isə sayı  xeyli olan həcv nümunələ-
rinə rast gəlmək mümkündür. Nəfinin “Sihamı-qəza” əsəri XVII əsrdə 
həcv janrında yazılmış əsərlərdən biridir. Həcvlərin ağır dil və üslubda 
yazılması bu janrın klassik ədəbiyyat şairləri tərəfindən çox az istifadə 
edilməsinə səbəb olmuşdur. 
Klassik  ədəbiyyatda  xüsusi  yer  tutan  həcv  janrının  ən  şöhrətli 
təmsilçisi sayılan və əsl adı Ömər olan Nəfinin, qaynaqlarda təqribən 
1072-ci  ildə  Ərzurumdan  40  km  məsafədə  olan  Həsənqalada  anadan 
olduğu  qeyd  edilir.  Əbdülqadir  Qaraxan  şairin  Hafiz  Əhməd  Paşaya 
h.1034/m.1625-ci  ildə  yazdığı  bir  qəsidəsində  “otuz  ildən  bəri  şeir 
yazdığını” söylədiyinə və eyni zamanda Qaraxan tərəfindən üzə çıxa-
rılan Gelibolulu Mustafa Əlinin (1541-1600) bir nüsxədən ibarət olan 
“Məcmaul-bəhreyn”  (h.1000/m.1591)  əsərinin  giriş  hissəsində  Nəfi-
dən  “gənc  və  ağıllı  bir  şair”  kimi  bəhs  etməsi,  şairin  yuxarıda  qeyd 
etdiyimiz tarixdə anadan olması fikrinin doğru olmasını təsdiqləyir. 
Qaraxan,  Raif  Yelkəncinin  kitab  kolleksiyası  arasında  mövcud 
olan bir əlyazmaya istinadən Nəfinin atasının Məhməd bəy, babasının 
isə Əli paşa olduğunu qeyd etmiş, şairin soyunun Şirvanla bağlılığını 
da  bildirir.  Nəfi  ilk  əvvəl  “zərərə  mənsub”  mənasını  bildirən  “Darir” 
təxəllüsündən istifadə etsə də, Mustafa Əlinin tövsiyəsi ilə daha sonra 
dəyişdirdiyini “Sühən” rədifli bir qəsidəsindən anlayırıq: 


 
Eylədüm məxləsi Nəfi ilə qədrüm əfzun
Zihni pakimdə görüp qüvvəyi-izanı sühən (1, 207). 
 
Hələ  uşaq  vaxtı  onu  qoyub  Krım  xanına  nədimlik  etmək  üçün 
gedən  atasını  həcv  edən  şairin  yazdıqlarına  istinadən  onun  çox  da 
firavan uşaqlıq keçirmədiyini söyləmək olar: 
 
Saadət ilə nədim olalı pedər hana
Nə mərcimək görər oldu gözüm nə tarhana. 
........................................................... 
Pedər deyil bu bəlayi-siyehdir başıma, 
Sözüm yerində nola güç gəlirsə gər hana (1, 46). 
 
Nəfi  ilk  vaxtlar  İran  şairləri  Hafiz  və  Sədinin  yaradıcılığından 
bəhrələnərək  şeir  yazmışdır.  Şairin  gənclik  illəri  haqda  əlimizdə 
kifayət  qədər  məlumat  yoxdur.  Hətta  onun  nə  vaxt  və  nə  səbəbdən 
İstanbula  gəlməsi  haqqında  da  dəqiq  fikir  yoxdur.  Ancaq  onun 
qaynaqlara  istinadən  otuz  ilə  yaxın  İstanbulda  yaşadığını  söyləyə 
bilərik.  Şair  I  Əhməd,  I  Mustafa,  II  Osman,  IV  Murad  zamanında 
yaşamış  ancaq  bunlardan  sadəcə  I  Əhmədlə  IV  Muradı  sevmişdir. 
Bunlardan  birinciyə  8,  ikincisinə  isə  12  qəsidə  yazaraq  onların 
hörmətini  qazanmışdır.  Bu  əsrin  sədrazamları  olan  Quyucu  Murad 
paşaya (vəf. 1020), Nasuh paşaya (vəf. 1023), Damat Məhməd paşaya 
(vəf.  1029)  və  Xəlil  paşaya  (vəf.  1040)  qəsidələr  yazmış  və  hər 
birindən də lazımınca hörmət görmüşdür.  
Nəfinin  həyatının  və  sənətinin  ən  parlaq  illəri  IV  Muradın  səl-
tənəti  dövrünə  təsadüf  etdiyi  kimi  acınacaqlı  və  faciəvi  dövrü  də  bu 
dönəmə  aiddir.  Belə  ki,  IV  Murad  bəzən  özü  də  şeir  yazdığı  üçün 
şairləri hər zaman yüksək qiymətləndirmiş, onları müxtəlif məclislərə 
dəvət  etmişdir.  Nəfi  də  o  cümlədən  bu  məclislərdə  iştirak  edən 
şairlərdən olmuşdur.  IV  Murad təbiət  etibarilə olduqca sərt və bir az 
da coşğun xarakterə sahib idi. Elə məhz bu keyfiyyətinə görə Nəfinin 
mədhiyyələrini,  söyüşlə  dolu  həcvlərini  də  həvəslə  dinləyir  və  onlar-
dan  zövq  alırdı.  Hətta  Nəfini  mədh  edən  bir  şeirinin  də  olduğunu 
burada xüsusi olaraq qeyd etməliyik: 
 
Gəlin insaf edəlim fərq edəlim miqdarı, 
Şairiz biz də deyü, lafü güzafı qoyalım. 
Edəlim bi-məzə söz söyləmədən istiğfar


Daməni-Nəfii-pakizə-ədayı tutalım. 
Biz kəlam nəqliyiz nərdə o sahib-güftar
Ona təslim edəlim əmrinə münkaad olalım (2, 7). 
 
Ancaq  bu  firavan  və  xoşbəxt  günlər  24  iyun  1630-cu  ildə  sona 
çatmışdır.  Rəvayətə  görə,  IV  Murad  atası  I  Əhmədin  Beşiktaşdakı 
sarayında oturub Nəfinin “Sihamı-qəza” əsərini oxuyub feyziyab olar-
kən şimşək düz taxtın yanına düşər, bunun da bir bədbəxtçilik nişanəsi 
olduğuna  inanan  padişah  əsəri  cırıb  atar.  Nəfini  isə  çağıtdıraraq  bir 
daha  həcv  yazmamasını  təmbeh  edər.  Bu  hadisədən  sonra  Nəfi  vəzi-
fəsindən  azad  edilir.  Hətta  bu  hadisə  Nəfiyə  həcv  yazmış  bir  şairin 
misralarında belə verilmişdir: 
 
Gökdən nəzirə endi Sihamı-qəzasına, 
Nəfi dili ilə uğradı həqqin bəlasına (2, 8). 
 
Qaynaqlarda Nəfinin ölümü ilə əlaqədar da bəzi rəvayətər möv-
cuddur. Deyilənə  görə,  Padşaha verdiyi  sözün üstündə  durmayan şair 
sədrazam  Bayram  paşaya  bir  həcv  yazmış  və  bu  səbəbdən  də  IV 
Murad onu Bayram paşanın əlinə verərək ölümünə imza atmışdır. Şair 
boğularaq öldürülmüş, daha sonra da cəsədi dənizə atılmışdır. Nəfinin 
vəfatı ilə bağlı bir neçə tarix (əbcəd hesabı) yazılmışdır: 
“Keçdi  Sihamı-Qəza,  Qətlinə  oldu  səbəb  həcvi  hələ  Nəfinin”, 
“Nagəhan gəldi bir əksikli dedi tarixin, ah kim qıydı fələk Nəfi kimi 
ustada”. Bütün bu tarixlərə istinadən şairin h.1044/m. 1635-ci ildə öl-
dürüldüyünü söyləyə bilərik.  
Nəfinin  həyatı  və  yaradıcılığı  haqqında  müxtəlif  qaynaqlarda 
məlumatlar  mövcuddur.  Bütün  bu  qaynaqların  hamısında,  xüsusən 
Katib Çələbi (1608-1657), təzkirəçi Rıza (Seyid Məhməd, vəf. 1671), 
Ziya Paşa (1825-1880), Rəcaizadə Mahmud Əkrəm (1847-1914), To-
fiq Fikrət (1867-1915) yazılarında Nəfinin qəsidə və həcv yazmaq qa-
biliyyətini vurğulayır, bu sahəyə təzə, orijinal dil və üslub gətirdiyini 
qeyd  edirlər.  Öz  sənətçi  yoldaşları  olan  Sabri  (vəf.  1648),  Naili  (vəf. 
1666), Nabi (1642-1712), Nədim (vəf. 1730), Şeyx Qalib (1757-1799) 
də  Nəfinin  qüdrətli  şair  olduğunu  qeyd  edir.  “Şairin  şeir  yazmaq 
istedadı  xüsusi  diqqət  çəkir.  Vəzn  və  qafiyəni  onun  qədər  hislərinə 
ram edən şair çətin tapıla” (2, 13). Nəfi şeirlərində müharibə meydan-
larını,  silah  və  at  sevgisini,  yazın  gözəlliyini,  qəhrəmanlığı,  sevgi  və 
şərab  zövqünü  müvəffəqiyyətlə  dilə  gətirmişdir.  Qəsidənin  fəxriyyə 
hissəsinə ən çox yer verən şair də yenə məhz Nəfi olmuşdur. I Əhmə-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə