menin dərkinə yönəlmişdir.
Real həyati faktlara söykənən “Nəfhətül-əshar” (1588-1589)
əsəri Muhyinin qət etdiyi həyat yolunun panoraması olmaqla, ədibin
qarşılaşdığı mütəfəkkir alim və ziyalıların təriqət ədəb-ərkanı ilə bağlı
fəlsəfi dünyagörüşünü, seyri-süluk yolçuluğuna qədəm qoyan salikin
ruhi iztirablarını ifadə edir.
“Əxlaqi-kiram” əsəri müəllifin fəzilətli davranış qaydalarının
metodoloji təsvirinə əsaslanan didaktik müntəxabat olmaqla, valideyn-
övlad münasibətlərində qarşılıqlı hörmət və ehtiram prinsipini rəhbər
tutan öyüd xarakterli etik-estetik qaydaların təsviri ilə diqqəti cəlb
edir. Haqq-ədalət prinsipinin məntiqi şərhini mövzu edən “Əxlaqi-
kiram” əsərinin Qahirə, Nuru Osmaniyə, İstanbul Universitet nüsxə-
ləri dəyərli şəxsiyyətlərin məşəqqətli həyat hekayələrini də
özündə
cəm edir (6, XVII).
Təsəvvüfi ruhun hakim olduğu “Silsilətül-işk” əsəri Tanrı nuru-
nun bəni-adəmdə təcəlliyatını önə çəkməklə ilahi feyzin qüdrətini,
həqiqi eşqin müridin bəsirət gözünün açılmasında vacib ünsür oldu-
ğunu təfərrüatı ilə qeyd etmiş, cisim aləminin nəfs, bədən, ruh asılılı-
ğını şərtləndirdiyini tamamlamaqdadır. Müəllifin on beş yaşında ikən
qələmə aldığı bu əsərin mövzusunu sevgi və onun əhəmiyyəti, eşqlə
bağlı hadisələr və “Məsnəvi”dən beytlər təşkil edir (6, XVIII).
İnsanlar arasında kommunikasiya vasitəsi olan dil təbii intellek-
tual sistem kimi tarixi təhlil predmetidir. Təşəkkül etdiyi dövrdən eti-
barən söz və səslərdə təzahür edən dil geniş ifadə imkanları, yüksək
səviyyəli yazı normaları, üslub çalarlığı ilə bəşər mədəniyyətinin
əvəzsiz məhsuludur. İstər nəzəri, istərsə də elmi konsepsiyaları özündə
ehtiva edən dil faktları əsrlər boyu tarixi proseslərə məruz qalmış,
daha davamlı dil kateqoriyalarının, dil vahidlərinin formalaşması pro-
sesi ilə sabitləşmişdir. Muhyi Gülşəninin müştərək olaraq türklər,
farslar, ərəblər üçün icad etdiyi yeni süni dilin qayda və prinsiplərini
ehtiva edən “Lüğət və Qəvaid-i Baleybilən” əsəri xalqlararası dil
birliyini təbliğ etməklə ön söz, səkkiz sinif, bir xatimə və on kitab
qisimlərilə tamamlanaraq dil fərqliliyini aradan qaldırmaqla müxtəlif
din və mədəniyyətə mənsub olanları birgə ünsiyyətə səsləyir. Muhyi
bu dili yaratmağın vacibliyinə diqqəti yönəltməklə müsəlmanlar ara-
sında din birliyi ilə yanaşı, dil birliyinin də mühüm əhəmiyyət kəsb
etdiyinə toxunmaqla ortaq dil anlayışını prioritet məsələ səviyyəsinə
qaldırır. Şərq aləmində süni dilin ilk qurucusu olaraq tarixə adını qızıl
hərflərlə yazdırmış Muhyi hərflər, saylar, sərf, nəhv, istilah, məsdər
başlıqları adı altında əsəri qruplaşdırmış, Osmanlı türkcəsinin səs