Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə60/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   121

Müşk ilə şəkərdən bir neçə xalvar. 

Mey, noğul, bostanın bəzəyi reyhan 

Neçə gün daşındı şaha durmadan. 

Həm də mehtərlərə ayn olaraq 

Hər gün göndərirdi müəyyən ərzaq. 

O qədər mərdlik üz verdi qadından 

Tə"rifi dillərdə oldu bir dastan. 

Padşahın könlündə açdı bahartək 

Onunla görüşmək arzusu çiçək. 

Qadım öyrətmək istədi o şah,

Olsun bu ölkənin sirrindən agah. 

Bilsin sərhəddini bu məmləkətin, 

Varmıdır əsli bu sözün, söhbətin? 

Şəbdizə vurunca gündüz qızıl nal,

O dünya günəşi atlandı dərhal

184

. 

Hazırlıq görüncə ucaldı göyə,

Yol aldı saraya "Elçiyəm" deyə.

Elə ki, saraya çox yaxın gəldi,

Yolun zəhmətindən bir az dincəldi. 

Göylərə baş vuran bir saray gördü, 

Onu yerlər öpür, göylər öpürdü. 

Xidmətçi qadınlar onu gördülər, 

Qaçıb Nüşabəyə verdilər xəbər: 

"Rum tacidanmn şən dərgahından 

Ölkəmiz alıbdır şənlikdən nişan. 

Ağıllı bir elçi gəlmişdir bizə,

Rum şahından xəbər gətirmiş sizə. 

Ağıl mədəmdir başdan-ayağa, 

Bənzəyir tanrıdan yanan çırağa." 

Nüşabə sarayı bəzədi artıq,

Dəmirli yollara vurdu yaraşıq. 

Nazənin qızlara vuruldu bəzək, 

Düzüldü sıraya yüz əlvan çiçək. 

Müşkin kəməndlərə düzüldü gövhər, 

Daş-qaşa büründü ipək geyimlər,

Bir bağça tovuzu kimi səkərək 

Parlayıb, gülümsər işıq çıraqtək

212


Padşahlıq taxtına oturdu xoşhal, 

Əlində ətirli, gözəl portağal.

Əmr etdi, padşahlar ayini üzrə 

İskəndər elçisi gəlsin hüzurə.

O uca sarayın baş vəkilləri 

Əmrini icradan durmadı geri.

Elçi çox sür”ətlə girdi qapıdan, 

Qondu taxt üstünə o qorxmaz aslan. 

Belindən nə qılınc açdı, nə kəmər, 

Elçitək etmədi səcdə İskəndər.

O gözəl sarayda bir hikmət gördü, 

Sevimli bir saray, bir cənnət gördü. 

Hər yanda qaynaşır huri və pəri, 

Müşk ilə, ənbərlə yoğrulmuş yeri. 

Daş-qaşa batmışdı gəlinlər, qızlar, 

Baxanın gözündə parlar ulduzlar. 

Elçiyə daş-qaşın panhısından 

Bir alov göründü durduğu məkan. 

Sanki birləşmişdir mədənlə dərya, 

Bütün gövhərləri tökmüş buraya. 

Elçinin tutduğu uğursuz işə 

Nüşabə pərt olub, düşdü təşvişə:

”Bu zirək kişiyə indi nə demək, 

Qoyulan ayinə əməl etməmək? 

Həddim tanıtmaq gərəkdir ona:

Bu elçi saymayır bizi, baxsana.” 

Nüşabə baxınca düşərək şəkkə 

O bişmiş qızılı vurdu məhəkə. 

Diqqətlə baxınca tanıdı birdən, 

Taxünda yer verdi, qəlbi oldu şən. 

Bildi İskəndərdir, dolaşır ona, 

Taxünda oturmaq yaraşır ona. 

Yeddi mavi göyün səadətilə 

Onun tərifim gətirdi dilə.

Endirdi həyadan göz qapağım, 

Utandı, tər yudu al yanağım.

Sezdiyi bu işi açmadı ona,

213


Açanm var, deyə bağlı qıflına.

İskəndər bir elçi kimi davrandı,

Özünü olduqca o sərbəst sandı.

Çox salam yetirdi hey dönə-dönə, 

Təkmil bir elçilik etdi özünə.

Salamlar bitincə dedi: - Ey sərdar 

Şöhrətli, şövkətli, adil tacidar 

Deyir: "Ey şöhrəti dünyam tutan,

Ən adlı kəslərə meydan oxuyan,

Nə üçün çevirdin bizdən yüyəni? 

Hüzura gəlmədin, anmadın məni?

Nə zülüm etdim ki, düşmən kəsildin?

Ey hann at, bizi acizmi bildin?

Bundan da kəskin bir qılınc kimdə var? 

Kimin oxu belə qızğın od saçar 

Ki, ona sığınmaq yararlı ola,

Səninçin məsləhət budur, gəl yola.

Uca dərgahından çəkinmə, gəl, get, 

Coşduğum gündə qorx, ondan həzər et. 

Bu gözəl ölkənə mən ki yol aldım,

Öz dövlət kölgəmi üstünə saldım. 

Çapıma neçin baş vurmadın bir an, 

Neçin üz çevirdin mənim yolumdan? 

Könlümü alırsan meyvə, şərabla, 

Aldadırsan noğul, reyhan, kababla. 

Etdiyin bu işlər qəbuldur, ancaq 

Doğru fikirlərdən gəl olma uzaq.

Səni bu idrakla görməyim, inan. 

Bəxtiyar görünür hümay quşundan. 

Qəbul başlamrkən səhər, çox erkən 

Şahın dərgahına sən də gələrsən."

Elə ki, yetirdi özündən xəbər 

Başım aşağı dikdi İskəndər.

Nüşabə cavabçın lalə sayağı 

Gül açıb, tərpətdi yaqut dodağı:

"Ey cəsur padişah, eşq olsun sənə, 

Elçilik edirsən özün özünə.

214


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə