Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə56/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   121

Bu yerdə bağlanıb qalmaqdır ziyan. 

Daima dolamr bu yeddi fələk,

Dünya seyrinə var məndə də istək. 

Görüm bu dünyada yeni nələr var, 

Varmıdır məndən də güclü tacidar? 

işıqlı fikrimcə budur məsləhət:

Dünyam gəzməyə çıxarkən, əlbət, 

Xəzinə, dövləti Ruma göndərmək, 

Oraya etimad bağlamaq gərək.

Hər işdə lazımdır ayıqlıq, diqqət,

Hər kuzə çeşmədən çıxmaz səlamət. 

Taxtımın başım tutar bir düşmən, 

Taxtımdan, tacımdan ayrılmaram mən. 

Dünyamn çəkilməz bəlalan var,

Bu yolun qorxusu, cəfalan var.

Ruma dön, orada məskən elə, qal, 

Mənim də fikrimə uyğundur bu hal. 

Fitnədən o mülkü qoruyursan sən, 

Çünki ay nayibdir işıq günəşdən. 

Rövşənək xatunu götür bərabər, 

Onunla ölkənin işi düzələr.

Bir fikir doğunca günəş ağıla,

Hər yaxşı-yamana bir ölçü saxla. 

Nayibsən, işi gör, dinlə ədi ilə,

Məni yaxşılıqla gətir sən dilə.

Onunçun bəyəndim səni hər kəsdən. 

Böyüklük gözüylə sənə baxdım mən”. 

Sözə başlayaraq hünərli vəzir,

O buyruq verənə göstərdi tədbir: 

"Padşaha layiqdir hər buyruq, fərman, 

Əmriylə iş görür hər iş bacaran. 

Getdikcə şövkətin kəmalə dolsun, 

Qərəzlə istəyin qol-boyun olsun,

O uca rəyiniz göstərdi tədbir,

Qarşım görməkdən ziyanım gəlirə

Şahın göstərdiyi uğurlu işə

Mən boyun qoyaram, düşmə təşvişə.

198


işində, gücündə, ancaq, hər zaman 

Ayıq olmalıdır uca hökmüran.

Bu mübarək səfər çaünca sona, 

Dönüncə yenə öz doğma yurduna, 

Ağır iş deyildir böyük sərvərə 

Dünyam tapşırmaq iş bilənlərə. 

Dövləti saxlamaz yalmz bir nəfər, 

Dünyam özünə bağlamaz bir ər. 

Dünyada var saysız ölkə və dövlət.

Bu dövran hər kəsə ayırmış qismət. 

Ram etsən özünə tanrı verəni, 

Qismətin ondadır, o tutar səni.

Hər padşah əmrinə boyun əyincə,

Hər ölkə, hər tərəf sənindir məncə. 

Olsa düşman evi sənin torpağın. 

Cilovu başına buraxma, saqın. 

Başqalar mülkündə durmaq nə yarar, 

Vurma ayağına onunla cidar.

Yad mülkü nə əldə saxlamaq olur.

Nə də vanna bel bağlamaq olur. 

Sanma bu dünyada çarpışma yoxdur, 

Hər kəs bir ağadır, göz dikən çoxdur 

Riyasət fikriylə burda, ey salar, 

Rumlardan kimsəni etməzsən sərdar. 

Kəyan ovlağıdır əcəm torpağı,

Orda bir vəhşidir yadlar ayağı.

Nə qədər xatadan uzaqdır həyat, 

Dünyada padşahlıq adım ucalt. 

Ölkənə dönərkən uzaq səfərdən, 

Qısaltmış olarsan uzun işi sən.

Sən güldür üzünü şahzadələrin, 

Silinsin qəlbindən qəmin, kədərin. 

Hər şahı layiq bir ölkəyə göndər.

Nə yeri istərsə o yerə göndər.

Hər biri bir səmtə tərəfdar olsun,

Hər tərəf bir şaha giriftar olsun. 

Qorxmam əcəmlər qalxsın yemdən,

199


Daranın qanını almaq istərkən, 

Yunana və Ruma çıxarsın ordu. 

Dağıtsın ölkəni, nəyə gərək bu?

Hər biri padşahlıq edərsə tək-tək. 

Ortada düşmənlik artacaq, bişəkk. 

Hər kəsi mülkünün qayğısı alır, 

Ölkəmiz düşməndən səlamət qalır. 

Düşmənlər talana başlarsa ancaq, 

Yolunu bununla olur bağlamaq.

Bir də ölkələrdə kin toxmu saçma, 

Yurduna düşmənin yolunu açma. 

Qoyma qanla yusun şahlar dünyam, 

Qoy alovlanmasın düşmənin qam. 

Sanma dik başlann tökdüyü qandan 

Səyavuş qamtək qalmaz bir nişan. 

Yersiz qan tökməkdən daim dur geri, 

Qanlıdır səninlə çarxın xəncəri. 

Ərənlər söyləmiş nə gözəl məsəl: 

"Dəyməz dəyməyənə ziyanlı bir əl.” 

Yetməsin kimsəyə səndən qəm, kədər, 

Az ziyan verənlər az ziyan çəkər.

Xor baxma, alçalmaq sığmaz hər başa, 

Kimsəm öldürmə, əbədi yaşa."

Vəzir yol göstərdi, tökdü çox tədbir, 

Sözləri padşaha eylədi təsir.

Dövran gümüş teştin ağzım açdı.

Qara qarğa qızıl yumurta saçdı

178

. 

Qoca möbidlərsə tarix boyunca 

Yumurta və teştdən demiş doyunca

179

. 

İskəndər ağlıyla tökdü bir tədbir,

Əmr etdi: tez gəlsin, atlansın vəzir. 

Orda kitabxana varsa nə qədər, 

işarə elədi, tez gətirsinlər.

Hər çeşid elmdən dəyərli sözlər,

Hər incə hikmətdən açdı bir dəftər. 

Yunana göndərdi tərcüman ilə 

Çevirsin bir dildən başqa bir dilə.

200


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə