Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


İpləri ipəkdən möhkəm hörülmüş



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə64/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   121

İpləri ipəkdən möhkəm hörülmüş,

224


Sütunu qızıldır, mismarı gümüş. 

Aündan endi yol tapsın hüzurə,

Üz sürtsün dünyanın öpdüyü yerə. 

Növbətçi hörmətlə verincə izn, 

Zəmişan çadıra girdi nazənin.

Gördü ki, dünyamn şahları gəlmiş, 

Bir tac kölgəsində başlar əyilmiş. 

İskəndər önündə kəmər-kəmərə 

Padşahlar oturmuş, göz dikmiş yerə, 

O parlaq büsatdan düşdü qorxuya, 

Görənin ürəyi dönərdi suya.

Hamısı divarda surətə bənzər, 

Danışıb gülməyə kimdə var hünər? 

Hasarı görüncə hasarlı gəlin 

Titrədi, bu qəbul göründü gərgin.

Yer öpdü Nüşabə, afərin aldı,

O aslan ürəklər buna mat qaldı. 

Kənizlər hakimin əmrini alcaq 

Bir kürsü qoydular günəşdən parlaq. 

Yanında oturdu dünya gəlini,

Aldı qız-gəlinlər dörd dövrəsini. 

Halım soruşdu, göstərdi hörmət, 

Coşdu o gəlişlə məclisdə işrət.

Bir az toxtayınca yeni oturan, 

işarət edildi uca padşahdan:

Tez süfrə ağası gətirsin xörək,

Ortaya düzülsün hər çeşid yemək. 

Öncə gətirildi ətirli şərbət,

Sanki yerə sərdi hovzunu cənnət. 

Gülab kimi axan bu arxı, yəqin 

Yuxuda nə Xosrov görmüş, nə Şirin. 

O qədər xonçalar düzüldü ora, 

Ənbərdən ucaldı toz buludlara.

Ən ləziz yeməklər bol-bol axaraq 

Hər yanda dağ kimi vurmuşdu qalaq. 

İkiqat ələnmiş yağ qatlamalar 

Ən parlaq aydınlıq kimi panldar.

225


Ələnmiş ağ undan, bişmiş yuvarlaq, 

Ay kimi qoğallar xəzdən də yumşaq. 

Qoyuldu xonçaya yüz çeşid yemək, 

Yeməklər xonçaya verirdi bəzək.

Yox idi elə bir yemək dünyada 

Bir mövqe tutmasın qızıl xonçada. 

Dadlıdır, yeməklər gəlincə xoşa, 

Dopdolu qədəhlər çəkildi başa.

Göyün ortasına gəlincə günəş, 

içdilər mey qəlbə salınca atəş.

Hamının çatılmış qaşı açıldı,

Sərxoşlar üzünə nəşə saçıldı.

O pəri bədənli nazlı dilbərlər 

Çalğım dinlədi axşama qədər. 

Zülmətdən gecə bir ordu çəkərkən, 

Təbiət gözündən mürgü tökərkən 

Cahandar söylədi o pərilərə:

"Bu gecə basmayın ayaq şəhərə! 

Buyruğum belədir, səhər gərək mən 

Bir məclis düzəldəm yerdən göyəcən. 

Firidun və Kəyan rəsmiylə şən-şən, 

Dolğun kam alaraq çalğıdan, meydən, 

Qoy şərab bir yanğın salsın könülə, 

Bişsin hər işimiz bu qan çay ilə! 

Aynlaq bir zaman dünya işindən, 

Pərvərdə mərcanla bəslənsin bədən. 

Mey ilə gül kimi parlayaq belə, 

Güllərdən rəng alaq bu kürə ilə.

Saçaq qətrələrdən torpağa ənbər, 

Çimsin bu şərabdan güllər, olsun tər." 

Pərilər hörmətlə öpdü torpağı, 

Şənləndi, ismətdən yandı yanağı. 

Məclisdə Nüşabə, o nazlı dilbər,

Sanki dan sökərkən doğmuş bir ülkər. 

Ənbərdən gecə şən büsat qurunca

226


Yayıldı o müşkin saçlar boyunca.

O müşkin saçlardan böyük İskəndər 

Bir kəmənd düzəltdi, saçırdı ənbər.

Ayı, Müştərim kəməndlə birdən 

Yerlərə endirdi uca göylərdən.

Şənlik gecəsiydi o şanlı gecə,

Pərilər dalmışdı nazlı sevincə.

İskəndər qəlbim çalmaq fikrilə 

istərdi atəşdən parlatmaq şölə.

Padişah əmr etdi: "Tez od qalansın, 

Müğlərin rəsmiylə gündür, müşk yansın." 

Meydən bir od yaxdı ki, şöləsində 

içənlər yandı öz əlbəsəsində.

Çalğı nəşəsiylə yeyib içdilər,

Gecəni şənliklə etdilər səhər.

Lacivərdə şəncərf vurunca dövran 

Samur san tülkü doğdu o zaman.

Yemdən canlandı şənlik və həyat, 

Quruldu sevimli, şahanə büsat.

Çəmənlər yemdən nəşəyə gəldi,

Kəklik və qırqovul cilvəyə gəldi.

Nəğməyə başladı pəriüzlülər,

Günəş mehreganda daha xoş gələr.

O gülgün meydən ki, yaquta bənzər, 

Gündüzün üzünə səpdilər gövhər.

İSKƏNDƏRİN NÜŞABƏ İLƏ 

MƏCLİSDƏ OTURMASI

Dur, saqi, şərabdan bir qədəh gətir! 

O qızıl çiçəkdən bir fərəh gətir! 

Üzümün rəngim şərabla bir tut, 

Yaquta bənzətmə, qıl tam bir yaqut!

Firidun şənliyi, Cəmin novruzu 

Üzlərdən silmişdi kədəri, tozu. 

İskəndər şövkətli taxta oturdu,

227


Önündə padşahlar boynunu burdu.

228


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə