Üç, dörd gün səbr ilə oldu çox dəmsaz,
O bahar qönçəsi açılsın bir az.
Gəlinlər bəzəyə alışıb dursun.
Başına ən incə bəzəklər vursun.
Sevgini ürəkdən alsın dimağa.
Üzünü çevirsin işıq - çırağa.
Bildi ki, matəmdən qalmamışdır iz,
Yengini matəmdən elədi təmiz.
Ağıllı vəzirə dedi: "Durma, get,
Addımı, dilini, bacar, geniş et!
Mişkuya gedərək məndən ver xəbər,
Gəlmiş bir iş üçün bura İskəndər.
O Dara nəsəbli, ayüzlünü mən
Görməklə şadlanım, qəlbim olsun şən.
Şux şəbistamna çəkərəm hasar.
Əmrimlə ucalar kənizlər, qızlar.
Qızıldan şahanə bir təxti-rəvan,
Bəzəyi firuzə, inci və mərcan,
Götür o nazənin müşkin dilbərə.
Göy xuraman olub ensin yerlərə.
Yel qanadlı atlar, zəmişan yəhər
Apar, minsin onu qəlbən sevənlər".
Bilici vəzirə şaH verdi tədbir,
O əmri yerinə yetirdi vəzir.
Daranın xüsusi evinə getdi,
Evdə olanlarla xoş rəftar etdi.
Dara sarayına getdiyi zaman
Sanki bulaq axır cənnət bağından.
Huriylə dopdolu bir cənnət gördü,
Aldandı, aldadan yüz afət gördü.
Alma üzlü qızla oynayar, gülər.
Sanki alma ilə oynar bir nəfər.
Padşahdan öncə bir salam söylədi.
Yaşınan kəslərə pəyam söylədi:
"Şahanə müşkuya şahdan nur axsın.
Ortadan ikilik büsbütün qalxsın.
Bir xəta işlədi azğın zamana,
184
Uzatdı əlini bu xanimana.
Ortada böyük bir itki var, bəlli,
Bu işdə olmamış padşahın əli.
Nəhayət, məndə bir belə arzu var
Ki, ümidsiz ondan olsun ümidvar.
Bu evdə xoşbəxtlik quracaqdır şah,
Öz böyüklüyündə duracaqdır şah.
Daranın fərmanı öz zəkasilə,
Gəlibdir qohumluq təmənnasilə.
Şövkətli padşahın istəyi budur:
ismət pərdəsində parlayan o nur
Olsun şəhriyarın işıq ülkəri,
Tacımn Rövşənək olsun gövhəri.
Gözləri nurlansın bu işıq üzdən,
Köşkünü bu güldən etsin bir gülşən.
Bu işə Darayla bağlamış peyman,
Ay üçün göndərmiş bir təxti-rəvan.
Yalnız bu məqsədlə uca tacidar
At çapmış, bu yerdə tutmuşdur qərar.
Bir qıfıl vurmuş hər söyləyən dilə,
Şah özü gəlmişdir bu məqsəd ilə.
Mindirin taxta o pəri peykəri,
işi tez bitirin, durmayın geri!”
Elçiyə tərcüman belə söylədi:
"Şahın kölgəsində yaşa əbədi!
Bu evə uca şah nəslindən yarar,
Yel ilə gələni yel də sovmar.
Qızıldan yazılsın gərək bu sözlər:
"Çarvadar əkəni dəvəçi biçər."
172
Taxümn guşəsi bir tacdır bizə,
Taxümn ayağı meracdır bizə.
Kəniztək alsa da, alsın, biz nəyik,
Qadın edəcəksə, etsin, bəndəyik.
Əmrindən boynunu qaçıran kimdir?
Hər əmri bir qızıl açar kimidir.
Bu işi edərsə uca tacidar,
Rövşənək başım göyə ucaldar.
185
Padşaha varmağa qəlbimizdir şən,
Dünyaya gəlmişik şahlar nəslindən.
Hər zaman istəsə böyük şəhriyar,
Birləşmək istəyi tutunca qərar,
Ayini yerinə yetirib daha,
Şadlıqla gələrik uca dərgaha.”
Saraya döndü bu xəbərlə vəzir,
Qəran padşaha anlatdı bir-bir.
Şahın sevincindən parladı üzü,
insanı ovlarmış insanın sözü.
Hər cavab qulaqda qoparsa qubar,
Dinləyən ürəkdə kədər doğurar.
Taleyi ona yar olan zamanda,
Baxışlar vüsala dolan zamanda
Atalar rəsmiylə uca tacidar
Eylədi özünə Rövşənəyi yar.
Kəyan rəsminə də riayət etdi,
Ürəkdən çox hörmət, məhəbbət etdi,
Şənlənsin deyə bu ömrünün bağı
Kəbinə yazıldı iran torpağı.
Əmr etdi: çirmənsin iş bacaranlar.
Bəzənsin, düzənsin hər küçə, bazar
Rum ilə Xarəzmin ipəkləriylə,
Ölkələr bəzənsin bəzəkləriylə.
Padşahın istəyi kimi İsfahan
ipəklə, gövhərlə bəzəndi əlvan.
Qapılar, bacalar, damlar, küçələr
Gözəl xalçalardan aldılar zivər.
Bayraqlar dikəldi uca göylərə,
Bu dünya aldı bir başqa mənzərə.
Hər küçə başında çadır quruldu,
işlərin gedişi başqa tövr oldu.
Hər çarsu başında mütrüblər oynar,
Oturmuş xanəndə, çalğı çalanlar.
Çalğıdan hərarət gəlincə uca,
Düşməm ud kimi salırdı oda.
Zindərud nəhrindən Xuzanə qədər
Çalğının səsindən canlandı yerlər.
186
Dostları ilə paylaş: |