Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Paylaram yenə də qamçı ucuyla



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə55/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   121

Paylaram yenə də qamçı ucuyla.

Bu taxtın başına keçmək, haq bilir, 

Düşkünə əl tutmaq məqsəddədir. 

Vücudum olmuş həm bulud, həm günəş, 

Bir əlimdə su var, birində atəş.

Önümə daş çıxsa dönər bir muma,

Əkini suvarram çıxsa qarşıma, 

irana mən özüm gəlmədim Rumdan,

Bu mülkə göndərmiş böyük yaradan, 

Haqqı və batili ayırd edim mən,

Alır bağlı qıfıl açan məndən,

Din daşıyan başlar qalxsın əflakə,

Dinsiz başlan da tullayam xakə.

Ehtiyac adım qaldırdım artıq,

El ilə çırağa verim banşıq.

Hər evdə firiştə doğurum divdən,

Bir bina ucaldım hər uçuq evdən.

Harda ədalətim olsa hökmüran, 

Qırqovul zənəcə qorxmaz tərlandan. 

Sürüdə qoyuna qurd olar çoban, 

Marala, ceyrana toxunmaz aslan. 

Yamanı edərəm yaxşılıqla ram,

Yaxşılar yamanlıq etsə qoymaram.

Hər başı göylərə qaldırsam, bir də 

O başı bir daha görməzlər yerdə.

Mənə tay olandan qopardım ciyər, 

Qoymadım dağıtsın başqa vəhşilər. 

Kimsəm yaxmadım gizlin zəhərlə, 

Aşkara bağnm dəldim xəncərlə.

Nə dünya üstündə alovtək axdım,

Nə də ki, səbəbsiz bir xırman yaxdım. 

Kimsənin qəlbim haqsız qırmaram, 

Qırsam da, vanmdır əldə mumiyam. 

Birinin gözünü ağntsam əgər,

Əz əlimdən dan tökmək də gələr.

Bu işdə mənə yar olsun yaradan,

Bu yaman gözlərdən qomsun hər an.”

194


Bunları söylərkən bir-bir İskəndər, 

Göylərə ucaldı dinləyən əllər.

Məclisdə var idi adam hər yandan, 

Birisi elədi şahı imtahan,

Natiqlik düşkünü, hədsiz söyləyən, 

Divanə xislətli hikmət öyrədən,

Bir casus vardı, tez öpdü dərgahı, 

Sınamaq istədi İskəndər şahı:

"Şahım, bir dinara ehtiyacım var, 

Versəniz, dünyaya dəyər bu dinar." 

Gülərək söylədi ona İskəndər: 

"Şahdanbəxşiş istə rütbəsi qədər."

O casus söylədi: "Səxavətli şah.

Bir dinar verməkdən utansan hərgah, 

Dünyam bağışla mənə bir kərə,

Qaldır bu başımı uca göylərə."

Şah dedi: "Ey şaşqın, bu dəfə yenə 

istəyin müvafiq deyil ölçünə.

Çox yersiz iki şey istədin məndən,

Biri məndən kiçik, digərindən sən,

Hər sözün xüsusi bir ölçüsü var, 

Ölçüsüz söylənən söz qulaq yırtar.

Bir söz ki, daşlara düyün vuracaq, 

Gözəl söz olsa da söyləmə, burax." 

Padşahdan somşdu bir igid oğlan: 

"Xalq neçin alçaqda, sən ucadasan? 

Deyirsən hamı bir yoldaşlıq, ancaq 

Nədir bu aşağı, yuxan? Burax."

Dedi: "Mən başçıyam, xalq isə ümmət, 

Baş yerə enərsə pozular şövkət.

Otlara yaraşar başım əymək, 

insanın başıysa ucada gərək.

Padşahın mövqeyi olmalı uca, 

Görənlər nur alsın ondan doyunca." 

Başqa bir dilavər dedi: "Şəhriyar, 

Ağıllı kimsəyə bəzək nə yarar? 

Qəlbində var sənin tann sifəti,

195


O palçıq vücuda vurma zinəti.”

Şah dedi: "Şahanə dəbdəbə, şövkət 

Gözlərə bəxş edər yenilik, əlbət. 

Onunçun edirəm özümü gülşən, 

Gözümüz nurlansın, ürək olsun şən. 

Görmürsən, atlaz don geyincə bahar, 

Nə qədər zövq alır ondan ruzigar?" 

inandı ağıllı kəslər bu sözə,

Qulaqdan asdılar yaqut, firuzə. 

Oldular yemdən şaha sənaxan, 

Hamısı ürəkdən bağladı peyman. 

Xalq onu səbirli görüb oldu şən, 

Əmrinə baş əydi hamı yer-yerdən. 

Cəmşidin rəsmiylə böyük İskəndər 

Taxümn başına keçdi bir səhər. 

Daima göründü xalqa mehriban. 

Böyüklər rəsmim tutdu hər zaman. 

Məktublar göndərdi hər bir diyara, 

Hər hüdud bəyinə, hər bir sərdara. 

Ədliylə o bütün qəlbə girmişdi, 

Basqından hər kəsə aman vermişdi. 

Dünyam özünə etmişdi o, ram,

Ram etmək yolunda tutmadı aram.

İSKƏNDƏRİN DARANIN QIZI 

RÖVŞƏNƏYİ RUMA GÖNDƏRMƏSİ

O yaqut qədəhi, saqi, birbaşa 

Mənə ver, ayağım toxunmuş daşa.

Bir çarə arayım, daşlıqdır hər yan, 

Yaquttək özümü qoruyum daşdan.

Fələk dəvəsini sür ətlə sürür,

Ondandır ki, gündə bir oyun doğur

176

. 

Peşəsi sülhdür, döyüşdür hər an,

Keçirir gündə bir rəng xəyalından.

196


Keçmişi bir kərə alsan nəzərə, 

Görərsən bənzəmir bu günkülərə. 

Tannmn verdiyi pərvərişlərlə 

Hər gözəl girmişdir başqa bir şəklə. 

Sanma biz yatarsaq yatar ruzigar, 

Bu ev heç bir zaman olmaz tarümar. 

Çoxlan köçmüşdür köhnə dünyadan, 

Bu dünya yenə də hamandır, haman. 

Dəyərli kişilər keçib getdilər,

Dostlar da onları təqib etdilər. 

Yoluna azuqə hazır et bir az,

Dost olan dostundan geridə qalmaz. 

Nə qədər yolu pis getsə də, bişəkk, 

Axura düz gedir hər çolaq eşşək. 

Nəql edir köhnədən tarix yazanlar: 

Olmamış şahlann taxtı zülmkar. 

İskəndər dünyam tutduğu zaman 

Şəxsi istəyinə uymadı bir an.

Çalışdı dünyam islah etməyə, 

Onunçun yetmişdi bu böyüklüyə. 

Şahlıqda bir ömək al İskəndəri,

Sən də gör İskəndər görən işləri.

Bu dünya mülküylə oldu bəxtiyar, 

Onun istəyinə uydu ruzigar.

Həbəş və Xorasan, Qurdan da Çinə, 

Qol gücü görmədən keçdi əmrinə. 

Elçilər, qasidlər getdi hər yana, 

Sikkələr vuruldu onun adma.

Bir aslan ürəyi çarparkən onda, 

Dünyam tutmuşdu qılınc altında, 

irana inana bilmədi sərdar,

Rumlu öz yurdunda salamat yaşar. 

Bir gecə uyaraq göylər baxtına, 

Doğru bir məsləhət verdi taxtına. 

Vəziri çağırdı, ona söz açdı,

Bu gizli fikrim ortaya saçdı:

"Madam ki, əlimə keçmişdir iran,

197


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə