Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Basaraq Yəmənin gönünə ayaq



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə58/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   121

Basaraq Yəmənin gönünə ayaq

183

, 

Parlatdı Yəməni ordunun tozu,

Gönü parladantək Süheyl ulduzu, 

Oradan aüm İraqa sürdü,

Yunana dönməkçün hazırlıq gördü. 

Böyük Azərbaycan hökmüdanndan 

Bir elçi gələrək dedi: Hökmüran,

Nə üçün ram etdin bütün dünyam? 

Sildin ruzigardan zülmü, tüğyanı? 

Verdin hər ölkəyə qurtuluş, aman, 

Ermənistan nədən çıxdı xatırdan? 

Doğduğun şəhərə bu yaxın ölkə 

Nə üçün bürünsün qaranlıq kölgə? 

Ermənistan oda ibadət edər,

Başqa padişaha itaət edər.

Orda Ad nəslindən bir pəhləvan var, 

Qüvvəti Rüstəmin gücünə çatar.

Adı Dəvalidir, hər bağn yarır,

Aslan dərisindən yosun qoparır. 

Ermənistandakı bütün igidlər 

Yalnız bu padşaha boynunu əyər. 

Hər kəs badə içər onun adma,

Yaxın ölkələrdən bac gəlir ona. 

Ordunla bu səmtə hücum etməsən, 

Ölkəni şübhəsiz alacaq bizdən.” 

Hünərdən, gücdən söz açınca ona, 

Babildən at saldı Ermənistana. 

Ölkədən yuyaraq fitnəm, qam,

Rum şahı xoşladı Ermənistam. 

Silindi ortadan hər bir köhnə iş, 

Möbidə ibadət, oda pərəstiş.

Ordan da tez hücum etdi Abxaza, 

Açdı abxazlara kindən darvaza.

Səs saldı gurlayan təbil hər yerə, 

Süngülər sirrini açdı göylərə.

Hansı bir qələyə göndərdi xəbər 

Açan durmadan təslim etdilər.

205


Dəvali Abxazda şahlıq edərkən 

Eşitdi Rum şahı gəlmiş səfərdən. 

Bağladı vəfaya gön kəmərini, 

işıqlı qəlbindən ataraq kini 

Atlandı, yüyəni aldı tez ələ,

İskəndər əlini öpmək qəsdilə.

Xəzinə götürdü o şəhriyara,

Çaünca tapşırdı xəzinədara.

Dərgaha gəlincə öpdü torpağı,

Kinini yenərək olmadı yağı.

Dünyam zəfərlə ölçən İskəndər 

Gördü mərdlikdə yox ona bərabər. 

Nəvaziş göstərdi o qəhrəmana, 

Taxümn yanında yer verdi ona.

Sordu əhvalım şəfqətli səslə,

Qəlbim qızdırdı qızğın nəfəslə.

Əmr etdi xəznədar şəxsə İskəndər; 

Versin Dəvaliyə xəzinə, gövhər. 

Gətirsin adma layiq bir xələt,

Sırğa və həmayil, cəvahir, zinət.

Həm qılınc, həm qədəh, cavahir, ipək, 

Verilsin padşaha layiq bir bəzək.

Hər nə əmr etmişdi uca şəhriyar 

Yerinə yetirdi o xəzinədar.

Ucaldı Dəvali, qəlbi oldu şən,

Geyindi İskəndər ipəklərindən.

Tovq asdı, tac qoydu, cavahimişan, 

Sayıldı başım dik tutanlardan. 

Təşəkkür dilini açaraq ona: 

"Padşahım, yaradan yar olsun sana!” 

Qüruru yenərək, kiçildi deyə,

Kiçilmiş başım qaldırdı göyə.

O gündən xidmətə sıxdı kəməri, 

Padşaha xidmətdən durmadı geri.

O, şahpərəstlikdə elə ad aldı,

Şaha xas olanlar geridə qaldı.

O yerlər göründü şaha bağ kimi,

206


Gözünü parlatdı bir çıraq kimi.

O gözəl torpaqda enib dincəldi, 

Sevincin, istəyin barım dərdi.

Ən qoca bir dehqan vermişdir xəbər: 

Tiflisi ilk abad etmiş İskəndər.

O cənnət bəzəkli gözəl torpağı 

Yaxşılıq toxmuyla etdi gül bağı.

O yerdə İskəndər belə əmr etdi, 

Rumun ayiniylə hər bir iş getdi. 

Keçdi o torpağı seyr edə-edə,

Ov üçün at sürdü çöldə, dərədə.

On beş gün dağlarda, çöldə yürüdü, 

Həm şikar edirdi, həm yol ölçürdü. 

Ovla gəzişərkən gözəl ölkəni,

Can atdı görməyə şah Nüşabəm. 

Eşitdi qadımn vardır şövkəti,

Dəyərli ölkəsi, malı, dövləti.

Gördüyü çəməndən, sudan şənləndi, 

Gəldi bir çəmənə, atından endi.

İSKƏNDƏRIN BƏRDƏYƏ GƏLMƏSİ

VƏ NÜŞABƏ İLƏ GÖRÜŞMƏSİ

Canpərvər şərabı dur gətir, saqi,

O susuzlar üçün çeşmədir, saqi!

Yanıram, təşnəlik salmış bir dərdə,

Mənə ver, şərabə oldum aludə.

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir, 

iyulda dağlara lalələr səpər,

Qışım baharın nəsimi öpər.

O yaşıl meşəsi cənnətə bənzər,

Şən ətəklərinə bağlamış kövsər.

Söyüdlük çöllərə vermişdir zinət,

Ağ bağı elə bil həqiqi cənnət.

207


Qırqovul yuvası hər sərv ağacı, 

Oxuyur kəkliyi, ötür turacı.

Səssizlik içində dincəlir gülşən, 

Torpağı silinmiş qayğı, kədərdən.

Rey ham yaşıldır illər uzunu,

Hər çeşid naz, nemət bürümüş onu. 

Yem üçün gələr quş bu gözəl yurda, 

istəsən "quş südü” taparsan burda. 

Torpağı yoğrulmuş qızıl suyundan, 

Elə bil hər yanda bitmiş zəfəran.

O yaşıl yerləri dolaşıb gəzsən, 

Şənlikdən başqa bir xəyal görməzsən, 

indi o dərgahın taxtı alçalmış, 

ipəyi, qumaşı küləklər çalmış.

Təzə nar gülləri tökülüb solmuş;

O narlar, nərgizlər dönüb toz olmuş, 

indisə yerində bu gözəl yurdun,

Bar sel yumuş dərə, qurumuş odun. 

Yenə də bol olan o göyərtilər,

Ədalət toxmundan göyərsə əgər, 

Yemdən gözəlcə bəslənsə diyar, 

Get-gedə yaşıllıq, gözəllik artar. 

Padşahın əlinə keçərsə fürsət,

O taxta yemdən verərdi zinət.

Hərum adlanırdı bu yurd hər yerdə, 

indisə adına deyirlər Bərdə.

Bu mərdlər, gözəllər yurdunda, inan, 

Çox saysız xəzinə gizləmiş zaman. 

Belə şux, sevimli gülşən harda var? 

Harda var xəzinə saçan bu diyar?

Belə nəql edir söz xəzinədarı,

Köhnə xəzinənin adlı salan:

Hakim qadın varmış, adı Nüşabə, 

Uymuş il uzunu keyfə, şərabə. 

Erkəksiz yaşayan bu dişi ceyran 

Gözəldi, göyçəkdi erkək tovuzdan.

208


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə