NOYABR NOVEMBER
MİRAS
|
39
xəBər NEWs
zəngin mədəni irs formalaşmışdır. Dünyada ən qədim insan
məskənlərindən sayılan Azıx mağarasının, daş dövrünə aid
yaşayış məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antro-
pogenez zonasına daxildir. Qədim odlar diyarı bəşəriyyətin
ilkin beşiklərindəndir. Azərbaycanda sivilizasiyanın inkişafı-
nın əsas mərhələləri müəyyən edilmişdir.
Son illərdə respublikamızda tarix və mədəni irsin qorunması
istiqamətində ciddi işlər görülmüşdür. Otuzdan çox abidədə
bərpa-konservasiya, 50-dən çox abidədə elmi-tədqiqat işləri
aparılmış, beş tarixi ərazidə qoruqlar yaradılmışdır. Bütün
bunlar ölkə rəhbərliyinin tarix və mədəni abidələrə diqqət və
qayğısının parlaq nümunəsidir.
Natiqlər vurğulamışlar ki, qədim və zəngin mədəni irs
xalqımızın iftixarıdır. Buraya əsrlərlə yaşı olan xalçaçılıq
sənəti, ədəbiyyat, Şərq-Qərb musiqisinin füsunkar har-
moniyasını təqdim edən musiqi, həmçinin “donmuş tarix”
adlanan Azərbaycan memarlıq abidələri daxildir. Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-
nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi və
təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq, tar
ifaçılıq sənətləri, xalçaçılıq UNESCO-nun maddi-mədəni
irs siyahısına daxil edilmişdir. Tarixi-mədəni irs müntəzəm
qayğı tələb edir. Ona görə də, həm ölkəmizdə, həm də
sərhədlərimizdən kənarda mədəni irsin qorunması üçün
əlimizdən gələni etməliyik.
Gəncləri tariximizi, mədəniyyətimizi, mədəni irsimizi
öyrənməyə və qorumağa çağıran natiqlər onlara xalqımıza
məxsus bu sərvətləri layiqincə təbliğ etməyi tövsiyə etmişlər.
İtaliyalı mütəxəssis Luici Skrinzi Azərbaycanın qədim və
tarixi əhəmiyyətli abidələrlə zənginliyindən, səkkiz ildir ki,
buradakı abidələrin tədqiqi və bərpası ilə məşğul olmasından
danışmış, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini
bildirmişdir. Elmi təcrübələrin mübadiləsi baxımından belə
konfransların vacibliyini qeyd edən italiyalı qonaq ölkədə
gənclər üçün keçirdiyi seminar və kurslardan da söz açmışdır.
Tədbirdə AMİ-nin ictimai elmlər kafedrasının müdiri, pro-
fessor Qafar Cəbiyevin “Müstəqillik illərində Azərbaycanda
tarixi-mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi və di-
yarşünaslıq işinin təşkili sahəsində görülən işlər və qarşıda
duran vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir.
daha sonra konfrans “Tarixi-mədəni irsin tədqiqi, təbliği və
mühafizəsi” və “Tarixi-mədəni irsin tədrisi və diyarşünaslıq
işinin təşkili” mövzusunda bölmə iclaslarında işini davam
etdirmişdir.
İclasda Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mütəxəssislərinin
mövzuya dair 50-dən çox məruzəi dinlənilərək müzakirə edilmiş-
dir.
ern music, as well as Azerbaijani architectural monuments called
‘frozen history’. Azerbaijani Mugham, Novruz holiday, ashig, tar
arts, carpet-making were included into tangible cultural heritage list
of UNESCO with effort and initiative of President of Haydar Ali-
yev Foundation, goodwill ambassador of UNESCO and ISESCO,
Mehriban Aliyeva. Historical and cultural heritage require regular
care. Therefore, we should do our best to protect cultural heritage in
our country and abroad.
The speakers calling on youth to study and preserve our history, cul-
ture and cultural heritage recommended our people to promote this
treasure properly.
Italian expert Luigi Scrinzi talked about richness of old and his-
torically important monuments of Azerbaijan, his engagement in
research and restoration of monuments for 8 years and considering
Azerbaijan his second homeland. He stressing importance of such
conferences from viewpoint of scientific experience exchange gave
information about seminars and courses he passed for youth in our
country.
At the event chief of public subjects chair of Azerbaijan Teachers’
Institute, Professor Gafar Jabiyev had a report on ‘The work done
and the obligation in study, education, promotion of historical-cul-
tural heritage in Azerbaijan, as well as organization of ethnography
work in independence years’. The conference continued with sessions
‘Study, promotion and protection of historical and cultural heritage’
and ‘Teaching of historical and cultural heritage and the organiza-
tion of ethnography work’. 50 reports on the theme were listened
and discussed by Azerbaijani, Turkish, Italy and Spain experts.