Noyabr november miras



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə22/60
tarix04.07.2018
ölçüsü4,04 Mb.
#53242
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

 NOYABR   NOVEMBER    MİRAS
 
| 
39
xəBər   NEWs
zəngin mədəni irs formalaşmışdır. Dünyada ən qədim insan 
məskənlərindən  sayılan  Azıx  mağarasının,  daş  dövrünə  aid 
yaşayış məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antro-
pogenez zonasına daxildir. Qədim odlar diyarı bəşəriyyətin 
ilkin beşiklərindəndir. Azərbaycanda sivilizasiyanın inkişafı-
nın əsas mərhələləri müəyyən edilmişdir.
Son illərdə respublikamızda tarix və mədəni irsin qorunması 
istiqamətində ciddi işlər görülmüşdür. Otuzdan çox abidədə 
bərpa-konservasiya, 50-dən çox abidədə elmi-tədqiqat işləri 
aparılmış,  beş  tarixi  ərazidə  qoruqlar  yaradılmışdır.  Bütün 
bunlar ölkə rəhbərliyinin tarix və mədəni abidələrə diqqət və 
qayğısının parlaq nümunəsidir.
Natiqlər  vurğulamışlar  ki,  qədim  və  zəngin  mədəni  irs 
xalqımızın  iftixarıdır.  Buraya  əsrlərlə  yaşı  olan  xalçaçılıq 
sənəti,  ədəbiyyat,  Şərq-Qərb  musiqisinin  füsunkar  har-
moniyasını  təqdim  edən  musiqi,  həmçinin  “donmuş  tarix” 
adlanan  Azərbaycan  memarlıq  abidələri  daxildir.  Heydər 
Əliyev  Fondunun  prezidenti,  UNESCO-nun  və  İSESCO-
nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın  səyi  və 
təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq, tar 
ifaçılıq  sənətləri,  xalçaçılıq  UNESCO-nun  maddi-mədəni 
irs siyahısına daxil edilmişdir. Tarixi-mədəni irs müntəzəm 
qayğı  tələb  edir.  Ona  görə  də,  həm  ölkəmizdə,  həm  də 
sərhədlərimizdən  kənarda  mədəni  irsin  qorunması  üçün 
əlimizdən gələni etməliyik.
Gəncləri  tariximizi,  mədəniyyətimizi,  mədəni  irsimizi 
öyrənməyə  və  qorumağa  çağıran  natiqlər  onlara  xalqımıza 
məxsus bu sərvətləri layiqincə təbliğ etməyi tövsiyə etmişlər.
İtaliyalı  mütəxəssis  Luici  Skrinzi  Azərbaycanın  qədim  və 
tarixi əhəmiyyətli abidələrlə zənginliyindən, səkkiz ildir ki, 
buradakı abidələrin tədqiqi və bərpası ilə məşğul olmasından 
danışmış,  Azərbaycanı  özünün  ikinci  vətəni  hesab  etdiyini 
bildirmişdir. Elmi təcrübələrin mübadiləsi baxımından belə 
konfransların  vacibliyini  qeyd  edən  italiyalı  qonaq  ölkədə 
gənclər üçün keçirdiyi seminar və kurslardan da söz açmışdır.
Tədbirdə AMİ-nin ictimai elmlər kafedrasının müdiri, pro-
fessor Qafar Cəbiyevin “Müstəqillik illərində Azərbaycanda 
tarixi-mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi və di-
yarşünaslıq  işinin  təşkili  sahəsində  görülən  işlər  və  qarşıda 
duran vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir.
daha sonra konfrans  “Tarixi-mədəni irsin tədqiqi, təbliği və 
mühafizəsi” və “Tarixi-mədəni irsin tədrisi və diyarşünaslıq 
işinin  təşkili”  mövzusunda  bölmə  iclaslarında  işini  davam 
etdirmişdir.
İclasda Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mütəxəssislərinin 
mövzuya dair 50-dən çox məruzəi dinlənilərək müzakirə edilmiş-
dir.
ern music, as well as Azerbaijani architectural monuments called 
‘frozen history’. Azerbaijani Mugham, Novruz holiday, ashig, tar 
arts, carpet-making were included into tangible cultural heritage list 
of UNESCO with effort and initiative of President of Haydar Ali-
yev Foundation, goodwill ambassador of UNESCO and ISESCO, 
Mehriban Aliyeva. Historical and cultural heritage require regular 
care. Therefore, we should do our best to protect cultural heritage in 
our country and abroad. 
The speakers calling on youth to study and preserve our history, cul-
ture and cultural heritage recommended our people to promote this 
treasure properly. 
Italian expert Luigi Scrinzi talked about richness of old and his-
torically important monuments of Azerbaijan, his engagement in 
research and restoration of monuments for 8 years and considering 
Azerbaijan his second homeland. He stressing importance of such 
conferences  from  viewpoint  of  scientific  experience  exchange  gave 
information about seminars and courses he passed for youth in our 
country. 
At the event chief of public subjects chair of Azerbaijan Teachers’ 
Institute, Professor Gafar Jabiyev had a report on ‘The work done 
and the obligation in study, education, promotion of historical-cul-
tural heritage in Azerbaijan, as well as organization of ethnography 
work in independence years’. The conference continued with sessions 
‘Study, promotion and protection of historical and cultural heritage’ 
and ‘Teaching of historical and cultural heritage and the organiza-
tion of ethnography work’. 50 reports on the theme were listened 
and discussed by Azerbaijani, Turkish, Italy and Spain experts. 


40 

MİRAS   NOYABR   NOVEMBER
xəBər   NEWs
MƏDƏnİ İRS DÜŞƏRGƏSİ 
   CuLtuRAL HERitAGE CAMP
MİRAS  Mədəni  İrsin  Öyrənilməsinə  Kömək  İctimai  Birliyi  22-
29  avqust  tarixlərində  Orta  əsr  Ağsu  şəhəri  Arxeoloji  Turizm 
Kompleksində  Mədəni  irs  düşərgəsi  təşkil  etmişdir.  Düşərgənin 
məqsədi gənclərimizi mədəni irs abidələrimizlə əyani tanış etmək, 
onların bilik və bacarıqlarını eyni zamanda nəzəri və təcrübi əsaslarla 
artırmaq,  alimlərimizlə  seminar  və  görüşlər  keçirmək,  gənclər 
arasında  ünsiyyəti  genişləndirməkdir.  Düşərgədə  MİRAS  İctimai 
Birliyinin üzvü olan müxtəlif universitetlərin və elmi müəssisələrin 
tələbə, magistr və gənc tədqiqatçıları yaxından iştirak etmişlər.
İlk  gün  Orta  əsr  Ağsu  şəhəri  Arxeoloji  Turizm  Kompleksi  ilə 
tanışlıq oldu. Gənclərə bildirildi ki, XVIII əsrin, xanlıqlar dövrünün 
Azərbaycanda  həm  ərazisinə,  həm  də  əhalisinin  sayına  görə  ən 
böyük  şəhəri  olan  Ağsuda  arxeoloji  tədqiqatlar  2010-2012-ci 
illərdə  aparılmış,  1,5  hektar  sahə  öyrənilmişdir.  Tikili  qalıqları 
konservasiya  olunmuş,  təbii  və  antropogen  təsirlərdən  qorumaq 
üçün  bəzi  sahələrin  üzəri  örtülmüşdür,  nəticədə  istənilən  fəsildə 
turistlərin qazıntı sahələrini ziyarət etmək imkanları yaranmışdır. 
Qazıntı  sahələri  ilə  tanışlıqdan  sonra  gənclərin  hazırladığı  “Tar-
iximiz zibillənməsin!” sosial çarxının çəkilişi həyata keçirilmişdir. 
MİRAS İctimai Birliyi Bərpa və Sərgilər şöbəsinin müdiri, gənc fəal 
Toğrul  Muxtarovun  rəhbərlik  etdiyi  təşəbbüs  qrupunun  müəllifi 
olduğu sosial çarx Azərbaycan Gənclər Fondunun “Ən yaxşı sosial 
çarx” müsabiqəsinə təqdim etmək üçün hazırlanmışdır. 
İkinci  gün      tarix  üzrə  fəlsəfə  doktoru  Fariz  Xəlillinin  rəhbərliyi 
ilə  Orta  əsr  Ağsu  şəhəri  Arxeoloji  Turizm  Kompleksində 
gənclər  arasında  iş  bölgüsü  aparılaraq,  arxeoloji  qalıqların  və 
tapıntıların konservasiya-təmizlənməsi, sərgisinin təşkil olunması 
istiqamətində  işlər  görülmüşdür.  Bu  işlər  hər  gün  5  saat  olmaq-
la      həyata  keçirilmiş,  gənclərin  təcrübə  qazanmasına  və  əyani 
biliklərinin artmasına kömək etmişdir.
1-ci qrup (Zəka Babazadə, Rahim Rəhimli və Seymur Əsəd) Cümə 
məscidinin  döşəməsi  altından  keçən  və  2011-ci  ilin  arxeoloji 
qazıntıları zamanı üzə çıxmış şəhərin əsas su xəttini təmizləmişdir. 
MIRAS  Social  Organization  in  Support  of  Studying  of  Cultural 
Heritage arranged cultural heritage camp in Medieval Agsu Archae-
ological Tourism Complex on 22-29 August, 2013. The main objec-
tive of the camp is to familiarize youth with our cultural heritage 
monuments graphically, to increase their knowledge and experiences 
based on theoretical and practical grounds, to hold seminars and 
meetings with our scientists, to strengthen communication among 
the youth. Students, post-graduates of various universities and scien-
tific institutions which are the member of MIRAS, as well as young 
researchers participated at the camp. On the first day they got ac-
quainted with medieval Agsu Archaeological Tourism Complex.
The youth were informed that archaeological explorations in Agsu, 
which was the largest city of khanate period, 18th century in Azer-
baijan both for the territory and the number of population were con-
ducted in 2010-2012 and 1, 5 hectare site was studied. The conserva-
tion remnants were conserved; some sites were covered up because of 
protection from natural and anthropogenic impacts; consequently the 
tourists have the opportunity to visit excavation sites any season. After 
familiarization with the excavation sites, the social video ‘Let’s prevent 
our history’s pollution’ was shot by youth. The social video which au-
thor was initiative group led by chief of MIRAS Social Organization’s 
Restoration and Exhibitions Department and active member, Togrul 
Mukhtarov was elaborated for submission to “the best social video-
record” competition of Azerbaijan State Youth Fund. 
The work division was held among the youth in medieval Agsu Ar-
chaeological Tourism Complex under guide of PhD Fariz Khalilli 
on the second day. The work was implemented in the line of con-
servation and cleansing of archaeological remnants and finds and 
arrangement  of  exhibitions.  This  work  was  done  every  day  for  5 
hours in order to assist in gaining youth’s experience and increase of 
graphic knowledge. 


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə